Göygöl gözəldir...
Söhbət bu gözəlliyi yaradan, quran, yaşadan insanlar haqqındadır
Göygöl ilin bütün fəsillərində gözəldir. Özü də biz bu sözləri təkcə meşələr qoynunda uyuyan dağlar gözəli, göllər tacı Göygöl haqqında demirik. Söhbət bir üzü Murova, bir üzü Gəncəyə söykənən Göygöl rayonundan gedir.
Şəhərin abad, yaraşıqlı küçələri
ilə addımlayırıq. Yollar, səkilər,
evlərin fasadları tamamilə dəyişib, yeni görkəm alıb. Daha
bir maraqlı cəhət dərhal diqqətimizi
çəkir: burda müasirlik
milli memarlıq ənənələri ilə
qəribə tərzdə birləşib. Bu
da şəhər sakinlərinin, elə
qonaqların da çox
xoşuna gəlir. Ümumiyyətlə, Göygöl şəhərinin maraqlı coğrafi mövqeyi var: şəhər dağların
döşündədir. Buna görə də küçələrin əksəriyyəti
üzüyenişədir. Bu isə şəhərə
xüsusi görkəm, təmizlik və
gözəllik verir.
N.Nərimanov,
Nizami, Z.Tağıyev, Y.Məmmədəliyev,
Q.Qarayev, 20 Yanvar
küçələrində başa
çatdırılmış abadlıq-quruculuq və yenidənqurma
işləri bizi xüsusilə heyran etdi, gözümüzü-
könlümüzü oxşadı. Hummer küçəsində— şəhərin
axarlı-baxarlı yerində salınmış Heydər
Əliyev parkı, Heydər
Əliyev mərkəzi, Gənclər və uşaq-əyləncə
mərkəzləri isə, sözün əsl
mənasında, möcüzədir. İndi
bura şəhər sakinlərinin ən çox üz tutduqları
ünvandır. Göygölün simasına xüsusi gözəllik
verən bu obyektlərdə ümummilli lider Heydər
Əliyevin nəsillərə nümunə olan
həyat və fəaliyyəti, keçdiyi
şərəfli ömür yolu, o cümlədən
müstəqil Azərbaycanımızın müasir
mənzərəsi öz parlaq əksini tapmışdır. Yeri gəlmişkən, bir
cəhəti də qeyd edək ki, indi Göygöl
şəhərinin simasını gözəlləşdirən,
diqqəti cəlb edən binaların, park
və xiyabanların hamısı məhz son
illərin yadigarlarıdır.
Təsadüfi
deyildir ki, Prezident İlham Əliyev bu ilin yanvar
ayında rayona növbəti səfəri
zamanı bu obyektlərin
açılışında iştirak etmiş, aparılan abadlıq-quruculuq işlərini
yüksək qiymətləndirmiş, öz
məsləhət və tövsiyyələrini vermişdir.
Göygöl sakinləri bu
gün də həmin unudulmaz
səfərin təsiri altında yaşayırlar, görüş və söhbətləri dərin
minnətdarlıq hissi ilə
xatırlayırlar.
Elə buradaca bəzi təhlil və müqayisələrə,
fakt, rəqəm və göstəricilərə
diqqət yetirmək maraqlı olar. Rayonda
2014-cü ilin ötən ayları ərzində
593 yeni iş yeri açılmışdır ki, bunun da
460-ı daimidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə
iqtisadiyyatın əsas sahələrində istehsal
olunmuş məhsul və xidmətlərin
ümumi həcmi 3 234 min
manat artaraq 145 739,1 min manata
çatmışdır. Rayon
üzrə adambaşına 2 389,2 manat dəyərində,
yaxud əvvəlki ilin
müvafiq dövrü
ilə müqayisədə 17,2 faiz çox məhsul istehsal edilmişdir.
Aqrar sahənin inkişafına yönəldilmiş dövlət
proqramlarının müvəffəqiyyətlə həyata
keçirilməsi üçün
ölkə rəhbərliyi tərəfindən
yaradılmış əlverişli şəraitin nəticəsi
olaraq, istehsalçıların traktor, kombayn, digər kənd
təsərrüfatı maşın və avadanlıqları, toxum və
gübrə ilə təminatı
yaxşılaşdırılmışdır. Nəticədə,
keçən ilin müvafiq
dövrü ilə müqayisədə 3
507,4 min manat çox olmaqla, 41 221,4 min manat dəyərində
kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bunun da
99,6 faizi qeyri-dövlət sektorunun
payına düşür. Heyvandarlıq inkişaf etdirilmiş, iri malın sayı 20 621 başa,
davarın sayı 167 589 başa
çatmışdır. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə süd istehsalı
207,6 ton, ət istehsalı 90,3 ton, yun istehsalı 3,1 ton, yumurta istehsalı 18 min 100 ədəd artmışdır.
