Tarixi Azərbaycan torpaqlarında
yaradılmış dövlət – Ermənistan
Dünya xalqları içərisində ermənilərin xüsusi çəkisinin az olmasına baxmayaraq, tarixdə “erməni məsələsi” çox ağırlaşdırılmışdır. Əslində, bu məsələ ermənilərin özü tərəfindən qəsdən dolaşdırılmışdır. Böyük rus alimi, jurnalist və tarixçi V.L.Veliçko “Qafqaz. Rus işi və qəbilələrarası məsələlər” əsərində göstərmişdir ki, böyük şair A.S.Puşkin ermənilərə nifrətini belə ifadə etmişdir: “Sən qulsan, sən qorxaqsan, sən ermənisən”. V.L.Veliçko daha sonra həmin əsərində göstərir: “Qafqaz tatarları deyir: Erməninin yolunu işıqlandırmaq üçün on barmağını şam kimi yandırsan da, o sənə sağ ol deməyəcəkdir”. V.L.Veliçko həmin əsərində azərbaycanlıları isə belə xarakterizə edir: “Azərbaycanlıların qanı, şübhəsiz, xeyirxahdır; onlar təbiətən rəhmdil, kişiyana, genişqəlblidirlər, əqli və əxlaqi inkişafa qadirdirlər”.
Azərbaycan xalqının bir zərbi məsələsi var:
“Ermənini qapında gör”. Yəni bu, o
deməkdir ki, erməni nökər kimi sənə sədaqətlə qulluq edəcək, lakin vəziyyət
dəyişən kimi onun
sifəti dəyişəcək, tamam başqa adam olacaqdır.
Əsl erməni xislətini ermənilərin özləri də
obyektiv göstərmişlər. Erməni
tarixinin atası sayılan Movses
Xorenasi yazmışdır: “Mən
xalqımızın daşürəkliyini və yekəxanalığını
göstərmək istəyirəm. Erməni həqiqəti inkar etməyi xoşlayır. Ermənilər böyük-böyük
danışmağı xoşlayan, ikiüzlü millətdir”.
Azərbaycan
ikiyə parçalanmasını qəti olaraq
rəsmiləşdirən Türkmənçay müqaviləsi
bağlanandan (10 fevral
1828-ci il) dərhal sonra
Paşkeviçin rəhbərliyi ilə
Azərbaycana İrandan 40 min,
Türkiyədən 90 min erməni köçürülmüşdü. Birlikdə
götürüldükdə 1828-1896-cı illərdə İrandan
və Türkiyədən köçürülənlərin
sayı 2 milyon 200 mindən artıq olmuşdu. Onlardan 985,5 min nəfəri Azərbaycanın qərb
torpaqlarında, qalan hissəsi isə Qarabağ və Yelizavetpol
(Gəncə) quberniyasında yerləşdirilmişdi. Ermənilər bu yerlərdə
məskunlaşandan sonra azərbaycanlıları
sıxışdırmağa başlamış, onların
çapqınçılıq və qəraətçilik əməlləri
adi hal
almışdı. Ermənilərin XX əsrdə dinc Azərbaycan əhalisinə qarşı
kütləvi qırğınları isə Azərbaycan
türklərinin məhvinə yönəldilmişdi.
Arxalarında da rus
çarları, hakim dairələr dururdu.
Erməni şairi Yegişe Çarens ermənilərə məxsus mənfi
xüsusiyyətləri daha kəskin ifşa etmişdir: “Biz ermənilərdə ikiüzlülük
ana bətnində ikən yaranır. Ermənilər
rus çarlarının təşəbbüsü
və dəstəyi sayəsində Qərbi Azərbaycan
torpaqlarında yaradılmış Ermənistan adlı
dövləti də “Qədim Ermənistan” adlandırmaqdan
utanıb qızarmırlar”. Məşhur rus
yazıçısı və diplomantı A.S.Qriboyedovun
aşağıdakı sözləri ermənilərin xarakterini daha kəsgin ifşa etmişdir: “Bu ermənilər nə murdar
adamlardır. Onlar həmişə
qulağıma pıçıldayaraq deyirlər ki, ruslar onların
havadarlarıdır. Sözdə belə deyir,
ancaq əslində, erməniləri təpik
altına salmağa hazır olan farslara
satılırlar”.
