Londonda 5 ay davam
edəcək Buta
Azərbaycan İncəsənəti Festivalı start
götürüb
Londonun möhtəşəm Royal Albert Hall’da Buta İncəsənət Mərkəzinin təşkil etdiyi Azərbaycan İncəsənətinin Londonda ikinci Buta Festivalı kecirilib. Açılış mərasimində xüsusi qonaq qismində məşhur müğənni Andrea Boçelli çıxış edib. Bu barədə Buta İncəsənət Mərkəzi məlumat yayıb.
Böyük Açılış Qala Konserti London Filarmonik Kral Orkestrinin müşayiəti,
Azərbaycan və xaricdən olan
müğənnilər və beynəlxalq musiqiçilərin
iştirakı ilə xüsusi seçilib. Konsert klassik musiqidən
ənənəvi muğama qədər, Azərbaycanın duyğulu
və emosional milli
mahnısından Montreux
mükafatının laureatı İsfar Sarabskinin qabaqcıl müasir
cazına qədər bir çox
müxtəlif janrlarla
fərqlənib.
İfaçılar
sırasında məşhur sopranolar Joan Rodgers CBE və Burçin Savigne, tenor Jeffrey Lloyd-Roberts,
habelə virtuoz skripkaçı Shlomo Mintzın adını çəkmək
olar.
İkinci Buta İncəsənət
Festivalı beş ay ərzində
davam edəcək və Londonda
keçiriləcək müxtəlif tədbirləri əhatə
edəcək. Bu tədbirlər çərçivəsində Azərbaycan
xalçaçılıq sənətinin qədim
texnikasından tutmuş, müasir
fotoqrafların yaradıcılığı, caz
musiqiçilərinin asan tanınan sədaları və müasir
immersiv teatr atmosferində
canlı çıxışlarının həyəcanına
qədər geniş spektrdə incəsənət
nümayiş etdiriləcək.
Festival çərçivəsində həmçinin Saatchi
Galereyasında və Louise Blouin Fondunda
müasir
incəsənət sərgiləri keçiriləcək.
Eyni zamanda, Barbican Southwark Cathedral kimi məkanlarda baş tutacaq
çıxışlar Azərbaycan musiqisinin
klassik janrından müasir
janrına qədər tam spektrini əhatə edəcək.
Festival boyunca YARAT Müasir İncəsənət Məkanını
təmsil edən yeddi rəssam öz əsərlərini
Londonun ictimai yerlərində
nümayiş etdirəcək.
Buta İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev festival haqda demişdir: “Mən Londonun
ən sevilən yerlərinin birində keçirilən tədbirlə
ikinci Buta İncəsənət
Festivalını açmağa şadam. Azərbaycanın zəngin və əsrarəngiz
incəsənəti öz xalqı və bölgədəki
qonşuları tərəfindən çox
sevilsə də, buna rəğmən hələ
də dünyanın bir çox
yerlərində nisbətən az
tanınır. Azərbaycanın incəsənəti və ruhunu Böyük Britaniyanın paytaxtına gətirməklə,
Buta İncəsənət Mərkəzi irsimizi və inkişaf edən
müasir pyeslərimizi Londonun
dünya səhnəsində paylaşmaqdan sevinc hissi duyur.”
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 12 noyabr.- S.6.