Əkin sahələrini
suvarma suyu ilə təmin
etmək məqsədilə 134 ədəd subartezian
quyusu yenidən bərpa olunmuşdur.
Balçılı kəndində 2, Haçaqaya,
Quşqara və Nadil
kəndlərinin hər birində 1 ədəd subartezian quyusu
qazılmış, Yeni Qızılca və
Quşqara kəndlərində isə
qazılmaqdadır.
Hazırda fəaliyyət
göstərən 23 sənaye müəssisələrində
8077,2 min manat dəyərində
sənaye məhsulu istehsal edilmişdir.
Rayonda sahibkarlığın
inkişafına yaradılmış münbit
şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 474-ə
çatmışdır. Sahibkarlığa Kömək Milli Fondu 156 sahibkara 5 milyon 170,9 min manat dəyərində güzəştli kredit vermişdir.
Əhalinin
aztəminatlı təbəqəsinin, sosial
müdafiəyə ehtiyacı olan
insanların rifahının yaxşılaşdırılmasına
diqqət daha da
artırılmışdır. 2014-cü ilin
9 ayı ərzində 867 ailə olmaqla,
3912 nəfərə 108,2 min manat məbləğində ünvanlı sosial yardım verilmişdir. Qarabağ müharibəsi və Çernobıl qəzası
əlillərinin 130 uşağına 14 min
manat müavinət, əmək və sosial pensiyaçılara 12 milyon
302,7 min manat müavinət
ödənilmişdir. 75 nəfər tənha və əlillərə
evində sosial məişət xidməti
göstərilmişdir. Rayon üzrə
orta aylıq pensiyanın məbləği
162 manat təşkil etmişdir.
Əhalinin
məşğulluğunu təmin etmək və vətəndaşların
sosial müdafiəsini gücləndirmək
məqsədilə 2014-cü ilin 9 ayı
ərzində 372 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, onlardan
226 nəfəri münasib iş
yerləri ilə təmin olunmuşdur.
“Əmək yarmarkası”
keçirilərək 223 iş yeri müəyyənləşdirilmiş, 48 nəfər
özlərinə münasib iş yeri
tapmışdır.
Dövlət
proqramının icrası ilə bağlı 180 şagird yerlik Şəhriyar
kənd tam orta, 80 şagird yerlik Bəhrəmbağ
kənd ümumi orta məktəb
binaları, Köşkü kənd tibb məntəqəsi üçün
bina tikilmişdir. Xaqani kənd
uşaq bağçası, Qızılca
və Çaykənd kənd folklor evi, Qızılca kənd kitabxanası əsaslı
təmir olunmuşdur. 80 şagird
yerlik Üçbulaq
kənd ümumi orta məktəbi,
Zurnabad kənd tibb məntəqəsi,
Göygöl şəhərində 10 yerlik, Yeni Qızılca kəndində
50 yerlik uşaq
bağçaları üçün binaların
tikintisi, 4 saylı “Sevinc”
uşaq bağçasının əsaslı
təmiri davam etdirilir.
Göygöl şəhərinin Ə. Əliyev, Bülbül, İ. Verdiyev,
Q. Qarayev, S. Mehmandarov,
Y. Məmmədəliyev, 20 Yanvar,
Z.Tağıyev, Nizami, N. Nərimanov
küçələrinə örtük
salınmış, beton arxlar
və səki daşları düzülmüş,
53 küçəyə çınqıl tökülmüşdür.
D.Verdiyev, A.Şadlinski
küçələrinə və Mollacəlli kəndinə
gedən yolun bir hissəsinə
asfalt örtüyün
salınması ilə bağlı işlər davam etdirilir. Sel sularının vətəndaşların
evlərinə və təsərrüfatlarına
ziyanının qarşısını almaq
üçün Xətai küçəsində
370 metr kanal
qazılmış, 132 metr boru
salınmışdır. Böyük Vətən Müharibəsində
həlak olanların xatirə kompleksində və onun ətrafındakı parkda
təmir-bərpa və yenidənqurma işlərinə
başlanılmış, ilin sonunadək başa çatdırılması nəzərdə
tutulmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ayırdığı vəsait
hesabına 5 min nəfər əhalinin
yaşadığı 5 yaşayış məntəqəsini
birləşdirən 15,1 kilometr uzunluğunda Yeni
Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu kəndlərarası
avtomobil yolunun yenidən
tikilməsinə və asfalt örtük salınmasına başlanılmışdır. Hazırda işlər
sürətlə davam etdirilir.