Vaxtı ilə Azərbaycana
səyahət etmiş böyük
fransız yazıçısı Aleksandr
Düma (ata) “Qafqaza səyahət” kitabında göstərmişdir:
“Ermənilər həmişə erməni dinindən fərqli
dinə qulluq edən hökmdarların
hakimiyyəti altında olmuşlar. Nəticədə,
onlar öz fikirlərini,
hisslərini və məramlarını gizlədən vücudlara, habelə dələduzlara və
fırıldaqçılara çevrilmişlər”.
1911-ci ildə böyük rus alimi və tədqiqatçısı Nikolay Şavrov ermənilər
barəsində yazmışdır: “Cənubi Qafqazda
yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan
çoxu yerli əhali
deyil, ruslar tərəfindən
buraya köçürülənlərdir”.
Bütün bunlar göstərir
ki, ermənilərin tarixən dövlətçiliyi
olmamışdır. “Bolşaya Sovetskaya ensiklopediya”nın 2-ci cildində
göstərilir ki, erməni milləti “hay” sözündəndir, 1959-cu ildə əhalinin
siyahıyaalınmasına görə, 88%-i keçmiş
Ermənistan SSR-də yaşamışlar. Həmin
ensiklopediyada daha sonra göstərilir ki,
ermənilər keçmiş SSRİ ərazisindən
kənarda 60-dan çox ölkədə
məskunlaşmışlar. 1967-ci ilin məlumatına
əsasən, ABŞ-da 450 min,
İranda 200 min, Fransada 200 min, Livanda 180 min, Türkiyədə
150 min, Suriyada 150 min, Argentinada 60 min, İraqda 25 min erməni var idi. Braziliya da, Kanada da,
Yunanıstanda, Uruqvayda, Avstraliyada,
Bolqarıstanda, Rumuniyada, Hindistanda
və başqa ölkələrdə də
erməni yaşayır.
Ümumiyyətlə, xaricdə 1,8 milyon
erməni var.
Ermənistan
Respublikası dövlət kimi Azərbaycan
Xalq Cümhuriyyəti dövründə qədim
Azərbaycan torpaqları hesabına
yaradılmışdır. 28 may 1918-ci ildə
Tiflisdə Qafqaz
Canişininin iqamətgahında Azərbaycan
Milli İslam
Şurasının qərarı və “İstiqlal
bəyannaməsi” ilə Şərqdə ilk
demokratik respublika–Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan
edilmişdir. Şuranın 26 üzvü 29 may 1918-ci ildə
erməni dövlətinin yaradılması ilə əlaqədar
Erməni Milli Şurası üzvləri
Ermənistanın ərazi sərhədləri barədə
danışıqlarının nəticələri haqqında
məsələ müzakirə etmişlər.
Həmin məsələ
barəsində Azərbaycan Xalq
Cümhuriyyəti müvəqqəti hökumətinin sədri,
Milli Şuranın üzvü
F.X.Xoyskinin məruzəsi dinləlilmişdir.
F.X.Xoyski
məruzəsini belə bir məlumatla
qurtarmışdır ki, Ermənistan üçün siyasi mərkəz
lazımdır, belə bir mərkəz Aleksandropol şəhəri (Gümrü)
Türkiyəyə keçdikdən sonra,
yalnız İrəvan şəhəri ola
bilər, ona görə də İrəvan
şəhərinin ermənilərə güzəşt
edilməsi qaçılmazdır. Məsələ
barəsində Milli Şura
üzvü Xəlil bəy Xasməmmədov
M.Y.Cəfərov, Şeyxülislamov, M.Məhərrəmov
çıxış edərək İrəvanın ermənilərə
güzəştə gedilməsini tarixi zərurətdən
irəli gəlməsini qəbul etmişlər. Səsvermə
zamanı Milli Şuranın 26
üzvündən 16 nəfəri təklifin lehinə, 1nəfəri
əleyhinə səs verməklə, 3 nəfər bitərəf
qalmışdır.
Azərbaycan Milli Şurasının İrəvanın ermənilərə
güzəştə gedilməsinə cəmi 16 üzvü səs vermişdir.
