Milli köklərə bağlanan
qardaşlıq
dünyası
Günəşli və sərin payız səhəridir. Naxçvan-İqdır-Bursa avtobus marşurutu ilə yol gedirik. Araz çayı boyunca Türkiyənin içərilərinə doğru yollar uzanıb şaxələnir. Başlanğıcını Türkiyədə ulu və əzəmətli dağların, Bingöl silsiləsinin yamaclarından götürən Araz ulu türk torpağından, dağların arasından keçərək Naxçıvana doğru istiqamət alır.
“İqdırlı
Turizm” şirkətinin “Mercedes-
Bens” markalı rahat abtobusunda rahat magistral şosse yolları
ilə təbiətin ecazkar guşələri,
iri və kiçik
yaşayış məntəqələri, kənd, qəsəbə
və şəhərlərdən keçərək növbəti
günün səhəri Əskişəhərə yetişdik.
Əskişəhər Türkiyənin
Mərkəzi Anadolu regionunun
inzibati mərkəzidir. Türkiyənin
paytaxtı Ankaranın qərbində
yerləşir. Ölkənin böyük
şəhərləri sırasında yer tutan Əskişəhər Ankara, İstanbul və Bursa
şəhərlərinin orta hissəsində
yerləşir. Şəhər çox geniş sosial-mədəni imkanlara
malikdir. Universitetləri, inkişaf
etmiş sənayesi, mədəni-sənət
ocaqları və modern görkəmi ilə
tanınır. Qədim dövrlərdə bir çox hadisələrin şahidi
olmuş şəhərdə bu
günümüzədək müxtəlif dəyişikliklərə
uğrayan tarix və
mədəniyyət abidələri qorunub
saxlanmışdır. Şəhərin ərazisində yerləşən
abidələrin bəzilərinin üzərində Hitit, Frikya, Roma, Bizans, Anadolu Səlcuqları və Osmanlı İmperatorluğu dövrlərinin izlərinə
rast gəlinir. Adını da bu tarixi keçmişindən
alan Əskişəhər (Qədim şəhər) mədəni səviyyəsi ilə
Avropa şəhəri olaraq
getdikcə inkişaf edir,
günbəgün böyüyür, siması gözəlləşir.
Əskişəhəri həm də yaxın və uzaq ünvanlarda Osmanqazi və Anadolu universitetlərinə görə müasir tələbələr şəhəri
kimi tanıyırlar.
Osmanqazi Universiteti şəhər
içərisində bir şəhər olaraq geniş ərazini əhatə
edir. Füsünkar bir meşəlik sahəsində yerləşən
universitetin ilk
fakültələri 1970-ci ildə yaradılmışdır.
“Əskişəhər Osmanqazi Universitetinin rektoru, professor Hasan Gönen:
– Yüksək dəyərlərə
malik olan universitetimiz inkişaf etmiş ölkələrin müasir
idarə heyətlərinin həyata keçirdiyi elmi metodlara uyğun olaraq fəaliyyət göstərir. Tələbələrimiz səylə və əzmlə təhsil, bilik
və araşdırma fəaliyyətlərini davam
etdirirlər. Məqsəd və amalımız
təhsil alan gənclərimizin dünya standartlarında peşə, sənət,
bilik və bacarıqlara, ölkə və
dünya problemlərinə sahib olması, dərin bilikli,
yüksək ixtisaslı, vətənpərvər mütəxəssislər
hazırlanmasıdır. Əsaslı və köklu
bir quruluşa sahib olan universitetimiz elmi biliklərin artırılması, xalqın gələcəyinin
yüksəlişi naminə “Keçmişdən Gələcəyə,
Bilikdən Dəyərə” devizi ilə
tələbələrinin gələcəyə ən
yaxşı şəkildə hazırlanması vəzifəsini
qarşıya qoyaraq, yarandığı
gündən bu yana doğru və
inamlı addımlarla irəliləməkdədir.
Beynəlxalq
aləmdə tanınan, gələcəyin lidelərini
yetişdirən, nizam-intizamlı, yenilikçi,
yaradıcı, ümumi inkişafa
öndərlik edən universitetimiz ölkə
və dünya standartlarına uyğun bilikli, etik dəyərlərə malik gənclərin yetişdirilməsi
missiyasını həyata keçirir.
