Ermənilərin uydurduqları

saxta tarixə ağır zərbə

 

Akademik Ramiz Mehdiyevin bu elmi əsəri

dünya siyasətçilərinə də tutarlı mesajdır

 

Ulu öndər Heydər Əliyev Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən qeyd edirdi ki, bu münaqişə bizim üçün taleyüklü məsələ olduğuna görə problemin həllinə  təkcə dövlət, siyasətçilər, ordu deyil, bütövlükdə, hər birimiz səy göstərməli, öz töhfəmizi verməliyik. İqtisadçılar ölkənin iqtisadi qüdrətini artırmalı, siyasətçilər və diplomatlar beynəlxalq aləmdə dövlətimizin nüfuzunun, reytinqinin yüksəlməsini təmin etməli, alimlər isə ermənilərin bu iddialarının tamamilə əsassız olduğunu sübut edən tarixi mənbələri  axtarıb, tapıb ortaya qoymalıdırlar.

 

Sevindirici haldır ki, bu gün respublikamızın həm dövlət qurumları, həm də ayrı-ayrı vətəndaşlar ümummilli  liderimizin həmin tövsiyələrinin reallaşdırılması istiqamətində mühüm nailiyyətlərə imza atır, yeni göstəricilərə nail olurlar.  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyası bu sahədə atılmış çox uğurlu addımlardan biri kimi qiymətləndirilir.

Ölkənin elmi ictimaiyyətinin, tanınmış tarixçikonfliktoloq alimlərin böyük maraqla oxuyub həvəslə təqdir və təbliğ etdikləri bu kitab təkcə erməni iddialarının yalana çıxarılması baxımından deyil, həm də əsrlərdən bəri ikili siyasi standartlardan əl çəkə bilməyən qüvvələrin  adıçəkilən münaqişə barədə həqiqəti öyrənməsi baxımından çox dəyərli əsərdir.  Azərbaycan dövlətçiliyinin müxtəlif aspektləri , milli-mənəvi dəyərlərimiz və sosial həyatın ayrı-ayrı sahələrinə aid çoxsaylı əsərlərinin hər biri ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan akademik Ramiz Mehdiyev  uzun illərdir ki, çox fəal və ardıcıl şəkildə elmi tədqiqat işləri ilə məşğul olur. Alimin indi haqqında söz açdığımız əsəri isə  cəmiyyətin fəlsəfi dərki, ictimai-siyasi proseslərə tarixi-fəlsəfi baxış kimi ciddiqlobal problemlərin dərin və geniş həlli istiqamətində böyük əhəmiyyət kəsb edir.

Ramiz müəllimin  “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyası da elə bugünkü həyatımızın  daxili tələbatından irəli gələn mühüm  bir problemi əhatə edir.

Tarixçi alimlərin fikrincə,  bu monoqrafiya Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün köklərini  açıb həm ermənilərə, həm də onların havadarlarına göstərən  ilk  kitabdır. Uzun müddət erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmaqda böyük çətinliklər və maneələrlə üzləşən siyasətçilərimiz və alimlərimiz indi bu  sanballı elmi əsərdən kifayət qədər istifadə edə biləcəklər.  Bu əsər dünyanın bütün qitələrində özünü  “məzlum millət” kimi qələmə verən ermənilərin kimliyini sübut edəcəkdir.  Son faktlar sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin ədaləti şəkildə, beynəlxalq hüququn prinsipləri çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həll olunması üçün alimlərimiz də elə siyasətçilərimiz və ordumuz kimi səfərbər olunubdur.

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının  öncə ölkəmizin elm ocaqlarında, sonra isə müxtəlif təşkilatlarda geniş müzakirəsi zamanı bu fikirlər dönə-dönə səsləndirilir. Görkəmli ziyalılar qeyd etdilər ki, bu əsər Azərbaycan elminə xidmətin qiymətli bir nümunəsidir.  Hətta, qətiyyətlə söylənilir ki,  bu  kitab təkcə indiki nəsillər üçün deyil, gələcək nəsillər üçün də faydalı olacaq.  Əsərin rus dilində çapının əhəmiyyəti isə xüsusi vurğulanmalıdır. Çünki ermənilərin ən güclü diaspor təşkilatlarının və lobbi təmsilçilərinin çox böyük hissəsi məhz rusdilli ölkələrdədir.  Bizim fikrimizcə, kitabın  ingilis dilinə də tərcümə edilib yayılmasının əhəmiyyəti böyük olacaqdır. Yeri gəlmişkən, bu kitab AMEA-da  yaradılmış soyqırımı tədqiqatları üzrə komissiyanın işinin stimullaşdırılması  baxımından da çox vacib mənbə rolunu oynayacaqdır.

