Rabitə və yüksək
texnologiyalar
sahəsində 9
ayın nəticələri uğurludur
Bu gün hər bir ölkənin gələcək inkişafının informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsindən asılı olduğu birmənalı qəbul edilməkdədir. Azərbaycanda da İKT sahəsinin inkişafı, əhalinin müasir xidmətlərə çıxışının yaradılması, insanların bu xidmətlərdən əlverişli şərtlərlə istifadəsinin təşviqi, yeni xidmətlərin tətbiqi, sektorun diversifikasiyası, e-xidmətlərin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyinin təmini və digər ümdə məsələlər diqqət mərkəzindədir. Bu sahədə Prezident İlham Əliyevin yaxından dəstəyi və qayğısı sayəsində məqsədyönlü işlər görülməkdədir. Cari ilin 9 ayı ərzində də rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilib.
“2014-2016-cı
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramı” və “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda rabitə və informasiya xidmətlərinin
yaxşılaşdırılması üzrə həyata
keçirilən tədbirlərin icrası hazırda da
davam etdirilir. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən
həyata keçirilən tədbirlərin effektivliyini
artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri
cəmləşdirən “2014-cü ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin
yaxşılaşdırılması üzrə Tədbirlər
Planı”nın icrası üzrə işlər
aparılır. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının kommunikasiya
texnologiyalarının inkişafı və informasiya
cəmiyyətinə keçidin təmin
edilməsi bölməsinin həyata keçirilməsi üçün hazırlanmış Tədbirlər
Planı, eləcə də digər qanun
və proqramların icrası üzrə də müvafiq tədbirlər görülüb.
Doqquz ay ərzində əldə
olunan gəlirlərin həcmi ötən
ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 1205,1 milyon manat təşkil etmişdir. RYTN-in strukturuna daxil olan birlik və müəssisələr
üzrə 251,7 milyon manat
gəlir əldə edilmiş, dövlət
büdcəsinə 29,2 milyon manat, DSMF-yə isə 14,3 milyon manat vəsait ödənilib.
Ölkə
ərazisində universal rabitə xidmətlərinin
əhatə dairəsinin genişləndirilməsi istiqamətində
işlər əsasən başa
çatdırılıb və artıq ölkənin bütün yaşayış məntəqələri
üçün rabitə xidmətləri
təşkil olunub. Əhalinin artım tempi və yeni
yaşayış massivlərinin salınması nəzərə alınmaqla, əhalinin
tələbatına uyğun olaraq, universal rabitə
xidmətlərinin tətbiqi və inkişafı istiqamətində
işlər davam etdirilir.
Respublika üzrə əhalinin hər 100
nəfərinə düşən telefon
aparatlarının sayı 18,65 ədəd, hər 100 ailəyə
düşən telefon aparatlarının
sayı 69,01 ədəddir. Hər 100 nəfərə
düşən mobil abunəçilərin
sayı isə 110-a bərabərdir.
İlin əvvəli ilə müqayisədə beynəlxalq internet kanallarının tutumu
təqribən 50 Gb/s
artırılaraq 300 Gb/s-yə çatdırılıb və
bu, ölkədə internet
xidmətlərindən istifadənin artmasının göstəricisidir.
Ötən ilin müvafiq
dövrü ilə müqayisədə
beynəlxalq giriş trafiki 86,9 milyon dəqiqə azalaraq
313,1 milyon dəqiqə,
çıxış trafiki isə 22,9 mln. dəqiqə azalaraq
98,1 milyon dəqiqə təşkil edib.