Universitet rektorunun mətbuat və
ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi,
Radio-TV Uygunlaşdırma və
Araşdırma Mərkəzinin müdiri,
doktor Ünal Özelmas:
-Türkiyə və Azərbaycanı
tarixi köklər, dostluq,
qardaşlıq, könül
duyğuları birləşdirir. Bizim
qardaşlıq körpüsü tarixdən
gələn bir bünövrə üzərində
qurulub. Biz
qardaşıq, eyni millətin soy kökünə mənsubuq, dil və din cəhətdən
bir-birimizə bağlıyıq, bir millət,
iki dövlətik. Digər tərəfdən
biz azərbaycanlıları hər zaman sevir, özümüzünkü
kimi qəbul edirik.
Universitetdə Azərbaycanla
bağlı zaman-zaman tədbirlər keçirir, bayram şənlikləri
təşkil edir, qəzetdə
yazırıq. Son illər Novruz bayramını birlikdə qeyd edirik.
Biz vaxtaşırı türkdilli
cümhuriyyətlərdən gələn tələbələrə
Ramazanda iftar süfrələri
açırıq. Həmin mərasimlərdə bir araya gəlir, əlaqlərimizi
daha da
sıxlaşdırırıq. Belə bir
layihə hazırlamışıq ki, xarici tələbələri televiziya
verilişlərində görüşdürək. Onların
Türkiyə və universitetimz
haqqında düşüncələrini,
arzu və təkliflərini öyrənək.
Mən universitetdə ilk dəfə Azərbaycanı
müəllim həmkarımız Tamilla
xanım Əliyevanın
timsalında tanımışam. Onu biz çox sevirik. Hazırda bizim universitet televiziyasının əməkdaşı
Şəkər xanım, Şükran da Azərbaycan əsillidir. Azərbaycanlılardan
müəllimimiz iki nəfərdir. Bizdə
70 azərbaycanlı tələbə
təhsil alır. Həmişə azərbaycanlı tələbələrə
kömək edir, onların arzu, təklif, qayğı və problemlərinə
həssaslıqla yanaşırıq.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü,
Türkiyə-Azərbaycan Qardaşlıq Platformasının
təsisçisi və sədri, Osmanqazi Universitetinin siyasiət elmləri və
dövlət idarəçiliyi fakültəsinin tələbəsi Elvin Əjdərli:
–
Dünyanın bir sıra ölkələrində
olduğu kimi, qardaş, dost və qonşu Türkiyədə təhsil alan azərbaycanlı
tələbələr yüksək
ixtisaslara yiyələnir, öz
potensial və imkanlarına görə digər
ölkələrin gənclərindən fərqlənirlər. Osmanqazi Universiteti biz tələbələr
üçün
ən dəyərli varlıqdır.
Təhsillə
yanaşı, ictimai işlərdə –
Türkiyə və Azərbaycan arasında dostluq
əlaqələrini gücləndirmək üçün
azərbaycanlı tələbələrlə birgə fəallıq
göstəririk. Ümummilli liderimiz Heydər Əliyevin təsis etdiyi Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin fəal
gəncləri sırasında olmaq böyük
fəxrdir. Əsası ulu öndərimiz
Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti burada uğurla həyata
keçirilir. Ümummilli
liderimiz gənclərimizin
inkişafına, onların inkişaf etmiş dövlətlərdə təhsil
almalarına xüsusi diqqət yetirir, Azərbaycanın
parlaq gələcəyinin yalnız
savadlı, bilikli, intellektual
səviyyəsi yüksək olan gənclərdən
asılı olduğunu bildirirdi.
Ulu öndərimizin miras
qoyduğu uğurlu siyasəti hazırda davam
etdirən cənab Prezidentimiz İlham Əliyevə dəstək verir, onunla eyni
yolda addımlayaraq Türkiyədə milli-mənəvi dəyərlərimizi
təbliğ edirik.
2012-ci ilin
dekabr ayında
Türkiyə- Azərbaycan Qardaşlıq
Platformasını təsis etdik. Bu qardaşlıq platformasının məqsəd
və məramı ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qardaşlıq
duyğularını sıxlaşdırmaq, araşdırmalar
aparıb yeni
imkanları üzə çıxarmaqdır.
