Azərbaycan dövlətinin
humanist siyasəti
bütün dünyada yüksək
dəyərləndirilir
İnsan
hüquq və azadlıqlarının qorunmasına xidmət
edən 57 əfv fərmanı və 10 amnistiya
aktını reallaşdıran
gənc müstəqil dövlətimiz barədə
özünəməxsus bir fikir formalaşıb: Belə
humanist addım dünyanın heç bir ölkəsində
qeydə alınmayıb.
Xatırladaq
ki, Azərbaycanın Dövlət Müstəqilliyi
Günü ərəfəsində respublikamızın rəhbəri İlham Əliyev daha bir humanist addım ataraq sayca 57-ci olan əfv sərəncamı imzaladı.
Dövlət başçısına məhkum olunmuş bir sıra şəxslərin,
onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi
təşkilatlarının əfv haqqında
ünvanladığı müraciətlərə
baxılmış, məhkumların şəxsiyyəti, səhhəti,
ailə vəziyyəti, cəza çəkdikləri müddətdə
davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq 84 məhkum
əfv olunmuşdur.
Onu da qeyd edək ki, dövlətimizin humanist
siyasəti nəticəsində qısa müddət ərzində
10 amnistiya aktının qəbul
olunması, 57 əfv sərəncamının imzalanması
beynəlxalq aləmdə çox yüksək
dəyərləndirilir. Bununla əlaqədar
qəbul olunan bəyanatlarda da humanizm prinsiplərinin diqqət nərkəzində
saxlanılması nəticəsində minlərlə insanın öz ailəsinə, cəmiyyətə qovuşduğu bildirilir.
Dövlətimizin başçısı əfv edilmiş və islah olunaraq, azadlığa çıxan məhkumlara
qanun pozuntularından, cinayət törətməkdən
yayınmağı, ailələrinə, sağlam
həyat tərzinə qayıtmağı, faydalı əməklə
məşğul olmağı tövsiyə etmişdir.
Bu vaxta qədər
imzalanmış 57 sərəncam əsasında 5938 nəfər
əfv olunub. Ümumiyyətlə, qəbul
edilmiş 10 amnistiya
aktı və əfv sərəncamları ilə birlikdə on minlərlə
məhkum ailəsinə qovuşmuşdur.
Cəzalarının qalan hissəsindən
azad olunanlar və
onların valideynləri ölkə başçısına bu humanist addımına
görə minnətdarlıqlarını bildirmiş,
sevinclərinin həddi-hüdudu olmadıqlarını
bildirmişlər. Məsələn, sonuncu
əfv sərəncamı ilə cəzasının qalan hissəsindən azad edilmiş Afiq Kazımov
Prezidentə öz təşəkkürünü
bildirərək deyib: “Çox
sağ olsun Prezidentimiz! Bizim
günahlarımızı bağışladı. Əfv
olunacağımı gözləmirdim”.
Əfv olunan şəxslərin valideynləri də
sevinclərini dövlət başçısına minnətdarlıqla
bildiriblər. Valideyn Təyyar İbrahimov sevincini
bölüşərək deyib: “Bu gün biz
valideynlərə sevinc bəxş edən
cənab Prezidentimizə uzun ömür, cansağlığı arzu edirəm! Bizi sevindirdi. 2 saylı cəzaçəkmə
müəssisəsinin əməkdaşlarına təşəkkürümü
bildirirəm. Övladımın
ilk günahı idi.
Öz dostu ilə
dalaşmışdı. Möhtərəm Prezidentimiz
onu əfv etdi. Ailəmizin
bütün üzvləri, hamımız
Prezidentimizə minnətdarıq”.
Belə faktlar istənilən qədərdir. 1995-ci ildən
bu günə kimi məhkumluq
həyatı yaşayan insanların ailələrinə
hər dəfə bayram günlərində
iki qat sevinc
bəxş olunması artıq ənənə halını
alıb.
Ulu öndər Heydər Əliyev rəhbərliyi
ilə 1995-ci ildə əfv institutu yenidən
tamamilə fərqli şəkildə bərpa olundu.
