İmişli: hər
bir yenilik
əzmkarlığın
bəhrəsidir
Nazirlər Kabineti 2014-cü ilin 9 ayına yekun vurdu. Yekun iclasında qazanılmış uğurlara, sosial-iqtisadi inkişafın nəticələrinə münasibətini bildirən ölkə başçısı həm də regionların sosial-iqtisadi inkişafının növbəti mərhələsini – 2014-2018-ci illəri əhatə edəcək üçüncü Dövlət Proqramına uyğun olaraq növbəti beş ildə də dinamik inkişaf tempinin davam etdirilməsi tapşırığını verdi.
Bu
tapşırıqlar əsasən
aşağıdakıları əhatə edir:
qazlaşdırma işlərinin tam sona
çatdırılmasını, elektrik enerjisi ilə təminatın
daha da yaxşılaşdırılmasını, su,
kanalizasiya, kənddaxili yolların tikintisini, yeni iş yerlərinin
açılmasını, məktəblərin, xəstəxanaların,
tibb məntəqələrinin tikintisinin davam etdirilməsini,
milli valyuta ehtiyatlarının inkişaf etdirilməsini,
makroiqtisadi sabitliyin qorunmasını, iri fermer təsərrüfatlarının
yaradılmasını, turizmin inkişaf etdirilməsini, sənaye
sahələrinin müasirləşdirilməsini, uşaq
bağçalarının təmiri və maddi-texniki
bazalarının möhkəmləndirilməsini
və s.
Bu dəfəki
söhbətimiz son illər inkişaf tempinə görə
xüsusilə seçilən İmişli rayonu barədədir.
Bu inkişaf, necə deyərlər, gözlərimin
önündə baş verdiyindən tam səmimi deyə bilərəm
ki, buradakı zamanla yarışma əzmini, iradəsini
olduğu kimi ifadə etməkdə söz də acizdir, qələm
də. Çünki onillərə
sığışdırılacaq işləri, bir-iki ildə
gerçəkləşdirməyin yalnız bircə adı
var: qəhrəmanlıq.
Buna görə də
ən yaxşısı bəlağətli gəzişmə
zəhmətinə qatlaşmadan, hər şeyi dəqiqliklə
ifadə edən rəqəmlərin köməyindən
istifadə etməkdir. Bəs rəqəmlər nə deyir?
2014-cü ilin 9
ayı ərzində İmişli rayonunda iqtisadiyyatın əsas
sahələri üzrə 253163 700 manatlıq məhsul istehsal
edilmiş və ya xidmət göstərilmişdir. Həmçinin
ümumi daxili məhsul istehsalı sənaye üzrə 40,7
faiz, kənd təsərrüfatı üzrə 32,3 faiz,
tikinti üzrə 9,4 faiz, ticarət üzrə 15,3 faiz, nəqliyyat
üzrə 2,1 faiz, rabitə üzrə isə 0,2 faiz təşkil
etmiş, rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd
təsərrüfatı məhsullarının istehsalı
tutmuşdur.
Abadlıq-quruculuq
işlərindən danışarkən, ilk növbədə
qeyd etmək lazımdır ki, həyata keçirilmiş tədbirlər
nəticəsində şəhərin siması tamamilə dəyişərək
son dərəcə müasirləşmişdir. Bu sahədə
işlər eyni əzmkarlıqla davam etdirilir.
Bəhs etdiyimiz cari
ilin ötən dövrü ərzində İmişli-Bəhrəmtəpə,
İmişliyə giriş yolunda, İmişli-Mirili-Qaravəlili
avtomobil yolunun bəzi yerlərində beş yüz səksən
beş yüz min manatlıq təmir işləri
aparılmışdır. Hazırda Türkiyənin “Kolin”
şirkəti tərəfindən
respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə
avtomobil yolunda əsaslı təmir işləri
aparılır. Artıq İmişli rayonu ərazisindən
keçən avtomobil yolunun 40 kilometri istifadəyə
verilmişdir. Bundan əlavə, rayonun
Sarıxanlı-Boşçalılar, Cəfərli-Əliqulular,
Muradxanlı kəndlərini birləşdirən 23 kilometrlik
asfalt-beton yol əsaslı təmir olunmuşdur. Hazırda
Xoşçobanlı-Murğuzalılı, Xəlfəli,
Qulubəyli, Qızılkənd, Aranlı avtomobil
yollarında təmir işləri
davam etdirilir.
