Getdik, gəzdik, gördük...
Bir daha
şahidi olduq ki, Azərbaycan
dünyanı
heyran qoyan bir sürətlə inkişaf edir
Yaxşı deyiblər ki, dünya gör-götür dünyasıdır. Mən bu həqiqəti oktyabr ayının 18-dən 25-dək ölkənin bir qrup rayon icra hakimiyyəti başçısı ilə birlikdə dünyanın ən qədim və gözəl ölkələrindən olan İtaliyaya səfərimiz zamanı bir daha yəqin etdim.
Ölkə
Prezidenti İlham
Əliyevin tapşırığı əsasında təşkil
olunan bu səfərin
məqsədi əfsanələr ölkəsi olan
İtaliyanın tarixi, bugünü,
adət-ənənələri və mədəniyyəti ilə
daha yaxından tanışlıq,
aparılan tikinti-quruculuq işləri,
memarlığı, müasir inkişaf təcrübəsi və s. öyrənmək
və müvafiq yerlərdə uğurla tətbiq etməkdir.
Hər şeydən əvvəl,
qeyd edək ki, Azərbaycan-İtaliya
dostluğunun tarixi qədimdir
və bu qarşılıqlı əməkdaşlıq
bu gün də böyük uğurla davam etməkdədir. Dünya
mədəniyyəti incilərinin bir çoxunun yerləşdiyi İtaliyada
nümunə götürüləsi, öyrəniləsi məsələlər
çoxdur. Təkcə onu
qeyd etmək yerinə düşər ki, İtaliya çoxəsrlik
ənənələrini, milli memarlıq
dəyərlərini qoruyub saxlayır. İtalyanlar ölkələrinin gözəlliyi
ilə fəxr edir, onu
daha da
yaxşılaşdırmağa çalışırlar.
Roma, Milan, Neapol, Vatikan... gəzdiyimiz,
gördüyümüz coğrafi
məkanların tam olmayan
siyahısı belədir. Hərəsinin də öz gözəlliyi, öz
adət- ənənəsi, nadir tarixi memarlıq nümunələri... Ancaq hamımızın qəlbində sonsuz iftixar
duyğuları yaradan bir
məsələ barəsində ayrıca danışmaq
lazımdır. Bu da
Romanın mərkəzi küçələrinin birində böyük şairimiz Nizami Gəncəvinin şərəfinə
ucaldılmış əzəmətli heykəl oldu. Bu abidə Heydər
Əliyev Fondunun prezidenti,
ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü
ilə ucaldılmışdır. Uzaq Romada dahi şairimizin
heykəlini görmək qəlbimizdə nə qədər qürur hissi oyatdısa, bu heykəlin ucaldılmasının təşəbbüskarı
olan Mehriban xanım
Əliyevaya da ondan
artıq təşəkkür və minnətdarlıq
duyğuları yaratdı.
KİÇİK BİR HAŞİYƏ: İtaliyanın əhalisi təxminən
58 milyon nəfərdir. Paytaxtı
Romadır. Dövlət quruluşu respublika üsul-idarəsidir, inzibati
ərazi quruluşuna görə isə
unitardır. Ərazisinin 80 faizini dağlar tutur.
Ali təhsil sistemi əsasən
universitetlərdən ibarətdir ki, bunun da 79 faizi
dövlət məktəbləridir. Həmin ali
məktəblərdə təxminən 1,25 milyon
tələbə təhsil alır. Ən qədim ali məktəb Boloniya Universiteti hesab olunur. Təşəkkül tarixi
XI əsrə təsadüf edir.
İtaliya şərab istehsalına görə dünyada birinci yeri tutur. İqtisadi
inkişafına görə dünyanın aparıcı sənaye
dövlətlərinin böyük
yeddiliyinə daxildir. Avropada
iqtisadi cəhətdən dördüncü,
dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Burada həyat səviyyəsi bəzi sahələrdə
hətta ABŞ, Almaniya və s. ölkələrdən də üstündür. Böyük
turizm regionlarından olan,
dünyada 4-cü ən böyük
qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən
böyük avtomobil
istehsalçısıdır.
Maraqlı faktlar: İtaliyanın adı yunan
sözü italiosdan (buzov) əmələ gəlib.
Pişiklərə həssas
yanaşırlar. Pişiyi öldürmüş
şəxs 10 000 avro cərimə və 3
ilə qədər həbslə cəzalandırılır.
İlk
pizza satılan yerin adı Antica Pizzeria Port’Alba olmuşdur. O, 1830-cu ildə Neapolda açılmışdır.
İtaliyada
140 növdən çox
spaget var. Orta hesabla bir italiyalı
ildə 25 kiloqram tütündən istifadə
edir.
Ən
məşhur şirin
deserti- tiramisu - XVII əsrdə
yaradılmışdır. Mənası
“məni xoşbəxt
edir” deməkdir.
