Meliorasiya və su təsərrüfatı
kompleksi
ölkədə ərzaq
bolluğunun təminatçısıdır
Dünyada baş verən qlobal iqlim dəyişiklikləri XXI əsrdə su ehtiyatlarının səmərəli istifadəsinə və mühafizəsinə olan marağı artırmış, su ilə bağlı yaranan problemlərin həlli bəşəriyyət qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir. Beynəlxalq təşkilatların məlumatına görə, hazırda dünyada 2 milyard nəfərdən artıq insan su çatışmazlığından əziyyət çəkir. Proqnoz məlumatlar əsasında bu göstərici getdikcə kəskinləşəcək və 2025- ci ildə dünya əhalisinin 65-70 faizinini əhatə edəcəkdir. Birləşmiş Millətlər Təşkilatı su sahəsində gözlənilən təhlükənin qarşısını qismən almaq məqsədilə dünya ölkələrinin səylərinin birləşdirilməsini vacib sayaraq, 2005- 2015-ci illəri “Su həyat üçündür” Beynəlxalq onilliyi elan etmişdir.
Yerüstü su
ehtiyatlarının 70 faizdən çoxu
ölkədən kənarda formalaşan, öz daxili çaylarının isə ərazi
üzrə qeyri - bərabər paylanan Azərbaycanda son dövrlərdə bu problemlə, onun
həlli yolları ilə bağlı kütləvi informasiya vasitələrində
qaldırılan məsələlər aktual əhəmiyyətə
malik olan təqdirəlayiq
hal kimi qiymətləndirilməlidir.
Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq
olunmuş dövlət proqramları
çərçivəsində
respublikamızda su
ehtiyatlarının səmərəli istifadəsi, onların idarə
edilməsi, monitorinqi, kəmiyyət və
keyfiyyət göstəricilərinin müəyyən edilməsi,
baş verən su
itkilərinin qarşısının alınması sahəsində aidiyyəti
qurumlar tərəfindən mütəmadi
olaraq geniş həcmli
tədbirlər həyata keçirilir.Ölkəmizdə su idarəçiliyi ilə məşğul olan Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti,
Fövqəladə Hallar, Ekologiya
və Təbii Sərvətlər nazirlikləri, “Azərsu”
Açıq Səhmdar Cəmiyyəti səlahiyyətləri
daxilində əlaqəli şəkildə fəaliyyət
göstərirlər.
Hazırda Azərbaycanda 1 milyon 435 min
hektar suvarılan sahə var. Kənd təsərrüfatı məhsullarının 90 faizə qədəri bu sahələrdən əldə edilir. Suvarılan
torpaq sahələrinin artırılaraq 1,6
milyon. hektara çatdırmaq imkanı olsa
da, su ehtiyatlarının çatışmaması bu tədbirin
həyata keçirilməsinə mane olur.
Su ehtiyatlarının məhdudluğu,
daxili çayların ərazi üzrə
qeyri- bərabər yerləşməsi, yerüstü
suların 70 faizinin ölkə hüdudlarından kənarda
formalaşması və transsərhəd çayların hədsiz
dərəcədə çirklənməsi də bu məqsədə
çatmaqda əngələ çevrilmişdir.
Dünya şöhrətli
siyasətçi, müdrik,
qüdrətli tarixi şəxsiyyət olan Heydər Əliyev
ölkədə meliorasiya və su təsərrüfatını
inkişaf etdirmədən bol kənd təsərrüfatı
məhsullarının yetişdirilməsinin mümkün
olmadığını uzaq görənliklə qeyd etmiş,
bu sahənin yüksək səviyyədə olmasına,
xüsusi əhəmiyyət vermiş, onun
inkişafını daim diqqətdə saxlamış,
aparılan bütün işlərlə şəxsən maraqlanmışdır.
Ölkəmizdə meliorasiya və irriqasiya işlərinin
geniş miqyasda vüsət tapması 1969-1982-ci illərə,
ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövrünə təsadüf edir.
