Azərbaycanda cəmiyyətin
intellektual potensialı güclənir
Prezident
İlham ƏLİYEV: Yalnız təhsil, bilik və
texnologiya
bütün bəşəriyyətin aparıcı qüvvəsidir
Bu il oktyabrın 29-da Bakıda keçirilmiş Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkə gəncliyinin əldə etdiyi nailiyyətləri yada salmaqla yanaşı, həmin uğurların əsas səbəblərini də göstərmişdir: “Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək, görərik ki, uğurlu inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji yeniliklərdir... Bütövlükdə, bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır. Buna görə də, təhsil Azərbaycanda prioritetlərdən biridir. Hesab edirik ki, beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək biz daha böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən hökumətimiz uzun illər ərzində gənc nəsillərimiz üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il təqribən 40 milyon avroya yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün xərclənib”.
Az
qala hər ay, hər
həftə dünyanın müxtəlif kütləvi informasiya vasitələrində belə bir fikir səsləndirilir
ki, Prezident İlham Əliyevin “qara
qızılı insan kapitalına
çevirək” çağırışı dövlət
siyasətinin mühüm tərkib hissəsinə
çevrilib. Dövlətimizin
başçısının rəhbərliyi altında
ölkədə həyata keçirilən təhsil
islahatları da məhz bu
məqsədə xidmət edir. İndi Azərbaycanda təhsil ölkənin inkişaf konsepsiyasının mühüm
tərkib hissələrindən biri kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə təhsilin
inkişafı ilə bağlı həyata keçirilən tədbirlər
deməyə əsas verir ki,
Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Təbii ki, bunun üçün güclü
iqtisadiyyat, qüdrətli dövlət prinsipi əsas rol
oynayır. Həmin prinsiplər isə müasir
Azərbaycan reallıqları sırasında çoxdan
öz yerini möhkəmləndirib.
Beynəlxalq ekspertlərin bu həqiqətləri
təsdiqləməsi isə bizim doğru yolda olduğumuzun etirafı kimi
qəbul edilir.
Azərbaycanın
Dünya İqtisadi Forumu tərəfindən dərc edilən
ölkələrin rəqabətə
davamlılığı reytinqində öz
mövqelərini yaxşılaşdırması
respublikamızın iqtisadi
potensialının hamı tərəfindən birmənalı
olaraq qəbul edilməsinin göstəricisidir. Açıq şəkildə
etiraf olunur ki, Azərbaycanın Dünya
İqtisadi Forumunun rəqabətqabiliyyətlilik
reytinqində yüksək mövqeyi iqtisadiyyat sahəsində həyata keçirilən
tədbirlərin davamlılığının və
irimiqyaslı layihələrin səmərəliliyinin məntiqi
nəticəsidir. Respublikamız dünya
ölkələrinin rəqabətqabiliyyətlilik reytinqində
öz mövqeyini 1
pillə yaxşılaşdıraraq 144 ölkə arasında
38-ci yeri tutub. Xatırladaq ki, Dünya
İqtisadi Forumu kimi mötəbər bir təşkilat
dünya ölkələrinin qlobal rəqabətədavamlılıq indeksini 144 ölkənin 14 min
ekspert və şirkət rəhbərinin
makroiqtisadi sabitlik,
maliyyə bazarının inkişafı, əmək
bazarı, texnoloji inkişaf,
innovasiya potensialı, şirkətlərin
rəqabət qabiliyyətliliyi, təhsil, səhiyyə
və sair bu kimi 12 nəzarət göstəricisinə
münasibəti əsasında formalaşdırır və tərtib
edir. Yəni bu
göstərici ölkəmiz üçün
çox mühüm əhəmiyyət
kəsb edir.
Bütün bunlar qeyd edildikdən sonra dünya ictimaiyyətinin mütərəqqi
düşüncəli qütbünü
təmsil edən ekspert və politoloqlar vurğulayırlar ki,
Azərbaycan dövləti və Prezident İlham Əliyev
respublikamızda yaranmış maddi imkanlardan və hərtərəfli sabitlikdən
istifadə edərək təhsilin, elmin,
mədəniyyətin və səhiyyənin inkişaf
etdirilməsi məqsədi ilə silsilə tədbirlər
reallaşdırır, bu sahələrdə
ölkəmizin qazandığı nailiyyətlərin
sayını gündən-günə artırır. Məsələn, son illər
dövlət başçımızın ölkədə məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı sərəncam və
tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası
tikilib və ya təmir
olunub. Təhsil ocaqlarının kompüter texnologiyaları ilə təchiz
olunması ilə bağlı sərəncam və
tapşırıqlara uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı gücləndirilib. Ucqar bölgələrdə müəllim
çatışmazlığını aradan
qaldırmaqla bağlı hökumət müvafiq
proqram qəbul edib.
