Orta məktəblərdə son zəng sevinci
Binəqədi
Binəqədi
rayon məktəblərində son zənglə əlaqədar
tədbirlər keçirilmişdir. Belə tədbirlərdən
biri də N. Fərəczadə adına 100 saylı tam orta məktəbdə
reallaşmışdır. Tədbirdə Binəqədi Rayon
İcra Hakimiyyətinin başçısı Xaləddin
İsgəndərov iştirak etmişdir.
Tədbir Azərbaycanın
dövlət bayrağının səhnəyə gətirilməsi
və dövlət himninin səsləndirilməsi
ilə başlamışdır. Sonra məktəbin
direktoru Gülnarə Məmmədova
çıxış etmişdir. Tədbir məktəblilərin hazırladıqları
musiqi parçaları, rəqslər, bədii
kompozisiyalar və gimnastika
hərəkətlərinin nümayişi
ilə davam etmişdir.
11-ci sinfi bitirənlər bilik
rəmzi sayılan açarı 10-cu sinif
şagirdlərinə təqdim etməklə estafeti
onlara həvalə etmişlər. Nəhayət,
son zəng səsləndirilmiş, bu anı sevinc və həyəcan
dolu duyğularla
gözləyən onbirincilər yeni və
fərqli, eyni zamanda, daha məsuliyyətli bir həyatın
astanasında olduqlarını hiss
etmişlər.
Rayon icra hakmiyyətinin
başçısı Xaləddin İsgəndərov
çıxışında müstəqil həyata ilk addımlarını atan
məzunları təbrik etmiş, onlara ən xoş
arzularını bildirmişdir. Müstəqil Azərbaycanda-təhsilin dövlət
qayğısı ilə əhatə olunduğu
bir ölkədə yaşamağın və
təhsil almağın xoşbəxtlik olduğunu
vurğulayan başçı hər bir vətəndaşın belə “zəngin xəzinə”ni
əldə etməsi üçün
ölkəmizdə dövlət tərəfindən hərtərəfli
şərait yaradıldığını diqqətə
çatdırmışdır. Bu sahəyə
ilbəil artan dövlət
qayğısını qeyd edən natiq ölkə Prezidentinin
təhsilə xüsusi diqqət göstərdiyi
bildirmişdir.
Sonda X.İsgəndərov məzunlara hansı peşəyə
yiyələnmələrindən asılı olmayaraq,
öz bilik və
bacarıqları ilə möhtərəm Prezidentimizin
rəhbərliyilə günbəgün tərəqqi edən
Azərbaycanın inkişafına töhfələr vermələrini,
dövlətimiz üçün layiqli vətəndaş,
ailələri üçün layiqli övlad olmalarını
arzulamışdır.
Səbail
Ənənvi “Son zəng” günü Səbail
rayonunun 18 orta məktəbində
təntənəli mərasimlərlə qeyd
olunmuşdur. Tədbirlərin yüksək
səviyyədə keçirilməsi üçün
məktəb kollektivləri böyük
hazırlıq işləri aparmış, məzun bayramının yaddaqalan hadisəyə çevrilməsinə
çalışmışlar. Səbail rayonunun
orta məktəblərində hazırda
2075 pedaqoji işçi
çalışır, 20919 şagird təhsil
alır, bu il
onların 1350 nəfəri məzundur.
Şəhərin mərkəzində
yerləşən 6 saylı tam orta məktəbdə 1993 nəfər şagird təhsil alır. “Son
zəng” günündə burada təşkil
olunan şənlikdə məzunları,
onların valideynlərini və çoxsaylı qonaqları salamlayan məktəb direktoru
Gülşən Orucova kollektivin
və onun yetirmələrinin uğurlarından söz
açmışdır. Direktor bildirmişdir ki, məktəbin
məzunu - 1967-1977-ci illərdə burada oxumuş Prezident İlham Əliyevin səyləri ilə
respublikamızda təhsilə diqqət və qayğı ilbəil
artır, sahənin maddi-texniki bazası
yeniləşdirilir və möhkəmləndirilir. Prezidentin sərəncamına əsasən, 6
saylı tam orta məktəbi
sokülərək yenidən tikilmiş və
ölkə başçısının iştirakı ilə
2011-ci il sentyabrın 15-də istifadəyə
verilmişdir. Burada müasir təhsil üçün
hər cür şərait
yaradılmışdır. O, məzunlara Prezident
İlham Əliyev kimi yüksək
savadlı, vətənpərvər olmağı, həyatda
yüksək mövqelərə çatmağı
arzulamışdır.
Valideynlər, müəllimlər,
qonaqlar onbirinciləri təbrik etmiş, məzunlar isə mahnı və rəqslərlə
mərasimdəkiləri şənləndirmişlər.