İlk tədbirimiz xalqımızın unudulmaz, sağalmayan
yarası olan Xocalı
soyqırımını Əskişəhər ictimaiyyətinə
və burada təhsil alan,
xaricdən gələn tələbə və müəllimlərə
çatdırmaq oldu. Xalqımızın
tarixində mühüm yer
tutan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsində respublikamızın ədalətli
mövqeyi, ərazilərimizin 20 faizinin işğal edilməsi,
ölkəmizdə bir milyondan
artıq azərbaycanlının qaçqın və məcburi
köçkün olması faktına
diqqəti cəlb etdik.
Vaxtaşırı tədbirlər
keçirir, Azərbaycanın sürətli
sosial-iqtisadi yüksəlişi barədə
qardaş və dostlarımız olan xarici tələbələrə
dolğun məlumatlar veririk.
Sağ olsunlar,
Türkiyədəki səfirimiz, Faiq
Bağırov və İstanbuldakı baş
konsulumuz Həsən Zeynalov bizə dəstək verirlər.
Ədalət və İnkişaf Partiyasının Əskişəhər
təşkilatının sədri Mustafa Dündar Ünlü:
– Öncə Azərbaycandan
gəlib bizimlə tanış olduğunuza
görə təşəkkürümüzü bildirirəm.
Biz qardaşıq, türkdilli
ölkələrlə əlaqələrimiz genişdir,
qardaşlarımız ilə görüşlərimizdə çox dəyərli təkliflərimizi bildirdik. 2013-cü ildə Əskişəhər
Türk dünyası mədəniyyət
paytaxtı idi. Burada onlarla önəmli tədbir
reallaşdırıldı. Yenə də türkdilli
cümhuriyyətlərdən çox sayda nümayəndələr gəldilər. Bizim nümayəndə heyətləri türkdilli cümhuriyyətlərə getdilər.
Hökumətimiz xaricdəki türk
qardaşlarımıza qarşılıqlı əlaqələr yaratdı və gediş-gəlişlər oldu. Mədəni
bağlarımızı əsla qoparmırıq, onlarla mədəni sənaye və iqtisadi iş birliyimizi davam etdiririk. Biz eyni qəlbin insanlarıyıq, özəl qardaş olaraq hər zaman iqtisadi və mədəni
iş birliyində davam
edirik. Bu əlaqələrimiz
davam edəcəkdir. Hökumətimiz buna önəmli bir şəkildə
himayədarlıq verir. Bizim patiyanın
sıralarında azərbaycanlılar, millət vəkilləri
də vardır. Burada universitetlərdə
oxuyan gənc qadaşlarımız da var. Biz
onlarla birlikdə çalışmalara davam edirik. Burada
birgə fəaliyətimizi həyata
keçiririk.
Əskişəhərin
qədim tarixinin səhifələrindən məlum
olur ki, şəhərin
tarixi adı Dorylaiondur.
Qədim və orta əsrlərdə şəhər Şarhöyükün
yaxınlığındakı uçulub
dağılmış bir ərazidə
yerləşirmiş. Tarixi tədqiqatlara
görə, Dorylaionun dağılmış
xarabalıqlarına Əskişəhər adı verilmiş və bu ad o zamandan
günümüzədək qalmışdır.
Milli mücadilə illərinin fəaliyyət
mərkəzi olan Əskişəhər
Türkiyə tarixində mühüm yer tutur. Mustafa Kamal Atatürk 15 yanvar 1923-cü ildə Hökümət
binasında görüşdə demişdir
ki, Əskişəhər müharibənin
qazanılmasında böyük fəallıq
göstərmişdir. Mustafa Kamal Paşa bu məqsədlə şəhərin abadlıq- quruculuq
işləri ilə yaxından maraqlanmışdır. Cümhuriyyət
dövründə qoyulmuş sərmayələrlə qısa zamanda gözəl bir
şəhər yaradılmasına
başlanmışdır. Bu şəhər
– sosial-inkişaf baxımından
Türkiyənin öndə gedən şəhərlərindən
biri olaraq ən böyük sənaye bölgəsi
sayılır.
