Prezident İlham Əliyev
müstəqil
Azərbaycanı tərəqqiyə qovuşduran,
firavan gələcəyə aparan liderdir
Dünya miqyasında tanınan və qəbul edilən siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin ən layiqli davamçısı İlham Əliyevin üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 1 il ötür. XX əsrin sonlarında dövlət müstəqilliyimizi bərpa etməyimizin 23-cü ildönümü ərəfəsində xalqımız bu əlamətdar tarixi xüsusi məna və önəmlə yada salır. İlk addımlarında tarixi sınaqlarla, hətta məhv olmaq təhlükəsi ilə üzləşmiş dövlət müstəqilliyimizi əbədi və dönməz etmiş ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tarixi xilaskarlıq missiyası və cənab İlham Əliyevin müasir Azərbaycan quruculuğu proqramının reallaşdırılması istiqamətində səmərəli fəaliyyəti bu tarixi günlərdə bütün əzəməti ilə gözlərimiz önündə canlanır.
Hazırda
Azərbaycanın dünyada analoqu olmayan sürətli
inkişafı, bir milyondan
artıq yeni iş
yerlərinin açılması, enerji sahəsi
ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi,
milli sahibkarlığın
formalaşması və inkişafı, əhalinin aztəminatlı
hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi, Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq
normaları çərçivəsində ədalətli həlli
istiqamətində atılan addımlar, diaspor
və lobbiçilik fəaliyyətinin
genişləndirilməsi, Azərbaycanın milli
mənafeyinə cavab verən
balanslaşdırılmış xarici
siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi
vahid siyasi platformaya söykənən, çoxşaxəli
və genişmiqyaslı qlobal strateji xəttin prioritet
istiqamətləridir.
Tam müstəqil siyasət yürüdən Azərbaycan
dövləti öz müdrik
rəhbəri İlham Əliyevin rəhbərliyi
ilə beynəlxalq şəraitdən, maliyyə və iqtisadi böhrandan
asılı olmayaraq dinamik
və hərtərəfli inkişaf edir, öz siyasi,
sosial-iqtisadi qüdrətini
artırır, dünyadakı mövqelərini daim möhkəmləndirir.
Azərbaycanın inkişaf istiqamətlərinin
müxtəlif və bir-biri ilə sıx
bağlı olduğunu önə çəkən
Prezident İlham
Əliyev deyib: “Güclü iqtisadiyyat, güclü sosial siyasət,
vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi,
qanunun aliliyinin bərqərar
olunması, demokratiyanın inkişafı, siyasi
islahatların aparılması və dərinləşməsi
- bütün bunlar Azərbaycanı
hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir.
Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə islahatlar aparılır. Bizim
əməlimizlə sözümüz
arasında heç bir
fərq yoxdur. Biz
müstəqil siyasət aparırıq, öz
gücümüzə arxalanırıq, öz
hesabımıza yaşayırıq”.
Gerçəkləşməsi
21 il əvvəl inanılmaz görünən
nailiyyətlərimiz deməyə əsas verir
ki, Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli
davamçısı — dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın
çağdaş tarixinin
şanlı səhifələri yazılır. Təsadüfi deyildir ki, bəzi Qərb
dövlətlərinin bir neçə
yüzillikdə keçdiyi inkişaf yolunu
respublikamız çox qısa müddətdə
başa vurmuş, siyasi mühitin
liberallaşması və demokratikləşmə sahəsində
həlledici uğurlara imza
atmış, Avrastrukturlara inteqrasiya
prosesinə inamlı addımlarla qədəm qoymuşdur.
Cənab İlham Əliyev özünün
praqmatik və rasional
addımları ilə respublikada demokratik proseslərə yeni
nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu
yöndə səfərbər olunmasına şərait
yaratmışdır.
