III Bakı Beynəlxalq
Teatr Konfransı
Bu
gün Bakıda Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri
İttifaqınin təşkilatçılığı
ilə III Beynəlxalq Teatr Konfransı öz işinə başlayır.
Bu münasibətlə dünən Musiqili Teatrda mətbuat konfrası
keçirildı.
Konfransda
Litvadan olan Mədəniyyət
nazirinin müavini Deyvidas Staponkus,
ABŞ-dan gələn teatr rəssamı İosif Yusupov, hindistanlı Beynəlxalq uşaq
teatrları festivallarının
rəhbəri Ayşa Rau və
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov
iştirak edirdilər.
Mətbuat konfransını giriş
sözü ilə Mədəniyyət və Turizm nazirinin müavini
Ədalət Vəliyev
açdı. Qonaqları
və media nümayəndələrini salamlayan nazir müavini bildirdi ki, “Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət Proqramının 2.15-ci
bəndində müasir dövrün teatr problemlərinə həsr
olunmuş beynəlxalq elmi-praktiki konfransın təşkili nəzərdə
tutulmuşdur. Bu konfrans dövlət proqramı qəbul
olunduqdan sonra keçirilən
üçüncü beynəlxalq forumdur.
Ədalət müəllim bildirdi ki, artıq 100-dən
çox xarici nümayəndə Bakıdadır.
Sonra nazir
müavini konfransın
proqramı ilə bağlı
media nümayəndələrinə məlumat verdi.
Bildirdi ki, konfransda 40-dan artıq dövlətdən 110 nəfər
tanınmış teatr mütəxəssisinin, beynəlxalq
teatr tənqidçilərinin, rejissor, baletmeyster, teatr rəssamları,
xoreoqraf və dramaturqların iştirakı gözlənilir.
Bundan başqa, tədbirdə ASSİTEJ (Uşaq və Gənclər
Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq
Kukla Teatrları Assosiasiyası), BTİ (Beynəlxalq Teatr
İnstitutu), OİSTAT (Teatr Rəssamları, Texniki
İşçilər və Memarların Beynəlxalq Təşkilatı),
İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası) kimi
beynəlxaq təşkilatların
rəhbərləri çıxış edəcəklər.
ABŞ, Böyük Britaniya, Kanada, Fransa,
İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya,
BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa,
Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya,
Yunanıstan, İsrail, Küveyt, Makedoniya, Oman, Suriya,
Finlandiya, Bəhreyn, Avstriya, Hindistan, İraq, İran, Litva,
Qazaxstan, Səudiyyə Ərəbistanı, Rumıniya və Kolumbiyadan olan nümayəndələr tədbirə
qoşulacaqlar.
Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırıldı.
Məlumat üçün
bildirək ki, respublikamızda 7-8 noyabr
2010-cu ildə ilk dəfə keçirilən
“Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər
və alternativlər”
mövzusuna həsr olunmuş konfransda dünyanın
30-dan artıq dövlətindən
60-dan artıq mütəxəssis
təmsil olunmuşdur.
5-6 noyabr 2012-ci ildə
keçirilən II Beynəlxalq Teatr Konfransında isə MDB, Avropa, Amerika və Asiya ölkələrindən
80 nəfər qonaq iştirak etmişdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 5 noyabr.- S.6.