Özünün qurumları və təsisləri ilə mədəniyyət
və sənət cəhətdən də inkişaf
etmiş Əskişəhərdə bərəkətin
rəmzi olan Ana
Tanrıça (Baş ilahə) Kibele kultuna ibadətin
sorağı buradan Anadoluya
və dünyaya yayılmışdır.
Böyük Ozan (Aşıq) Yunus Əmrə (1238-1320) xalq
sufi ədəbiyyatının görkəmli nümayəndəsi,
xalq ozanı, təkkə şerinin
yaradıcılarından biridir. “Vəhdəti
vücud” fəlsəfəsinin
davamçısı, türkdilli ədəbiyyatın
ilk mütəsəvvüfləri
sırasında yer tutur.
Oğuz dillərinin ilk
böyük şairi olan Yunus Əmrə mədrəsə
təhsili görmüş, Tapdıq
Əmrə adında şeyxə şəyirdlik etmişdir. Mövlana Cəlaləddin
Ruminin məclislərinin
iştirakçısı olmuşdur.
Əsasən aşıq şeri tərzində
çalıb-oxumuşdur.
Lətifələri
dillərdən düşməyən yumor
ustası və xalq bilicisi
Nəsrəddin Xoca həyatının böyük bir hissəsini
Əskişəhərdə keçirmişdir.
Xoca (Molla) Əfəndi
Yaxın və Orta Şərqdə folklor surəti, bir
sıra türkdilli xalqların folklorunda müştərək ədəbi
obrazdır. Onun bir
sıra kəlamları aforizmlərə çevrilmiş,
Buxarada,Türkiyədə, Qazaxıstanda, Rusiya
və Ukraynada ona abidələr
qoyulmuş və haqqında filmlər
çəkilmişdir. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda
və Azərbaycanda, Tatarıstanda, Balkan
ölkələrində, bir sözlə,
türkdilli ölkələrdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi
ilk lətifə Xoca Nəsrəddinlə
bağlı olacaq.
... Türkiyənin
məşhur, dilbər güşəsinə, qədim və müasir Əskişəhərə səfərimiz
sona yetdi. Əfsanələrə
dönmüş və məşhurlaşmış
Osman Qazi,Yunus Əmrə,
Xoca Nəsrəddin, igid
oğullar və cəsurlar torpağı,
tarixi abidələr, zəngin mədəniyyət
eləcə də sənət, sənaye və
ticarət mərkəzi, mədəni səviyyəsi ilə Avropa şəhəri olaraq
dəyərləndirilən, sosial
yaşayış tərzi, milli ənənələri
ilə tanınan şəhərdə
yaşayan insanların qardaşlıq sevgisinin, mehr-məhəbbətinin təsirindən
çıxmaq mümkün deyil. Üzərində
çalışdığım beynəlxalq münasibətlər,
dostluq və qardaşlıq mövzusunda kitabın bir
neçə səhifəsi də Əskişəhərdə
yazıldı. Üzləri, gözləri nurlu,
dili, ləhcəsi şirin,
mehriban insanların, türk
qardaşlarımızın, ulu türk diyarının, eyni
millətə, soykökünə, milli-mənəvi və ortaq dəyərlərə söykənən
qardaşlıq dünyasına ürəkdən
bağlandım.
Qardaş ölkədə Azərbaycanımızı
ləyaqətlə təmsil edən, qardaşlıq ailəsində
çiyin-çiyinə verib
çalışan insanlar uzun
illər boyu möhkəmlənmiş dostluğa, məhbbət və sədaqətə
sadiq qalırlar. Türkiyə-Azərbaycan
arasında yaranan qırılmaz, əyilməz,
sarsılmaz qardaşlıq, dostluq, könül bağları daha
da möhkəmlənir. Mənəviyyat
körpüləri, bu gücdən qaynaqlanan birliyin möhtəşəmliyi,
əzəməti özünü göstərir.
Bu gücdən universitetdə təhsil alan gənclər və müəllimlər ilham alır, elmi biliklərə
yiyələnir, təmiz, saf, milli duyğular,
Vətən, torpaq və millət sevgisi ilə yaşayırlar.
Afət SADIQOĞLU,
“Xalq qəzeti”
Bakı-Naxçıvan-Əskişəhər
Xalq qəzeti.- 2014.- 22 noyabr.- S.10.