Murova qar yağdı …
Bu,
goranboyluları qorxutmur, onlar qışa vaxtında
hazırlıq görmüşlər
Əvvəlcə bəzi diqqətçəkən faktları yada salaq: Əgər 2009-cu ildə rayon üzrə təbii qazla təchizat 44 faiz təşkil edirdisə, hazırda bu rəqəm 88 faizdir. Üstəlik, 5 kəndə qaz çəkilişinin başa çatması ilə mavi yanacaqdan istifadə edən əhali 95 faiz təşkil edəcək. 5 il əvvəl elektrik enerjisinin təchizatında müəyyən fasilələrə yol verilirdisə, indi ən ucqar kəndlərə belə sutka boyu işıq verilir.
Başqa zəruri məişət
ehtiyacları da yoluna qoyulmuşdur. Uzun illər Goranboy şəhərinin
və digər yaşayış məntəqələrinin
sakinlərinə içməli su xüsusi maşınlarla gətirilirdi.
Ölkə Prezidenti İlham Əliyevin
tapşırığına əsasən bu vacib sosial problem də
artıq öz müsbət həllini tapmışdır. Belə
ki, Murovdan 44 kilometrlik su xətti çəkilmişdir.
İndi Goranboy şəhərinin və kəmərin
keçdiyi 17 kəndin sakinləri ekoloji cəhətdən təmiz
dağ suyu ilə təmin olunur. Respublika rəhbərinin
imzaladığı sərəncam əsasında çəkilən
47 kilometrlik Goranboy - Yuxarı Ağcakənd asfalt yolu isə
yekunlaşmaq üzrədir. Bundan başqa, Dəliməmmədli
- Həmənli avtomobil yolu da
asfaltlaşdırılmışdır.
Son illər başa çatdırılmış, öz müsbət həllini tapmış genişmiqyaslı vacib sosial məsələlərin bəziləri barədə indi söz açmağımız heç də təsadüfi deyil. məsələ burasındadır ki, qarşıdan qarlı-şaxtalı qış gəlir. artıq murova bir neçə dəfə qar düşüb. yerli sakinlərin dediyinə görə, havalar indidən belə soyuqdursa, bu ilin qışı daha sərt keçəcək. deməli, qışı boş əllə qarşılamaq olmaz. yuxarıda göstərdiyimiz fakt və rəqəmlər, apardığımız müqayisələr bu baxımdan rayonda payız-qış mövsümünə hazırlıq barədə müəyyən təsəvvür yaradır. Bugünlərdə rayonda olarkən ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda da olduq, qışa hazırlıqla əlaqədar görülmüş tədbirlərlə maraqlandıq.
Anar
Mayılov, təhsil şöbəsinin müdiri:
– Həmişə oluğu kimi, cari ildə də
payız-qış mövsümünə hazırlıq təbirlərinə
hələ yay aylarında başlanmışdır. Bu məqsədlə
yaradılmış xüsusi komissiya rayonun bütün
ümumtəhsil məktəblərində olmuş, konkret vəziyyət
öyrənilmiş və görüləcək tədbirlər
müəyyənləşdirilmişdir. Ümumiyyətlə,
79 ümumtəhsil müəssisəsindən 18-i mavi yanacaqla,
44-ü odunla, 11-i duru yanacaqla, 6-sı elektrik enerjisi ilə
isidilir. Məktəblərimiz yanacaqla təchiz olunmuşdur.
Odunla isidiləcək 44 məktəbə 302 soba, elektrik
enerjisi nəzərdə tutulan 6 məktəbə 100 elektrik
qızdırıcısı və 75 elektrik radiatoru
verilmişdir. Baş verə biləcək fövqəladə
halların qarşısının alınması məqsədi
ilə yanğından mühafizə vasitələri və avadanlıqları tədarük
edilmişdir.
Bundan başqa, payız-qış mövsümünə
hazırlıqla bağlı Borsunlu kənd 2 nömrəli və
Aşağı Ağcakənd qəsəbə tam orta məktəblərində
əsaslı təmir işləri aparılmışdır.