İtaliyalılar
piyada gəzintilərini
çox sevirlər.
Danışıq
vaxtı inandırmaq üçün həmsöhbətinin
dirsəyindən tuturlar.
Hörmətli
insana doktor deyə müraciət edirlər.
13 rəqəmini sevirlər, 17 rəqəmi
isə bədbəxtçilik
rəmzi hesab olunur.
Avqust
ayında bütün
ölkə məzuniyyətə
gedir. Hətta böyük
müəssisələr belə
dayanır.
Yuxarıda da
dediyimiz kimi, biz İtaliyaya görüb-götürməyə,
bu gözəlliklər
diyarı ilə daha yaxından tanış olmağa getmişdik. Biz, sözün həqiqi
mənasında, İtaliyadan
çox şey öyrəndik, çox şey götürdük.
Ölkəmizdə, öz şəhər
və rayonumuzda tətbiq etmək, qurmaq, yaratmaq üçün özümüzlə
çox şey gətirdik. Ancaq bir halda ki, söhbət əlahəzrət faktdan gedir, gördüklərimizə,
şahidi olduqlarımıza
və müşahidə
etdiklərimizə əsaslanaraq
deyə bilərik ki, doğma Azərbaycanımızda da
nümunə götürüləsi,
öyrəniləsi cəhətlər
çoxdur. Elə son illər
dünyada analoqu olmayan iqtisadi, sosial və mədəni inkişafı,
tikinti-quruculuq və abadlıq işlərini xatırlamaq yerinə düşər.
Mən
bu sözləri deyərkən paytaxtımız
Bakıdan, başqa şəhər və rayonlardan çoxlu misallar göstərə bilərəm. Ancaq yaşadığım
və çalışdığım
Füzuli rayonunda, Horadiz şəhərində
başa çatdırılmış
və hələ də davam etdirilən
genişmiqyaslı tikinti-quruculuq
işlərinə, inkişaf
və yüksəlişə
nəzər salmaq daha doğru olar.
Elə buradaca
son 4 ildə tikilib-istifadəyə
verilmiş müxtəlif
təyinatlı obyektlərin
o qədər də
tam olmayan siyahısını
bir daha xatırladırıq: Heydər
Əliyev parkı, Heydər Əliyev mərkəzi, Mədəniyyət
sarayı, Gənclər
mərkəzi, Şahmat
məktəbi, YAP rayon təşkilatının,
Polis və Təhsil şöbələrinin inzibati
binaları; Kərimbəyli
kəndində 3 hektar
sahədə ailəvi
istrahət mərkəzi,
5 min ton kənd təsərrüfatı
məhsulları saxlayan
soyuducu anbar, ildə 3 min ton quş əti istehsal edən “Qarabağ broyler” MMC, Bala Bəhmənli kəndində
25 meqavat gücündə
su elektrik stansiyası...
Rayonun
əlimizdə olan, demək olar ki, bütün yaşayış məntəqələrinə
təbii qaz xətti çəkilmişdir. Bu müddətdə 15 yeni məktəb binası tikilmiş, 60 yerdə artezian quyusu qazılmışdır.
100 mindən çox
həmişəyaşıl ağac və gül kolu əkilmişdir
ki, onun da 60 mini Horadiz şəhərindədir. 58
yeni sahibkarlıq obyekti tikilib-istifadəyə
verilmişdir. Prezident
İlham Əliyevin müvafiq sərəncamına
əsasən, Əhmədbəyli-İkinci
Mahmudlu-Aşağı Kürdmahmudlu,
Yuxarı Kürdmahmudlu-Alıxanlı,
daha sonra Bala Bəhmənli-Araz Dilağarda-Sənglər-Araz Zərgar
kəndlərini birləşdirən
yollar əsaslı təmir olumuşdur.
Son vaxtlar rayonda
tikinti- quruculuq işlərinin miqyası daha genişlənmiş, sürəti bir az da artmışdır. Horadiz şəhərində
Füzuli Rayon İcra
Hakimiyyəti üçün
yeni inzibati bina tikilmişdir. Tarix- Diyarşünaslıq Muzeyi
və boulinq zalında da işlər başa çatmışdır. Bu
müddətdə Heydər
Əliyev parkı 2 hektar genişləndirilmiş,
Azərbaycan Respublikasının
ərazi bütövlüyü
uğrunda şəhid
olanların xatirəsinə
“Qəhrəmanlar” parkı
salınmışdır. 10 hektar ərazidə
Dövlət bayrağı
meydanı yaradılmışdır.
Şəhərdə Heydər Əliyev
Fondunun hesabına tikilmiş 100 çarpayılıq
uşaq bağçası
da istifadəyə verilmişdir.
