Azərbaycan poçtu Ümumdünya Poçt
İttifaqının yaranmasının 140 illiyini
böyük nailiyyətlərlə
qarşılayır
Respublikamız dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə və inamla davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə poçt rabitəsi də köklü surətdə dəyişərək yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qazanılmış uğurlarımızda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun poçt rabitəsi sahəsinə göstərdiyi diqqət və qayğını xüsusi olaraq qeyd etmək istərdim. Bunun nəticəsidir ki, ölkəmiz poçt rabitəsi sahəsində bir sıra beynəlxalq birlik və təşkilatların tamhüquqlu üzvü olmuş, dünyanın əksər ölkələri ilə birbaşa beynəlxalq poçt əlaqələri yaratmışdır. Öz fəaliyyətini Ümumdünya Poçt İttifaqının tövsiyə və standartlarına uyğun quran poçt rabitəmiz davamlı inkişafa nail olmuşdur.
“Azərpoçt” Məhdud
Məsuliyyətli Cəmiyyəti Azərbaycan
Respublikasının poçt sahəsini təmsil
etməklə, dövlətin milli poçt operatoru
funksiyasını yerinə yetirir. Bu sahənin
yüksək səviyyədə inkişafı, cəmiyyətin
keyfiyyətli poçt xidmətlərinə
daim artmaqda olan tələbatının təmin edilməsi,
yüksək iş standartlarına riayət
olunması və milli maraqların beynəlxalq
aləmdə qorunması istiqamətlərində mühüm tədbirlər həyata keçirir.
Əsasən
sosial vəzifələri yerinə yetirən
“Azərpoçt” MMC-nin təkzibolunmaz rəqabət
üstünlüyü onun
ölkədə ən geniş şəbəkəyə
malik olması, hər bir
insana ən yaxın yerləşməsi və
vətəndaşlara poçt şöbələrində
ən zəruri xidmətlərdən yararlanma imkanını təmin edə bilməsidir.
Bu təşkilat nəhəng şəbəkəyə
malikdir. Onun 74
filialı, o cümlədən 63
rayon-şəhər poçtamtı, 7 rayon
rabitə qovşağı, poçt
daşıma mərkəzi, “Azərekspresspoçt” rabitə
müəssisəsi, mərkəzi xüsusi
rabitə idarəsi və texniki xidmət
mərkəzi vardır. O cümlədən, 1500-ə
yaxın poçt şöbəsi (1154 kənd
poçt şöbəsi) əhaliyə bütün ölkə ərazisində xidmət
göstərir. Bu sistemdə 5000-ə
yaxın işçi
çalışır və onlar 2 milyona qədər ünvana
(hər bir evə və ya
müəssisəyə) poçtun
bilavasitə çatdırılmasını təmin edirlər.
Bizim sistemdə 50 növdən artıq poçt xidməti göstərilir.
Dünyanın 52 ölkəsi ilə birbaşa
poçt mübadiləsi aparırıq. Poçt və dövri mətbuatın
ölkə daxilində daşınması üçün
6 magistral avtomarşrut
(ümumi uzunluğu
4700 kilometrdən artıq) və 1 aviamarşrut
(Naxçıvan MR-lə) fəaliyyət göstərir. Hər il on milyon ədədə yaxın məktub poçtu, yüz əlli
minə yaxın poçt
bağlamaları göndərilir, beş milyon nüsxədən çox
dövri nəşr ünvanlara
çatdırılır və bir milyondan çox pul köçürmələri həyata keçirilir.
Son zamanlar ölkədə
poct xidmətinə əhali daha çox maraq göstərir. Bu ilk
növbədə onunla bağlıdır
ki, poçt rabitəsi
dövlət infrastrukturunda vacib elementdir və əhalinin
həyat səviyyəsi, onun rifah halının və işgüzar
fəallığının artması poçt
xidmətlərinin səmərəliliyindən çox asılıdır.
Möhtərəm
Prezidentimiz cənab İlham
Əliyevin poçt sahəsinə
göstərdiyi diqqət və qayğının nəticəsi
olaraq Dünya
Bankının maliyyə dəstəyi ilə “Azərpoçt”
MMC-də “Maliyyə xidmətlərinin inkişafı” layihəsi
(MXİL) çərçivəsində yeni
bank-maliyyə xidmətlərinin göstərilməsi həyata keçirilir.