Həmin dövrdə meliorasiya və su təsərrüfatı sahəsinin
inkişafına qoyulan vəsait əvvəlki 50 ildəkindən 2 dəfədən
çox olmuşdur. O illərdə min kilometrlərlə
suvarma kanalları, kollektor-drenaj şəbəkələri,
güclü nasos
stansiyaları, hidroqovşaqlar, ümumi su tutumu 3
milyard. kubmetr olan su anbarları və s.
tikilib istifadəyə verilmiş, meliorativ fondların həcmi 2 dəfədən
çox artmışdır. Bütün bunların
hesabına torpaqların məhsuldarlığı qat-qat
yüksəlmiş, suvarma əkinçiliyi özünü
doğrultmuş,
böyük səmərə
vermişdir. Konkret desək, həmin illərdə 400 min hektar
sahənin meliorativ vəziyyəti
yaxşılaşdırılmış, 825 min hektar sahədə
suvarma sistemləri yenidən qurulmuş, 460 min hektar sahədə
hamarlama, 150 min hektar sahədə isə əsaslı yuma
işləri görülmüşdür.
Xüsusi vurğulamaq
lazımdır ki, ulu
öndərin ikinci dəfə respublika rəhbərliyinə
qayıdışı meliorasiya və su təsərrüfatını
məhv olmaqdan xilas etdi, sahə öz inkişafının
yeni mərhələsinə qədəm qoydu, ona diqqət və
dövlət qayğısı bərpa olundu, meliorasiya
potensialından daha dolğun istifadə olunması yolları və
sahənin gələcək inkişaf istiqamətləri
müəyyənləşdirildi. Ümummilli
liderimiz Heydər Əliyevin göstərişi ilə,
respublikamıza yatırılan xarici investisiyaların xeyli hissəsi
bu sahənin inkişafına yönəldildi. Müstəqil Azərbaycan bazar
iqtisadiyyatına üstünlük verəndən sonra aqrar sahə
ilə yanaşı, meliorasiya və su təsərrüfatı
komleksində də islahatların həyata keçirilməsinə
başlanıldı, onların normativ-hüquqi bazası
yaradıldı, bu istiqamətdə 40-dan artıq
normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən
mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya
və irriqasiya haqqında” Azərbaycan Respublikasının
Qanunu oldu. Dövlət əhəmiyyətli su anbarları,
magistral kanallar və kollektorlar, iri nasos stansiyaları,
hidroqovşaqlar, qışlaqların su təminatı sistemləri,
Kür-Araz və dağ çayları boyunca mühafizə bəndləri,
digər mühüm
meliorasiya və su təsərrüfatı obyektləri özəlləşdirilməsi
qadağan olunan müəssisələr sırasına daxil
edildilər.
Kənd təsərüfatında
aparılan aqrar
islahatlarla əlaqədar çoxsaylı su istfadəçilərinin
yaranması suvarma suyunun paylanmasında torpaq mülkiyyətçiləri
tərəfindən növbəli əkin sisteminin tətbiq
olunması üzündən əkin sahələrinin suvarma
suyu ilə təmin edilməsində ciddi çətinliklər
yaratmışdı.
Suvarma suyunun
paylanılmasını, sudan
səmərəli
istifadə olunmasını, su ödənişlərinin
toplanılmasını təmin etmək, sudan istifadə
zamanı meydana çıxan mübahisələri və digər
məsələləri həll etmək məqsədilə
könüllülük prinsipləri əsasında torpaq
mülkiyyətçiləri tərəfindən yerlərdə
Sudan İstifadəedənlər birliklərinin (SİB) yaradılmasına
başlanıldı. SİB-lərin
yaradılmasına və onların dayanıqlı
inkişafına metodik köməkliyi gücləndirmək
üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
ASC-nin Mərkəzi Aparatında və onun yerli idarələrində
dəstək qrupları yaradıldı. Yeni qurumun fəaliyyətinin
hüquqi tənzimlənməsi məqsədi ilə
1996-cı ildə qəbul edilmiş “Meliorasiya və irriqasiya
haqqında” Azərbaycan Respublikasının Qanuna 2004-cü
ildə müəyyən əlavələr və dəyişikliklər
edildi. Hazırda respublikamızda
bütün suvarılan sahələri əhatə edən 547
SİB fəaliyyət göstərir.
Məlumdur ki,
aqrar islahatlar nəticəsində
ləğv olunan kolxoz, sovxoz və digər kənd təsərrüfatı
müəssisələrinin balanslarındakı təsərrüfatdaxili suvarma
kanalları, kollektor- drenaj şəbəkələri
baxımsızlıq üzündən istismara yararsız vəziyyətə
düşmüşdü. Bir çox şəbəkələr,
xüsusilə dəmir-beton novlu və qapalı suvarma şəbəkələri
dağılıb sıradan çıxmışdı.
