Tərtərdə
sahibkarlığın inkişafı bolluğa
və güzəranın yüksəlməsinə
xidmət edir
Tərtər rayonunun sosial- iqtisadi uğurlarında özəl bölmənin payı ildən- ilə artır. Bunu ilin ötən aylarının yekunları bir daha sübut edir. İlin əvvəlindən istehsal olunmuş 94,8 milyon manalıq ümumi məhsulun 87,9 milyon manatlığı, yaxud 93,7 faizi qeyri- dövlət bölməsində istehsal olunmuşdur.
40 milyon
manatlıq kənd təsərrüfatı məhsullarının,
demək olar ki,
hamısını xüsusi mülkiyyətçilər
hasilə gətirmişlər. 33,2 milyon
manatlıq ticarət xidməti özəl sferanı əhatə
edir. Tikinti- quruculuq işlərinin böyük
hissəsini də özəl podratçılar həyata
keçirirlər.
Sahibkarlığın
inkişafının dəstəklənməsi, dövlət
siyasətinə uyğun olaraq,
rayonda prioritet istiqamətlərdəndir.
İndiyədək 376 hüquqi, 2824 fiziki şəxs müxtəlif sahələrdə
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyata alınmışdır. Onlardan bu gün 206-sı hüquqi, 1485-i fiziki şəxs
kimi uğurla fəaliyyətlərini
davam etdirir.
Rayonda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli
şəraitdən bacarıqla istifadə edən fermerlər
və iş adamları, ilk
növbədə, ölkədə ərzaq bolluğu
yaradılmasına töhfələrini artırırlar. Torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 26,4 min hektarda əkin- biçin
aparmışlar. Məhsul bolluğu
yaradılmasının dəstəklənməsi üçün fermerlərə hər il olduğu kimi, bu il
də yanacaq sərfinə görə subsidiya və güzəştli qiymətlərlə
780 ton gübrə verilmişdir.
Əkinlərin su təchizatını
yaxşılaşdırmaq üçün
ardıcıl və geniş meliorasiya tədbirləri
həyata keçirilir, kanallara
xidmət göstərilir, yeni artezian quyuları qazılır.
Bütün bunların nəticəsidir ki, bu il
rayonda 37,7 min ton taxıl əldə edilmişdir.
İlin əvvəlindən iri malın sayı 695 baş
çoxalaraq 25,9 minə, davarın
sayı 1178 baş artaraq
71,2 minə çatmışdır. Ötən ilin eyni dövründəkindən
49,3 ton çox ət,
141,6 ton artıq süd, 120 min
ədəd əlavə yumurta istehsal olunmuşdur. Son illərdə bitkiçiliyin
inkişafına maraq daha
da artmışdır. Müvafiq
emal və tədarük sahələrinin
açlıması şəkər çuğunduru,
günəbaxan və qarğıdalı əkinlərinin genişlənməsinə
münbit şərait
yaratmışdır.
Rayonun Xoruzlu kəndində
4 il əvvəl yaradılmış kiçik tum günəbaxan
sexi ötən dövrdə nümunəvi
emal müəssisəsinə çevrilmişdir. “Patron”
adlı bu sexdə daimi
25, mövsümi olaraq
100-dək işçi
çalışır.
İstehsal sahəsinin rəhbəri Elşad Məmmədov bizimlə söhbətində
bildirdi:
– Ölkə Prezidenti İlham
Əliyevin shibkarlığı hərtərəfli dəstəkləməsi,
rayonda işgüzar fəaliyyət
üçün əlverişli şəraitin
mövcudluğu məni tum
günəbaxan emalı ilə məşğul olmağa həvəsləndirdi. Bu sahə üçün
tələb olunan xammalın – kifayət qədər
günəbaxan tumunun yetişdirilməsi üçün rayonumuzda
geniş imkanlar mövcuddur. İşçi
qüvvəsi də var, son
məhsula tələbat da böyükdür.
Birinci il kiçik bir sex yaratdıq. Qənaətlərimiz özünü artıqlaması ilə doğrultdu.
Əvvəl Xoruzlu və Kəbirli kəndlərinin fermerləri
50-60 hektarda tumluq
günəbaxan əkirdilər. Gəlirli sahə
olduğu üçün
fermerlərlə danışıb əkinlərin ildən- ilə
artırılmasına nail olduq.