Qazanılan
nailiyyətlər çox qısa bir zaman kəsiyində əldə
olunsa da, bu günün müstəvisindən
ötən əsrin 90-cı illərinin əvvəllərinə
- müstəqilliyimizin ilk illərinə
nəzər yetirəndə ötən müddətdə keçdiyimiz yolun bütün kəşməkəşli təzadları və həqiqətləri gözümüz önündə bir daha canlanır. Həmin dövrün tarixi gerçəkliyi odur
ki, Azərbaycanda dövlət müstəqilliyi
haqqında Konstitusiya aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də,
ölkəmiz yalnız müdrik dövlət
xadimi, dünya
şöhrətli siyasətçi Heydər Əliyevin
respublikamızda siyasi hakimiyyətə böyük qayıdışından sonra öz həqiqi
müstəqilliyinə qovuşdu. O vaxta qədər Azərbaycan siyasi çəkişmələr
burulğanında boğulurdu, ölkədə
qarşıdurma son həddə
çatmışdı. Siyasi hakimiyyətdə
bir-birlərini əvəz edən səriştəsiz və
naşı iqtidarların günahı üzündən
ölkəmiz həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni
sahələrdə dərin tənəzzülə
uğrayırdı, Azərbaycanda vətəndaş müharibəsi
qaçılmaz idi.
Hər bir xalqın taleyində böyük
əhəmiyyət daşıyan elə tarixi
günlər var ki, onun gələcək həyatını müəyyən
edən böyük
başlanğıcların təməli məhz həmin məqamda
qoyulur.
Taleyüklü tarixi
hadisələrlə əlamətdar olan
belə günlərdən Azərbaycan xalqı üçün ən önəmlisi
1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli
Qurtuluş Günü
kimi daxil olmuş 15 iyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə
malik olan bir gündür. Bu tarixi yaradan
isə Azərbaycanın inkişafında, müstəqilliyində,
gələcəyində müstəsna rol
oynayan, daim xalqına arxalanan və xalqına arxa,
dayaq olan dahi şəxsiyyət - ulu
öndər Heydər Əliyevdir. Həqiqətən də Milli Qurtuluş Azərbaycanın
yeni mərhələdə milli dövlət quruculuğunun
ideya əsası kimi
çıxış edir. Azərbaycanın
milli dövlətçilik ənənələrinin
bərpa edilməsi və milli dövlətçiliyin
möhkəmləndirilməsi istiqamətində atılan
addımların qurtuluş məfkurəsinə
istinad etməsi heç
də təsadüfi deyil. Dahi şəxsiyyət bu məfkurəni gerçəkləşdirərək
Azərbaycanı qüdrətli bir
dövlət, xalqını güclü bir millət kimi
formalaşdırmaq kimi son
dərəcə çətin bir
missiyanı öz üzərinə götürüb və şərəflə
yerinə yetirib.
Ulu öndərimizin müstəqil Azərbaycanın ilk həqiqi Prezidenti kimi on illik
fəaliyyəti özünün əzəmətli
ifadəsini öncə ölkəmizin və
xalqımızın nicata
qovuşmasında, geniş mənada isə
müasir dövlət quruculuğu
siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini
əhatə etməsində, heç kimdən
və heç bir
ölkədən asılı olmayan,
müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın
təşəkkülündə, zəmanənin yeni çağırışlarının
müvəffəqiyyətlə həll edilməsində
tapır. Heydər Əliyev canından çox
sevdiyi xalqına möhkəm dövlətçilik
təsisatlarına malik, demokratik
və bəşəri dəyərlərə sadiq,
dünya birliyində layiqli
yer tutan müasir, müstəqil Azərbaycan bəxş
etdi.
Bu gün təkcə
xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər,
tarixçilər və politoloqlar ulu öndər Heydər Əliyevi müasir, müstəqil Azərbaycan dövlətinin
həqiqi memarı və yaradıcısı sayır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ulu öndər Heydər
Əliyevin fenomenal şəxsiyyətinə
və titanik fəaliyyətinə fəlsəfi-analitik
xarakteristika verərək deyib:
“Biz yalnız Heydər Əliyevin sayəsində
dövlətçiliyimizi qoruyub saxlamağa və bütün
gözlənilməz hadisələrdən uğurla
ötüşməyə nail olduq, yetkinlik imtahanlarından
uğurla
çıxdığımızı sübut
etdik. Heydər Əliyev Azərbaycan
dövlətçiliyinin qurucusudur,
müstəqil, suveren Azərbaycan isə onun abidəsidir”.