Qərar o zaman qanuni qəbul edilmiş hesab edilərdi ki, iclasda iştirak edən
üzvlərin ən azı 17 nəfəri lehinə səs versin, yalnız o zaman qərar leqitim hesab edilə bilərdi. Halbuki,
həmin qərar qəbul edilərkən məsələnin lehinə
cəmi 16 nəfər, əleyhinə 1 nəfər səs vermiş, 3 nəfər isə bitərəf
qalmışdır. Protokolda isə iclasda cəmi 19 nəfər Şura
üzvünün iştirak
etməsi göstərilmişdir. Beləliklə, İrəvanın
ermənilərə güzəştə gedilməsi haqda qərar qəbul edilərkən, əslində,
yetərsay olmamışdır.
Həmin
protokoldakı qeydlərin təhlili göstərir ki, Milli Şuranın 26
üzvündən yalnız 19 üzvü
iştirak etmiş, qərarın
lehinə isə cəmi 16 nəfər səs vermişdir.
Bu isə həmin iclasın kvorum olmadan keçirilməsinə
dəlalət edir.
Təsadüfi deyildir ki, 1970-ci ildə nəşr
edilmiş “Bolşaya Sovetskaya ensiklopediya”sının 2-ci cildinin 217-ci səhifəsində İrəvan
şəhərinin 1937-ci ildən Yerevan
şəhəri adlandırılması göstərilmişdir.
Hazırda ermənilərin
dünyanın 60-dan çox ölkəsində
yaşamasını nəzərə alsaq,
onların məntiqindən belə çıxır ki, həmin ölkələrin hamısında
erməni dövləti yaradılmalıdır (?!).
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
“Azərbaycan artıq o ölkədir ki, öz
torpağını işğalına dözməyəcəkdir.
Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi,
siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail
olacaqdır... Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan
torpaqlarında ikinci erməni dövlətinin
yaranmasına biz heç
vaxt icazə verməyəcəyik”. Azərbaycan torpaqları hesabına Ermənistan
dövlətinin yaradılmasından keçmiş
İrəvan xanlığının Azərbaycanlı
nümayəndələri o zaman narahat olmağa
başlamışlar. Əslən irəvanlı olan B.Rzayev Milli
Şurada təmsil olunmuş
irəvanlılar adından demişdir:
“Müstəqil Azərbaycan uğrunda
çalışmaqla yanaşı, rica edirik, bizi–erməni respublikası ərazisində
qalanları da unutmayasınız”.
1918-ci il may ayının 28-də
Azərbaycan Milli Şurası “İstiqlal bəyannaməsi” ilə Azərbaycanın
şimal torpaqlarında Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Xalq Cümhuriyyəti) yarandığını elan etdi. Bu tarixi sənəddə
Şərqi və Cənubi Zaqafqaziyanın Azərbaycan
torpaqları olduğu, Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlətlərlə
mehriban qonşuluq
münasibətləri yaratmaq zərurəti
təsbit olunmuşdu.
Tədqiqatçı-jurnalist
T.H.Maşayev (Talıblı) müəllifi
olduğu “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti”
kitabında 1410-cu ildən
1827-ci ilə qədər İrəvanda hakimiyyətdə olmuş hökmdarların siyahısını
vermişdir. Həmin siyahıya
baxdıqda aydın olur ki, İrəvan xanlığı
hökmdarlarının hamısı azərbaycanlı olmuşlar. Bu isə bir daha göstərir ki, hazırda Ermənistan Respublikasının
yerləşdiyi ərazi Azərbaycanın tarixi
torpaqları olmuşdur.
Beləliklə,
erməni millətçilərinin uzunmüddətli və məqsədli
fəaliyyəti, habelə 1918-ci ildə yaranmış “əlverişli
tarixi şərait” nəticəsində tarixin özü qədər
qədim Azərbaycanın ayrılmaz parçası olan bir diyarda–keçmiş İrəvan xanlığı ərazisində
Ermənistan dövləti yaradılmışdır.
İlham ABBASOV,
Ədliyyə Akademiyasının baş müəllimi,
hüquq üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 12 oktyabr.- S.6.