Horadiz şəhərində
işğal zamanı
yandırılaraq dağıdılmış
227 ev və
3 çoxmənzilli kommmunal
binada artıq sakinlər rahat yaşayırlar. Yeni tikilən toxuculuq
fabrikinin tikintisində
də işlər yekunlaşmışdır. 2013-cü ildə Mirzənağılı-Qazaxlar-Böyük
Bəhmənli-Qarabağ kəndlərinə
çəkilmiş yolların
davamı olaraq bu il salınan Əhmədalılar-Horadiz-Mollaməhərrəmli-Arayatlı-Babı
kəndlərini birləşdirən
avtomobil yolu gediş-gəlişə hazırdır.
Onu
da xüsusi minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, Prezident İlham Əliyev 2012-ci ilin dekabrında və
2014-cü ilin avqust ayında Füzuli rayonuna səfərləri
zamanı yuxarıda adlarını çəkdiyimiz
obyektlərin əksəriyyətinin
açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşmüş,
səmimi söhbət
etmiş, arzu, təklif və tövsiyyələrini vermişdir. Həmin səfər və görüşlər bu gün də füzulilərin yaddaşında
unudulmaz xatirə kimi yaşamaqdadır.
Ölkə rəhbərinin məsləhət
və göstərişləri
rayonda işlərin gedişinə əsaslı
təsir göstərmiş,
insanlarda böyük ruh yüksəkliyi yaratmış, onların sabaha inamını və ümidlərini daha da artırmışdır.
Həyat
bir yerdə dayanmır, ötən hər gün özü ilə birlikdə yeni qayğılar gətirir, həlli vacib olan problemlər diktə edir. Deməli, biz daim sabaha baxmalı, yenilik hissi ilə
yaşamalı, əldə
edilmiş inkişaf və yüksəliş sürətini bir an da azaltmamalıyıq.
Məsələyə bu prizmadan yanaşdıqda qarşıda
duran vəzifələr
daha ciddi və aydın görünür. Yeri gəlmişkən,
onlardan bəzilərini
burda bir daha yada salmaq
istəyirəm.
Ölkə Prezidentinin
sərəncamı ilə
Birinci və On Birinci Qayıdış qəsəbələri arasında
avtomobil marşrutu açılması, Horadiz
şəhərində avtovağzal
binası, Əhmədbəyli
kəndində 340 yerlik
musiqi təmayüllü
gimnaziya, Bala Bəhmənli kəndində
60 çarpayılıq uşaq
bağçası tikilməsi,
rayonun müxtəlif məntəqələrində işğal
zamanı yandırılmış
və dağıdılmış
400-ə yaxın evin bərpası, məcburi köçkünlərin sosial-məişət
şəraitinin yaxşılaşdırılması
üçün 400 mənzillik
qəsəbə salınması,
Horadiz şəhərində
Kənd Təsərrüfatı
Nazirliyinin rayon şöbəsi
və rayon statistika idarəsi üçün
inzibati binaların inşası, Bala Bəhmənli kəndində
tərəvəz məhsullarının
istehsalı üçün
müasir istixana kompleksi, İkinci Mahmudlu kəndində ətlik və südlük heyvandarlıq
kompleksinin yaradılması
və s. nəzərdə
tutulur.
Həqiqətən,
görüləcək işlərin
miqyası və coğrafiyası genişdir. Nəzərdə tutulmuş
tədbirləri vaxtında
və yüsək keyfiyyətlə başa çatdırmaq üçün
hər cür imkan və şəraitimiz
var. Hər şeydən
əvvəl, Prezident İlham Əliyevin gündəlik diqqət və qayğısı, yaradılmış maliyyə
imkanları, adamların
yüksək mütəşəkkilliyi,
sabaha olan möhkəm inam və ümidləri gücümüzü birə-
beş artırır.
Deməli, qalır yerlərdə işin düzgün təşkili,
iş üslub və metodlarının, təşkilat-idarəetmə məsələlərinin
daim təkmilləşdirilməsi,
ciddi tələbkarlıq,
möhəm icra intizamı.
Bəli,
doğrudan da, dünya gör-götür
dünyasıdır. Biz bir qrup
rayon icra hakimiyyəti
başçısı da İtaliyaya
səfərimiz zamanı çox şey gördük, çox şey götürdük. Görüşdüyümüz
adamlara, yeri gəldikcə,
Azərbaycan həqiqətlərini anlatmağa
da çalışdıq. Onları
inandıra bildik ki, doğma Azərbaycanımızda da öyrəniləsi, nümunə
götürüləsi cəhətlər çoxdur.
Səfər zamanı bir daha
yəqin etdik ki, Azərbaycanın
sürətli inkişafı, bir qayda olaraq, qlobal
böhranlardan kənarda qalması başqa ölkələrdə olduğu kimi, İtaliyada da maraq və heyranlıqla izlənilir.
Alı ALIYEV
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı
Xalq qəzeti.- 2014.- 13 noyabr.- S.10.