Mətbuat xalqın və dövlətin

mənafeyini hər şeydən üstün tutmalıdır

 

Azərbaycan  Prezidenti  Administrasiyasının  rəhbəri, akademik Ramiz  Mehdiyevin keçirdiyi müşavirədə  ölkəmizin  informasiya  təhlükəsizliyi  ilə  bağlı  aktual  məsələlərin  müzakirə  edilməsi    bu    ciddi  məsələ  ilə  bağlı  səslənən  fikirlər  bir  peşəkar jurnalist  kimi  məni mütəəssir  etdi.

 

Etiraf  edim ki,  bu  ilin  avqust  ayının  əvvəllərində  Ali  Baş  Komandan İlham Əliyevin döyüş  bölgəsindəki  “N”  saylı  hərbi  hissədə  olmasından, fərqlənən neçə hərbi qulluqçuları  təltif  etməsindən, onların  qarşısındakı  çıxışından  sonra  baş  verənlərə  bir  çox  KİV-in,  müxalif  mətbuat orqanlarının, son  dövrlərdə  geniş  yayılmış elektron–medianın  düşmən dəyirmanına  su  tökən  çıxışları,  hərbi  sirlərin  qanunvericiliyə zidd  yayılması,  Milli  Ordumuzun  uğurlarına  kölgə  salan  yazıların  dərci  məni  həm    Qarabağ  müharibəsi  veteranı  kimi  çox  hiddətləndirmişdir.  Həmin  dövrdə  Xalq qəzeti”ndə  Qarabağ  müharibəsi  veteranlarının  dövlətimizi  qorumağa,  işğal  edilmiş  torpaqlarımızın  azad  edilməsi  üçün  hər  an  döyüşə  atılmağa  hazır  olduqları barədə hörmətli  Prezidentimiz  İlham  Əliyevə  ünvanlanmış  teleqramım  dərc  olunmuşdur.   Lakin  Ali  Baş  Komandanın  cəbhə  bölgəsindəki  görüşündən    çıxışından  sonra  müxtəlif  mətbu  orqanlarda    internet  saytlarındakı  hədyan  yazıları  oxuyandan  sonra  “Azərbaycan  mətbuatına  senzura  lazımdırmı?!”  anaitik  yazı  ilə  çıxış  emək    fikirlərimi  ölkənin  həqiqi,  vətənpərvər    vicdanlı  yazarları  ilə  bölüşmək  istəyirdim.  Prezident  Administrasiyası  rəhbərinin keçirdiyi  müşavirədə  qaldırılan  çox  aktual  məsələlər  bu  mövzuya  yanaşma  tərzimi  bir  qədər  dəyişdirdi.

1985-ci  ildə Azərbaycan  Dövlət  Universitetinin  jurnalistika  fakultəsini  əyani  bitirmişəm.  Xeyli  müddət  Saatlı  rayonunda  çıxan  Dönüş  qəzetində  müxtəlif  vəzifələrdə  işləmişəm.  1990-cı  ilin  Qanlı  yanvarında  məsul  katibi  olduğum  Dönüşqəzeti faciənin baiskarı olan Mixail Qorbaçova qarşı çox kəskin    cəsarətli  çıxış  etdi. 1992-ci  ilin  martında yerli  ərazi  özünümüdafiə  batalyonunun  komandiri  kimi  döyüş  bölgəsinə  yollanmışam.  Ağdam,  Laçın    Cəbrayıl  bölgələrində  düşmənə  qarşı döyüşmüşəm.

Bütün  bunları  sadalamaqla demək istəyirəm ki, mən  bu  gün    torpaqlarımızın  iyirmi  faizinin  düşmən  tapdağı  olmasına,  minlərlə  soydaşımızın  qaçqın  deyə  çağırılmasına görə xəcalət çəkir,  böyük  məsuliyyət  daşıdığımı  dərk  edirəm.  Qarabağ  müharibəsi  veteranı  olduğuma  görə, səmimi deyirəm,  heç    böyük  qürur  hissi  keçirmirəm.  Mən  böyük  qürur hissini yalnız Ali Baş  Komandanımızın  əmri ilə  torpaqlarımızı  işğaldan  azad  etdikdən,  yağı  düşmən  üzərində  layiqli  qələbə  çaldıqdan  sonra  keçirəcəyəm.   1992-1994-cü  illər  Qarabağ  savaşı  zamanı  Azərbaycanın  təbliğat  maşını  nəinki  işləmirdi,  hətta, bu heç   qurulmamışdı. Əksər  mətbuat orqanlarımızda   bəzi  hallarda  telekanallarda düşmən  ordusu  məğlubedilməz,  yenilməz  ordu  kimi  təsvir  olunur,  belə  gedərsə,  tezliklə  ermənilərin  Azərbaycanın  bütün  ərazilərinə  sahib  olacaqları  təlqin  edilirdi.  O  dövrdə  Qarabağ  savaşının  uduzulmasının  əsas  səbəblərini  paytaxtla  döyüş  bölgəsi  arasında  əlaqənin  olmamasında,  ölkə  rəhbərliyinin  müharibəni  çox-çox  uzaqlardan    naşıcasına  idarə  etməsində  axtarmaq  lazımdır.  Bir  sözlə,  həmin  dövrdə  paytaxt  Bakının  Ağdamda,  Füzulidə... gedən  döyüşlərdən  xəbəri  yox  idi.

