Azərbaycan Ordusu düşmənin
istənilən hədəfini məhv etməyə
qadirdir
Danışıqlar prosesini
pozmaq üçün
təxribata
əl
atan ermənilər də bunu hiss etdilər
Son zamanlar ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yüksək səviyyəli danışıqlar intensivləşib. Həmsədrlərin dəstəyi ilə Azərbaycan və Ermənistan prezidentləri, habelə, hər iki ölkənin xarici işlər nazirləri problemin nizamlanmasına dair prinsipial məsələləri müzakirə ediblər. Tərəflər qoşunların təmas xəttində sabitliyin qorunması, atəşkəs rejiminin təmin edilməsi, snayperlərin geri çəkilməsi, müxtəlif təxribatlara yol verilməməsi və digər bu kimi məsələlərə dair müəyyən razılığa gəliblər. Təəssüf ki, Ermənistan tərəfi Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərə, o cümlədən qoşunların təmas xəttində hərbi təlimlərə başlayıb.
Noyabrın
12-də cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan ordusunun təmas xəttini pozan
cəhd edən düşmən
hərbi helikopterinin vurulması cəmiyyətimizdə
müsbət qarşılandı və böyük
ruh yüksəkliyi yaratdı. Ermənistan
Respublikası Silahlı Qüvvələri tərəfindən
keçirilən
son təlimlər zamanı düşmən
hərbi aviasiyası cəbhəyanı zonada
3 gün idi ki, təxribat xarakterli uçuşlar həyata keçirirdi.
Əslində isə məqsəd Azərbaycan ordusunun
maddi-texniki nöqtələrini dəqiqləşdirmək
və hədəfə almaq idi.
Burada Prezident
Administrasiyası rəhbərinin müavini,
xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədovun
fikri yerinə düşür:
“Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı siyasətinə və məntiqinə
yaxşı bələd olanlar bu hadisədən təəccüblənməzlər”.
Lakin bütün bunlara baxmayaraq ordumuzun əsgəri öz
ayıqlığı ilə ermənilərin növbəti təxribatına
imkan vermədi. İçində 3
düşmən hərbçisinin olduğu
helikopter məhv edildi. Müdafiə Nazirliyi
igidlik göstərən hərbçini
mükafatlandırdı. Ermənistan rəsmiləri isə baş verən hadisəni və itkiləri təsdiqlədilər.
Hadisə həm yerli, həm də dünya
mətbuatında əks-səda doğurdu.
Ən maraqlı məqam isə düşmən helikopterinin məhv edilməsinin sosial şəbəkələrdə geniş müzakirə mövzusunua
çevrilməsi oldu. Xalqın,
cəmiyyətimizin, xüsusilə, gənclərimizin döyüş əhval-ruhiyyəsinin yüksək
olması nəzərdən qaçmadı. Xalq
dövlətin gücünə, dövlət isə xalqın
iradəsinə bir daha
əmin oldu.
Şübhəsiz ki, milli ordumuzun öz gücünü
göstərməsi hələ qarşıdadır. Sülh danışıqları nəticə
verməsə, hər an Ermənistan hərbi
birləşmələri bu cür məğlubiyyət acısı yaşaya bilərlər.
Milli Ordumuzun gücləndirilməsi
və modernləşdirilməsinin əsası ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən
hakimiyyətə qayıtmasından sonra qoyulmuşdur. Heydər Əliyev Silahlı
Qüvvələrin Ali Baş
Komandanı kimi hərbi sahədə də
uğurlara nail ola bildi. O, yerli
özünümüdafiə və könüllü
batalyonlar adı altında fəaliyyət
göstərən silahlı birləşmələri ləğv
edərək, vahid komandanlıq sistemində
təşkil olunan nizami
ordu yaratdı.
Ali Baş Komandanın ön
xəttə səfər edərək
döyüşçülərimizlə səngərdə
görüşməsi və onları döyüşə
ruhlandırması öz real
bəhrəsini verdi. Çox
keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli
rayonunun Horadiz qəsəbəsi
istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi.
1994-cü il mayın 12-də elan olunan atəşkəsdən
sonra Azərbaycanda nizami,
müasir səviyyyəli ordunun
qurulması prosesinə böyük inamla start verildi.
Ölkədə nizami ordu
quruculuğu formalaşdırılmağa
başlandı.