Nazirlər Kabinetinin
qərarına əsasən, bu şəbəkələr
2000-ci ildən Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinə verildi və
onların təmir- bərpasına
başlanıldı.
Ümummilli lider
Heydər Əliyevin
meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki
siyasəti və ideyaları hazırda möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Belə ki, təməli ulu öndər
tərəfindən qoyulan bir çox layihələr hörmətli
Prezidentimizin yaxından köməyi sayəsində başa
çatdırılıb, bəziləri isə uğurla həyata
keçirilir. Dövlət
başçımız meliorasiya və su təsərrüfatının
respublikamızın iqtisadiyyatındakı, regionların
sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq
probleminin həllindəki rolunu nəzərə alaraq sahənin
inkişafini daim diqqət mərkəzində saxlayır,
meliorasiya və su təsərrüfatı obyektlərində
tikinti işləri ilə vaxtaşırı tanış
olur, yeni obyektlərin təməlqoyma və istifadəyə
verilməsi mərasimlərində iştirak edir.
Ölkə başçısının
2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının,
2009-cu ilin may ayının 25-də Şəmkirçay su
anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu
ilin aprel ayının 29-da Cəlilabad
rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust
2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü
kanalının 10,7 kilometrlik birinci mərhələsinin
açılış mərasimlərində iştirak etməsi,
Taxtakörpü su anbarında tikintinin gedişi ilə
tanış olaraq inşaat işlərinin yüksək keyfiyyətlə
başa çatdırılması üçün
tapşırıq və tövsiyələrini verməsi bunun
bariz sübutudur. 2011-ci il noyabr ayının 16-da Qax rayonunda
Hamamçay üzərində tikilmiş körpünün
açılış mərasimlərində iştirak etməsi
və İlisu kəndinin sel və daşqın sularından
mühafizəsi üzrə aparılan sahilbərkitmə
işləri ilə tanış olması, 2013-cü il iyulun
19-da Dövlət Neft Fondunun vəsaiti hesabına tikintisi
başa çatdırılmış Vəlvələçay-Taxtakörpü
kanalının ikinci mərhələsinin istifadəyə
verilməsi və Taxtakörpü su anbarının su ilə
doldurulmasına başlanılması, iyul ayının 18-də Siyəzən,19-da
Şabran şəhərlərində, 14 avqust tarixində
İsmayıllı və 4 sentyabr tarixində Yardımlı
şəhərlərində içməli su xətlərnin
və kanalizasiya şəbəkələrinin bərpası və
tikintisi işlərinin birinci mərhələsinin, sentyabr
ayının 28-də Taxtakörpü su anbarının (su
elektrik stansiyası ilə birlikdə) və ondan su
götürən Taxtakörpü- Ceyranbatan kanalının
istifadəyə verilməsi mərasimlərində iştirak
etməsi də cənab Prezidentin ölkədə meliorasiya və
su təsərrüfatı sisteminin inkişafına olan
ardıcıl diqqət və qayğısından xəbər
verir.
Müstəqillik illərində
meliorasiya və su təsərrüfatı
kompleksinə yönəldilən əsaslı kapital
qoyuluşu 48 dəfəyə yaxın artmışdır. Bunun da sayəsində
mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı
xeyli yaxşılaşmış, sistem üzrə
işçilərin əmək haqqı 9,3 dəfə artmış, sahənin
maddi-texniki bazası gücləndirilmiş, 2000-dən
artıq yeni maşın və mexanizm alınmış,
onların məhsuldarlığı 2001-ci illə müqayisədə
2 dəfəyə yaxın yüksəlmişdir. 2565 kilometr
uzunluğunda suvarma kanallarının, 1719 kilometr uzunluğunda
kollektor-drenaj şəbəkələrinin
bərpası, yenidən qurulması və tikintisi işləri
həyata keçirilmiş, 171,4 min hektar suvarılan
torpaqların su təminatı və 178,2 min hektar sahədə
torpaqların meliorativ vəziyyəti
yaxşılaşdırılmış, 30 min hektar yeni
suvarılan sahələr kənd təsərrüfatı
dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd
subartezian quyusu qazılmış, sel və daşqınlara
qarşı dağ çaylarında 191,4 kilometr sahilbərkitmə
işləri, Kür- Araz çaylarında isə 876 kilometr
uzunluğunda bəndlərin möhkəmləndirilməsi və
hündürləndirilməsi işləri yerinə
yetirilmişdir. Hər il 11-12 min kilometr suvarma kanallarında,
3-3,5 min kilometr kollektor- drenaj şəbəkələrində
50- 55 milyon kubmetr həcmində lildən təmizləmə
işləri aparılır.
