GƏDƏBƏY: Məmur-vətəndaş
münasibətlərində
qarşılıqlı anlaşma var
Sosial-iqtisadi göstəricilər sübut edir ki, Gədəbəy son vaxtlar sürətlə inkişaf edib. Ən ucqar kəndlərə belə gedib çıxan rahat asfalt yollar, körpülər, müxtəlif sösialyönümlü obyektlər, inzibati binalar, park və xiyabanlar bu ucqar dağ rayonunun simasını tanınmaz dərəcədə dəyişdirib.
Rayon icra hakimiyyətinin
başçısı Ramiz Yediyarovla bu mövzuda söhbət edərkən
maraqlı bir məsələyə toxundu. Dedi ki, hər bir inkişaf sabitliyə, əmin-amanlığa
söykənir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham
Əliyevin yürütdüyü daxili və xarici siyasət
bizə imkan verir ki, qurub— yaratmaqla
məşğul olaq, hər cür dedi-qodudan uzaq düşək,
məmur-vətəndaş münasibətlərində
qarşılıqlı anlaşmaya nail olaq.
İcra hakimiyyəti
başçısının dediklərində böyük həqiqət var.
O yerdə ki, vətəndaş
süründürməçiliyi var, məmur
özbaşınalığı, diqqətsizliyi mövcuddur, münasibətlərdə, necə
deyərlər, istilik yoxdur,
o zaman heç
bir inkişafdan, tərəqqidən,
yenilikdən söhbət gedə bilməz. Qeyd
etmək lazımdır ki, bu
məsələdə rayon rəhbəri özü nümunə göstərir və bunu Gədəbəydə hamı görür, eşidir.
Qarşısındakını səbrlə dinləmək
bacarığı, vətəndaşın
qaldırdığı obyektiv məsələyə
operativ müdaxilə, nəzarət, diqqət,
qayğı Ramiz müəllimin iş üsuludur desək,
yanılmarıq. Bax bütün
bunlar adamların yerli
icra orqanlarına olan
inamını artırır, bütövlükdə isə
dövlətə və dövlətçiliyə hədsiz məhəbbət
hissi formalaşdırır.
Təbii ki, iş
olan yerdə nöqsan da var, giley-güzar da. Amma baxır onun obyektiv və ya qeyri—obyektiv olmasına. Müşahidələr
göstərir ki, əksər hallarda düzgün və obyektiv cavab alan şikayətçi
yenidən qələmə
əl atmır. Faktlara nəzər salaq.
Rayon icra hakimiyyətinin
sənədlərlə və
vətəndaşların müraciətləri
ilə iş şöbəsinin müdiri
Cəlal Xıdırovun
bizə təqdim etdiyi arayışdan da görünür ki, RİH-ə Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasından daxil
olan müraciətlərin
sayı nəzərəçarpacaq
dərəcədə azalmışdır.
Əgər bir il əvvəl
müvafiq dövrdə
Prezident Administrasiyasından
616 müraciət daxil
olmuşdusa, indi həmin rəqəm 207 ədəd azalmışdır.
Əslində, bu, təqdirəlayiq
haldır və məmur-vətəndaş münasibətlərinin
tədricən normallaşdığının,
qaldırılan məsələlərə
obyektiv yanaşmanın
göstəricisidir.
Rayonda
səyyar qəbullara daha çox üstünlük verilir. Nəticədə, insanlar kabinetlərdən
fərqli olaraq öz kəndində, el-obasında daha cəsarətli olur, daha çox fərdi xahişlərə,
şəxsi məsələlərə
deyil, camaatın problemlərinə toxunur və onların həllini tələb edirlər. Elə son vaxtlarda rayonda
həyata keçirilən
genişmiqyaslı abadlıq-quruculuq
işləri məhz bu görüşlərdən,
məmur-vətəndaş münasibətlərinin getdikcə
daha da yaxşılaşdırılmasından
sonra baş vermişdir. Əvvəlki illərə qayıtmaq istəmirik. Çünki
keçən il, ondan əvvəlki dövrlərdə
də Gədəbəydə
baş verən müsbət dəyişikliklər
haqqında qəzetimizin
səhifələrində müntəzəm
yazılar vermişik.
