Dövlət
proqramları mədəni həyatımızın
yüksəlişində
əhəmiyyətli rol oynadı
Müstəqilliyimizin bərpa olunmasından ötən dövr ərzində mədəni həyatımızda baş verən əsaslı yüksəlişi görməmək mümkün deyil. Bu yüksəlişin əsasında ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində başladığı islahatlar dayanır. Qeyd edək ki, ümummilli liderin səyi nəticəsində Azərbaycanın milli-mənəvi sərvətləri, yaratdığı maddi və mənəvi dəyərlər xalqın özünə qaytarıldı.
Bu
dahi şəxsiyyətin siyasi
kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin hakimiyyəti illərində
isə Azərbaycan mədəniyyəti sürətli inkişaf yoluna
çıxarıldı. Dövlət başçısı
qətiyyətlə bildirmişdir ki, “Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar
özünün maddi-mənəvi və intellektual
potensialına uyğun layiqli
yer tutacaqlar”. Prezidentin bu uzaqgörən
bəyanatı artıq real həllini
tapmışdır. Xalqın iftixar mənbəyi
olan mədəniyyətin çiçəklənməsi,
yeniləşməsi prosesi get-gedə daha böyük vüsət
alır. Müstəqillik Azərbaycanın mədəni
həyatının inkişafında çox
mühüm rol
oynadı. 2003-cü ildən sonra
xalqın milli-mənəvi dəyərlərinə dövlət
qayğısı ilbəil artdı, mədəniyyətin
çiçəklənməsi, yeniləşməsi prosesi davam etdirildi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinin
maddi-texniki bazası möhkəmlənmiş,
milli-mənəvi dəyərlərimizin qorunması və
inkişafına diqqət artırılmış, Azərbaycan
mədəniyyətinin dünyaya
inteqrasiyası istiqamətində mühüm
tədbirlər həyata keçirilmişdir. Son
illər Azərbaycan mədəniyyətlərarası dialoq sahəsində çox
mühüm tədbirlərin təşkilatçısı
və iştirakçısı olmuşdur.
Belə dialoqların aparılması Azərbaycan mədəniyyətinin
beynəlxalq əlaqələrinə çox
müsbət təsir göstərir, onu
yaxından tanıyırlar. Bu isə
müstəqil Azərbaycanın dünyada
həm də yüksək sivil ölkə
kimi öz imicini möhkəmləndirməsinə imkan verir. Mədəni
həyatımızın zənginləşməsində Prezident İlham
Əliyevin sərəncamları ilə təsdiq olunmuş dövlət proqramları əhəmiyyətli
rol oynadı. Bu
proqramların qəbul olunması onu
göstərirdi ki, dövlətimiz milli mədəniyyətimizin
qorunmasını, təbliğini və gələcək
nəsillərə çatdırılmasını
inkişafımızın prioritetlərindən hesab edir. Həmin
proqramların bir xüsusiyyəti də
bundadır ki, onlar
bütövlükdə mədəniyyəti deyil,
onun ayrı-ayrı sahələrini əhatə
edir. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə
inkişafına dair Dövlət Proqramı”
10 illik bir dövr ərzidə milli kinomuzun inkişafına xidmət edir. 2007-ci il fevralın
20-də Prezident İlham
Əliyevin “Azərbaycanda kino sənətinin
inkişaf etdirilməsi haqqında” sərəncamı
ilə təsdiq olunmuş bu
proqram kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə
yeni təkan verdi.
Dövlət
Proqramının icrası ilə əlaqədar işlər
altı ildir uğurla
davam edir. Nazirliyin sifarişi ilə
“Azərbaycanfilm” kinostudiyasında “Buta”,
“Tərsinə çevrilmiş dünya”, “Əlavə təsir”, “Vəkil
haradadır?”, “Nabat” filmləri, müstəqil
kino şirkətlərində “Sahə”, “Ölüm növbəsi”, “Aktrisa”,
“Kabusun gözüylə” filmləri
çəkilib. Tamaşaçıların rəğbətini
qazanmış “Qisas almadan
ölmə”, “Ondan yaxşı qardaş yox idi”, “Mən evimə qayıdıram”, “Dolu”, “Canlı” bədii filmləri də son dövrün məhsullarıdır.