Bu layihənin əsas məqsədi kənd
yerlərində və kiçik şəhər
mərkəzlərində maliyyə xidmətlərindən
istifadə imkanlarını təkmilləşdirmək və
baza biznes infrastrukturunu yaratmaqla iqtisadi artıma yardım göstərməkdən
ibarətdir. Layihənin icrası nəticəsində ölkənin
bütün ərazisində əhali və
müəssisələr üçün
“elektron hökumət” xidmətlərinin
göstərilməsi də nəzərdə tutulmuşdur.
Bu ölkə iqtisadiyyatında nağd əməliyyatların payının
azalmasına gətirib çıxaracaqdır.
Layihənin əsas tərkib
hissəsi olan “Avtomatlaşdırılmış
Korporativ İnformasiya
Sistemi”nin (AKİS) tətbiqi
“Azərpoçt” MMC-də uğurla həyata
keçirilməkdədir. Hazırda 800-dən
artıq poçt şöbəsində bu sistem vasitəsilə ənənəvi
poçt xidmətləri ilə
yanaşı, müxtəlif yönümlü
müasir poçt-maliyyə xidmətləri,
o cümlədən hesab
açmadan pul
köçürmələri, müxtəlif növ
ödənişlərin qəbulu, xarici valyutanın alqı-satqısı,
sığorta şəhadətnamələrinin verilməsi,
eləcə də poçt
filiallarında müştərilər üçün
cari hesabların açılması,
hesabların idarə olunması, cari hesablar üzrə köçürmə əməliyyatlarının
aparılması, nağd pulun
verilməsi, plastik kartların verilməsi,
valyuta konvertasiyası və digər
əməliyyatlar uğurla tətbiq edilməkdədir.
MXİL-in əhatəsini genişləndirmək
məqsədilə bir sıra kənd poçt şöbələri “Azercell Telekom” MMC-nin 3G xidmətindən istifadə etməklə
Azərpoçt şəbəkəsinə qoşulmuşdur.
Hazırda
Azərpoçt öz müştərilərinə
15 ədəd ATM və poçt
şöbələrində (əsasən rayon
mərkəzlərində) quraşdırılmış 109 ədəd
post-terminal qurğuları vasitəsilə
yüksək səviyyəli xidmətlər göstərir. Yaxın zamanlarda Azərpoçtun
internet-bankçılıq və mobil-bankçılıq
xidmətlərinin də təşkil ediləcəyi
planlaşdırılır. Həmçinin plastik kartlar vasitəsilə
kənd yerlərində büdcə təşkilatlarında
(təhsil və səhiyyə sahəsində)
çalışan işçilərin əmək
haqlarının, eləcə də əhalinin pensiya
və sosial müavinətlərinin verilməsi
ilə bağlı müvafiq tədbirlər
həyata keçirilməkdədir. “Azərpoçt”
MMC-nin 2014-cü ilin investisiya proqnozuna uyğun olaraq, cari ilin 6 ayı ərzində
12 ədəd inzibati və 14 ədəd
PŞ binalarının əsaslı təmiri, 5 ədəd
PŞ binalarının isə tikintisi
işləri başa
çatdırılmış, hazırda 5 ədəd poçt filialının inzibati
və 7 ədəd PŞ binalarında təmir, 12 ədəd
PŞ binalarının isə tikintisi
işləri aparılır.
Cari ilin əvvəlindən
ölkə ərazisində poçt
şöbəsi olmayan kənd sakinlərinə
“Azərpoçt” MMC-nin səyyar poçt avtomobili vasitəsilə
poçt və maliyyə xidmətləri
göstərilməsinə başlanılmışdır.
Bu gün müasir informasiya
texnologiyalarının poçt sahəsində
tətbiqi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinə
şərait yaratmışdır. Bütün
dünyada olduğu kimi, Azərbaycan poçtunda
da fiziki poçt xidmətlərinin inkişaf
perspektivi birbaşa elektron ticarətlə bağlıdır. Sifarişin verilməsi və sifariş
haqqının ödənilməsi internet
üzərindən aparılsa da, sifariş olunmuş
malın ünvana çatdırılması
poçt vasitəsilə həyata keçirilir. Bu isə ənənəvi
poçt xidmətlərinə olan tələbatın heç
vaxt azalmayacağının əsas
göstəricisidir.