“Samur- Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi tərkibində
67,2 kilometr uzunluğunda Xanarx kanalının tikintisi İslam
İnkişaf Bankının maliyyələşdirməsi ilə
2006-cı ildə başa
çatdırılmışdır. Xanarx kanalının
istifadəyə verilməsi ilə respublikanın şimal
zonasında yerləşən Qusar, Xaçmaz və Şabran
rayonlarında 62,6 min hektar ərazidə
sahələrin suvarma suyu ilə təminatı
yaxşılaşdırılmışdır. Eyni zamanda,
Dünya Bankının krediti ilə Samur çayı üzərində
yerləşən baş suqəbuledici qurğunun bərpası,
baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk
50 kilometrlik hissəsinin və uzunluğu 185,7 kilometr olan təsərrüfatlararası
kanalların yenidənqurulması işləri 2007-ci ildə
başa çatdırılmışdır.
İslam İnkişaf
Bankının, Səudiyyə
İnkişaf və OPEK Beynəlxalq İnkişaf fondlarının kreditləri
hesabına Samur-Abşeron kanalının 50-ci kilometrdən suyun Taxtakörpü su anbarına
verilməsi məqsədilə ümumi uzunluğu 31,77 kilometr,
suburaxma qabiliyyəti saniyədə 75 kubmetr olan Vəlvələçay-Taxtakörpü
kanalının tikintisinə 2008-ci ildə
başlanılmış, kanalın 10,74 kilometr uzunluğunda
birinci hissəsinin tikintisi 2011-ci ildə, Dövlət Neft Fondunun vəsaiti
hesabına isə kanalın 21,03 kilometrlik ikinci
hissəsinin tikintisi 2013-cü
ildə tamamlanaraq istifadəyə
verilmişdir. Eyni zamanda ölkə iqtisadiyyatının
inkişafında mühüm əhəmiyyət kəsb edən,
ümumi sututumu 268,4 milyon kubmetr olan və Dövlət Neft
Fondu tərəfindən maliyyələşdirilən,
sutkalıq gücü 25 MVt olan SES-lə birlikdə ümumi uzunluğu 107,93 kilometr su sərfi
saniyədə 40 kubmetr olan
Taxtakörpü-Ceyranbatan kanalının tikintisi də
keçən il başa çatdırılmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev Taxtakörpü su anbarının
SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan
kanalının açılış mərasimində
çıxış edərkən, respublikamızın
iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təminatında
Taxtakörpü və Şəmkirçay su
anbarlarının və bu istiqamətdə həyata
keçirilən digər layihələrin əhəmiyyətini
xüsusi vurğulayaraq demişdir: “Bu gün dünyada daha çox
neft-qaz resursları uğrunda mübarizə aparılır və
xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın
rifahı, ölkənin inkişafı naminə səmərəli
şəkildə istifadə edir. Amma vaxt gələcək
su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir.
Biz artıq bu mübarizənin təzahürlərini
görməkdəyik. Belə olan halda su təhlükəsizliyi
Azərbaycanda tam şəkildə təmin edilməlidir.
Taxtakörpü su anbarı və Samur- Abşeron suvarma
sistemi, Şəmkirçay su anbarı, ölkədə icra
edilən su layihələri bu məqsədə xidmət edir.”.
Ölkə başçısının
belə inamı
2014-cü ildə dünyada, o cümlədən respublikamızda baş
vermiş quraqlıq zamanı özünü tam
doğrultmuşdur. Belə ki, Taxtakörpü su anbarından
qış dövründə yığılan su
hesabına Ceyranbatan anbarına
224 milyon kubmetr su verilmişdir ki, bu da Bakı, Sumqayıt
şəhərlərinin, Abşeron yarımadasının əhalisinin,
sənayesinin və kənd təsərrüfatının su
ilə təminatının ödənilməsində
mühüm rol oynamışdır.
