TOVUZ: Qış
qapını alsa da...
Tovuzun hərdən sərt qışı olur. Elə ki, dağlar ağ örpəyə büründü rayonun kənd və qəsəbələri də əsl qışın nə olduğunu hiss edir. Ona görə də hələ yay aylarından başlayaraq qışa hazırlıq gedir, tədarük görülür. Rayon icra hakimiyyəti bu vacib məsələni daim ciddi nəzarətdə saxlayır.
Rayon icra hakimiyyəti
başçısının təsdiq etdiyi
xüsusi komissiya bununla əlaqədar yoxlamalar
təşkil edir, vəziyyəti öyrənir,
operativ tədbirlər görür.
Məsələn, bu
yaxınlarda rayonun şəhərdən sonra ən böyük
yaşayış sahəsi olan Qovlar qəsəbəsində qışa
hazırlığın vəziyyəti yoxlanılarkən məlum
oldu ki, 2 saylı tam orta məktəbdə istilik
sisteminin işə salınması ilə
əlaqədar heç bir
tədbir görülməmişdir. Eyni
vəziyyət qəsəbənin 3 saylı orta
məktəbində də aşkar edilmişdir. Yaxud Qovlar şəhər 7 illik
uşaq musiqi məktəbində
kombi sistemi var, lakin işləmi. Digər yerlərdə də qışa
hazırlıqla bağlı
çatışmazlıqların olduğu
aşkarlandı və məsələ rayon
icra hakimiyyəti
başçısının 31 oktyabr tarixli geniş şura iclasında ciddi
müzakirə olundu, ayrı-ayrı təşkilat
rəhbərləri qarşısında konkret
vəzifələr qoyuldu, icra müddətləri müəyyənləşdirildi.
Qeyd etmək lazımdır ki,
bu işlərin lazımi səviyyədə
qurulması müəssisə rəhbərindən çox asılıdır. Rizvan
Qəmbərov cəmi bir ildir
ki, Tovuzdakı Dövlət Sosial-İqtisadi Kollecinə rəhbərlik edir. Əvvələr burada
nə tələbələr, nə müəllimlər üçün ən adi
şərait belə yox idi.
Sanitariya qovşaqları işləmirdi,
binanın həm fasad, həm də
içərisi pis vəziyyətdə idi. İstilik sistemindən
söhbət gedə bilməzdi. Kim bir-iki il qabaq
o kolleci görübsə,
indi gedib baxsın. Adam gözlərinə inana
bilmir ki cəmi bir ildə bu qədər iş görmək mümkündür.
Sinif otaqlarında hər cür
şərait var, “kombi”
tipli istilik sistemi quraşdırılıb,dəhlizlər,otaqlar,fənn
kabinetləri istidir. Həyət-bacadakı
səliqə-səhman ilk baxışdan
diqqəti cəlb edir. Hiss
olunur ki,müasir bir təhsil ocağındasan.
Rayonun səhiyyə müəssisələrində
də qışa ciddi
hazırlaşıblar. Lakin burada da müəyyən
problemlər var. İnsafla
demək lazımdır
ki, mərkəzi rayon
xəstəxanasının baş həkimi Paşa
Muradovun təşkilatçılığı,
işə can yandırmasının
nəticəsində xəstəxanalarda
və tibb məntəqələrində vəziyyət
əvvəlki illərlə
müqayisədə kökündən
dəyişib. Baş
həkim özü bu barədə söhbət düşərkən
dedi:
– Rayon icra hakimiyyətinin
başçısı Tofiq
Zeynalov bizə daim dəstək olub, kömək göstərib. Səhiyyə
Nazirliyi də ehtiyaclarımızı ödəyir,
çox razıyıq. Rayonda 9 xəstəxana, 26 həkim
məntəqəsi və
19 tibb məntəqəsi
fəaliyyət göstərir.
Tovuz şəhər xəstəxanasının həm
köhnə, həm də təzə binası istilik sistemi ilə təchiz edilib, problem yoxdur. Qovlar şəhər xəstəxanası
da istilik alır. Yerdə qalan digər xəstəxana və məntəqələr duru
yanacaqdan istifadə etməklə qızdırılır.
Nəzərdə tutulan
72 tondan çox duru yanacağı tibb müəssisələrinə
paylamışıq. Bundan
başqa, bu ilin ötən dövrü ərzində
xəstəxanalar 16 min manatlığa
yaxın isti yataq ləvazimatı və 41 min manatlıqdan çox müxtəlif təsərrüfat inventarları
ilə təmin edilmiş və bu iş ilin
sonuna kimi davam etdiriləcəkdir.
