Azərbaycanın nadir geoloji obyektləri
turizmin inkişafına önəmli təsir göstərir
Təbiət
özü özünü nizamlayır; bir tərəfdən
dağıdır, digər tərəfdən yaradır. Belə
ki, vulkanların, zəlzələlərin,
fırtınaların, qasırğaların və s. təbiət
hadisələrinin fəaliyyətindən yer
qabığının forması dəyişir, qədim
dağlar yeniləri ilə əvəz olunur, mövcud
geomorfoloji elementlər, hidroloji obyektlər dağılır və
onların əvəzinə yeniləri yaranır.
Bu, təbiətin özünün həyat tərzi
olduğundan, bizim buna müdaxilə etməyə
ixtiyarımız, haqqımız yoxdur. Digər tərəfdən,
başqa bir amil, təbiətdə (yer qabığında)
yaşayan canlılar arasında mövcud olan yaşamaq,
sağlam həyat tərzi keçirməklə ömrü
sağlam mühitdə başa vurmaq uğrunda mübarizə
amili də vardır ki, bu da insanları təbiətdən, ətraf
mühitdən onu qorumaqla maksimum faydalanmaq, bəhrələnmək
uğrunda mübarizə aparmağa təhrik edir. İnsan təbiətdə
ən ali, şüurlu bir canlı olduğundan, ətraf
mühiti, xüsusən də maddi, mənəvi və tarixi əhəmiyyətə
malik təbii irs obyektlərini
mühafizə etməli, bunlar arasında tarazlığı pozmadan ondan
müalicəvi, estetik, maddi və s. fayda almaqla təbiəti
qorumalıdır.
Bu baxımdan bizim üçün ən vacib
və önəmli olanı Qafqaz sıra
dağları, xüsusən də onun cənub-şərq
hissəsində yerləşən ərazilərdir.
Azərbaycanın
ərazisi cavan Alp
qırışıqlıq zonasına təsadüf etdiyindən,
özünün mürəkkəb geoloji quruluşu, bu quruluşda
çoxsaylı təbii irs obyektlərinin,
müxtəlif iqlim
şəraitinin, torpaq, bitki
örtüyünün, dənizinin,
çaylarının, bulaqlarının olması ilə
dünyanın bir çox
regionlarından fərqlənir.
Ölkəmizdə olan nadir geoloji obyektləri (NGO) digərlərindən
fərqləndirən cəhət onların daha
çox estetik gözəlliyə,
müalicəvi, maddi-mənəvi və tarixi
əhəmiyyətə, bir sözlə
insanların sağlam və gümrah yaşaması, onlardan
faydalanması üçün lazım olan yararlı xüsusiyyətlərə malik olmasıdır. Bunları nəzərə
almaqla, təbiətdə olan
ekoloji tarazlığı pozmamaq
və bunlardan səmərəli faydalanmaq şərti ilə nadir
geoloji obyektlərin qorunması, yenilərinin
aşkarlanması, turizm istqamətində
istifadəsi və mühafizəsi sahəsində
ardıcıl olaraq müvafiq
tədbirlərin həyata keçirilməsi vacibdir.
Bu tədbirlərin əsas məqsədi NGO-nun qorunması və səmərəli
istifadəsini və onların gələcək nəsillərə
çatdırılmasını təmin etməkdir.
Respublikamızın
ərazisindəki mövcud nadir geoloji obyektlərin
qorunması, yeni obyektlərin
aşkarlanması, turizm istiqamətində
istifadəsi və mühafizəsi məqsədi ilə geoloji müayinə işlərinin yerinə
yetirilməsi, yeni aşkarlanmış NGO-nun mühafizəsi (geokonservasiya)
ilə bağlı xarici təcrübələrin
təhlili və onların Azərbaycanda istifadə
imkanları, geokonservasiyanın metodiki əsaslarının,
NGO-ın təsnifata, kateqoriyalara bölünməsi, mühafizəsinin
hüquqi rejiminin,
dağıdıcı amillərin təsirinin müəyyən
olunması və dağılma riski qiymətləndirilməlidir.
Bütün bunlar kütləvi informasiya
vasitələrində, elmi və
elmi-kütləvi jurnallarda
işıqlandırılmalıdır. Rekreasiya
məqsədi ilə NGO-lara qoyulan tələblər
müəyyənləşdirilməli və respublikamızın ərazisində
yerləşən NGO-lardan istifadə
istiqamətləri təyin edilməlidir.
