Samux: bütün sahələrdə
inkişaf var
Samuxun son illərdəki inkişafı danılmazdır. Rayonda elə bir sahə yoxdur ki inkişaf etməsin. Abadlıq-quruculuq işlərinin geniş vüsət alması rayonun simasını tamamilə dəyişib. Bu ilin ötən doqquz ayında da Samuxda işin sürəti bir an belə azalmayıb.
Məsələn, hesabat dövründə rayon
üzrə ümumi məhsul
buraxılışının həcmi 75 milyon
manat olmuşdur ki, bu da
keçən ilin müvafiq
dövrü ilə müqayisədə
3,4 faiz çoxdur. Kənd
təsərrüfatı məhsullarının həcmi də
ötən illə müqayisədə artaraq
42,5 milyon manat təşkil
etmişdir. Tikinti,
ticarət dövriyyəsi, əhalinin gəlirləri, orta aylıq əmək haqqı da artıb...
Bütün bunlar barədə doqquz ayın yekunlarına həsr olunmuş yığıncaqda hesabat
məruzəsi ilə
çıxış edən rayon icra hakimiyyətinin başçısı
Alı Qocayev və çıxış
edənlər belə bir faktı dönə-dönə
vurğuladılar ki, qazanılan nailiyyətlər
ölkə başçısı İlham
Əliyevin Samuxa və samuxlulara
göstərdiyi hədsiz diqqət və qayğının nəticəsidir.
Samuxun da əhatə olunduğu dövlət proqramının
icrası ilə əlaqədar rayon
üzrə geniş tədbirlər planı
hazırlanmışdır və hazırda onun
icrası həyata keçirilir. Dövlət
proqramında kənd yollarının tikintisinə xüsusi fikir verilməsi Samuxun timsalında da
aydın görünür. Azərbaycan
Respublikası Prezidentinin 9 iyun
2014-cü il tarixli sərəncamı
ilə 23 min nəfər əhalinin
yaşadığı 10 yaşayış məntəqəsini
birləşdirən Samux şəhər-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı
avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat vəsaitin
ayrılması bunun əyani sübutudur. Bu yolun inşası rayonda ictimai nəqliyyat şəbəkəsinin
genişlənməsinə və nəticədə,
insanların rahatlığına xidmət edəcəkdir. Bu günədək yolun
12 kilometrlik hissəsinin yatağı tam hazır vəziyyətə gətirilmiş,
22 ədəd su keçidi
yenilənmiş və 7,2 kilometrlik hissəsinə
asfalt-beton örtüyü
salınmışdır. Yolun qalan 24,5 kilometrlik
Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux hissəsinin
və avtomobil yolunun Gəncə
çayı ilə kəsişən hissəsində üç aşırımlı körpünün tikintisi
üçün layihə-smeta sənədləri
tam hazırlanmışdır.
Hesabat dövründə rayonda təhsil
müəssisələrinə olan tələbat
nəzərə alınaraq, Samux şəhərində
hər biri100 yerlik iki
körpələr evi-uşaq
bağçasının tikintisi üçün layihə-smeta sənədləri
hazırlanmış və tikintisinə
başlanmışdır.
Hazırda ümumi sahəsi 1800 kvadratmetr olan
bağçanın biri istifadə üçün tam
hazırdır. Burada uşaqlar
üçün hər cür
şərait vardır. Bağçanın həyətində
köşklər tikilmiş ,
yaşıllıqlar salınmış, 100 tonluq
su anbarı inşa olunmuş,suvarma sistemi
quraşdırılmışdır. Digər bağçada
hörgü işləri başa
çatdırılmış, dam örtüyü vurulmuş,
həyət tam
hazırlanmışdır.
Rayonda bir sıra digər
obyektlər də inşa olunur
və onların çoxu artıq istismara hazırdır. Tennis kortu,
Lək,Əlibayramlı və Çobanabdallı kəndlərində
26 ailə üçün fərdi evlər,
Kənd Təsərrüfatı Nazirliyinin
Samux rayon idarəsi üçün inzibati bina, eləcə də telekommunikasiya
qovşağının inzibati və
köməkçi binaları bu ilin yeni
obyektləri sırasındadır.
Tikintisinə
2013-cü ildə başlanmış 360 yerlik
Əhmədbəyli kənd tam orta məktəbinin üçmərtəbəli
yeni binası istifadəyə verilmişdir. Qarayeri qəsəbəsində fəaliyyət göstərən
uşaq bağçaları təmir olunmuşdur. İnstitut qəsəbəsində
İmamzadə kompleksinə gedən yolda geniş tikinti-quruculuq
işləri aparılmışdır.Yolun
başlanğıcındakı dairə yenilənmiş və
burada fəvvarə
quraşdırılmışdır. Yol
boyu həyətyanı sahələrin kənarlarına
hasarlar çəkilmiş və obyektlərin
fasadlarına üzlük vurulmuş,
yaşıllıqlar salınmışdır.
Rayonda kənd təsərrüfatı sahəsi
sürətlə inkişaf edir. Buna isə rayon rəhbərliyi və əlaqədar
nazirliklər yaxından kömək göstərirlər.
Başlıcası isə ölkə Prezidentinin
həmin sahəyə xüsusi diqqət və
qayğısıdır. Məsələn,
“Əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin
içməli suya olan
tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 29 yanvar 2014-cü tarixli sərəncamı
buna əyani sübutdur.
Həmin sərəncama əsasən, bu il rayonun ən çox ehtiyac duyulan ərazilərində 13 ədəd subartezian quyusunun
qazılması nəzərdə tutulmuşdur.
Artıq quyular qazılmış və
yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Dövlət
proqramına uyğun olaraq, əhalinin içməli suya təlabatının ödənilməsi
istiqamətində də müəyyən işlər görülmüşdür. Salahlı, Kəsəmən,
Poylu, Qarabağlı və Burunqovaq kəndlərində modul
tipli sutəmizləyici qurğuların
quraşdırılması başa
çatdırılmış və sakinlər içməli su
ilə təmin olunmuşdur.
Bütövlükdə, adları çəkilən kəndlərdə
53 bulaq inşa edilmişdir.
Hesabat yığıncağında
qarşıda duran vəzifələr də
müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, rayon dinamik inkişaf edir və sürəti
bir an belə
azaltmaq olmaz.
Çıxış
edənlər rayon icra
hakimiyyətinin başçısı
Alı Qocayevin səyyar qəbullara xüsusi diqqət yetirməsinin nəticəsi
olaraq yerlərdə problemlərin tədricən
azalmasını göstərdilər. Belə bir fikir yekdilliklə
ifadə olundu ki, əhali ilə müntəzəm və sıx əlaqə ümumi inkişafa müsbət təsir göstərir.
Bu baxımdan Samuxda maraqlı təcrübə əldə
edilmişdir.
Hamlet
QASIMOV
Xalq qəzeti.- 2014.- 2 noyabr.- S.5.