Təəssüf ki, bu günə kimi Qurbanzadə və Bəşirli
kənd ümumi orta, Tatarlı kənd tam orta məktəblərində
qazanxanalar olmasına baxmayaraq həmin məktəblərə
mavi yanacaq verilmir. Qaraçinar və Rəhimli kənd,
Goranboy şəhər 3 nömrəli tam orta məktəblərinin
qazanxanalarında quraşdırılmış qaz
sayğacları yoxlanılmaq üçün götürülmüş,
istifadəyə yararsız olduğundan geri
qaytarılmamışdır. Bu da təbiidir ki, həmin məktəblər
də müəyyən çətinlik yaradır.
Rüstəm
Budaqov, Mərkəzi Xəstəxananın baş həkimi:
– Səhiyyə müəssisələrində
binadaxili kabel xətləri və elektrik avadanlıqları texniki
təhlükəsizlik qaydlarına uyğun olaraq yenidən
çəkilmişdir. Bu müəssisələri istiliklə
təmin etmək üçün 3000 manatlıq dizel
yanacağı alınmışdır. Mərkəzi Xəstəxananın
poliklinika şöbəsində əsaslı təmir işləri
aparılmış, su və kanalizasiya sistemi yeniləşdirilmiş,
sınıq şüşələr yenisi ilə əvəz
edilmiş, dam örtüyündə nasazlıqlar aradan
qaldırılmışdır.
Dəliməmmədli şəhər xəstəxanası,
Qarqucaq, Xınalı, Qızılhacılı və Nizami həkim
məntəqələrinin, Sarovlu tibb məntəqəsinin
dam örtükləri təmir edilmiş, hovuzlar yararlı vəziyyətə
gətirilərək su ilə doldurulmuşdur. Səfikürd
həkim məntəqəsində cari təmir işləri
aparılmış, pəncərələrin şüşələri
dəyişdirilmiş, elektrik xətlərində olan
nasazlıq aradan qaldırılmışdır. Yanğın
təhlükəsizliyinin qarşısının
alınması üçün tibb müəssisələrinə
balonlar verilmişdir.
Gündüz
Hacıyev, mədəniyyət və turizm şöbəsinin
müdiri:
– Payız-qış mövsümünə
hazırlıqla əlaqədar Mədəniyyət evinin, Mərkəzi
kitabxana sisteminin, Tarix-diyarşünaslıq muzeyinin, uşaq
incəsənət və uşaq musiqi məktəblərinin,
Dəliməmmədli şəhər, Hazırəhmədli kənd
mədəniyyət evlərinin, Veyisli, Qaradağlı,
Qaraçinar və Qarasüleymanlı kənd
kitabxanlarının elektrik şəbəkəsi, köhnə
taxta qapı və pəncərələri təzələnmişdir.
Mərkəzləşmiş Kitabxana Sisteminin qaz xətlərində
təmir aparılmışdır. Uşaq incəsənət
məktəbinin və Mədəniyyət evinin istilik sistemlərində
də təmir işləri görülmüşdür.
Ehtiyac olan mədəniyyət müəssisələrinə
elektrik qızdırıcıları və 13 odun sobası
verilmişdir.
Daha sonra öyrəndik ki, payız-qış
mövsümünə hazırlıqla bağlı 19
saylı Yol İstismar İdarəsinin balansında olan
maşın və mexanizmlər saz vəziyyətə gətirilmiş,
zəruri yanacaq ehtiyatı yaradılmışdır. Xidmət
ərazisində olan körpülərdə və yolların
sərt döngələrində qum ehtiyatı
yaradılmış, işçilərə xüsusi geyim
verilmişdir.
Suvarma
Sistemləri İdarəsində
inzibati və digər binalarda sınıq şüşələr
dəyişdirilmiş, qaz radiatorları
quraşdırılmışdır. Görüləcək
işlərlə bağlı maşın-mexanizmlər
ayrılmış,
işçilər geyimlə təchiz olunmuşlar. Eyni
zamanda, suvarma işlərinin vaxtına aparılması
üçün hidrotexniki qurğular saz vəziyyətə gətirilmişdir.