Dövlət Neft Fondunun vəsaiti
hesabına Samur-Abşeron suvarma sisteminin yenidən qurulması
layihəsinin əsas vacib mərhələlərindən olan
şimal zonasının 6 çayından kanala əlavə su
verilməsi məqsədilə
cari ildə Qusarçay və Caqacuqçay
çaylarında sugötürücü qurğuların və
nəqledici kanalların tikintisi, Qudyalçay çayında
isə nəqledici kanalın yenidən
qurulması işlərinə başlanılmışdır.
Bununla bərabər, Şabran, Siyəzən, Xızı
rayonlarında 30 min hektara yaxın yeni suvarılacaq və 25 min hektara yaxın mövcud
suvarılan torpaqların su təminatının
yaxşılaşdırılması üçün layihə
sənədləri də hazırlanır. Artıq
Xızı rayonunda 9609 hektar
yeni və 2970 hektar mövcud suvarılan torpaqlarda meliorativ tədbirlərin
layihə sənədləri isə hazırlanaraq tikinti
işlərinə başlanılmışdır.
Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyev cari il iyulun 22-də
Xızı rayonuna səfəri zamanı
Taxtakörpü-Ceyranbatan kanalından buraya suyun verilməsi
üçün suburaxıcı qurğunun təməlqoyma mərasimində
iştirak etmişdir.
Qeyd edim ki,
Şəmkirçayı üzərində ümumi
tutumu 164,5 milyon kubmetr olan su
anbarının və
sutkalıq gücü 24,438 MVt olan Su Elektrik
Stansiyasının tikintisinə 2009-cu ildə
başlanılmış, bu günlərdə isə
inşaat işləri müvəffəqiyyətlə başa
çatdırılmışdır. Möhtərəm
Prezidentimizin iştirak etdiyi açılış mərasimində
qeyd olundu ki, bu möhtəşəm layihənin həyata
keçirilməsi ilə Şəmkir,
Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektara yaxın suvarılan
torpaqlarının su təminatı
yaxşılaşdırılmış, 17 min hektara yaxın
yeni sahələrin istifadəyə verilmiş, eləcə də,
Gəncə və Şəmkir şəhərlərinin,
Samux rayonundakı Nəbiağalı qəsəbəsinin əhalisinin saniyədə 1,6
kubmetr içməli su ilə təmin
edilmişdir.
Asiya İnkişaf Bankının krediti ilə
həyata keçirilən “Selə qarşı tədbirlər”
layihəsi çərçivəsində 2006-2008-ci illərdə 11 rayonda sel və daşqın təhlükəli
çaylarda, Naxçıvan MR-in Şərur rayonu ərazisindən
keçən Araz çayında 34089 metr uzunluğunda sahilbərkitmə
işləri yerinə yetirilmişdir. Bundan əlavə
Dünya Bankının krediti hesabına 140 min hektar
suvarılan sahələrə xidmət edən Bəhrəmtəpə
hidroqovşağının, 9 rayonun, Naxçıvan MR-in (Babək
və Şərur rayonları) 52 min hektara yaxın ərazisində
suvarma- drenaj şəbəkələrinin təmir- bərpası
işləri 2010-cu ildə başa
çatdırılmışdır.
2011-ci ildən isə daha 15 rayonda 85 min hektar ərazidə
SİB-lərin inkişafına dəstək məqsədi ilə
təsərrüfatdaxili suvarma- drenaj şəbəkələrinin
təmir- bərpasına başlanılmış, artıq
48948 hektar sahədə bu işlər tamamlanmışdır.
Yenə də Dünya Bankının krediti hesabına Səhmdar
Cəmiyyəti tərəfindən respublikanın 8 rayonunda içməli su təchizatı,
kanalizasiya sistemləri
infrastrukturunun bərpası və tikintisi işləri hazırda uğurla davam etdirilir.