Son illər rayonda emal
sənayesinin inkişafı üçün bir sıra
işlər görülmüş, “Azərbaycan Şəkər
İstehsalat Birliyi” MMC-nin kəllə qənd,
qarışıq yem, bitki yağları, spirt emalı,
çuğundur yemqurutma zavodları, Bəhrəmtəpə
qəsəbəsində 50 min tonluq taxıl anbarı,
Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən
“Araz damazlıq quşçuluq” MMC istifadəyə
verilmişdir.
9 ayda rayon üzrə
sənaye məhsullarının həcmi 103. 095.900 manat
olmuşdur. İstehsal olunan sənaye məhsullarının
90,7 faizi qeyri-dövlət sektorunun payına düşür.
Ötən dövr ərzində
Muradxanlı iriləşdirilmiş neft mədənində
neft hasilatına 100 faiz əməl olunmuş, 14700 ton neft
dövlətə təhvil verilmişdir. Planda nəzərdə
tutulan həcmdə – 4500 min kubmetr qaz hasil edilmiş və
daxili ehtiyaclara sərf olunmuşdur. Mədən üzrə 5
quyuda əsaslı, 29 quyuda isə cari təmir işləri
aparılmışdır.
Məlumdur ki,
İmişli əsasən aqrar
rayon kimi tanınıb. Ötən dövr ərzində burada
aqrar sahənin inkişafı üçün müəyyən
işlərin görülməsi də təsadüfi deyil, məhz
bu amillə bağlıdır. Qeyd etmək lazımdır ki,
təsərrüfat hesablı rayon Aqroservis filialı tərəfindən
9 ay ərzində 220 adda müxtəlif kənd təsərrüfatı
texnikası və qoşquları ilə fermerlərə servis
xidməti göstərilmiş, onlara güzəştli qiymətlərlə
491 ton amonium-nitrat kübrəsi satılmışdır.
Bundan başqa, 2014-cü ilin 9 ayı ərzində
rayonun müxtəlif kəndlərində ümumi 586 min
kubmetr kollektor-drenaj şəbəkəsində magistral SD və
sol sahil kollektorlarında torpaqqazma və hamarlama işləri
görülmüşdür.
2014-cü ilin 9 ayı ərzində
istismar planına uyğun olaraq 114 ədəd hidrotexniki
qurğu, 20 ədəd hidrometrik post, 1,5 kilometr nov kanalları, 6 kilometr beton kanal, 3
ədəd nasos stansiyası cari təmir edilmiş, suvarma kanallarında 1187
kubmetr həcmdə 451,8 kilometr məsafədə lildən təmizlənmə
və təmir işləri görülmüşdür. Həmçinin,
hazırda rayonun bir çox kəndlərində əhalinin
pay və həyətyanı torpaq sahələrinin
suvarılmasına xidmət edən su arxlarında lildən təmizlənmə
işləri davam etdirilir. Artıq tarixə çevrilmiş
ötən 9 ay ərzində heyvandarlıq və
quşçuluq sahələri də xeyli inkişaf
etdirilmiş, rayon üzrə mal-qaranın sayı 90819
başa, qoyunların sayı 242977 başa, quşların
sayı isə 1276231 başa çatmış, ötən
ilin müvafiq dövrü ilə müqayisədə
iribuynuzlu mal-qara 952 baş, qoyunlar 3860 baş, quşlar isə
1011 baş artmışdır. Ət istehsalı 8592,19 ton, süd istehsalı 35120,3
ton, yumurta istehsalı 59975 min ədəd,
yun istehsalı isə 362,2 ton olmuş, ötən ilin
müvafiq dövrü ilə müqayisədə bütün
heyvandarlıq məhsullarının istehsalı
artmışdır. 2014-cü ilin oktyabr ayının 1-nə
kimi 11652 hektar sahədə
buğda, 5558 hektar sahədə arpa, 292 hektar sahədə
kartof, 401 hektar sahədə bostan, 316 hektar sahədə tərəvəz,
180 hektar sahədə dən qarğıdalı, 3011 hektar sahədə
pambıq, 620 hektar sahədə isə şəkər
çuğunduru əkilmişdir. Sahələrdən 15002 ton
arpa, 35541 ton buğda məhsulu yığılmış və
məhsuldarlıq 29,4 sentner olmuşdur. Həmçinin 2873 ton kartof, 3674 ton tərəvəz,
1714 ton qarğıdalı, 250 ton şəkər
çuğunduru, 2930,6 ton pambıq tədarük
edilmişdir. İlin bütün fəsillərində əhalini
təzə tərəvəz məhsulları ilə təmin
etmək üçün 10 hektar ərazidə yeni
istixanaların inşa olunmasına başlanılmış,
taxılçılığın inkişaf etdirilməsi,
yeni iş yerlərinin yaradılması məqsədilə
xarici investorları cəlb etməklə dövlət fondu
torpaqlarından 7000 hektar torpaq sahəsinin ayrılması nəzərdə
tutulmuş, həmçinin, kənd təsərrüfatı
məhsulları istehsalının artırılması
üçün “MKT” MMC-yə 3813 hektar torpaq sahəsi
ayrılmışdır.