Yeni salınan yollardan, körpülərdən,
ən ucqar kəndlərin qazlaşdırılmasından,
elektrik təchizatından,
park və xiyabanların,
digər sosial obyektlərin, o cümlədən
məktəblərin , səhiyyə ocaqlarının, mədəni-maarif
müəssisələrinin tikintisindən geniş informasiyalar dərc olunub. Təkcə bu il istifadəyə
verilən obyektlərin
siyahısına baxmaq
kifayətdir ki, yuxarıda
dediklərimizi bir daha təsdiq edək:yerli icra orqanları ilə əhali arasında olan sıx, isti münasibət inkişafın təməlidir.
Maraqlı, həm
də təqdirəlayiq
haldır ki, rayon icra hakimiyyətinin başçısı belə
görüşlər, qəbullar
zamanı irəli sürülən bütün
faydalı təklifləri
və təşəbbüsləri
özü nəzarətə
götürür və
ilboyu onların işdə həyata keçirilməsinə nail olmağa
çalışır. Ona
görə “çalışır”
sözünü işlədirik
ki,
hələlik Gədəbəy
də bir sıra digər rayonlar kimi, dotasiya ilə işləyir. Yəni qlobal layihələrin
həyata keçirilməsi
üçün dövlətin
köməyinə, təbii
ki, ehtiyac olur. Dövlət səviyyəsində isə Gədəbəyə
müntəzəm diqqət,
qayğı və kömək var. Xüsüsilə,
son illər bu ucqar dağ rayonuna daha çox
diqqət yetirilir.
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev özü bir neçə dəfə Gədəbəydə olub,
mühüm əhəmiyyətli
obyektlərin təməlqoyma
mərasimlərində iştirak
edib, açılışlarında
olub. Vaxt var
idi qonşu Şəmkirdən bura gəlmək üçün
az qala
bir gün vaxt keçirdi. Çünki normal yol yox
idi. Ona görə də
Prezidentin göstərişi
və müvafiq sərəncamı ilə
ilk olaraq gözəl bir yol çəkildi.
Əvvəllər bir sutkaya gedilən yola indi 40-50 dəqiqə vaxt sərf olunur. Ucqar kəndlərin, sərhədyanı
bölgənin də yollarının asfaltlaşdırılmasına
başlanıldı. Qaz,
elektrik enerjisi problemləri aradan qaldırıldı, sənaye
inkişaf etdirildi, qızıl emalı müəssisəsi , digər müəssisələr
işə düşdü,
yeni iş yerləri yaradıldı.
Əlbəttə, bütün bunlar
dövlətin, ilk növbədə,
ölkə rəhbərinin
yaxından köməyi
sayəsində mümkün
olub.
Yuxarıda toxunduğumuz
fikrə qayıdaq: əhalinin müraciətlərinə
və məmur-vətəndaş münasibətlərinə.
Qeyd etdik ki, indi
Gədəbəydə insanların
çoxu ümumi problemləri daha çox qabardır, nəinki şəxsi məsələlərini. Nəticədə yollar, körpülər
düzəldilir, su çəkilir, ayrı-ayrı
sahələr inkişaf
etdirilir. Təəssüf
ki, az da
olsa, hələ də öz şəxsi mənafeyini
üstün tutan, qanuni yola dəvət
edərkən, necə
deyərlər,
aləmi bir-birinə
qatanlar, şərə-böhtana
əl atanlar da var.
Qüdrət Paşayev, rayon icra
hakimiyyəti başçısının
birinci müavini:
– Gədəbəy tezliklə
ən uzaq ölkələrin belə
diqqətini cəlb edəcək. Rayonda turizmin inkişafı
üçün gözəl
şərait var. İnfrastruktur
yenilənir, adamların
yaşayış tərzi
yüksəlir. Bütün
bunlar həm də icra strukturlarının əhali
ilə yaxından təmasda olması, onların problemlərinin özününküləşdirilməsi ilə bilavasitə bağlıdır. Bu, xüsusilə son vaxtlar özünü daha çox qabardır. Yuxarı orqanlara göndərilən
məktubların sayında
nəzərəçarpacaq azalma müşahidə olunur.
Haqsız yazanların
isə cavabını
əhali özü verir. Məsələn, Plankənd kəndinin
Oktay Əliyev adlı bir sakini
yazmadığı təşkilat,
kütləvi informasiya
vasitəsi qalmayıb.