Son dövrdə Azərbaycan əhalisinin internet
üzərindən alış-verişə olan
marağının xeyli dərəcədə
yüksəlməsi daxil olan
beynəlxalq poçt göndərişlərinin,
xüsusilə də kiçik paketlərin
sayının əsaslı surətdə artmasına səbəb
olmuşdur. Təkcə bir faktı qeyd etmək kifayətdir ki,
son üç ildə
daxil olan beynəxalq kiçik paketlərin həcmində hər il əvvəlki illə müqayisədə 50
faizdən çox artım müşahidə
olunmuşdur.
Ölkədə
elektron ticarətin daha
güclü inkişafı, bu sahədə vətəndaşlarımızın
rahatlığının təmin edilməsi və maddi maraqlarının qorunması istiqamətində
Azərbaycan hökuməti tərəfindən mühüm addım atılmış, elektron ticarət yolu ilə
daha qiymətli mal və əşyaların gətirilməsinə
şərait yaratmaq məqsədilə müvafiq gömrük
qaydaları yenidən işlənmişdir.
Yeni qaydalarda öz
əksini tapmış əsas prinsipial məqamlardan
biri ondan ibarətdir ki, beynəlxalq poçt
göndərişləri vasitəsilə eyni
fiziki şəxsin adına 30 gün müddətində ümumi
gömrük dəyəri 1000 ABŞ
dolları ekvivalenti məbləğindən
artıq olmayan gömrük
ərazisinə gətirilən
qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli qaydada
(gömrük ödənişlərini
ödəmədən) gömrük sərhədindən
keçirilməklə poçt vasitəsilə
gətirilə bilər. Məlumdur ki, əvvəllər
bu güzəştin məbləği 200
ABŞ dolları ekvivalenti təşkil etmişdir. Bu, vətəndaşlarımıza
şəxsi istifadəsi üçün
daha geniş çeşidli və dəyəri nisbətən
yüksək olan mal və
əşyaların beynəlxalq poçt
göndərişləri vasitəsilə gətirilməsinə
şərait yaradacaqdır. Bu sahədə
poçt müəssisələrinin də
üzərinə ciddi vəzifələr
düşür və bununla
bağlı “Azərpoçt” MMC tərəfindən bəzi
tədbirlər artıq həyata keçirilməkdədir.
Belə ki, internet sifarişi əsasında ölkəyə daxil olan poçt
göndərişlərinin çatdırılma keyfiyyətini
yüksəltmək məqsədilə “Azərpoçt” MMC-də
yeni “SMS-bildiriş” xidmətinin
göstərilməsinə başlanılmışdır.
Hazırda Azərbaycanda
poçt bazarı ölkə
qanunvericiliyinə əsasən tam
liberallaşmışdır ki, bu da ölkə ərazisində
40-a yaxın özəl poçt şirkətinin
RYTN-in lisenziyası əsasında fəaliyyəti
üçün əlverişli şərait
yaratmışdır. Rəqabət mühitində fəaliyyət
göstərən Azərpoçt mövcud
bazarı əldə saxlamaq və onu genişləndirmək üçün
xidmətlərin keyfiyyətini ön plana çəkmişdir. Göstərdiyi
yüksək keyfiyyətli xidmətlərin nəticəsi olaraq Azərpoçt ötən ilin yekunlarına görə keyfiyyətin idarə
olunması və sürətli poçt
xidməti sahəsində hər iki nominasiyada ÜPİ-nin
qızıl səviyyəli sertifikatlarına layiq
görülmüşdür. Onu da qeyd
etmək lazımdır ki, sürətli poçt xidməti sahəsində Azərpoçt
bu yüksək nəticəyə
artıq yeddinci dəfə nail olmuşdur.
Qarşıdan
dünyanın bütün ölkələrinin
poçt işçilərinin peşə
bayramı kimi qeyd etdiyi Ümumdünya Poçt Günü gəlir.
Məhz 9 oktyabr 1874-cü
ildə İsveçrənin Bern şəhərində
dünyanın 22 ölkəsinin iştirakı ilə keçirilmiş toplantıda Ümumdünya
Poçt İttifaqının
yaradılması haqda razılığa gəlinmiş
və vahid beynəlxalq poçt
qaydaları müəyyən edilmişdir.
9 oktyabr tarixinin Ümumdünya Poçt Günü kimi qeyd olunması barədə
qərar isə 1969-cu ildə Yaponiyada keçirilmiş ÜPİ-nin
Konqresində qəbul edilmişdir.