Cəmiyyətin intellektual potensialının durmadan
yüksəldilməsi işində ulu
öndərin adını daşıyan fondun
da müstəsna xidmətləri var. Heydər Əliyev Fondunun
həyata keçirdiyi layihələr
dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına güclü dəstək verir.
Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək”
layihələri çərçivəsində ölkə
üzrə yüzlərlə orta məktəb
binası tikilib və bu
proses davam etdirilir.
Hər il olduğu kimi, bu il
də dövlət başçısı dərs ilinin ilk günlərində
yeni istifadəyə verilmiş
məktəblərə baş çəkdi,
vəziyyyətlə maraqlandı. Bakının Şağan qəsəbəsindəki 124
nömrəli məktəbin yeni binasının
açılışında iştirak edən Prezident İlham Əliyev demişdir:
“Yadımdadır, iki il
bundan əvvəl burada
olarkən əvvəlki məktəblə tanış olmuşdum. Gördüm ki, artıq bu məktəbin
gələcəyi yoxdur. Çünki
bərbad vəziyyətdə idi, uzun illər idi ki, təmirsiz qalmışdı və yeni məktəbin tikintisi
ilə bağlı qərar verildi. Bu məktəb əvvəlki məktəbdən
üç dəfə böyükdür.
Burada 1500-dən artıq uşaq
oxuyacaq. Rahat, geniş otaqlar, dəhlizlər.
Müəllimlər üçün
gözəl şərait yaradılıbdır. Əminəm ki, burada nəticələr
də yaxşı olacaq, yüksək olacaq. Çünki son illərdə ölkə üzrə tikilən
gözəl məktəblərdə təhsilin keyfiyyəti də
artır”.
Bu keyfiyyəti isə orta
məktəb məzunlarımızın Avropanın
aparıcı ali məktəblərində
təhsil alarkən nümayiş etdirdikləri
fərdi intellektual səviyyədə görürük. Daha çox isə məhz Avropadakı həmkar və
dostlarımız azərbaycanlı gənclərin müasir səviyyəsindən məmnunluq
ifadə edirlər.
Dövlət
başçımızın təhsilə, məktəbə,
müəllimə göstərdiyi qayğının
miqyasını biz dəfələrlə
qeyd etmişik. Ancaq cənab Prezidentin bir çıxışında həmin miqyas daha aydın görünür: “Yeni dərs
ili ərəfəsində mən
Bakıda 20-dən çox məktəbdə
olmuşam. Təmir, tikinti
işləri ilə özüm şəxsən
tanış oluram. Deyə bilərəm ki, tikilən və təmir olunan
bütün məktəblər ən
yüksək səviyyədədir. Bu il Bakıda 30-a yaxın məktəb təmir olunub, tikilib, istifadəyə
verilib. Ölkə üzrə isə bu il 178 məktəb təmir
edilib və tikilibdir. Hər il bu proses uğurla gedir. Son on il
ərzində Azərbaycanda
2900 məktəb tikilib
və təmir edilib. Ümumiyyətlə isə ölkəmizdə
4500 məktəb vardır.
Hələ ki, təmirə
ehtiyacı olan məktəblər var, o cümlədən Bakıda.
Ancaq onların sayı getdikcə azalır.
Xəzər rayonunda isə
cəmi bir məktəb təmirsizdir.
O məktəbin də
təmiri nəzərdə
tutulur və gələn dərs ilinədək Xəzər
rayonunda bir dənə də təmirsiz məktəb olmayacaqdır”.