İndi Xoruzluda 305, Kəbirlidə
isə 250 hektarda günəbaxan əkilmişdir.
Ümumiyyətlə, rayonda 910 hektarda dən günəbaxan yetişdirilir.
Ötən 4 ildə Türkiyədən, Çindən, İrandan, Rusiyadan
aldığımız müasir avadanlıqla istehsalı bir neçə dəfə genişləndirmişik.
Təcrübəmiz də xeyli
artmışdır. Fərhad Əliyev, Rəşad
Məmmədov kimi aparıcı mütəxəssislərimiz,
Ələddin və Rəşad Əsədovlar, Rövşən
Səfərov, İlkin İsmayılov kimi işini dərindən
mənimsəmiş fəhlələr
uğurlarımızı artırmaq üçün
həvəs və səylə çalışırlar.
Yüksək keyfiyyətli
“Patron” markalı məhsulumuzun yaxın- uzaqlardan sifarişçiləri getdikcə artır.
Hədiyyə şanşlı tum paketlərimizi
alanlar müxtəlif qiymətli əşyalar
– mobil telefon, planşet, noutbuk, hətta
avtomobil də udurlar.
Qazancımız artdıqca işçilərin əmək
haqlarını da yüksəldirik. Bizdə
məvaciblər orta rayon
səviyyəsindən 100-150 manat yüksəkdir
– 250-300 manatdır. Kəndin və rayonun sosial ehtiyaclarına köməyimizi də əsirgəmirik.
Bu gün Azərbaycanda
sahibkarlığın inkişafı elə bir
həddə çatıb ki, faydalı iş görmək istəyən adam heç bir çətinlik çəkmir. Kiçik bir kənddə qurduğumuz
istehsalatın səsi- sorağı bu gün xarici ölkələrdən
gəlir. Kənd fermerləri bizdən etibarlı sifariş alırlar. Bir
neçə il əvvəl evdə oturmağa məcbur olmuş
işsizlər isə indi öz
kəndin də müasir istehsalatda
çalışırlar. Bütün bunlara görə ölkə
sahibkarlarının mötəbər himayədarı olan Prezident İlham Əliyevə dərin minnətdarlığımızı
bildiririk.
Xoruzlu Bələdiyyəsinin sədri Fədail
Musayev, kəndin icra
nümayəndəsi Fazil Əbdüləzimov
da “Patron”
istehsalatının uğurlu işindən
razılıqla danışdılar. Onlar
bildirdilər ki, bu
müəssisənin fəaliyyətə başlaması ilə
kəndə işsizlik aradan
qaldırılmışdır. Sexin
qazancı ilə ərazidə abadlıq- quruculuq
işləri də aparılır. Bu
yaxınlarda onların köməyi ilə kəndin yolları
təmir edilib, elektrik
təchizatı yaxşılaşıb, qəbiristanlıq
abadlaşdırılıb.
Müəssisənin
fəaliyyəti, uğurları ilə ətraflı
tanışlıqdan, rayonun rəhbər
qurumlarından öyrəndiklərimizdən belə bir qənaət hasil oldu ki, “Patron”un hamı üçün
faydalı olan işi
nəinki kənddə, eləcə də rayonda
sahibkarlıqla məşğul olmaq istəyənlər
üçün nümunəvi təcrübədir. Yerli
xammalla işləyən emal
sahələri yaratmaq üşün
indi Tərtərdə iş
adamlarının qarşısında heç
bir maneə yoxdur. Sadəcə,
iş bacaran adamlara ehtiyac var.
Belə adamların
işgüzarlığı, təşəbbüskarlığı
sayəsində bu ilin
əvvəlindən rayonda minə yaxın
yeni iş yeri açılmışdır ki, bunun da
350-ə yaxını daimidir.
Bütövlükdə, rayonda son 11 ildə 6 mini daimi olmaqla, 14700-dək yeni iş yerləri
yaradılmışdır. Bunun böyük hissəsi özəl bölmənin
payına düşür.
Sahibkarlığın sürətli inkişafı isə məhsul
bolluğuna və güzəranın
yüksəlməsinə xidmət edir. Tərtərdə
gördüklərimiz və öyrəndiklərimiz bizi bir daha
bu həqiqətə inandırdı.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 19 noyabr.- S.6.