Son 15 ildə Azərbaycanda çox
sürətlə və yüksək səviyyədə
aparılan ordu quruculuğu
işi artıq öz
bəhrələrini verib. Bu
gün Azərbaycan regionda
ən güclü orduya
malik olan dövlətə
çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü
ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən
əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi
qüdrətinin artması sosial məsələlərin
həllinə və milli ordumuzun
möhkəmləndirilməsinə geniş
imkan yaradıb. Dövlət büdcəsindən
hərbi sahəyə ayrılan xərclərin dəfələrlə
artırılması ordumuzun bütün istiqamətlər üzrə
potensialının yüksək səviyyəyə
çatdırılmasına yol
açıb. Azərbaycan Silahlı Qüvvələrini
təşkil edən Müdafiə Nazirliyinin,
Xüsusi Dövlət Mühafizə Xidmətinin,
DİN-in Daxili Qoşunlarının,
Dövlət Sərhəd Xidmətinin, Milli
Təhlükəsizlik Nazirliyinin, Fövqəladə
Hallar Nazirliyinin hərbi
hissələri hazırda dövlət rəhbərliyinin
böyük qayğısı sayəsində
özünün yüksək inkişaf mərhələsini yaşayır. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr
olan hərbi təhsil və hərbi səhiyyə
də davamlı şəkildə inkişaf
etməkdədir.
Erməni
işğalının və müharibə vəziyyətinin
davam etdiyini nəzərə
alan Azərbaycan dövləti, haqlı olaraq, ordusunun
imkanlarını genişləndirir, hərbi kadrların
peşəkarlıq səviyyəsini durmadan
artırır, hərbi sənayesini daha da inkişaf etdirir.
Ordumuzun gücünü artıran, hərbçilərimizin
döyüş əhval-ruhiyyəsini
yüksəldən əsas amillərdən biri
də ölkə Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin hərbi
hissələrə, xüsusən, cəbhə xəttinə
ardıcıl səfərlər etməsidir. Ön
xətdə xidmət edən əsgər və zabitlərimizlə
hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan
bununla da orduya diqqət və qayğısını əyani
şəkildə nümayiş etdirir, ordu quruculuğunun
bizim üçün
ən başlıca, ən prioritet sahə
olduğunu bir daha sübut edir. Çünki hər bir
ölkənin özünü
müdafiə hüququ
var. Bu hüquq,
əslində, Azərbaycan üçün
əksər ölkələrdən daha çox olmalıdır. Ölkəmizin 20 faiz torpağı Ermənistan tərəfindən
20 ildən çoxdur ki,
işğal altında saxlanılır. Biz müharibə şəraitində
yaşadığımız üçün
ordumuzun təkmilləşdirilməsi çox böyük əhəmiyyətə malik olan məsələdir.
Prezident İlham Əliyevin sonuncu hərbi paraddakı
çıxışında qeyd etdiyi kimi, müharibə hələ
bitməyib. Müharibənin birinci mərhələsi
başa çatmışdır. Bizim ordumuz hər an hazır olmalıdır ki,
öz ərazi bütövlüyünü
istənilən yolla bərpa etsin. Uzun illərdir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini
tapmır. Uzun illərdir ki,
bu ədalətsizlik davam
edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış
torpaqları işğal altındadır.
Azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti aparılmışdır. Xalqımıza
qarşı Xocalı soyqırımı törədilmişdir.
Bütün beynəlxalq təşkilatlar
Azərbaycanın mövqeyini müdafiə
edir. Bütün
mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar
və qətnamələrini qəbul etmişlər. Ancaq Ermənistan beynəlxalq hüquq
normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar nəticə vermir. Belə olan halda əlbəttə ki, ordu quruculuğuna böyük ehtiyac
vardır.
Dağlıq Qarabağ tarixi, əzəli
Azərbaycan torpağıdır. Əsrlər boyu
xalqımız bu torpaqlarda
yaşamış, yaratmışdır. Bu
gün də Dağlıq Qarabağ
Azərbaycanın ayrılmaz hissəsidir, dünya
birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır və
dəstəkləyir. Bugünkü Ermənistan
da tarixi Azərbaycan
torpaqlarında yaradılmışdır. İrəvan
xanlığı, Göyçə, Zəngəzur
mahalları bizim tarixi
diyarlarımızdır. Azərbaycan dövləti və
xalqı Azərbaycan ərazisində ikinci
erməni dövlətinin yaradılmasına heç
vaxt imkan verməyəcəkdir.
Biz çalışacağıq ki, məsələ tezliklə həllini
tapsın. Məsələnin həlli, əlbəttə ki, siyasi yollardan
keçir.
Dövlət
başçımızın sözləri də əslində,
böyük tarixi
reallıqdan irəli gəlir. Vaxtilə
havadarlarının dəstəyi ilə Azərbaycan
torpaqlarında dövlət yaradan və sonra yenə də bizim
torpaqlarımız hesabına onu genişləndirən
ermənilər indi də Dağlıq Qarabağ və ətrafındakı
rayonlarımıza göz dikmişlər
və onları özününküləşdirmək niyyətindədirlər.
Lakin bir şeyi unudurlar
ki, o zaman
havadarlar var idi və Azərbaycan müstəqil dövlət
şəklində mövcud deyildi. İndi isə Ermənistanın
arxasında dayanan qüvvələrin özü də Azərbaycanla
hesablaşır, ölkəmizlə dostluğa,
əməkdaşlığa can atır. Çünki anlayırlar ki,
Ermənistanın heç
bir gələcək perspektivi
yoxdur. Azərbaycan isə əksinə,
günü-gündən inkişaf edir, müstəqilliyini daha
da möhkəmləndirir.