Daha bir faktı qeyd
etmək yerinə düşərdi. Belə ki, 2014-cü ilin
9 ayı ərzində bütün maliyyə mənbələri
hesabına rayon iqtisadiyyatının və sosial sahənin inkişafı
üçün 31.347.300 manat vəsait yönəldilmiş,
onun 75,9 faizi və ya 23.781.900 manatı tikinti-quraşdırma
işlərinin yerinə yetirilməsinə sərf
edilmişdir.
Qeyd edək ki,
torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq
göstərmiş insanlar da diqqət və qayğı ilə
əhatə olunublar. Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ
müharibəsi əlilləri və şəhid ailələrinin
mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə
İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli
ictimai yaşayış binasının tikintisinə
başlanılmışdır. Həmçinin bu təbəqədən
olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli
54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə
tutulmuşdur. Rayon məhkəməsinin və ərazi kənd
təsərrüfatı idarəsinin inzibati binasının
tikintisinə başlanılmış, hazırda tikinti işləri
davam etdirilir.
Bu ilin keçən dövründə
rayon ərazisində 2210 metr məsafəyə SİP kabeli,
7308 metr məsafəyə AVVQ 2x10 mm 2 markalı naqil xətləri çəkilmiş,
1710 ədəd elektron tipli enerqomer sayğaclar
quraşdırılmış və ya bərpa edilmişdir.
Rüb ərzində 47 ədəd müxtəlif gücdə
olan transformatorlar təmir edilmiş, 33 ədəd istismara
yarasız ağac dayaq yeniləri ilə əvəz
olunmuş, 141 ədəd dəmir-beton dayaq
basdırılmışdır. Rayonun elektrik enerjisi təminatının
yaxşılaşdırılması məqsədilə
Hacıbabalı kəndi ərazisində 04 kv-luq yeni dəmir
beton dayaqların basdırılması, SİP kabellərin
çəkilməsi başa çatmaqdadır. 22 kənddə
əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin
olunması üçün
SİP kabel xətlərinin çəkilməsi nəzərdə
tutulmuşdur. Hazırda Bəhrəmtəpə qəsəbəsində
“Azenko” ASC tərəfindən smart-kart tipli sayğacların
quraşdırılması işləri tamamlanmaq üzrədir.
Rayonun qazlaşdırılması işi də davam etdirilərək
1437 abonentə təbii qaz xətti çəkilmiş, bununla
da 9898 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir.
Həmçinin, qeyri-əhali sektoru üzrə 70 abonentin də
təbii qazdan istifadəsi təmin edilmişdir. Hazırda bu
sahədə işlər davam
etdirilir.
Bundan əlavə,
şəhər ərazisində müxtəlif diametrlərdə
korroziyaya uğramış dəmir borular təmir
edilmişdir. İmişli şəhərinin su təchizatının
yenidən qurulması və kanalizasiya sisteminin
yaradılması ilə əlaqədar “Milli su təchizatı
və kanalizasiya xidmətləri üzrə ikinci layihə”
çərçivəsində İmişli şəhərində
və Yalavac kəndində layihədə nəzərdə
tutulmuş 9320 ədəd öncədən ödəmə
sistemli smart elektron su sayğacları
quraşdırılmışdır.