Prezidentin
cəmi üç həftədə 20-dən çox
orta məktəbdə
olmasının özü
elə bu dövlətin təhsil sektoruna ayırdığı
diqqətin göstəricisidir. Bu isə o deməkdir
ki, möhtərəm
Prezidentimiz “qara qızılın insan kapitalına çevrilməsi”
ideyasının daha tez reallaşdırılmasında
israrlıdır. Əksər ölkələrin
sarsıdıcı iqtisadi
böhran yaşadığı
bir zamanda Azərbaycanın təhsil
sektoruna bu qədər sərmayə
yatırması bir çoxlarına inandırıcı
görünmürdü. Ancaq günün reallıqları
hamını inandırdı.
Dövlət büdcəsindən ən çox vəsait ayrılan ikinci sahə (birinci yerdə müdafiə və ordu quruculuğu sahəsi dayanır) olan milli təhsilimiz
məhz milli dəyərlər baxımından
yenidən qurulur və sürətlə müasirləşdirilir.
Beynəlxalq aləmdə
bir çox ölkələrin iqtisadi
böhran yaşadığını
və həmin hadisələr fonunda Azərbaycanın iti sürətlə inkişaf
etdiyini dilə gətirən Prezident İlham Əliyev xatırlatmışdır: “Azərbaycanda
isə sosial sferaya, təhsil sahəsinə diqqət daim yüksək səviyyədədir. Bizim əsas
istəyimiz odur ki, təhsilin keyfiyyəti artsın.
Burada, əlbəttə ki, aparılan islahatların böyük rolu var. Bu islahatlar aparılır.
Əminəm ki, yaxın
gələcəkdə artıq
gözəl nəticələr
də olacaqdır.
Eyni zamanda, təhsil prosesinin keyfiyyəti çox önəmlidir.
Müəllimlərin hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki, uşaqlar
da yaxşı oxumalıdırlar. Uşaqlar başa
düşməlidirlər ki,
onların gələcəyi
özlərinin əlindədir”.
Daim müasirləşmənin, xarici
ölkələrdəki elmi-texniki yeniliklərin
Azərbaycana gətirilməsinin, beynəlxalq aləmdəki
mütərəqqi təcrübələrin ölkəmizdə
də tətbiq olunmasının vacibliyini
vurğulayan dövlət
başçımız müstəqil respublikamızın
beynəlxalq aləmə inteqrasiyasına möhtəşəm töhfələr
verir. Bakıda təşkil
olunan multikulturalizm,
tolerantlıq mövzulu beynəlxalq forum və simpoziumlar da həmin iradədən qaynaqlanırdı. Ancaq həm ulu öndər,
həm də Prezident İlham
Əliyev möhtəşəm qətiyyət və cidd-cəhdlə
çalışıblar ki, beynəlxalq
aləmdə gedən qloballaşma
prosesində Azərbaycan xalqının milli-mənəvi
dəyərləri qorunub
saxlanılsın. Prezident İlham
Əliyev bu məqsədlə ölkə
gəncliyinin qarşısında da böyük vəzifələrin durduğunu söyləyir: “Bu
gün dünyada qloballaşma prosesi gedir. Bunun həm mənfi,
həm müsbət tərəfi vardır. Mən
çox istəyirəm ki,
uşaqlarımız məhz milli ruhda böyüsünlər, Vətənə,
xalqa bağlı olsunlar.
Öz milli ənənələrinə
sadiq və dəyərli vətəndaş
olsunlar. Əlbəttə ki,
buna nail olmaq üçün ailələrdə
və məktəblərdə tərbiyə düzgün aparılmalıdır. Belə gözəl məktəbin özü
artıq bir tərbiyə üsuludur.
Çünki burada oxuyan uşaq bu gözəlliyi, təmizliyi görəcək,
uşaqlıq yaşlarından buna öyrəşəcək
və gələcəkdə də öz
həyatında bu prinsipləri rəhbər
tutacaq”.
Bir sözlə, gənc
müstəqil Azərbaycan dövlətini BMT Təhlükəsizlik
Şurasının üzvü, Avropa Şurası Nazirlər Komitəsinə
sədrlik edən dövlət, kosmik
dövlətlər ailəsinin üzvü
kimi mötəbər səviyyələrə
qaldıran Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyevin
prinsipiallığı və qətiyyəti nəticəsində
Azərbaycan gənclərini dünyanın ən intellektual potensiallı gəncləri
sırasına çıxarmaqdadır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 7 noyabr.- S.1.