Yarandığı
vaxtdan ötən 140 il
ərzində çox böyük
tarixi inkişaf yolu keçmiş Ümumdünya Poçt
İttifaqı hazırda dünyanın 193 ölkəsini
üzv-ölkə kimi özündə
birləşdirməklə təkcə poçt
sahəsində deyil, həm də bütün beynəlxalq aləmdə vacib rolu olan
və digər beynəlxalq
təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət
göstərən bir quruma
çevrilmişdir. ÜPİ həm də
siyasi bir təşkilat
olmaqla BMT-nin
xüsusiləşdirilmiş idarəsi kimi
fəaliyyət göstərir.
Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən sonra bir çox
beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən
ÜPİ üzvlüyünə qəbul olunmuş
və hazırda tamhüquqlu üzv kimi fəaliyyət
göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü
olduğu qısa zaman
ərzində Azərbaycan poçtu
ölkə iqtisadiyyatının digər sahələrində
olduğu kimi, çox sürətli inkişaf
yolu keçmiş və
öz fəaliyyətinin ÜPİ-nin
müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması
istiqamətində mühüm uğurlar əldə
etmişdir. Təkcə bir faktı qeyd etmək
kifayətdir ki, Azərbaycan Poçt müdiriyyəti ÜPİ
orqanlarındakı fəal iştirakının və gərgin
əməyinin nəticəsi olaraq ÜPİ-nin mötəbər orqanlarında
-Administrativ Şurada
8 il, Poçt
İstismarı Şurasında isə 4 il
üzv-ölkə kimi fəaliyyət
göstərmişdir.
Hazırda ÜPİ-nin 140 illik yubileyinin ölkəmizdə təntənəli
qeyd edilməsi üçün
geniş hazırlıq işləri
görülməkdədir. Bu məqsədlə
RYTN tərəfindən tədbirlər planı təsdiq edilmişdir. “Azərpoçt” MMC-nin
kollektivi bu il də öz peşə
bayramını böyük ruh yüksəkliyi və nailiyyətlərlə
qarşılayır. Belə ki, müəssisə
9 aylıq proqnoz
tapşırıqlarını vaxtından əvvəl yerinə
yetirmiş və əlavə öhdəliklər
götürmüşdür. ÜPİ-nin 140 illiyinə həsr olunmuş xüsusi bağlama qutuları və bukletlər
hazırlanmışdır.
Son illərdə Azərbaycan poçtunda gedən dinamik
inkişaf və əldə edilmiş yüksək nailiyyətlər
ÜPİ rəhbərliyinin ölkəmizə ciddi maraq göstərməsinə
səbəb olmuşdur. ÜPİ Beynəlxalq Bürosunun
hazırkı rəhbəri B.Hüseyn də
öz çıxışlarında Azərbaycan
poçtunun ÜPİ-nin
ən yaxın partnyoru olduğunu
bildirmiş və digər poçt
müdiriyyətlərinə poçt-maliyyə xidmətləri
sahəsində Azərbaycanın təcrübəsindən bəhrələnməyi
tövsiyə etmişdir. Bunun
əyani sübutu olaraq
Moldova poçtu rəhbərliyinin
bir neçə ay əvvəl
Azərbaycana səfərini xüsusi qeyd etmək olar. Milli poçtumuza ən
yüksək səviyyədə verilmiş
bu qiymət poçt
işçiləri tərəfindən böyük
ruh yüksəkliyi ilə
qarşılanmış və onları daha
da əzmlə çalışmağa sövq etmişdir.
Öz xidməti fəaliyyəti ilə bağlı geniş əhali kütləsi ilə gündəlik
təmasda olan Azərbaycan poçtunun
son illərdə əldə etdiyi ən böyük
nailiyyət xalqın bir vaxtlar
ona qarşı itirilməkdə olan inamının qaytarılmasıdır. Bundan sonra da bizim ən ümdə vəzifəmiz vətəndaşlarımıza
yüksək səviyyəli xidmət göstərməklə
xalqın bizə olan etibarının daim qorunub
saxlanılması və gələcəkdə bu inamın daha da möhkəmləndirilməsindən ibarətdir.
Nüsrət SƏMƏDOV,
“Azərpoçt” MMC poçt analizi şöbəsinin rəisi,
Əməkdar mühəndis
Xalq qəzeti.- 2014.- 4 oktyabr.- S.7.