Bu yay rayon
ərazisinə düşən dolu nəticəsində
Şəhriyar, Zurnabad, Yeni
Zod, Mixaylovka,
Çaykənd, Toğanalı, Qarabulaq, Quşçu kəndlərində 869 fərdi
yaşayış evinin və 21 sosial obyektin dam örtüyünə ziyan
dəymişdir. Hazırda dəymiş zərər aradan qaldırılır.
Göygöl şəhərinin su
təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin
icrası ilə bağlı sutkada 5500 kubmetr çirkab
sularının təmizlənməsi üçün
qurğunun tikintisi başa çatdırılmışdır. Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin
qrantı hesabına Köşkü kəndinə
8,2 kilometr məsafədən su xətti çəkilir. Əhalinin elektrik enerjisi təminatını
və qaz təchizatını
yaxşılaşdırmaq məqsədilə ötən aylar ərzində elektrik
təsərrüfatında 61,6 min manat dəyərində təmir-bərpa işləri aparılmışdır.
183 ədəd müxtəlif güc
transformatorları təmir olunmuş, 12,16
kilometr elektrik xətti
çəkilmiş, qəza vəziyyətində olan elektrik dayaqları yenisi ilə əvəz olunmuşdur.Yeni
salınmış yaşayış massivlərinə qaz xətti çəkilərək 993 təsərrüfat
təbii qazla təmin edilmişdir. İstismarda olan müxtəlif diametrli
qaz xətlərinin zədələnən
hissələrində təmir-bərpa işləri görülmüşdür.
Rayon İcra Hakimiyyətinə cari ilin ötən
ayları ərzində 1120 müraciət daxil
olmuşdur. Ümumi
müraciətlərin sayı 2013-cü ilin
müvafiq dövrü
ilə müqayisədə 225 vahid, o cümlədən Azərbaycan Respublikası
Prezidentinin Adminstrasiyasından daxil olmuş müraciətlərin
sayı 133 vahid, bilavasitə Rayon İcra Hakimiyyətinin başçısına
ünvanlanmış müraciətlərin sayı 59 vahid azalmışdır. Vətəndaşların
təsdiq edilmiş cədvəl əsasında
823, o cümlədən icra
hakimiyyətinin başçısı tərəfindən 638
vətəndaş qəbul edilmişdir.
Əhalini narahat edən problemləri yerindəcə
öyrənib tədbir görmək məqsədilə 34 səyyar
qəbul keçirilmişdir. Belə
görüşlərdə 2186 nəfər iştirak
etmiş, 105 müxtəlif xarakterli müraciət və təkliflər
söylənilmiş, bir sıra sosial problemlər
qaldırılmışdır. Belə bir
fakt xüsusilə razılıq doğurur ki, səyyar qəbullarda
qaldırılan məsələlərin, təklif və
müraciətlərin böyük əksəriyyəti
elə yerindəcə həll edilmişdir.
İqtisadi, sosial və mədəni
həyatın ayrı-ayrı sahələrindən gətirdiyimiz
misallar, təhlil və müqayisələr
bir daha göstərir
ki, Göygöl rayonunda inkişaf və
yüksəliş dinamik xətt üzrə
gedir, ardıcıl və davamlı xarakter daşıyır. Təsadüfi deyil ki, tikinti-quruculuq və
abadlıq işlərinin həcmi və miqyası gündən-günə
genişləniq.
Bu gün Göygöl özünün
qaynar, yaradıcı və işgüzar həyatını
yaşayır. Rayonda sağlam
mənəvi-psixoloji mühit, təşəbbüskar
ab-hava var. Göygöl Rayon İcra Hakimiyyəti, onun yerli strukturları iş üslüb və metodlarını, təşkilat-idarəetmə
məsələlərini daim təkmilləşdirir.
Kadrlara tələbkarlıq gücləndirilir,
icra intizamı diqqət mərkəzindədir.
Görüşdüyümüz, söhbət etdiyimiz ictimaiyyət
nümayəndələri - ağsaqqallar,
ziyalılar, gənclər son illər iqtisadi, sosial və mədəni
sahələrdə əldə edilmiş böyük uğurları, inkişaf
və yüksəlişi, haqlı olaraq, Prezident İlham
Əliyevin gündəlik diqqəti kimi
qiymətləndirib, bu qayğıya konkret əməli işlərlə cavab vermək üçün
fədakarlıqla çalışacaqlarını bildirdilər.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 2 noyabr.- S.6.