Bəstəkarlar
İttifaqının 80 illik yubiley tədbirlərinə
Tofiq Bakıxanovun kamera musiqisi ilə start verildi
Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir bəy Hacıbəyli adına konsert zalında ölkəmizin ilk yaradıcılıq birliklərindən olan bu təşkilatın 80 illik yubiley tədbirləri silsiləsinə start verilib. Tədbirdə ön sözlə çıxış edən Bəstəkarlar İttifaqının sədri, respublikanın Xalq artisti, professor Firəngiz Əlizadə xatırladıb ki, bu möhtəşəm tədbirlər silsiləsinə görkəmli bəstəkar Tofiq Bakıxanovun əsərlərinin dinlənilməsi ilə başlamağımız təsadüfi deyil:
- Çünki
Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru,
“Şöhrət” ordenli sənətkar olan Tofiq Bakıxanov ömrünün doqquzuncu
onilliyində də həm yaradıcılıq sahəsində,
həm də müəllim kimi fəaliyyətini
uğurla davam etdirir. Azərbaycan tarixinin ən
görkəmli simalarından olan Abbasqulu ağa Bakıxanov
nəslini təmsil edən Tofiq müəllimin
yaradıcılığı hələ ötən əsrin
60-cı illərindən etibarən dünyanın musiqi ictimaiyyəti tərəfindən
tanınır və bəyənilirdi. Onun 1969-cu ildə Parisdə
keçirilən VII Beynəlxalq Musiqi
Festivalında, sonra isə Lüksemburq,
Monte-Karlo, Moskva, Leninqrad, Kiyev şəhərlərində
nümayiş etdirilən “Xəzər
balladası” baleti Azərbaycan neftçilərinin
həyatından bəhs edən ilk musiqili səhnə
əsəri idi. Bundan başqa, Tofiq müəllim İran,
türk, ərəb xalq
musiqiləri əsasında çoxsaylı əsərlər
yazmışdır. Onun qələmə
aldığı səhnə əsərləri 40 idən
artıqdır ki, Azərbaycan
teatrlarının repertuarındadır.
Tofiq Bakıxanovun kamera və
simfonik əsərləri , eləcə də
operetta yaradıcılığı barədə
əhatəli şəkildə söz açan Bəstəkarlar
İttifaqının katibi, əməkdar
incəsənət xadimi, professor
Zemfira Qafarova dedi: – Bu görkəmli bəstəkarın
ən böyük şəxsi keyfiyyətlərindən
biri də odur ki, Tofiq müəllim
müraciət etdiyi bütün
musiqi janrlarında uğurlu
əsərlər yarada bilib.
Digər tərəfdən, Tofiq
müəllim milli hərb tariximizə ona qədər sərkərdə, elm və mədəniyyətimizə iyirmiyə
qədər görkəmli ziyalı, ən
başlıcası, Abbasqulu ağa Bakıxanov kimi tarixi şəxsiyyət bəxş etmiş Bakıxanovlar şəcərəsinin
tarixi ənənələrini ləyaqətlə
davam etdirir.
Sonra musiqiçilər bəstəkarın
“Azərbaycan sonatası”, “Xatirə konserti”,
“Türk sonatası” və “Türk rapsodiyası” əsərlərini ifa etdilər. Gülnarə
Əhmədova, Cəmilə Abbasova,
İsmayıl Zülfüqarov, Ülkər
Hacılı, Talehə Əliyeva, Rimuzə Məmmədova, Sahib Paşazadə və Nərgiz
Əliyevanın çıxışları tamaşaçılar tərəfindən
dəfələrlə alqışlandı. Tədbirdə
paytaxtın musiqi və təhsil ictimaiyyətlərinin
nümayəndələri ilə yanaşı, Türkiyə,
İran İslam
Respublikası və Şimali Kipr Türk Cümhuriyyətinin
ölkəmizdəki diplomatik nümayəndəliklərinin
təmsilçilərı də iştirak
edirdilər.
Xatırladaq ki, Azərbaycan
Bəstəkarlar İttifaqı 1934-cü ildə böyük sənətkar Üzeyir
bəy Hacıbəylinin yaxından köməyi ilə
yaradılmışdır. Təsis
tədbirində Azərbaycan bəstəkarllarından
Əfrasiyab Bədəlbəyli, Zülfüqar
Hacıbəyli və Niyazi Tağızadə-
Hacıbəyov da iştirak
etmişlər.
Rafiq
SALMANOV
Xalq qəzeti.- 2014.- 4 noyabr.- S.6.