Azərbaycan Respublikası
Prezidentinin və
Nazirlər Kabinetinin sərəncamları əsasında səhmdar
cəmiyyətimizə ayrılmış vəsait hesabına son
2 ildə respublikanın 33 rayonunun 320
yaşayış məntəqəsində əkin və həyətyanı
torpaq sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, habelə əhalinin
içməli suya olan tələbatının ödənilməsi
üçün 427 ədəd subartezian quyusu qazılaraq
istifadəyə verilmişdir, 40 ədəd quyuda isə bu işlər
cari ilin sonuna qədər qurtaracaqdır. Nəticədə
7440 hektar torpaq sahəsinin su təminatı
yaxşılaşmış, əhalinin içməli və
kommunal-məişət suyuna olan tələbatı ödənilmişdir.
Ölkə əhalisinin
daxili istehsal
hesabına çörək və çörək məhsulları
ilə təmin edilməsi məqsədilə iri
taxılçılıq təsərrüfatlarının
yaradılması barədə Azərbaycan Prezidenti İlham
Əliyevin verdiyi tapşırıqların icrası
üçün 2012-ci ildə Yuxarı Mil kanalının
10,7 kilometrlik hissəsinin tikintisi hesabına Beyləqan və
Ağcabədi rayonları ərazilərində 4800 hektar, 2013-cü ildə həmin
kanalın 4,75 kilometrlik hissəsinin
nasos stansiyası ilə birlikdə tikintisi, 2,3 kilometrlik hissəsinin
yenidənqurulması ilə
Füzuli və Ağcabədi rayonlarının ərazilərində
4000 hektar sahədə, eyni zamanda Hacıqabul magistral kanalının 4,3 kilometrlik hissəsinin tikintisi ilə
Hacıqabul rayonu ərazisində 1625 hektar sahədə iri
taxılçılıq təsərrüfatları
yaradılmışdır. Cari ildə isə Sabirabad (14397
hektar) və ona bitişik ərazidə Biləsuvar
(1682 hektar) rayonlarında yerləşən
qış otlaqlarında meliorativ tədbirlərin
aparılması üçün layihə sənədlərinin
hazırlanmasına başlanılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla
davam etdirilir.
Eyni zamanda, Neftçala rayonunda
kompleks taxılçılıq təsərrüfatının
yaradılması və mövcud
əkin sahələrinin su təminatını
yaxşılaşdırmaq Kür çayından su
götürəcək magistral
kanalda tikinti işləri davam etdirilir, bununla
bağlı cari ildə 967
hektar torpaq sahəsinin su təminatının
yaxşılaşdırılması nəzərdə tutulur.
“2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın həyata keçirilməsi ilə
bağlı Abşeron magistral kanalının 20 kilometrlik hissəsində
yenidənqurma işləri aparılmış, Xəzər,
Sabunçu, Suraxanı, Abşeron rayonlarının qəsəbə
və kəndlərinin 2917
hektar əkin və həyətyanı sahələrinin su təminatının
yaxşılaşdırılması, 2146 hektar yeni
suvarılan sahələrin istifadəyə verilməsi üçün nasos
stansiyalarının, suyığıcı hovuzların,
suvarma boru kəmərlərinin tikintisi və təmir-bərpası
üzrə işlər yerinə yetirilmişdir.
Cari ildə “2014-
2016-cı illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı”nın həyata
keçirilməsi ilə bağlı Abşeron magistral
kanalında yenidənqurma işləri davam etdirilir.
Azərbaycan Respublikası
Prezidentinin fərman və
sərəncamları ilə təsdiq edilmiş Dövlət
proqramları haqqında tədbirlər planlarında meliorasiya
və su təsərrüfatı sahəsi üzrə
geniş məsələlər nəzərdə
tutulmuşdur. Hazırda “2008- 2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”nda, “Azərbaycan
Respublikası regionlarının 2014-2018 -ci illərdə
sosial- iqtisadi inkişafı üzrə Dövlət
Proqramı”nda icrası Səhmdar Cəmiyyətimizə aid
olan tədbirlərin bir hissəsi artıq yerinə
yetirilmiş, digərləri də müvəffəqiyyətlə
həyata keçirilməkdədir.