“Salnamə”, “Yaddaş”
studiyalarında bir sıra sənədli
filmlər - “İz...qala”,
“Qafqaz qartalının uçuşu”,
“Neft Akademiyası”, “Qarabağa
gedən yollar”, görkəmli sənət
adamlarından Tahir Salahov,
Elmira Şahtaxtinskaya
və Cənnət Səlimovaya həsr olunmuş
ekran əsərləri çəkilib.
Özbəkistanda “Azərbaycan kinosu həftəsi”,
Bakıda isə “Özbəkistan kinosu həftəsi”,
həmçinin Rusiya kinosu
günləri, Avropa filmləri
festivalı, Yaponiya, Türkiyə kinosu həftələri gerçəkləşib.
“Bu meydan, bu ekran” və “Vətən
and yerimizdir” kino layihələri müsabiqələri keçirilib və onların nəticələrinə
əsasən qısametrajlı bədii filmlər çəkilir.
Kino sahəsində gənclərlə
işə xüsusi diqqət
ayrılır. İl ərzində kino istehsalına ayrılan ümumi
vəsaitin yarıdan çoxu gənclərin
filmlərinə yönəldilib.
Prezident İlham Əliyevin kitab
və kitabxana işinə dair
2004-cü ildə imzaladığı “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” və “2005-2006-cı illərdə
Azərbaycan dilində latın qrafikası ilə
çapı nəzərdə tutulan əsərlərin
siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar böyük
strateji əhəmiyyət kəsb edir. Dövlət rəhbəri,
həmçinin, “2007-2008-ci illərdə Azərbaycanda kitabxana fəaliyyətinin
yaxşılaşdırılması haqqında” və “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamlar
da imzalamışdır.
Dövlət
Proqramının qəbul edilməsi ilə Azərbaycan kitabxana işinin tarixində
ilk dəfə idi ki, bu sistemi,
onun əhəmiyyətini, cəmiyyətdə
tutduğu mövqeyi, müasir informasiya cəmiyyəti
şəraitində onların vəzifələrini, gələcək
inkişaf istiqamətlərini və
perspektivlərini müəyyənləşdirən
əhəmiyyətli bir sənəd qəbul
edilmişdir. Bu
proqramın qəbul edilməsindən sonra
kitabxana sistemində informasiya
texnologiyalarının rolu artdı, elektron kataloqlar
yaradıldı.
Ölkəmizdə
2008-2012-ci illəri əhatə edən “Muzey
işinin inkişafına dair
Dövlət Proqramı” qəbul edilib. Bundan başqa, ölkə
başçısının muzeylərin yenidən
qurulması ilə bağlı müxtəlif fərman və
sərəncamları var. Həmin dövlət
proqramına uyğun olaraq
Tarix Muzeyində, Nizami
adına Ədəbiyyat Muzeyində təmir-bərpa işləri
aparılıb. Bu muzeylər Avropa standartlarına tam cavab verir. Xalça
Muzeyinin tikintisi başa çatıb və bu
yaxınlarda Prezident İlham
Əliyevin iştirakı ilə təntənəli
açılış mərasimi keçirildi.
Təkcə paytaxtdakı deyil, bölgələrdəki
muzeylərin də təmiri, bərpası üzrə ölkə
başçısının bir neçə
fərmanı var və son
vaxtlar muzey sektorunda diqqət çəkən işlər
görülmüşdür.
2009-cu ildə Prezidentin sərəncamı ilə təsdiq olunan “ Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramı milli teatr sənətinin inkişafında əhəmiyyətli
rol oynayır.
Son illər bu istiqamətdə həyata
keçirilən tədbirlər onu deməyə
əsas verir ki,
dövlət proqramı teatrlarımızın
inkişafına, repertuar siyasətinin günün tələblərinə uyğun yeniləşməsinə, zəngin klassik irsin qorunub
təbliğ olunmasına, teatrın yeni
yaradıcı qüvvələrlə
zənginləşməsinə güclü
stimul
yaratmışdır.Teatrlarımızın binaları əsaslı
təmir olunmuş, onların tərtibatı
müasir standartlara
uyğunlaşdırılmışdır. Regionlarda
da teatr sahəsinə
diqqər artırılmış, yaradıcı potensial xeyli gücləndirilmişdir.