Əlbəttə,
danışıqlar prosesi hələ də
davam edir. Ancaq güclü ordumuz, artan
potensialımız mövqeyimizi möhkəmləndirir
və Ermənistan ordusunun istənilən
diversiya və ya təxribatlarına
layiqincə cavab verir. BMT Təhlükəsizlik
Şurasının erməni işğalçı qüvvələrinin
işğal edilmiş
torpaqlardan qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnaməsi vardır. Elə təkcə
bu hüquq bizə əsas
verir ki, öz torpağımızı istədiyimiz an azad edək.
Dövlət
başçısı öz
çıxışında ordumuzun xərcləri
ilə bağlı maraqlı statistika vermişdi. O qeyd etmişdi: “Azərbaycan son
illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləmişdir.
Müqayisə üçün deyə
bilərik ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon
dollar idi, keçən
il bu rəqəm 3,6 milyarda, bu il
isə 3,7 milyard dollara
çatmışdır. Yəni, bu,
özlüyündə onu göstərir ki, ordu quruculuğu
prioritet məsələdir. Büdcəmizin
ən böyük xərcləri orduya sərf olunur.”
Bəli, Azərbaycanın
sahib olduğu silahlar yüksək dəqiqliyə və çox böyük məhvetmə
gücünə malikdir. Son
illərdə yüzə yaxın döyüş
və nəqliyyat helikopteri
alınmışdır. Onlarla döyüş təyyarəsi, hava hücumuna
qarşı ən müasir qurğular alınmışdır. Bu zirehli maşınlar, ən
müasir tanklar, ən
müasir artilleriya
qurğuları düşmənin istənilən nöqtəsini
məhv etməyə qadirdir. Sevindirici hal odur ki, bu
proses inamla davam etdirilir.
Müqayisə üçün deyə bilərik ki, Ermənistanın
bütün büdcəsi iki
milyard dollara
yaxındır. Yəni, bizim təkcə
hərbi məqsədlər üçün
istifadə olunan vəsaitimiz Ermənistanın
bütövlükdə dövlət xərclərindən təxminən
iki dəfə çoxdur.
Prezident İlham Əliyev öz çıxışında inamla bildirmişdi: “Güclü Azərbaycan gücsüz
Ermənistan ilə istənilən dildə danışa bilər.
Biz, sadəcə olaraq,
bölgədə, regionda sabitliyi
qorumaq üçün
hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan
bölgədə sabitləşdirici ölkədir. Azərbaycan
bölgədə çox böyük
nüfuza malik olan bir ölkədir. Azərbaycanın
razılığı olmadan bölgədə
heç bir təşəbbüs,
heç bir layihə icra edilə bilməz. Ona
görə sabitliyi qorumaq,
məsələni sülh yolu
ilə həll etmək üçün biz hələ ki, siyasi yollara üstünlük veririk.”
Dövlətimizin yürütdüyü bu sülh siyasətindən ən çox sui-istifadə edən Ermənistan və
bəzi beynəlxalq təşkilatlardır. Ermənistan öz qeyri-konstruktiv
mövqeyindən əl çəkmir və bu
ölkədə, sanki, bir
arxayınlıq yaranıb ki, Azərbaycan
ona heç vaxt hücum etməz. Beynəlxalq
təşkilatlar isə Azərbaycana qoyulan
investisiyalar və öklkəmizin icra etdiyi böyük
regional neft-qaz layihələrinə
görə müharibə etməyəcəyini zənn edir və münaqişənin həll
olunması üçün ciddi fəaliyyətə keçmirlər. Lakin Azərbaycan, əlbəttə ki, boşuna silahlanmır,
əbəs yerə hərbi sənayesini inkişaf
etdirmir. Bunun əsas məqsədi
düşmənin gələcək
şıltaqlıqlarına layiqli cavab vermək və əzəli
torpaqlarını qısa müddətdə azad
etməkdir.
Beynəlxalq təşkilatlar
ikili standart siyasət
yürütməklə Azərbaycanı öz
mövqeyindən geri çəkilməyə
məcbur edə bilməzlər. Bunu dövlət
başçımız da dəfələrlə
bəyan etmişdir: “Tarixi amillər, beynəlxalq hüquq
normaları, siyasi amillər və
iqtisadi-hərbi gücümüz, Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həll edilməsində, ədalətli həll edilməsində
öz sözünü
deyəcək və Azərbaycan ərazi bütövlüyünü
bərpa edəcəkdir. Dağlıq Qarabağda,
digər işğal edilmiş
torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı
dalğalanacaqdır”.
Anar
TURAN
Xalq qəzeti.- 2014.- 14 noyabr.- S.4.