Lənkəran
teatrında yeni tamaşa
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-jurnalist Ağaddin Babayevin “Üç qardaş” nağıl-tamaşasının premyerası olub.
Tamaşa “Məlikməmməd” xalq
nağılının motivləri əsasında
hazırlanıb. Lakin müəllif və yaradıcı heyət
nağılda cərəyan edən hadisələrə yeni
don geydirməklə Padşahın oğlanlarının
üçünü də müsbət obraz kimi qələmə
veriblər. Məlikməmməd bədheybət divi yaralayaraq
ona sehrli almaları aparmağa imkan vermir, daha sonra divin
arxasınca zülmət dünyasına gedərək onu
öldürür, Qarı nənənin qızını əjdahanın,
simurq quşunun balalarını isə ilanın əlindən
qurtarır və s.
Maraqla baxılan tamaşanın
quruluşçu rejissoru əməkdar artist Təvəkkül
Əliyev, quruluşçu rəssamı Tərlan Sadıqov,
musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları aktyorlardan Miraslan Ağayev, Zemfira Nəcəfova,
Hikmət Cəfərov, Emin Fərzullayev, Sayad Əliyev, Tərlan
Abdullayev, Əli Nurullazadə, Gülər Kərimova və
başqaları ifa edirlər.
“Üç qardaş” Ağaddin Babayevin Lənkəran
teatrında tamaşaya qoyulmuş sayca üçüncü səhnə
əsəridir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 1 noyabr.- S.5.