Bu  gün  Azərbaycan  Respublikasının  Prezidenti,  Ali  Baş  Komandan  İlham Əliyev  düşmənlə  təmas  xəttinə  gəlib,  orada  qəhrəman  əsgər    zabitlərlə  bir  səngərdə  olur, onlarla  söhbət  edir,   fərqlənənləri  təltif  edir.  Məgər  1991-ci  ildən  üzü  bəri belə  məqamları  gözləmirdikmi?  Ölkə  rəhbərinin  əlini  bir  əsgərin  çiyninə  qoyub,  onu  Vətənə  ləyaqətlə  xidmət  etdiyinə  görə  təltif  etməsi  həmin  Ali  Baş  Komandanın ölkəsinə,  vətəndaşına,  ordusuna  sədaqətindən  başqa,  həm    ölkə  gəncliyinin  vətənpərvərliyinin,  ruh  yüksəkliyinin  böyük  təcəssümüdür.  Belə  təşəbbüskarlığa,  vətənpərvərliyə,  sədaqətə  kölgə  salmaq,  hədyan  yazılarla  insanlar  çaşdırmaq nəyə  lazımdır? Bunu hamı bilir.

Mən  dəfələrə  yazmışam    bu  gün    cəsarətlə  bəyan  edirəm:  doğma  Azərbaycanımızın  torpaqlarının  20 faizi  yağı  düşmənin  əlində  olduğu  kimi,  Azərbaycan  mətbuatının  ən  azından  50-60 faizi  xam,  naşı    jurnalistikada  səriştəsi  olmayandiletant”ların  əlindədir.

Çox  maraqlıdır  ki,  Azərbaycanın  işğal  olunmuş  torpaqlarından  didərgin  düşmüş,  özünü  jurnalist  kimi  mətbuat  aləminə sırımış birisi  Ali  Baş  Komandanın,  Müdafiə  nazirinin  döyüş  bölgəsinə  səfərlərinə  ciddi  yanaşmır,  əhəmiyyətsiz sayır. Bu  gün  əksər  mətbuat  orqanlarında  dövlət    hərbi  sirlərin  ictimailəşdirilməsi,  hərbi  dislokasiyalar  barədə  bilərəkdən    ya  savadsızlıqdan  məlumatların  mətbuata  çıxarılaraq  düşmən  tərəfə  sızdırılması  adi  hal  almışdır.  Başabəla  jurnalistlər  hərbi  hissələrin  yolunu  su  yoluna  döndəriblər.  Əksər  mətbu  orqanlarda  hərbi  hissə  nömrələri,  hərbi  hissənin  şəxsi  heyəti    texnikası   barədə  açıq  məlumatlar  dərc  olunur.  Hərbi  hissə  zabitləri,  onların  qanunla  qorunan  məxfi  məlumatları  onların  ailələri,  harada  yaşamaları    sair  barədə çox  həvəslə  yazırlar.

Azərbaycan  Respublikası Konstitusiyasının  müvafiq  maddələri  ilə  dövlət    hərbi  sirlərin  yayılmasına  qadağa  qoyulub    belə  əməllərə  görə  jurnalist    yaxud  hər  hansı  vətəndaş  ölkə  qanunları  qarşısında  məsuliyyət  daşıyır.  Lakin  mən  indiyədək  hər  hansı  jurnalistin    ya  vətəndaşın  dövlət    hərbi  sirri  ictimailəşdirdiyinə  görə  məhkəməyə  verilməsinin,  cəzalandırılmasının  şahidi  olmamışam.  Şəhər    rayon  məhkəmələrində isə şərəf    ləyaqətin  təhqirinə  görə  iddia  qovluqlarının  sayı-hesabı  yoxdur.

Prezident  Administrasiyasının  rəhbəri,  cənab  Ramiz Mehdiyev  müşavirədə qeyd  edib  ki,  formasından    məzmunundan  asılı  olmayaraq  Azərbaycanın  müstəqilliyi,  suverenliyi,  ərazi  bütövlüyü    Konstitusiya  quruluşu  əleyhinə  istənilən  qəsdə    ya  qəsd  cəhdlərinə,  o  cümlədən,  cəmiyyətin  informasiya  təhlükəsizliyini    milli  maraqlarını  təhdid  edən  hallara  qarşı  hüquqi  çərçivədə  zəruri  addımlar  atılmalıdır  ... bundan  sonra  da  atılacaqdır.

 

Əliağa  QURBANOV,

Saatlı  Rayon  Veteranlar  Şurasının  sədri,

Qarabağ  müharibəsi  veteranı,

Azərbaycan  Jurnalistlər  Birliyinin  üzvü

 

Xalq qəzeti.- 2014.- 12 oktyabr.- S.3.