Qış aylarında
şəhər kommunal
müəssisələri kombinatı
işçilərinin qayğıları
bir qədər də artır. Biz bunu kombinatın direktoru Hüsaməddin Mirzəyevlə söhbət
zamanı bir daha hiss etdik. Qışa hazırlıqla
bağlı görülən
işlərdən danışan
H.Mirzəyev dedi ki, həm texnika
sarıdan, həm də digər lazımi materiallardan elə bir çətinliyimiz
qalmır. Vaxtında öz tədarükümüzü
görmüşük. Ehtiyat
maşınlarımız da
var. Şəhərin park və
xiyabanlarını təmiz,abad
saxlamaq üçün
əlimizdən gələni
edirik. Yaşıllığa
ciddi fikir veririk, küçələrin
daim təmiz saxlanması üçün
bütün imkanları
işə salmışıq.
Məişət tullantıları
üçün çox
geniş bir sahə hazırlamışıq.
Yaxın aylarda tullantılar oraya daşınacaqdır. Rayon rəhbərliyi
daim işimizə nəzarət etməklə
yanaşı, bizə
kömək də göstərir. Tofiq müəllim nə qədər qayğıkeşdirsə,
bir o qədər də tələbkardır.
Yeri gəlmişkən, kombinat direktoru ilə görüşümüzdən
əvvəl şəhəri
gəzmişdik. Maraqlı,
həm də diqqətçəkən məqam
bu idi ki,
yol kənarlarında,
parklarda yerdə nəinki məişət
tullantısı, hətta
saralıb yerə düşmüş bir yarpaq belə görmədik. Amma əvəzində
xüsusi geyim formasında olan qadınlar addımbaşı
qarşımıza çıxırdılar.
Təbii ki, bu cür nəzarət və intizam olan yerdə təmizlik də olacaq.
Təhsil müəssisələrinin
də qızdırılmasında
müəyyən problemlər
qalsa da, bütövlükdə vəziyyət
qənaətbəxşdir. Əlbəttə,
böyük bir rayonun 86 ümumtəhsil məktəbindən yalnız
20 faizində mərkəzləşdirilmiş
istilik sistemi varsa, artıq bu, özlüyündə
bir problemdir. Məktəblərin 60 faizindən
çoxu hələ də odun sobaları
ilə işləyir.
Bu məqsədlə cari
mövsüm üçün
məktəblər arasında
306 kubmetr odun bölünmüşdür. Bir
məsələni qeyd
etmək lazımdır
ki, Tovuzun bir sıra kəndlərinə
indiyədək təbii
qazın verilməməsi,
bir tərəfdən
meşələrin qırılmasına
səbəb olur, digər tərəfdən
əhali əziyyət
çəkir, məktəblər,
uşaq bağçaları lazımi istilik ala bilmir. Təbii ki, əlaqədar nazirlik, şirkət müvafiq tədbirlər görürlər
və biz əminik ki, tezliklə qonşu Qazax rayonunda olduğu kimi, Tovuzda da
təbii qaz almayan kənd qalmayacaq. Hazırda rayon qaz istismar sahəsinin
xidmət ərazilərində
smartkart sayğacları
ilə təchiz olunmuş təbii qaz alan abonentlərin sayı 29 min 967
nəfərdir. Özü
də Tovuzda təbii qaz üzrə ödənişlərin
həyata keçilməsi
işi çox yaxşı təşkil edilib. Bu məsələ də daim icra
hakimiyyətinin diqqət
mərkəzindədir. Ötən
aylarda ödəniş
əhali sektoru üzrə 102, qeyri-əhali
sektoru üzrə isə 104 faiz təşkil etmişdir.
Rayondakı yaşayış
məntəqələrinin heç də hamısında təbii qazın olmaması elektrik enerjisi ilə fasiləsiz təminata bəzən problemlər yarada bilir. Ona görə
də artıq bir sıra kəndlərdə,
o cümlədən Kirən,
Alakol, Böyük Qışlaq, Çatax, Şamlıq və digər kəndlərdə
elekrik verilişi xətlərində əsaslı
təmir işləri
aparılmış, köhnə
istismara yararsız naqillər daha etibarlıları ilə əvəz edilmişdir.
Rayon icra hakimiyyətində
bu işlə az qala hamı
məşğuldur. Əhalinin və təşkilatların,
məktəb, səhiyyə
ocaqlarının qış
aylarında istiliklə
təmin olunması çox vacib və məsuliyyətli işdir. Bu, həm də adamların əhval-ruhiyyəsinə, gündəlik
həyat tərzinə
bilavasitə təsir edən məsələdir.
Yaxşı ki, Tovuzda əlaqədar təşkilatlar bunu bir an belə yaddan çıxarmır.
Hamlet
QASIMOV
Xalq qəzetı.- 2014.- 27 noyabr.- S.6.