NGO-ların növləri
üzrə təsnifata bölünməsi onların
mühafizəsi, istifadəsi proqramının
hazırlanmsı üçün
başlıca şərtlərdən biridir.
Belə ki, hər obyektin
özünə məxsus geoloji, geomorfoloji və s.
xüsusiyyətləri vardır və bunların da
mühafizəsi və istifadəsi bu
müxtəlifliyin nəzərə alınması ilə
aparılmalıdır.
Xüsusi rejimlə mühafizə olunan
obyektlərdə sərbəst gəzinti, onların yerinin göstərilməsi ilə onlar haqqında
KİV-də məlumatların verilməsi, onlardan xüsusi icazə olmadan nümunələrin götürülməsi,
müxtəlif təyinatlı tədqiqat,
tikinti və s. işlərin
aparılmasına icazə
verilmir və onlar xüsusi mühafizəçilər tərəfindən
qorunur.
Məhdud rejimlə
mühafizə olunan NGO-da turizm turlarının, ekskursiyaların təşkili məhdud xarakterlidir. Belə obyektlər yerli
icra nümayəndələrinin təyinatı
ilə meşəbəyi və s. tərəfindən
qorunur və belə obyektlərə
turların, ekskursiyaların təşkili xüsusi
təşkilatlar tərəfindən həyata keçirilə
bilər.
Açıq rejimlə
mühafizə olunan NGO-lara
fərdi və kütləvi turizm
turları, ekskursiyaları nəzərdə tutulur
və bu zaman heç bir məhdudiyyət
qoyulmur. Bu cür mühafizə rejimi
yerli əhalinin vətənpərvərliyinə
əsaslanmaqla yerli icra
nümayəndələri tərəfindən yerinə
yetirilməlidir.
Azərbaycan
Respublikası ərazisində müxtəlif növ
NGO-ların olması onlardan turizm məqsədləri üçün
istifadə məsələlərini həyata keçirməyə
imkan yaradır. Bu
obyektlərin maddi tərkibi, estetik gözəlliyi, müalicəvi, dini əhəmiyyəti və s.
onları geo, dini, balneoloji və ekoturizm sahəsinə cəlb etmək üçün zəmindir. NGO-ların
turizm sahəsinə cəlb edilməsi bir tərəfdən
insanların nadir geoloji
obyektlərlə tanışlığı, onların dünyagörüşünün, ekoloji biliyinin
artırılması, istirahəti, digər tərəfdən
təhlükəli ola bilən sürüşmələrin,
çatların, vulkanların və s. baş verməsi
zamanı insanları təhlükədən
yayınmaq və nəhayət dövlət büdcəsinə
gəlir gətirmək deməkdir.
Rekreasiyanın mənası
bərpa, istirahət deməkdir. Daha doğrusu, rekreasiya təbiətdən istifadə etməklə insan orqanizminin bərpası, sivil
istirahəti deməkdir. Ona görə də rekreasiya
məqsədi üçün elə NGO-lar
seçilməlidir ki, onlar
xüsusiyyət və xassələrinə, nadirliyinə, forma və ölçülərinə, imkan və görünüşünə,
ekzotikliyinə görə digər
ərazilərdən fərqlənsinlər. Belə
obyektlərə əlverişli iqlimi olan dənizlər, göllər, çaylar və onların sahilləri, dağlar, meşə massivləri, mineral bulaqlar,
palçıq vulkanları, müxtəlif növ
müalicəvi palçıqlar, yanar qaz, istisu təzahürləri
və digər geoloji və geomorfoloji obyektlər aiddir.
Nadir geoloji obyektlərdən
rekreasiya məqsədi ilə istifadə
etmək üçün onların yerləşdiyi
ərazinin landşaftı və
relyef
forması müxtəlif və
cazibədar olmalıdır. Relyefin
qiymətləndirilməsi zamanı ümumi
görünüş, mənzərə,
yamacların meylliliyi nəzərə
alınmalıdır. Bitki və heyvanat aləminin nadir və
məhv olmaq üzrə olan
və eyni zamanda
qırmızı kitaba düşən növlərinə fikir
verilməlidir.