132-134 saylı təhsil
kompleksində keçirilən son zəng
də təntənəli təşkil olunmuşdur. 150 yaşlı, böyük
ənənələri olan təhsil
ocağında hazırda 80 sinifdə 2200 şagird
təhsil alır. Bu il
məktəbi 85 məzun bitirir ki, onlardan
10 nəfəri “Qızıl medal”a namizəddir. Ölkə
başçısının sərəncamına əsasən,
məktəb 2010-cu ildə yenidən qurulmuş
və Prezident İlham
Əliyevin iştirakı ilə açılışı olmuşdur. Təhsil kompleksi
bugün həm də şəhərimizin
mərkəzində gözəl memarlıq abidəsinə çevrilmişdir.
“Son zəng” şənliyində məzunları
və birinciləri, diğər iştirakçıları salamlayan kompleksin direktoru, əməkdar müəllim Sara Xanlarova
çıxışını ümummilli
lider Heydər Əliyevin “Təhsil millətin
gələcəyidir” sözləri ilə başlamış,
ulu öndərin Azərbaycan təhsilinin
inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün
ölkə rəhbərliyinin təhsil sahəsində
apardığı uğurlu siyasətdən
danışmış, məktəb kollektivinin
qazandığı uğurlar barədə
məlumat vermişdir.
Tədbir məktəblilərin
musiqili-bədii çıxışları ilə davam etmiş, müəllimlər,
valideynlər, çoxsaylı qonaqlar məzunlara
müstəqil həyatda uğurlar
arzulamışlar.
Məktəblərdə keçirilən şənliklərdə
iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə təhsilin
səviyyəsinin yüksəldilməsi, məktəblərin
əsaslı təmiri, yenilərinin tikilməsi, bütün ləvazimatlarla təminatı və təhsil
işçilərinə olan diqqətin
artırılması istiqamətində gördüyü
işlər, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
xanım Əliyevanın sahənin hərtərəfli
inkişafı ilə bağlı fəaliyyəti barədə
danışmışdır. Başçı məzunlara
uğurlar diləmiş, olkəmiz və xalqımız üçün layiqli övlad
olmağı arzulamışdır.
Səbail rayonunun digər məktəblərində də
son zəng mərasimi təntənəli keçmiş, milli təhsilimizin
uğurlarının nümayişinə çevrilmişdir.
Sabirabad
Sabirabad rayonunda “Son zəng”ə həsr olunmuş
silsilə tədbirlərdə rayon icra hakimiyyəti aparatı və təhsil
şöbəsinin məsul işçiləri məzunlara
müstəqil həyat yollarında uğurlar
diləmiş, onlara xoş
arzularını çatdırmışlar.
Belə tədbirlərdən
biri də rayon mərkəzindəki
Mirzə Ələkbər Sabir adına 1
saylı şəhər orta məktəbdə
keçirilmişdir. Tədbirdən əvvəl
məktəbin həyətində ucaldılmış satirik şair Mirzə
Ələkbər Sabirin abidəsinin
önünə gül çələngləri
qoyulmuş, onbirincilər şairin
şeirlərindən parçalar söyləmişlər.
Məktəbin direktor əvəzi Yeganə Bağırova mərasimi
açaraq, ölkəmizdə təhsilə
göstərilən qayğı və diqqətdən
danışmışdır. Eyni zamanda, rəhbərlik etdiyi
məktəbin uğurlarından söhbət
açmış və belə bir inam ifadə etmişdir ki, bugünkü məzunların
daim xoş
sorağı gələcəkdir.
Mərasim
iştirakçıları qarşısında
çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov xalqımızın ümummilli lideri Heydər
Əliyevin düz 40 il
öncə, 1974-cü ilin mayın 25-də,
özü də qızı Sevil xanımla “Son zəng”
günü bu məktəbdə
olduğunu, ulu öndərin layiqli
davamçısı Azərbaycan Prezidenti
cənab İlham Əliyevin keçən
il bu məktəbin təqdimatında
iştirak etdiyini xüsusi vurğulamışdır.
Natiq ölkəmizdə ulu öndər
Heydər Əliyev tərəfindən təhsilə göstərilən
diqqət və qayğının onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev
tərəfindən də uğurla davam etdirildiyini bildirməklə
məzunlara gələcək işlərində nailiyyətlər
arzulamış, onlara müstəqil Azərbaycanın layiqli
övladları olmağı tövsiyə etmişdir.
Başçı bildirmişdir ki, bu gün
Azərbaycanda şagirdlərin təhsil almaları, biliklərə
yiyələnmələri üçün
hər cür şərait var. Onlar xoşbəxtdirlər
ki, qurucusu Heydər
Əliyev olan bir
ölkənin övladlarıdırlar.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Elman Bünyadov məzunlara ən səmimi
arzularını çatdıraraq, onları bundan
sonra həyatda daha
inamlı addımlar atmağa səsləmişdir.
Şən musiqi sədaları ilə müşayiət olunan mərasim bütün
iştirakçılara xoş və həyəcanlı
təsir bağışlamışdır.
“Son
zəng” tədbirləri rayonun digər məktəblərində
də yüksək bayram ovqatı ilə başa çatmışdır.
Vaqif BAYRAMOV,
Tahir RÜSTƏMOV,
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2014.- 31 may.- S.5.