Azərbaycan peykinin tutumunun
satışı üzrə işlər davam
etdirilib və hazırda peyk
üzərindən yerli və beynəlxalq
səviyyəli 129 televiziya və 16 radio kanalı yayımlanır. Həmçinin,
Naxçıvanla Bakı arasında peyk
rabitəsinin “Türksat” peykindən
“Azerspace-1” peykinə keçirilməsi üzrə BƏHM ilə
müqavilə bağlanıb və bu iş uğurla həyata keçirilib. Ölkəmizdə peyk infrastrukturunun
inkişafı və müxtəlif təyinatlı peyklərin
orbitə çıxarılması məqsədilə
aparılan ardıcıl işlər
çərçivəsində cari ilin may ayında “Azərkosmos”
ASC ilə “Airbus Defence
and Space”
arasında “Yerin
müşahidə xidmətləri sahəsində əməkdaşlığa
dair” Anlaşma Memorandumu imzalanıb və artıq iyun ayının 30-da “Airbus
Defence and Space” “SPOT 7” peykini Hindistandan müvəffəqiyyətlə
orbitə çıxarıb. Hazırda “Airbus
Defence and Space” ilə imzalanacaq “Strateji əməkdaşlığa dair” saziş üzərində
son tamamlanma işləri
aparılır. Saziş “SPOT 6” və “SPOT
7” peyklərinin birgə istifadəsindən əldə olunan gəlirlərin “Airbus
Defence and Space” və “Azərkosmos” ASC arasında
bölünməsini və digər məsələləri əhatə
edir. “SPOT 7” peykinin cari ilin sonunadək “Azərkosmos”
ASC-nin mülkiyyətinə keçməsi
və kommersiya istifadəsinə
başlanması nəzərdə tutulur.
“Azərkosmos”
ASC və ABŞ Ticarət və İnkişaf
Agentliyi (USTDA) arasında imzalanmış qrant müqaviləsinə uyğun
olaraq, seçilmiş
şirkət tərəfindən “Azerspace-2" ikinci telekommunikasiya peykinin orbitə çıxarılması
üzrə texniki-iqtisadi əsaslandırma
hazırlanır və cari ilin
IV rübündə hazır olması nəzərdə tutulur. Tənzimlənmə
fəaliyyəti istiqamətində işlər məqsədyönlü
şəkildə davam etdirilib.
Mobil nömrə
daşınmasının tətbiqi ilə bağlı
aparılan işlər yekunlaşdırılıb və 1 fevral 2014-cü il tarixindən
xidmətin tətbiqinə başlanılıb. Doqquz ay ərzində
daşınan nömrələrin sayı təxminən 10 633
ədəd olub. Daşınmanın effektivliyinin daha da
artırılması məqsədilə mobil
operatorlarla birgə işlər davam etdirilir.
“Elektron-hökumət”
portalına gəlincə, buraya 45 qurum fiziki olaraq
qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 446 elektron xidmətdən
291-i, ümumilikdə isə 374 xidmət portalda
yerləşdirilib və vahid portal (bir pəncərə
prinsipi) vasitəsilə əhaliyə təqdim
olunur. İlin əvvəli
ilə müqayisədə
dövlət orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə
verilmiş elektron
imzaların sayı 6748 ədəd artırılaraq 24 386 ədədə
çatdırılıb. Bundan 15310-u
dövlət orqanlarına, 3583-ü hüquqi
şəxslərə, 5493-ü isə vətəndaşlara verilib. E-imza sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyinin
təmin edilməsi və istifadəçilərin rahat əldə edə bilməsi üçün müvafiq
proqram təminatları yazılmış
və digər tədbirlər görülmüşdür.
“Azərbaycanda “elektron-hökumət” üçün təlim mərkəzinin
yaradılması” layihəsi üzrə “Koreya
Respublikasının Xarici İşlər
Nazirliyi və Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi arasında
imzalanmış Qrant
razılaşmasına əsasən, Bakı (1 mühazirə,
2 kompüter sinfi, 1 server otağı və 1 multimedia
otağı), Gəncə, Sumqayıt, Mingəçevir,
Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ,
Göyçay, Şirvan,
Şamaxı, Qusar, Şəkidəki 14 telekommunikasiya qovşağının inzibati binasında mərkəz üçün ayrılmış otaqlar təmir edilərək istifadəyə
hazır vəziyyətə gətirilib. Layihənin
icrası ilə bağlı KOICA nümayəndə heyəti
və “Siriussoft” şirkətinin ezam olunmuş ekspertləri
tərəfindən
avadanlıqlar sınaqdan keçirilib,
sistemin tam təhvil
verilməsi üçün hazırlıq
işləri aparılır.