Subartezian
quyularının istismarı idarəsi
inzibati binada təmir işləri aparmış, nasos və
transformator sexlərinin pəncərə və qapıları
təmir edilmişdir. Nasos təmiri sexlərinin dam örtüyü
dəyişdirilmişdir. Təmir otaqlarının qapı və
pəncərələri plastik materiallardan hazırlanaraq yenilənmiş,
elektrik xətləri təzələnmişdir. Qış
mövsümü ilə əlaqədar maşın və
mexanizmlərə ehtiyat hissələr, habelə əlavə
yanacaq tədarük edilmişdir .
Rayon paylayıcı
elektrik şəbəkəsi şəhərin
58-ci yaşayış məhəlləsində və
Qarasüleymanlı kəndində zədələnmiş
transformatorları dəyişdirmişdir. Təhlə,
Aşağı Ballıqaya kəndlərini qidalandıran 10
kilovotluq hava xəttinin yararsız dayaqları dəmir-beton dirəklərlə
əvəz olunmuşdur. Ehtiyac olan ərazilərdə elektrik
xətləri və dayaqları yenisi ilə əvəz
edilmiş, yağ açarları dəyişdirilmişdir.
Qaz
istismarı sahəsi 840 metr
daşıyıcı və paylarıcı qaz kəmərlərinə
texniki baxış keçirmiş, aşkar edilmiş
nasazlıqlararadan qaldırılmışdır. 70 qaztəmizləyici
şkafda təmir-bərpa, nizamlama işləri
aparılmış, 1326 metr xətt yeni borularla əvəz
olunmuşdur.
Su-kanal
İdarəsi Dəliməmmədli
şəhərində 700 metr, Veyisli kəndi
yaxınlığındakı Yeni qəsəbədə 200
metr, Rəhimli kəndində 500 metr, Tap Qaraqoyunlu kədində
60 metr, Qaraçinar kəndində isə 58 metr müxtəlif
diametrli su xəttini dəyişdirmişdir.Goranboy şəhərinin
12 məhəlləsində 60 metr su xətti təmir
olunmuş, lildən təmizlənmişdir. Dəliməmmədli
şəhərində 3, Yeni qəsəbədə 4, Goran qəsəbəsində
1 sebartezian quyusunun nasosu təmir olunmuşdur. Dəliməmmədli
şəhərində 1, Yeni qəsəbədə 3 nasos
yenisi ilə əvəz edilmişdir.
İstilik
Sistemləri İstismarı Sahəsi
rayon icra hakimiyyətinin, internat məktəbin və şəhər
2 saylı tam orta məktəbinin qazanxanasında profilaktiki tədbirlər
görmüş, elektrik və qaz avadanlıqları saz hala gətirilmişdir.
Göründüyü kimi, Goranboy rayonunda
payız-qış mövsümünə hazırlıq tədbirlərinə
vaxtında başlanmışdır. Əsas odur ki, təmir-bərpa
işləri keyfiyyətlə aparılmış və kifayət
qədər yanacaq tədarük edilmişdir. Prosesə ciddi nəzarət
məqsədlə Goranboy Rayon İcra Hakimiyyəti nəzdində
xüsusi komissiya yaradılmışdır.
Qışlamanın gedişində meydana çıxan
çətinlik və problemlər operativ qaydada öz həllini
tapır, konkret tədbirlər müəyyənləşdirilir.
Payız-qış mövsümünə
hazırlıq tədbirləri rayon icra hakimiyyəti
başçısı yanında şuranın iclasında
geniş müzakirə olunmuş, mövcud vəziyyət ətraflı
təhlil edilmişdir. Müşahidə
olunan nöqsan və kəm-kəsirlərin tezliklə aradan
qaldırılması üçün əlaqədar təşkilatlar
qarşısında konkret vəzifələr qoyulmuşdur.
Bütün bunların nəticəsidir ki, dağlara qar
düşsə də, tez-tez yağış yağsa da, hava
sazaq olsa da goranboyluların ocaqları isti, işləri rəvandır.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2014.- 25 noyabr.- S.6.