Təhsilin
inkişafı da prioritet məsələ olaraq diqqətdə
saxlanılmışdır. Eyni
zamanda, bu dövrdə 180 şagird yerlik Ölcələr kənd
tam orta məktəbi və 40 yerlik Məzrəli kənd
uşaq bağçası tikilərək istifadəyə
verilmişdir. Bundan əlavə, Xəlfəli, Hacırüstəmli,
Məzrəli, Qaraqaşlı kənd, şəhər 1,6 və
8 saylı tam orta məktəblərində təmir işləri
görülmüşdür.
Dövlət Proqramına uyğun olaraq rayonda
imtiyazlı təbəqələrin, eləcə də şəkərli
diabet, vərəm və digər xəstələrin dərman
preparatları ilə təminatı diqqət mərkəzində
saxlanılmış, nəticədə 2014-cü ilin 9
ayında bu məqsədlə 303.106 manat vəsait xərclənmişdir.
Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən
şəkərli diabet xəstələrinə 250 ədəd
qlükometr və 1200 qutu test çubuqları verilmişdir. Mərkəzi
xəstəxanada böyrək
çatışmazlığından əziyyət çəkən
vətəndaşlar üçün dializ şöbəsi
yaradılaraq müasir tibbi avadanlıqlarla təchiz
edilmişdir. Hazırda şöbədə 34 xəstə
dializ olunur. Bundan başqa, ötən müddətdə
Qaragüvəndikli kəndində tibb məntəqəsi
tikilmişdir. Muradxanlı kənd xəstəxanasının
təmir olunması da nəzərdə tutulmuşdur.
Bu ilin 9 ayında
rayonun mədəniyyət müəssisələrində 65,6
min manatlıq cari təmir işləri
aparılmışdır. Bundan əlavə, Aranlı kənd
mədəniyyət evində də təmir işləri
aparılır.
Gənclərin hərbi
vətənpərvərlik tərbiyəsi, asudə
vaxtlarının səmərəli təşkili, eləcə
də müxtəlif idman növləri ilə məşğul
olması məqsədilə bir sıra mədəni-kütləvi
idman tədbirləri həyata keçirilmişdir. Heydər
Əliyev adına istirahət parkında inşa edilən Gənclər
Mərkəzində stolüstü oyunlar, atıcılıq,
elektron kitabxana, internet klublar, 3D zalı və digər xidmət
sahələri yeniyetmə və gənclərin istifadəsinə
verilmişdir.
2014-cü ilin
üç rübündə 228 abonent telefon xətti çəkilmişdir.
Qaravəlili kənd elektron
avtomat telefon stansiyasında 24 portluq genişzolaqlı internet
quraşdırılıb istifadəyə
verilmişdir. Əlavə olaraq Mərkəzi EATS-də 320, Bəhrəmtəpə
EATS-də 64, Sarıxanlı EATS-də 96 nömrə, Qaradonlu
EATS-də 64, Cəfərli EATS-də 64, Əliqulular EATS-də
48, Bəcirəvan EATS-də 64 portluq internet
avadanlıqları quraşdırılmışdır.
Beləliklə,
2014-cü ilin 9 ayı ərzində İmişli rayonunda
görülmüş işlərdən istənilən qədər
danışmaq olar. Ancaq ən əsası odur ki, müəyyənləşdirilmiş
vəzifələrin icrası eyni qətiyyətlə, eyni
iradə və həvəslə həyata keçirilir. Burada
artıq bir neçə ildir ki, formalaşmış “öhdənə
düşən işə ləyaqətlə yanaş”
prinsipinə sadiqlik nümayiş etdirilir. İmişlilər əmindirlər
ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
və Prezident İlham Əliyevin qətiyyətlə həyata
keçirdiyi inkişaf strategiyası doğma Azərbaycanımızın
hər bir guşəsini, o cümlədən İmişlini həmişə
daha xoş günlərə aparacaq.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2014.- 18 noyabr.- S.10.