Beynəlxalq
Standartlaşdırma Təşkilatının təhlükəsizlik
üzrə 4 identik milli
standartının layihəsi hazırlanıb, onlardan
2-si üzrə aidiyyəti qurumlardan
müsbət rəy alınıb və Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsində qeydə
alınması üzrə işlər aparılır.
Elektron Təhlükəsizlik Mərkəzində (ETM) Təhlükəsizlik
Əməliyyat Mərkəzinin qurulması üçün
texniki tələblər müəyyənləşib,
beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə
dünya ölkələrində bu sahədə fəaliyyət göstərən
şirkətlərlə əməkdaşlıq edilib. ETM kibertəhlükəsizlik sahəsində beynəlxalq səviyyəli
problemlərin həll olunması, təhlükəsizlik
insidentlərinə qarşı mübarizə infrastrukturunun
qurulması məqsədilə yaranan “Trusted Introducer” beynəlxalq
təşkilatına üzv qəbul olunub.
“Milli Nüvə Tədqiqatları Mərkəzi”
Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə və struktur layihəsi aidiyyəti dövlət
orqanları ilə razılaşdırılmaqla Nazirlər
Kabinetinə təqdim olunub, habelə Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun
balansından QSC-yə veriləcək əmlakın
siyahısı Nazirlər
Kabinetinın sərəncamı ilə təsdiqlənib. QSC-nin fəaliyyətinin təşkili üzrə
işlər davam etdirilir.
İKT
sahəsi üzrə özəl sahibkarlığın inkişaf etdirilməsi, innovativ
biznesin stimullaşdırılması, həmçinin
yeni yaranan “start-up” şirkətlərin kiçik
sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin
göstərilməsi və inkişaf
etdirilməsi üzrə də tədbirlər görülüb. Belə ki,
RYTN-in tabeliyində İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İKT sahəsi
üzrə layihələrin maliyyələşdirilməsi üçün 2014-cü ilin
dövlət büdcəsində nəzərdə tutulmuş 5 milyon manat fondun müvafiq
xəzinə hesabına köçürülüb,
vəsaitlərin maliyyələşmə istiqamətlərinə
uyğun bölgüsü
müəyyənləşdirilib və 2 aprel-2 may 2014-cü il tarixlərində
I qrant müsabiqəsi keçirilib.
Qrant müsabiqəsinə təqdim olunmuş 194 layihədən 31-nin maliyyələşdirilməsi
üçün fondun
Müşahidə Şurası tərəfindən qərar qəbul
edilib. Həmçinin, fond
tərəfindən İKT sahəsində fəaliyyət
göstərən 2 sahibkarlıq subyektinə 900 min manat güzəştli
kredit verilib.
“Yüksək Texnologiyalar Parkı”nın yaradılması
üzrə işlər də davam etdirilir. Parkın tikintisi
məqsədilə ayrılmış ərazinin müvafiq sənədləşməsinin
aparılması, torpaq ayrılması
haqqında akt və inşaat
pasportu alınıb. Parkın infrastrukturunun qurulması üçün
satınalmaların keçirilməsi istiqamətində
işlər aparılır. Keçiriləcək
tender üzrə tələb olunan şərtlərin
formalaşdırılması, həmçinin qoyulacaq
tələblərin, nəzərdə tutulan
işlərin hərtərəfli əhatə edilməsi məqsədilə
bu sahədə beynəlxalq təcrübəyə
malik “Hill İnternational” şirkəti cəlb edilib və hazırda ərazidə yerləşdiriləcək
binalar və infrastruktur
üçün texniki
tələblər, tenderin şərtlər
toplusu və qiymətləndirmə metodu şirkət tərəfindən
hazırlanmaqdadır. Texniki məsləhətçi şirkətin tövsiyəsi
və memarlıq işlərinin relyefə uyğun
aparılması, tikiləcək obyektlərin planda
dəqiq göstərilməsi məqsədilə
“İNTEGRİS” şirkəti ilə müqavilə
bağlanılıb və şirkət tərəfindən ərazinin
topoqrafik planlaşdırılması
və poliqon nöqtələri təsis edilib. “YT Park” MMC tərəfindən innovativ layihələrin dəstəklənməsi,
kiçik və orta
sahibkarlığın inkişaf etdirilməsi
məqsədilə ilkin pilot
layihə olaraq “PiCampus”
Biznes İnkubasiya Mərkəzi
yaradılıb və hazırda mərkəzdə 25
startapçı fəaliyyət göstərir. Startaplara əlverişli xidmət şəraitinin
yaradılması üçün zəruri
tədbirlər görülüb. “YT Park” MMC-nin
gələcək fəaliyyət istiqamətlərinin müəyyən
edilməsi və qarşıya qoyulan məqsədlərə
nail olunması istiqamətində
görüləcək işlərin müəyyən
olunması məqsədilə məsləhətçi
şirkətlə birgə müvafiq inkişaf planı hazırlanmaqdadır.
