“Teatr
sənətinin multikulturalizm – universal dəyərlər sistemində
yeri” mövzusunda Beynəlxalq Teatr Forumu başa
çatdı
Azərbaycan son illər ardıcıl olaraq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Mədəniyyətlərarası dialoq forumları, beynəlxalq humanitar forumlar ölkəmizin beynəlxalq mədəni əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır. Noyabrın 5-dən 6-dək keçirilən Beynəlxalq Teatr Forumu isə ölkəmizdə bu qəbildən olan sayca üçüncü tədbirdır.
Bu forum “Azərbaycan
teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramı çərçivəsində reallaşdırıldı.
Forumda Amerika Birləşmiş
Ştatlarından, Kanadadan, Rusiyadan, Çexiyadan, Honk-Konqdan, Səudiyyə Ərəbistanından,
Ukraynadan, İsveçrədən, İrandan, Türkiyədən, Polşadan, Avstriyadan, Belarusdan, Finlandiyadan, Estoniyadan, Litvadan,
Çindən, Fransadan, Gürcüstandan,
Qazaxıstandan, Qırğızıstandan, Tacikistandan,
Moldovadan, Tunisdən, İngiltərədən,
Sinqapurdan, Koreyadan,
Yunanıstandan, Almaniyadan, bütövlükdə
30-dan artıq dövlətdən 60-dan çox nümayəndə iştirak
edirdi. Tədbirdən
əvvəl, noyabrın 4-də
Musiqili Teatrda mətbuat konfransı keçirildi. Xarici nümayəndələrin də iştirak etdiyi mətbuat konfransında Mədəniyyət və Turizm nazirinin müavini
Ədalət Vəliyev tədbirin əsas məqsədi və
proqramda nəzərdə tutulmuş tədbirlər barədə media nümayəndələrini
məlumatlandırdı. Noyabrın 5-də keçirilən forumun açılış
mərasimində Mədəniyyət
və Turizm
naziri
Əbülfəs Qarayev, Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə Dövlət müşaviri,
akademik Kamal Abdullayev, Beynəlxalq Kukla
Teatrları Assosiasiyasının baş katibi Jak Trüdo,
Beynəlxalq Uşaq
və Gənclər Assosiasiyasının prezidenti İvet Hardi, Beynəlxalq
Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais və başqaları çıxış edərək
tədbirin əhəmiyətindən, multikulturalizmin beynəlxalq mədəni əlaqələrin
inkişafındakı rolundan danışdılar.
Sonra
forum plenar iclaslarda öz işini davam etdirdi. Polşadan, Rusiyadan, ABŞ-dan,
İrlandiyadan, Hindistandan,
İspaniyadan, Böyük
Britaniyadan, Qətərdən və s. ölkələrdən olan nümayəndələr mövzu ətrafında çıxış
etdilər. Dünən festivalın bağlanış
mərasimi keçirildi. Mərasimdə çıxış
edənlər forumun yüksək səviyyədə təşkilindən, beynəlxalq teatr əlaqələrinin inkişafında
əhəmiyyətli rolundan
danışdılar.
Tədbirdə iştirak edən xarici ölkə nümayəndələri forum haqqında razılıq hissi ilə danışdılar:
İosif
YUSUPOV, teatr rəssamı
(ABŞ)
– Sonuncu dəfə Bakıda iki il əvvəl II Beynəlxalq Teatr Konfransında iştirakım zamanı olmuşam. Bu dəfə də istədim sizin bu gözəl şəhərinizi yenidən
ziyarət edim. Bakı hədsiz gözəlləşib.
Sizin şəhər Şərqlə
Qərbin harmoniyasını
özündə birləşdirir.
Bakıda ustad dəsləri
apardım. Sizin gənclər teatra böyük maraq göstərirlər.
Bu, çox yaxşıdır.
Bu gün teatr aləmində yeniliklər
tətbiq olunur, mən
onlar barədə məlumatlar verməyə çalışdım. Ən
əsası ünsiyyətdir.
Mən burada xoş rəftarlı insanlarla tanış oldum.
Dünyanın heç
bir yerində belə genişmiqyaslı teatr tədbiri keçirilmir. Mən Azərbaycanı həqiqətən
sevdim. Keçirilən bu
tədbir təkcə sizin ölkənizin deyil, digər dövlətlərin də mədəniyyətlərinə böyük təsir vasitəsidir. Bunu hamı yaxşı dərk
edir. Bir daha bu
tədbiri təşkil
edənlərə öz
dərin minnətdarlığımı
bildirirəm.
Ayşe
Rau, Beynəlxalq Uşaq Teatrları
Festivalının direktoru
(HİNDİSTAN)
– Əvvəllər yazıçılıqla
məşğul olmuşam,
indi isə teatr sahəsində çalışıram.
Bakıda keçirilən
bu foruma böyük həvəslə
qoşuldum. Mən
bu tədbirə əsasən multikulturalizm və incəsənətin
dünyanı dəyişə
bilməsi nöqteyi-nəzərindən yanaşıram
.Qloballaşan dünyada
milli mədəniyyətlərin rolunun artmasına xüsusi diqqət yetirmək gərəkdir.
Millətlərdən fərqli olaraq, teatr
yalnız bir dildə danışır. Bu, öyrənmək
üçün gözəl dildir və uşaqlar da bu dili yaxşı
öyrənə bilirlər.
Konfrans müddətində
sizin uşaq teatrları ilə tanışlığım onu deməyə əsas verir ki, sizdə balaca tamaşaçılara həqiqətən
diqqət və qayğı var. Çox istərdim ki, gələcəkdə
Azərbaycanın uşaq teatrları ilə əməkdaşlıq
edim. Sizdə öyrəniləsi təcrübə çoxdur.
Burada insanlar
çox xoşrəftardırlar.
Milli mətbəxiniz də ürəyimcədir.
Mən Bakını sevdim,
bu şəhərə,
qismət olsa, yenə qayıdacağam.
Devidas
Staponkus, Litva Musiqi Akademiyasının professoru
– Artıq dördüncü
dəfədir ki, Bakıdayam. Bu şəhər mənim üçün çox doğmadır.
Bakıda keçirilən
Mədəniyyətlərarası Dialoq Forumunun da iştirakçısı
olmuşam. Bakı üçüncü dəfədir
ki,
Beynəlxalq Teatr
Forumuna ev sahibliyi edir. Bilirəm ki, belə tədbirləri hazırlamaq gərgin zəhmət və təcrübə
tələb edir. Sizin ölkənizin rəhbərliyi, eyni zamanda Mədəniyyət
və Turizm Nazirliyi mədəniyyətin inkişafına böyük diqqət və qayğı ilə yanaşır. Elə bu cür beynəlxalq tədbirlər
də həmin diqqətin nəticəsidir.
Dünya getdikcə
“kiçilir”,
gərək əlaqələri
genişləndirib, başqa
ölkələrdə hansı
proseslərin
getdiyini öyrənəsən.
Belə tədbirlər
zamanı biz başqa ölkələrin
teatr sistemini, modellərini öyrənirik
ki, bu da
çox vacibdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 7 noyabr.- S.6.