Bir sözlə, rekreasiya məqsədi
ilə nadir geoloji
obyektlərin aşağıdakı göstəricilərini nəzərə
almaq lazımdır: xarici
peyzaj müxtəlifliyi; daxili
peyzaj müxtəlifliyi; fəsillərdən
asılı kontrastlıq; nadirlik, təkrar
olunmazlıq və ekzotiklik.
Müxtəlif
istirahət növləri olduğu kimi onlara tələb olunan istirahət vasitələri də müxtəlifdir. İstirahət
növlərinə uyğun gələn texnologiyalarla, vasitələrlə təmin edilmiş müəssisələr, rekreasiya müəsissələri və ya obyektləri
adlanır. Bu obyektlərə: dövlət təbiət
qoruqları; milli parklar;
təbiət abidələri; dendroloji parklar, botanika
bağları; müalicəvi-sağlamlıq yerləri və
istirahət kompleksləri və
s. aiddir.
NGO-lar üçün ən
vacib və cəzbedici amillərdən biri də insana xoş təsir bağışlayan və onu bir yerə yenidən
dönməyə cəzb edən rekreasiya
xidmətlərinin yüksək səviyyədə təşkil
olunmasıdır. Rekreasiya tələbatlarının yerinə
yetirilməsi üçün ən effektli üsul turizmdir. Turizm istirahəti, sağlamlaşmanı, mədəni
dərk etməni və insanlar arasında ünsiyyəti özündə
cəmləşdirir. Rekreasiya turizmi insanların boş
vaxtlarında istirahət məqsədi ilə öz
mənəvi və fiziki qüvvələrinin bərpası deməkdir.
Rekreasiya obyektlərinə qoyulan
tələblərə cavab verən NGO-nun seçilməsi ilə turizm
marşrutlarını təşkil etmək mümkündür.
NGO-ların yerləşməsindən asılı olaraq turizm
marşrutları bir bazadan
çıxmaq şərti ilə düz
xətli, düz xətt üzrə
girintili-çıxıntılı, çoxşaxəli,
qapalı və ya dairəvi xarakterli və s. ola bilər.
Respublikamızın
bir sıra bölgələri üzrə marşrutlara
uyğun olaraq şaxəli rekreasiya
turizminə cavab verən obyektlərə Astara rayonunun Zənguləş istisu
təzahürünü, Lənkəranda Xanbulan
su anbarını, Havtoni
istisu kompleksini,
Masallı istisu kompleksini,
Masallı şəlaləsini,Yanardağ istisu
kompleksini, Lerikdə “Relaks”
istirahət kompleksini, Yardımlı rayonunda
Yardımlı şəlaləsini, rekreasiya
turizminin düz xətli
növünə uyğun gələn Quba
rayonunun Təngialtı keçidi,
Afurca şəlaləsi,
Quba-Xınalıq yolu və Xınalıq
kəndini aid etmək olar. Rekreasiya obyektlərinə
yararlı olan obyektlər üzrə düz xətli turizm
marşrutlarından biri də Siyəzən rayonunda Beşbarmaq dağı, Giləzi- Xızı yolu və Xızı rayonunda
yerləşən
Altıağac istirahət kompleksidir.
Digər rekreasiya obyektlərinə Abşeron
yarımadasında yerləşən
Qaradağ rayonu ərazisindəki
palçıq vulkanlarını, həmçinin Qobustan tarixi bədii muzeyini, Küryanı ərazidə yerləşən
palçıq vulkanlarını göstərmək olar. Daha bir
ərazi üzrə turizm marşrutu
seçmək olar ki,
bu da düzxətt boyunca girintili-çıxıntılı olmaqla Şamaxı rayonu
istiqamətində olan palçıq
vulkanları üzrədir.
Respublikamızın
ərazisi geoloji təbiət abidələri
ilə zəngin olsa da,
bu günə qədər istənilən
səviyyədə öyrənilməmişdir. İnanırıq ki, bu sahəyə
diqqət artırılacaq, yaxın
gələcəkdə bu abidələrin
tam öyrənilməsinə nail olunacaq.
Fəxrəddin ABDULLAYEV,
geoloq
Xalq
qəzeti.- 2014.- 14 oktyabr.- S.6.