Eyni zamanda, ötən dövrdə TV
və FM radioproqramlarının yayım keyfiyyətinin
yoxlanılması, ölkə ərazisində qonşu
dövlətlərdən yayımlanan radio
və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsinin
ölçülməsi və Mərkəzləşdirilmiş
Avtomatik Radiomonitorinq
Şəbəkəsinin yaradılması üzrə işlər aparılıb. Televiziya və radio proqramlarının yayım keyfiyyətinin
və əhatə zonasının genişləndirilməsi məqsədilə
28 ədəd müxtəlif təyinatlı radio-TV
avadanlığı istismara verilib ki, bundan
7 ədədi FM radioverici, 1 ədədi
qısa dalğa verici,
20 ədədi isə rəqəmli verici
(bundan 16-sı DVB-T
standartlı,4-ü isə DVB-T2 standartlıdır) olub. Respublikada ilk dəfə olaraq,
Quba rayonunda
çoxproqramlı rəqəmli yayıma
başlanılması üçün
DVB-T2 standartlı kommersiya
yayımının həyata keçirilməsi məqsədilə
Quba rayonunun
Dağlı RTYS-də 4 ədəd 1,2 kVt-lıq DVB-T2 verici və anten-fider
sistemləri quraşdırılıb və hazırda
yayımlanan proqramların sayı 90-a
çatdırılıb. Həmçinin, Gəncədə
DVB-T2 standartlı keyfiyyətli TV yayımı istifadəyə
verilib və yayımlanan proqramların
sayı 90-a çatdırılıb. Lənkəran RTYS-də
də kommersiya yayımının təşkili
üzrə hazırlıq işləri görülür.
Ölkə əhalisinin
yaşadığı ərazilərin 98 faizi
açıq paketlə (10-12 kanal) rəqəmli
televiziya yayımı ilə təmin edilib.
Hesabat dövrü ərzində
poçt xidməti şəbəkəsinin
inkişafı və genişləndirilməsi də davam etdirilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daxili sadə və sifarişli
məktub korrespondensiyalarının sayı 10,1 faiz, beynəlxalq sadə məktub və
banderolların sayı 5,1 faiz, beynəlxalq
bağlamaların sayı 1 faiz , daxil olan beynəlxalq kiçik paketlərin sayı isə 2,5 faiz artıb.
“Azərpoçt”
MMC tərəfindən 2014-cü ilin 9
ayı ərzində əməkhaqqı layihəsi çərçivəsində
6652 ədəd “MasterCard” loqolu
beynəlxalq ödəniş kartı emissiya
edilərək müştərilərə təqdim olunub. 2014-cü il
noyabrın 1-nə olan məlumata görə
MMC-yə məxsus aktiv ödəniş
kartlarının sayı
10 667 ədəddir. Hesabat dövründə
MMC-yə məxsus ödəniş kartları ilə
aparılan əməliyyatların həcmi 17,5 milyon
manatı ötüb. Bank
xidmətlərinin tətbiqi ilə əlaqədar 15 ATM
avadanlığı və 106 pos-terminal
vasitəsi ilə əhaliyə xidmət göstərilir. MXİL-in əhatəsini genişləndirmək
məqsədilə “Azercell Telekom” MMC-nin 3G xidmətindən
istifadə etməklə 70 ədəd kənd poçt
şöbəsi “Azərpoçt” şəbəkəsinə
qoşulub.
