Gədəbəy: İkinci beynəlxalq aşıq festivalı
Gədəbəyin Aşıq musiqi məktəbində Heydər Əliyev Fondunun himayəsi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II beynəlxalq aşıq festivalı keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin və Mədəniyyət Nazirliyinin məsul işçiləri, idarə, müəssisə, təşkilat və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Gədəbəy Rayon
İcra Hakimiyyətinin
başçısı Ramiz Yediyarov festival
iştirakçılarını salamladı və bildirdi ki, bu
gün tarixi bir gündür. Çünki II beynəlxalq aşıq
festivalı məhz Gədəbəydə start
götürüb. Festivalda
Türkiyə, İran, Gürcüstan,
Özbəkistan, Qırğızıstan, Qazaxıstan,
Türkmənistan, Rusiya Federasiyasından
və Azərbaycanın bütün
bölgələrindən aşıqlar iştirak
edirlər. Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım
Əliyevanın təşəbbüsü və yaxından
köməyi ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti
YUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin
Reprezentativ Siyahısı”na daxil edilmiş, xalqımızın
bu ölməz sənəti haqlı olaraq dünya mədəniyyət
inciləri sırasında özünə layiqli
yer tutmuşdur.
Rayon icra hakimiyyətinin
başçısı eyni zamanda vurğuladı ki, Prezident İlham Əliyev
2009-cu il may
ayının 26-da Gədəbəy rayonuna
səfəri zamanı Aşıq musiqi məktəbinin
təməlqoyma mərasimində iştirak
etmişdir. 2013-cü ildə rayona üçüncü
səfərində isə həmin məktəbin
açılışında iştirak etmişdir.
Ölkəmizdə ilk dəfə
yaradılan Aşıq musiqi məktəbinin
tikilib istifadəyə verilməsində əsas
məqsədlərdən biri də
aşıq və saz sənətimizin daha da inkişaf
etdirilməsi və gənc istedadların yetişdirilməsidir.
Bu
baxımdan Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın muğamla
yanaşı, ölkəmizin aşıq sənətinin də
geniş təbliği məqsədilə
apardığı ardıcıl və kompleks
işlər bəhrəsini verməkdədir. Məhz Heydər Əliyev Fondunun
xətti ilə reallaşdırılan silsilə tədbirlər
sayəsində Azərbaycanın aşıq musiqisi
artıq xaricdə də böyük rəğbət
qazanmışdır və dünya musiqi inciləri sırasında layiqli mövqeyini
tutmaqdadır. Azərbaycanda aşıqlar yurdu kimi tanınan bölgələrimiz
çoxdur. Bu
baxımdan dağlar qoynunda
yerləşən Gədəbəyin də özünəməxsus
yeri vardır. Hazırda Gədəbəydə
150-dən çox aşıq var. Əməkdar mədəniyyət işçisi və prezident
təqaüdçüsü aşıq İsfəndiyar
Rüstəmovun rəhbərliyi ilə rayonda
“Xalq aşıqları” ansamblı fəaliyyət
göstərir və ansambl fəaliyyətini daim
genişləndirir.
Daha sonra çıxış edən professor Qəzənfər Paşayev
festivalın hazırlanmasında əməyi olan
hər kəsə öz təşəkkürünü
bildirdi və qeyd etd ki, bu
gün bizim bu böyük sənət
qarşısında vəzifəmiz ondan
ibarətdir ki, folklorumuza,
şifahi xalq ədəbiyyatımıza, sazımıza,
sözümüzə sahib olmağı bacaraq. Milli şüurumuzu, milli təfəkkürümüzü,
dilimizin saflığını, ozan yaradıcılığımızı, musiqi folklorumuzu göz bəbəyi kimi qoruyaq və bərpa edək, itirilmiş
mənəvi dəyərlərimizi geri qaytaraq. Bu, bizim
hər birimizin ən böyük
vətəndaşlıq borcudur.
Sonra meydan saz-söz ustadlarına verildi. Festivala dəvət olunmuş Türkiyə, İran, Gürcüstan, Özbəkistan,
Qazaxıstan, Türkmənistan,
Rusiya Federasiyasından
və Azərbaycanın
bölgələrindən olan
aşıqlarla yanaşı,
Gədəbəy aşıqları
da öz gözəl ifaları ilə qonaqları valeh etdilər. Gədəbəy ictimaiyyəti tədbiri
böyük maraqla qarşıladı.
Hamlet
QASIMOV,
Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2014.- 16 noyabr.- S.7.