Həmin vaxt ilk dəfə
təxminən 1000-ə yaxın hərbçi, əsgər əfv
olundu. Onlar fərariliyə
görə məhkum olunmuşdular.
Araşdırmalar göstərirdi ki,
onların fərariliyinin əsasında o
dövrdə ordudakı hərc-mərclik, dövlət idarəçiliyindəki
naşılıq, ölkədə baş
alıb gedən
özbaşınalıq, anarxiya, xaos dururdu. Bu
gün isə Azərbaycanda fərarilik yoxdur, başqa qanun
pozuntuları olsa da, onlara qarşı tədbir görülür.
Amma fərarilik cinayəti tamamilə aradan qaldırılıb. Halbuki,
AXC-Müsavat hakimiyyəti dövründə
bu, kütləvi xarakter
almışdı. Bunun da nəticəsində
gənclər uzunmüddətli məhkumluq həyatı yaşayr, ömrün ən
enerjili illərini cəzaçəkmə
müəssisələrində keçirirdilər.
Baxmayaraq ki, həmin dövrdə
amnistiya ilə bağlı olaraq xüsusi bir qanunvericilik yox idi, amma Heydər
Əliyevin Milli Məclisə təqdim etdiyi amnistiya qərarları
elə hazırlanmışdı ki, bir qədər yüngül
cinayət törətmiş, xüsusi ictimai əhəmiyyət kəsb etməyən
insanlar azadlığa buraxılırdılar. Amma
ağır cinayətlər burada istisna olunurdu. Bu baxımdan ümummilli lider Heydər Əliyev Azərbaycanda, sözün
əsl mənasında, humanist məna daşıyan
əfv və amnistiya təsisatının
banisidir.
Ulu öndərin siyasi
xəttini layiqincə davam etdirən Azərbaycan
Prezidenti İlham
Əliyev bir-birinin ardınca
imzaladığı əfv sərəncamları ilə humanizm prinsiplərinə sadiqliyini
nümaiyş etdirir. Bir faktı qeyd edək ki, dövlət
başçısının humanizm
prinsiplərinə sadiqliyi nəticəsində
son 10 ildə
35 min 240 nəfərdən çox məhkum azadlığa
buraxılıb.
Dövlət
başçısı 2003-2013-cü illərdə 3 amnistiya aktına imza
atıb. 2007-ci ildə 9877,
2009-cu ildə 9564, 2013-cü ildə 10 040 məhkum barəsində
amnistiya tətbiq edilib.
2014-cü il oktyabrın 17-də imzalanmş əfv sərəncamı ilə daha 84 nəfər azadlığa
buraxılıb. Ölkə başçısının bu sərəncamı
beynəlxalq aləmdə yüksək qiymətləndirirlər.
Bu sərəncamı alqışlayan bəyanatların
sayı getdikcə artmaqdadır.
Azərbaycanda əsas
insan hüquq və
azadlıqlarının müdafiəsi istiqamətində həyata
keçirilən belə tədbirlərin yüksək qiymətləndirilməsi
ilə əlaqədar ilk bəyanat Avropa İttifaqı tərəfindən verildi. Bu qurumun xarici siyasət
üzrə Ali nümayəndəsi Ketrin Eşton və Avropa Qonşuluq Siyasəti
və Genişlənmə üzrə komissar
Ştefan Fülenin
birgə bəyanatında əfv sərəncamı
alqışlanıb və müsbət addım kimi dəyərləndirilib. Bəyanatda Avropa İttifaqının Azərbaycanla əlaqələrə
verdiyi önəm xüsusi
vurğulanıb və Avropa
İttifaqı-Azərbaycan münasibətlərinin hər iki tərəfin xeyrinə əhəmiyyətli
potensialı olduğu qeyd
edilib: “Biz
Azərbaycanın sabit, təhlükəsiz
və firavan gələcəyə malik ölkə olması ilə bağlı istəklərini bölüşür və Avropa
Şurasının hazırkı sədri kimi
Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq
açıq və əhatəli milli dialoqun ən
yaxşı yol olduğuna
əminliyimizi bildiririk”.
Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Malena
Mard bildirib ki, Avropa İttifaqı vətəndaş
cəmiyyətinin inkişafı sahəsində Azərbaycanla
işi bundan sonra da davam
etdirəcək. Onun sözlərinə görə, Avropa
İttifaqının Azərbaycanın vətəndaş cəmiyyəti
və dövlət strukturları ilə təmasları daimidir və bu, həm Avropa İttifaqı, həm də Azərbaycan
üçün vacibdir:
“İstənilən ölkədə vətəndaş cəmiyyətinin
mövcudluğu çox
vacibdir və Azərbaycan da istisna deyil”.
M.Mard qeyd edib ki, Avropa
İttifaqı Azərbaycan Prezidentinin əfv
sərəncamını alqışlayır. O, belə
addımların davamlı olacağına əminliyini ifadə
edib.
Polşa Xarici İşlər
Nazirliyi də Prezident
İlham Əliyevin əfv sərəncamını
alqışlayan bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən
80 nəfərdən artıq insan
azadlığa buraxılıb. Qeyd edilir ki, beynəlxalq
ictimaiyyət tərəfindən alqışlanan bu sərəncam
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində
atılmış müsbət addımdır.
ABŞ Dövlət Departamenti tərəfindən
də dövlətimizin əfv sərəncamını
alqışlayan bəyanat yayılıb. Azərbaycan Prezidentinin oktyabrın 17-də
imzaladığı əfv sərəncamı ilə Həsən
Hüseynli də daxil
olmaqla vətəndaş cəmiyyəti fəallarının
həbsdən azad edilməsi yüksək
qiymətləndirilib. Bəyanatda deyilir ki, iyul
ayında xuliqanlığa dair şübhə
doğuran ittihamla məhkum
edilmiş Həsən Hüseynli
və onun başçılıq etdiyi QHT
Bakıdakı ABŞ səfirliyi
ilə tələbə mübadiləsi, təhsil müşavirliyi sahəsində əməkdaşlıq
edirdi: “Onunla
birlikdə, eyni gündə üç gənc fəal - Bəxtiyar Quliyev, Şahin Novruzlu və Elsevər Mürsəlli də həbsxanadan
buraxılıblar”.
ABŞ Konqresində
Azərbaycan dostluq qrupunun
həmsədri, konqresmen Stiv
Koenin bu günlərdə
yayılan bəyanatında da Azərbaycan
Prezidentinin humanizm
prinsiplərinə sadiqliyi, 80-dən çox məhbusun əfv edilməsi sərəncamı
yüksək qiymətləndirilir. Bəyanatda deyilir
ki, bu sərəncam
Azərbaycanın humanist siyasətinin daha bir təsdiqidir. Stiv Koen deyib:
“Azərbaycan Birləşmiş Ştatların dəyərli
müttəfiqidir və çox şadam ki, birgə
maraqlarımızı təmsil etmək üçün
mənim Azərbaycan ilə apardığım işi davam etdirmək
perspektivləri var”.
Ölkəmizin
sürətli inkişaf yoluna
qədəm qoyması və beynəlxalq aləmdə reytinqinin getdikcə
yüksəlməsini gözü
götürməyən, insan hüquq və azadlıqlarının
müdafiəsi istiqamətində əhəmiyyətli tədbirlərin
həyata keçirilməsindən qışqanclıq hissi keçirən, erməni lobbisi tərəfindən
maliyyələşdirilən və onların diktəsi ilə
hərəkət edən “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Sərhədsiz
Reportyorlar” və digər ermənipərəst
təşkilatların yalan və qərəzli
hesabatlarına artıq inanan yoxdur. Azərbaycan Prezidentinin
sonuncu əfv sərəncamından sonra mötəbər beynəlxalq təşkilatların və bir sıra ölkələrin rəsmi bəyanatları
qərəzli qeyri-hökumət təşkilatlarına
tutarlı cavab oldu.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 2 noyabr.- S.2.