Səslər
dünyasının işığında
Bu günlərdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və AMŞ-nin Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri tanınmış jurnalist Telman Qarayevi 80 yaşının tamamında teleradio işçilərinin Yeni Yasamalda yerləşən yaşayış evindəki mənzilində ziyarət etdilər. Şuranın “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram, gələcək üçün təcrübə qaynağımızdır” layihəsi çərçivəsində səyyar görüşünə qocaman jurnalistin uzun illər çalışdığı Azərbaycan radiosunun əməkdaşları da qatılmışdılar.
Azərbaycan
mədəniyyəti ilə, xüsusən milli
musiqimizlə bağlı saysız- hesabsız
yazıların, radioverilişlərin müəllifi,
istedadlı jurnalist Telman
Qarayev 60 ildən artıq müddətdə
qəlbinin odunu, gözlərinin nurunu söz sənətinin
çox ünvanları əriş- arğac etmiş
yollarında əritmişdir. Yazmaq-yaratmaq həvəsi ahıl
yaşlarında belə zərrə qədər
azalmamış ustad həmkarımızı
son illərdə gözlərinə
çökən zülmət
Azərbaycan Radiosundakı çoxillik
sevimli işindən aralı saldı.
Dörd divarın arasına məhkum olduğu
son illərdə Telman
Qarayev uzun illər
tükənməz bir sevgi
ilə toplayıb ərsəyə gətirdiyi zəngin səs
arxivinə sığınaraq min bir ünvandan süzülüb gələn nadir
səslərin işığı ilə könül
dünyasını
nurlandırır. Uzun bir dövrü
əhatə edən bu arxivdəki nə az, nə çox, 5 minədək
səs yazısında musiqi mədəniyyətimizin
ulu qaynaqları, ünlü
sənətçiləri, bənzərsiz səsləri barədə Telman müəllimin hazırladığı
verilişlər, nadir müsahibə və
ifalar qorunub
saxlanır. Bunların bir çoxunu o, öz marağı və cəhdi ilə qoruyub saxladığından hətta radionun səs fondunda da yoxdur.
80
yaşının tamam olduğu
günlərdə ölkənin ən nüfuzlu
media qurumunun rəhbərinin,
özünün də üzv
olduğu Ahıl Jurnalistlər Məclisi
təmsilçilərinin, köhnə iş
yoldaşlarının onunla
görüşə gəlməyi Telman Qarayevin döğma bir səsə, mərhəm bir hənirtiyə
günlərlə həsrət qalan qəlbinə
bolluca işıq, toy-
bayram əhvalı gətirmişdi. Deməli,
dostları, həmkarları, söz
dünyasının adamları onu
unutmayıblar, gözlərinin nurunu itirmiş yaşlı həmkarlarının bəzən
ilə dönən günlərinin 80 yaşın zirvəsinə
gəlib çatdığını da
diqqətdə saxlayıblar.
Odur ki, vaxtilə özü də belə görüşlərə
çox getmiş Telman müəllimin uçmağa
qanadı yox idi.
Hamını bir- bir
bağrına basdı, başını köksünə
sıxıb xoş ətir kimi iylədi. Dedi ki, gəlişinizi dünəndən eşidib bütün gecəni
yatmamışam. Gecəyarı ötən illərin ən unudulmaz səslərini, ən maraqlı
müsahibələrini seçib
ayırmışam ki, maqnitofonda
sizin üçün
səsləndirim. Axı bu yaşda, bu durumda mənim bu səs
yazılarından başqa və onlardan qiymətli heç
nəyim yoxdur...
Bildirək ki, Telman müəllim uzun illər təmirsiz qalmış sadə,
darısqal mənzilinin ən böyük
otağını, sözün həqiqi mənasında,
radio studiyasına çevirib.
Olan- olmazını aparatlara
xərcləyib. Rəflərdə səliqə ilə 5 minədək
kaset yer alıb. Divarlarda jurnalistin ən yaxşı günlərindən
soraq verən, görkəmli sənət
adamları ilə görüşlərini əks etdirən
çərçivəyə salınmış fotolar sıralanıb.Bu materiallar
əsasında axır vaxtlar iki kitab hazırlayıb gələnə-
gedənə bağışlayır. Deyir
ki, yerdə qalanı da
cavan jurnalistlər, musiqiçilər gəlib
aparsınlar. İstəmişəm ki, uzun illər gördüklərimi, öyrəndiklərimi
bizdən sonrakı nəsilə əmanət edəm.
Elə bu səslər arxivini də
dünənimizi, bugünümüzü sabaha ötürmək üçün
toplayırdım. Lentlərdən təkrar istifadə etmək
üçün bir qayda olaraq efirə getmiş verilişləri pozurdular.
Mən isə min bir əziyyətlə
onların üzünü köçürüb
saxlayırdım. Sağ olsun,
Azərbaycan radiosunun indiki
rəhbəri Cavanşir Cahangirovu,
uşaqları göndərir, aparıb istifadə edirlər. Arzu edərdim ki, o biri radiokanallar da bu arxivdən
yararlansınlar.
Bu yerdə Telman müəllimin nadir səs arxivinin taleyi ayrıca mövzuya çevrildi. Ahıl Jurnalistlər Məclisinini sədri Yusif Kərimov bildirdi ki, bu
məsələ onu xeyli vaxtdır ki, qayğılandırır:
yaxşı olar ki, müvafiq dövlət qurumu bu arxivə sahib çıxsın. Mətbuat
Şurasının sədri
Əflatun Amaşov dedi ki, jurnalistlər
ictimaiyyətin diqqətini
bu nadir xəzinəyə
yönəltməkdə çox
iş görə bilərlər. Telman Qarayev isə təklif etdi ki, bu otaqdan
canlı verilişlərə
çıxmaq mümkün
olduğundan hələlik
teleradio jurnalistləri
gəlib təmənnasız
olaraq verilişlər
hazırlasınlar.
Bu arada yubiliyarı
təbrik etməyə
gəlmiş jurnalist qızlar Dilşad Tahirqızı, Rəsmiyyə
Rzalı, Əsmət
Əbdülqızı,Yeganə Məmmədova da işsiz durmayıb evi sahmana saldılar,
çay süfrəsi
açdılar. Beləcə görüşdə
söz-sözü çəkdi,
jurnalistikamızın taleyi
ilə bağlı müxtəlif mövzular çözələndi. Telman müəllimin
də ürəyi açıldı, üzü
güldü, ötən
günlərdən şirin
xatirələr danışdı.
O, Ahıl Jurnalistlər
Məclisinin yaradılmasını,
Prezident İlham Əliyevin göstərişi
ilə qurumun səmərəli fəliyyəti
üçün göstərilən
qayğını yada
saldı, keçirilən
tədbirlərin yaşlı
jurnalistlərin ürəyincə
olduğunu, onları fəal həyata qoşduğunu dedi.
AMŞ sədri Əflatun Amaşov yubiley plaketini, AJM-in sədri Yusif Kərimov jurnalistlərin hədiyyəsini qocaman jurnalistə təqdim etdilər.
Telman Qarayev
həmkarlarının qədirbilənliyinin
çəkdiyi acıları
ona unutdurduğunu son nəfəsinədək jurnalistikamızın
əsgəri olaraq qalacağını söylədı.
Yubiliyar onun görüşünə
gələnlərə təşşəkkürünü
bildirdi.
Tahir
AYDINOĞLU
Xalq qəzeti.- 2014.- 4 noyabr.- S.5.