Çünki meşədə qeyri–qanuni tikinti apardığı üçün
ondan bunu dayandırmaq tələb olunub. Qəribədir
ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
onunla bağladığı
26 iyun 2013-cü il tarixli və özünün də imzaladığı müqavilədə
yazılan “istifadəçi
öhdəsinə götürür:
istifadə üçün
müəyyən olunmuş
sahədə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, Meşə Fondu torpaqlarının vəziyyətini pisləşdirmədən. . . ” öhdəliyini
qətiyyən saya salmır və rayon rəhbərlərinə şər-böhtan
yağdırır. Yaxşı
ki,
belələri azdır
və Gədəbəydə
kimin – kim olduğunu hamı yaxşı tanıyır.
Ramiz Pirverdiyev, Mərkəzi Xəstəxananın baş
həkimi:
– Məmurun vəzifəsi
vətəndaşı təmkinlə
dinləmək, konkret
məsələdə ona
kömək göstərməkdən
ibarətdir. Təbii ki, haqsız
olmayanlara da rast gəlirik. Amma bütün hallarda təmkini qoruyub saxlamalıyıq. Bir vaxtlar
xəstəxanamızda şərait
yox idi və
giley-güzar da əskik olmurdu. Amma indi ucqar
bir dağ rayonunda xəstələr
üçün heç
də şəhərdən
geri qalmayan şərait yaradılıb.
Gəncəyə, Bakıya,
digər yerlərə
müalicəyə gedənlərin
sayı azalıb. Kəndlərdə müasir həkim
məntəqələri tikilib
istifadəyə verilib.
Nazirliyimiz hər cür
tibbi avadanlığın
və dərman preparatlarının alınmasında
bizə yaxından kömək göstərir.
Rayon icra hakimiyyətinin,
şəxsən Ramiz
Yediyarovun qayğısını,
dəstəyini hiss edirik.
Keçən il bizə ayrı-ayrı vətəndaşlardan
38 şikayət ərizəsi
daxil olub. Cari ilin ötən dövrü ərzində
27 müraciət almışıq.
Hamısını diqqətlə araşdırmışıq.
Kimisinə əlillik dərəcəsi
almaqda, kimisinə anadangəlmə qüsurlu
uşaqlarına köməklik
göstərilməsində, bir başqasına maddi yardım edilməsində köməyimiz
dəyib. Qaynar xəttə
də müraciət edənlər olub. Lakin biz bunlardan narahat deyilik və bütün bunları
normal hal kimi qəbul edirik. Əsas odur ki , əhali ilə münasibətlərimiz isti
və səmimidir.
Bəhmən Nağıyev, Təhsil
Şöbəsinin müdiri:
–Biz bütün ərizələri
mütləq yerində
araşdırırıq. Vətəndaş onun
nəticəsi barədə ətraflı məlumat alır. Onsuz da tez-tez
məktəblərdə oluruq, müəllimlərlə,
texniki işçilərlə görüşürük, problemlərini
öyrənirik. Amma yazanlar, şikayət edənlər yenə
də olur və biz bunlara təbii hal kimi baxırıq. Məsələn, keçən
il rayon təhsil
şöbəsinə 30 yazılı ərizə daxil olub. Bu
il isə onların sayı artıq 36-ya
çatıb.
Ərizələrin əksəriyyəti
dərs tələbi və müəllim təyin olunması
ilə əlaqədardır. Qaynar xəttə
də keçən il 5, bu
il 3 müraciət olub.
Nə qədər ki, iş
var, müraciət də, xahiş
də, şikayət də olacaq. Gədəbəy
məktəbləri 5-10 il əvvəlki məktəblər
deyil. Əksəriyyəti müasir,
hər cür şəraiti olan binalara köçüb.
İndi tələb də başqadır.
Müəllim müasir dərs üsulu ilə ayaqlaşmalıdır.
Gədəbəydə
kiminlə görüşdüksə, söhbət etdiksə
adamların əhval-ruhiyyəsinin dəyişdiyini hiss etdik, duyduq.
Açıq-aşkar hiss olunur
ki , yerli orqanlara, daha dəqiq desək
məmurlara inam xeyli
artıb, qarşılıqlı anlaşma
yaranıb. Bu, özlüyündə çox müsbət haldır. Çünki dövlətə, dövlətçiliyə
inam, etibar belə yaranır.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2014.- 23 noyabr.- S.6.