Daşınmaz
tarix və mədəniyyət abidələrinin
bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafına dair 2014-2020-ci illər
üzrə Dövlət Proqramı isə Prezidentin
2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmişdir.
Azərbaycan çoxəsrlik
tarixə malik maddi mədəniyyət
nümunələri ilə zəngin bir
ölkədir. “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, ölkə
ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin
əhəmiyyət dərəcəsinə görə bölgüsü 2001-ci ildə təsdiq
edilmiş, yeni aşkar olunmuş abidələr
mütəmadi olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin
siyahısına əlavə olunmuşdur.
Hazırda Azərbaycan Respublikasının ərazisində
6308 tarix və mədəniyyət abidəsi
dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət,
memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir.
Son illər ərzində Azərbaycan Respublikasının
Prezidenti tərəfindən “Yanardağ” dövlət tarix-mədəniyyət
və təbiət qoruğu, “Atəşgah
məbədi” dövlət tarix-memarlıq qoruğu,
“Keşikçidağ” dövlət
tarix-mədəniyyət qoruğu və “Xınalıq”
dövlət tarix-memarlıq
və etnoqrafiya qoruğu
yaradılmışdır.
Ötən
müddət ərzində “İçərişəhər”
dövlət tarix-memarlıq qoruğunun və
“Qobustan” milli tarix-bədii
qoruğunun ərazisində yerləşən
abidələrin mühafizəsi təmin edilmiş,
əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları
müəyyən olunmuşdur. Bu qoruqlar
müasir tələblərə cavab verən turizm obyektlərinə
çevrilməkdədir. “Qala” dövlət
tarix-etnoqrafiya qoruğunun
ərazisində Heydər Əliyev Fondu tərəfindən
yaradılan “Qala” Arxeoloji-Etnoqrafik
Muzey Kompleksi Azərbaycanın
tarixi keçmişini
qoruyub saxlamaqla
yanaşı, qoruğun turizm
mərkəzlərindən birinə çevrilməsinə imkan yaradır.
Bu
sahədə qəbul olunan dövlət
proqramının əsas məqsədi daşınmaz tarix və mədəniyyət abidələrinin
bərpasını, qorunmasını, tarix
və mədəniyyət qoruqlarının fəaliyyətinin
təkmilləşdirilməsini və inkişafını təmin
etməkdir. Proqramda
daşınmaz tarix və mədəniyyət
abidələrinin qorunması, bərpası, istifadə və
idarə olunması sahəsində beynəlxalq təcrübənin
öyrənilməsi, qabaqcıl və mütərəqqi təcrübənin
tətbiqi, zərurət yarandıqda həmin məqsədlərə
beynəlxalq mütəxəssislərin cəlb
olunması, daşınmaz mədəni irsin
qorunması işinin təkmilləşdirilməsi
məsələlərinə xüsusi
diqqət yönəldilmişdir. Burada həmin məqsədlə
daşınmaz mədəni irsin, o cümlədən arxeoloji
abidələrin inventarlaşdırılması, mühafizə
zonalarının müəyyən edilməsi,
pasportlaşdırılması və müasir
tələblərə cavab verən məlumat
bazasının yaradılması daşınmaz tarix və mədəniyyət
abidələrində bərpa və konservasiya
işlərinin aparılması, tarix və
mədəniyyət abidələrinin qorunması və bərpası
üzrə yüksəkixtisaslı peşəkar kadrların
hazırlanması, Azərbaycanın daşınmaz mədəni
irsinin ölkə daxilində və beynəlxalq
miqyasda təbliği və təşviqi
məsələləri də proqramda əsas
vəzifələr kimi qarşıya qoyulur. Hazırda bu vəzifələrin
yerinə yetirilməsi üçün
davamlı iş aparılır. Qeyd etmək lazımdır ki,
bir sıra sırf mədəniyyətlə
bağlı olmayan dövlət
proqramlarında da mədəni həyatımızla
bağlı məsələlərə yer
verilmişdir. Bu gün dövlət proqramları mədəni
həyatımızın zənginləşməsində,
milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və təbliğində,
doğrudan da, əhəmiyyətli
rol oynayır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 11 oktyabr.- S.11.