Fikrimizcə, Azərbaycan cəmiyyətində böyük əks-səda yaradan bu  kitabın müzakirələrinin  ölkənin hər yerində keçirilməsi  çox səmərəli olardı.  Çünki burada   yeni aşkara çıxarılmış tarixi mənbə, məxəz və qaynaqlardan, əsasən də əcnəbi tarixçilərin mükəmməl əsərlərindən istifadə edilmişdir. Ona görə də  bu əsər təkcə  elmi-nəzəri  cəhətdən deyil, eləcə də  ideoloji cəhətdən  xüsusi əhəmiyyətə malikdir. Ermənilərin indiyədək dünya ictimaiyyətinə sırıdıqları saxta tarixin dövriyyədən çıxarılmasında mühüm vasitə ola biləcək bu kitab bədnam qonşularımızın   Asiyaya və Cənubi Qafqaza köçürülməsinin, harada və necə məskunlaşdırılmasının tarixi sübutlarını ortaya qoyur. Bu fakt isə dünya ictimaiyyətini məlum problem üzrə tarixi mənbələr əsasında obyektiv şəkildə məlumatlandırmaq, Azərbaycan elminin əsas istiqamətlərini müəyyən etmək baxımından bizə lap çoxdan lazım idi.

Mən bu fikirdəyəm ki, akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Dağlıq Qarabağ bölgəsinin tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi  ilə maraqlanan, elmi-tədqiqat işi üzərində çalışan hər kəs üçün misilsiz mənbə rolunu oynayacaqdır. Çünki orada çox sayda ilkin mənbələrə və elmi ədəbiyyata, ilk növbədə, xarici dillərdə və erməni dilində olan mənbələrdəki təkzibolunmaz faktlara istinad edilir. Bu, bir faktdır ki, ermənilər  Dağlıq Qarabağın ən qədim dövrlərdən bəri olan bütün tarixini həyasızcasına saxtalaşdırır və  utanmadan özününküləşdirirlər. Bu kitab isə həm tarixin dəqiqləşdirilməsinə xidmət edir, həm də Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olması barədə tarixi həqiqəti rusdilli oxuculara çatdırır. Deməli, hörmətli akademik  Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl olmaq üçün məqsədyönlü şəkildə törədilən süni maneələrin aradan qaldırılmasına da zəmin yaratmış olur.

Müəllif yeni kitabında  müxtəlif dillərdə olan ilk məxəzlərdəki, o cümlədən erməni mənbələrindəki çoxsaylı faktlara söykənərək müasir,  saxtakar erməni alimlərinin  uydurma faktlarını faş edir. Kitabda belə bir  elmi nəticəyə gəlinir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları  mübarizənin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranına və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə edilmək üçün bir alət olaraq  bu ərazidə yerləşdiriliblər. Sübut olunur ki, təməli riyakarlıq, saxtakarlıq və haram üstündə qurulan bu xalqın nümayəndələri Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına  məhz üzunmüddətli siyasət məqsədi ilə köçürülüblər.

Azərbaycan alimləri indiyədək yazdıqları kitablarda və dərsliklərdə daha çox belə bir fikir səsləndirirdilər ki,  ermənilər Şimali Azərbaycana 1828-ci ildən etibarən mərhələ-mərhələ gətirilmişlər. Ancaq akademik Ramiz Mehdiyev həmin faktı  sübut etməklə kifayətlənmir, tarixin daha dərin qatlarına müraciət edir,  dünya tarix elmində hamının inandığı Herodota, qədim Roma, yunan, erməni, ərəb, rus, ingilis dillərindəki və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya  müxtəlif xalqların və qüvvələrin  təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiklərini  sübut edən faktları ortaya qoyur.  Müəllif sübut edir ki,  erməni etnosuonun dili, əlifbası ayrı-ayrı dövrlərdə frikiya, yunan,  Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranıb. Daha maraqlı məqamlardan biriodur ki, bu gün ermənilərin özlərinə aid etdikləri  “erməni” adının özü belə onların özlərinə  aid deyil, oğurluqdur.

Əgər hörmətli oxucuların yadındadırsa, ulu öndər Heydər Əliyev ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixinin yenidən yazılması təşəbbüsü ilə çıxış etmişdi.   Prezident İlham Əliyev də ümummilli liderin siyasi kursununun tərkib hissəsi kimi, onun milli tariximizin dəqiq yazılması istiqamətindəki təşəbbüslərini  davam etdirir.    On illər boyu  mütəmadi şəkildə müzakirə olunan həmin  istiqamətdə atılmış ən uğurlu addımlardan biri  məhz  akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsəridir.

Bütövlükdə, iyirmi beş fəsildən ibarət olan əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktların  ortaya çıxarılması ilə yanaşı,  Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı da verilir. Əsərdə   həmin problemin qədim dövrlərdən bugünədək olan tarixi  xronoloji ardıcıllıqla  sıralanır. Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakı da kitabda öz əksini tapmışdır.

Xalqımız üçün kifayət qədər taleyüklü məsələyə həsr edilmiş kitabda erməni məxəzlərindən və xarici mənbələrdən geniş istifadə edilməsi ermənilər tərəfindən təxminən iki əsr bundan əvvəl başlanmış özgəninkini mənimsəmə prosesinin davam etdirilməsinə yox deyir.

Şahidi olduğumuz və haqqında mətbuatdan öyrəndiyimiz çoxsaylı müzakirələrin hamısında belə bir fikir səsləndirilir ki, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı müxtəlif  xalqların dillərinə tərcümə olunmalı və böyük tirajla çap edilərək dünyanın hər yerində yayılmalıdır.

 

Elmira  ZEYNALOVA,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

rəhbər kadrların yenidən hazırlanması fakültəsinin dekanı

 

Xalq qəzeti.- 2014.- 14 oktyabr.- S.5