Prezident
İlham Əliyevin tapşırığı əsasında
meliorasiya və su təsərrüfat kompleksi ilə
bağlı xüsusi Dövlət Proqramının qəbul
edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar
səhmdar cəmiyyəti ölkə
əhalisinin ərzaqla təminatını
yerli istehsal hesabına daha da yaxşılaşdırmaq
üçün kənd təsərrüfatı məhsulları
istehsalının artırılması, xüsusilə də
taxılçılığın və
heyvandarlığın inkişafı üzrə müasir tələblərə
uyğun iri təsərrüfatların yaradılması
üçün az məhsuldar qış otlaq sahələrində
kompleks meliorativ tədbirlərin aparılması, suvarılan
torpaqların genişləndirilməsi, su ehtiyatlarından daha
səmərəli istifadə edilməsi, mövcud suvarılan
torpaqların su təminatının və meliorativ vəziyyətinin
yaxşılaşdırılması, yaşayış məntəqələrinin,
torpaqların və infrastruktur obyektlərin sel və
daşqınlardan daha etibarlı mühafizəsi və sahənin
gələcək inkişafının təmin edilməsi məqsədilə hazırladığı “Azərbaycan
Respublikasında meliorasiya və su təsərrüfatının
2014-2020-ci illərdə
inkişafına dair Proqram”ı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim etmişdir.
Bütün bunlarla
yanaşı, öz səciyyəvi
xüsusiyyətlərinə və mürəkkəbliyinə
görə digər sahələrdən xeyli fərqlənən
meliorasiya və su təsərrüfatı sahəsinin
müasir tələblər səviyyəsində davamlı inkişafını təmin
etmək, meliorasiya və su təsərrüfatı sahəsində
idarəetməni təkmilləşdirmək, su
ehtiyatlarından istifadənin səmərəsini artırmaq,
suvarılan torpaqların su təminatını və meliorativ
vəziyyətini yaxşılaşdırmaq məqsədilə
həlli vacib olan aşağıdakı məsələlər
hələ də qalmaqdadır:
- Su itkilərinin qarşısının alınması
üçün 75 faizdən çoxu torpaq məcralı olan
mövcud suvarma sistemlərində yenidənqurma və təmir-bərpa
işlərinin aparılması, onların beton üzlüyə
alınması;
- müasir təsərrüfatçılıq prinsipləri nəzərə alınmaqla, suya
qənaətedici mütərəqqi suvarma texnikası və
texnologiyalarının (süni yağışyağdırma,
damcı və sair üsullar) tətbiq edilməsi;
- su axımının əsas
hissəsi qış-yaz dövrünə düşən və ayrı-ayrı bölgələr
üzrə qeyri-bərabər paylanmış dağ
çaylarının əksəriyyəti kənd təsərrüfatı
bitkilərinin suya olan tələbatının daha çox
olduğu yay aylarında
quruyur.Buna görə gursulu dövrlərdə bu çayların su
ehtiyatlarından səmərəli istifadə edilməsi və
baş verə biləcək sel və daşqın təhlükəsinin
qarşısının alınması üçün
onların üzərində yeni su anbarlarının tikilməsi;
- sel və daşqınların zərərli təsirindən
yaşayış məntəqələrinin, kənd təsərrüfatı
ərazilərinin və infrastruktur obyektlərin mühafizəsi
məqsədilə sel və daşqın təhlükəli
çaylarda kompleks tədbirlərin, o cümlədən
müdafiə bəndlərinin tikilməsi, çay məcralarının
kanallaşdırılması kimi mütərəqqi tədbirlərlə
yanaşı, çay hövzələrində meşəsalma
və ot örtüyünün bərpası, xəbərdarlıq
sisteminin yaradılması və digər tədbirlərin həyata
keçirilməsi;
- ölkədə
meliorasiya və
irriqasiya sistemlərinin normal istismarının təşkili,
tələb olunan təmir-bərpa işlərinin
görülməsi, suvarılan torpaqların su təminatının
və meliorativ vəziyyətinin
yaxşılaşdırılması, sel və daşqın
sularına qarşı mübarizə tədbirlərinin daha
geniş miqyasda davam etdirilməsi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə mövcud
meliorasiya və su təsərrüfatı fondlarının
qorunub saxlanılması və onların istismarının
yaxşılaşdırılması və daha da inkişaf
etdirilməsinə göstərdiyi diqqət və
qayğı melioratorların məsuliyyətini artırır
və bizi daha yaxşı işləməyə sövq edir.
Teymur
OSMANOV,
Meliorasiya
və Su Təsərrüfatı
ASC-nin
elm, layihə, tikinti və xarici iqtisadi
əlaqələr şöbəsi
müdirinin müavini,
texniki elmlər üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2014.- 25 noyabr.- S.4.