“Azərmarka” şirkəti
tərəfindən isə cari ilin 9 ayı ərzində 14 mövzuda
39 poçt markası, 6 növ
poçt kartı və 6 növ
zərf hazırlanaraq dövriyyəyə
buraxılıb. RYTN-in xarici
əlaqələrinin inkişaf etdirilməsi,
o cümlədən ölkəmizdə
rabitə və İKT sahəsində aparılan
islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər
də görülüb.
“Bakı-2015" I Avropa Olimpiya Oyunlarına hazırlıq işləri
davam etdirilib. Bu çərçivədə
BTRİB tərəfindən yarış və təşkilati
məkanlara fiber-optik və mis kabellərin alınması və çəkilməsi,
eləcə də DRİ tərəfindən radiotezliklərin
monitorinqi və müdafiəsi, radioelektron avadanlıqların sınaqdan
keçirilməsi və parametrlərinin yoxlanılması məqsədilə
lazımi avadanlıqların alınması üzrə
aidiyyəti şirkətlərlə müqavilələr
imzalanıb və ölkəyə gətirilməsi üzrə
işlər davam etdirilir.
Doqquz ay ərzində
vətəndaşlardan birbaşa RYTN-ə
daxil olan müraciətlərin
sayı əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 97
ədəd artaraq 1703 ədəd, ali hakimiyyət orqanlarından daxil
olan ərizələrin sayı isə 21 ədəd
azalaraq 417 ədəd təşkil edib. Vətəndaşların
müraciətlərinin daha da operativ həll
olunması məqsədilə yaradılmış “Qaynar xətt”ə 5238, nazirliyin
elektron poçtuna
1196, cəmi 6434 ədəd müraciət daxil
olub. Bunlardan başqa, sorğu xarakterli 720 müraciət olub
və müvafiq cavablandırma və zəruri
olan izahatlar verilib.
Əhaliyə
göstərilən rabitə xidmətlərinin səviyyəsi
ilə yerindəcə tanış olmaq və
vətəndaşların qarşılaşdıqları
problemləri öyrənmək məqsədilə nazir Əli Abbasov
respublikanın 8 bölgəsində ətraf rayonlar
da əhatə edilməklə vətəndaşlarla
görüş keçirib
və bu görüşlərdə 263 vətəndaş qəbul
olunub. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin
böyük bir qismi yerindəcə həll olunub,
bəzi müraciətlər qeydə alınaraq,
araşdırılıb həll edilməsi üçün
nazirliyin müvafiq
strukturlarına tapşırıqlar verilib.
Ölkəmizdə
İKT sektorunun sürətli
inkişafı beynəlxalq aləmin də diqqət mərkəzindədir.
Təsadüfi deyil ki,
bu təşkilatların hesabatlarında
Azərbaycan öz mövqeyini
daha da möhkəmləndirməkdədir.
Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014”
hesabatında Azərbaycan “Şəbəkələşmə
Hazırlığı İndeksi”nə görə əvvəlki
mövqeyindən 7 pillə irəliləyərək
dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib.
Bu göstəriciyə görə Azərbaycan
MDB ölkələrindən Rusiyanı qabaqlayaraq,
Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb.
Həmçinin, hesabatda Azərbaycan
hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin
səmərəliliyində İKT-dən istifadə üzrə
isə 11-ci yeri tutur.
BMT-nin “E-hökumət müayinəsi
2014” adlı hesabatında Azərbaycan 193 ölkə
arasında “Elektron hökumətin
inkişafı indeksi” üzrə əvvəlki
mövqeyini 28 pillə artıraraq
96-cı yerdən 68-ci yerə yüksəlib.
Dünya İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətqabiliyyətlilik
2014-2015" hesabatına əsasən, Qlobal
Rəqabətqabiliyyətlilik İndeksi
üzrə Azərbaycan əvvəlki mövqeyini
1 pillə artıraraq dünyanın 144 ölkəsi
arasında 38-ci yeri tutub.
Azərbaycan builki hesabatda
da MDB məkanında öz
liderliyini qoruyub saxlaya bilib.
Vidadi
ZEYNALOV,
Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin Aparat
rəhbəri,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
Xalq
qəzeti.- 2014.- 7 noyabr.- S.4.