Ulu öndərimiz Azərbaycanın siyasi,
sosial-iqtisadi məsələləri ilə
yanaşı, elm və təhsilin
inkişafına da xüsusi
diqqət və qayğı ilə yanaşırdı.
Xüsusən də müstəqillik illərində milli təhsilimizi Qərb standartları səviyyəsinə
yüksəltmək, milli-mənəvi dəyərlərə həssas münasibət Heydər
Əliyevin yürütdüyü siyasətin
prioritet istiqamətini təşkil edib. Ölkəmizdə təhsil islahatı
Proqramının hazırlanması və uğurla
reallaşması təhsil sahəsində Heydər Əliyev
siyasətinin parlaq nümunəsidir. Sonrakı illərdə bu proqrama uyğun olaraq, müstəqil Azərbaycanın təhsil
sisteminin normativ-hüquqi
bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi
və təkmilləşdirilməsi, təhsilin idarə
olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində
beynəlxalq əlaqələrin genişləndirilməsi
istiqamətində çox böyük işlər görülüb.
Məhz
bunun nəticəsidir ki,
bu gün biz təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin
səviyyəsinə yüksəlməsi ilə bağlı
uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə
iştirakımızla fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi,
möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil
işçilərinə diqqət və qayğısı, səmərəli
fəaliyyət üçün
yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün
olub. Prezidentin təhsil
sahəsinə diqqəti ardıcıl və müntəzəm
xarakter daşıyır. “Təhsil
haqqında” Qanunun qəbul edilməsi, təhsil
sistemində islahatların daha sürətlə
aparılması, ən mütərəqqi texnologiyaların tətbiqi,
müəllimlərin əmək haqlarının müntəzəm
olaraq artırılması, onların pedaqoji biliyinin yüksəldilməsi
bu sahənin dünya
səviyyəsinə çatdırılmasına imkan verib. Milli təhsilimizin
inkişafı məsələsi öz məzmununu
daha da genişləndirərək
Azərbaycanın gələcək uğur
modelinin əsasını
formalaşdıran başlıca amil kimi gündəmə gətirilib, insan kapitalının möhkəmlənməsi
və inkişafına xidmət edən ümummilli
hərəkata çevrilib.
Azərbaycanda ali təhsil sistemində həyata keçirilən
islahatların mühüm istiqamətlərindən
biri də dünya təhsil
sisteminə inteqrasiyanın təmin edilməsidir. Müstəqil
dövlətimiz yeni iqtisadi
münasibətlər kursuna sadiq qalaraq öz
təhsil sisteminin inkişaf
prioritetlərini, dünyada, o cümlədən Avropa
məkanında gedən proseslərə inteqrasiya
olunmaqla müəyyənləşdirir. Milli təhsil sisteminin Avropa standartlarına
uyğunlaşdırılması məqsədilə Bolonya prosesi çərçivəsində
qəbul olunmuş təhsil
standartlarının mənimsənilməsi olduqca
vacibdir. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına
inteqrasiya ilə bağlı bəzi tədbirlər
haqqında” 31 yanvar 2008-ci il
tarixli sərəncamı bu
baxımdan vacib əhəmiyyət kəsb
etmişdir. Sərəncama
əsasən “2009-2013-cü illərdə
Azərbaycan Respublikasının təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”
layihəsi, habelə UNESKO və digər beynəlxalq
qurumların qəbul etdiyi sənədlərə
uyğun hazırlanmış
ixtisasların yeni siyahısı hökumətə
təqdim edilmişdir.
Layihədə
ali təhsil sistemində keyfiyyətin təmin
olunması məqsədilə normativ-hüquqi
bazanın, məzmunun və təlim texnologiyalarının
yeniləşdirilməsi, ali təhsil
müəssisələrinin strukturunun və
idarə olunması sisteminin müasir tələblər baxımından
modernləşdirilməsi, əmək bazasının tələbatına uyğun kadr
hazırlığının təkmilləşdirilməsi,
elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi,
maddi-texniki və tədris bazasının
günün tələblərinə uyğun qurulması, müasir
maliyyələşdirmə siyasətinin hazırlanıb həyata
keçirilməsi və digər bu kimi aktual istiqamətlər
əksini tapmışdır. Dövlət
başçısı İlham
Əliyevin 2008-ci ilin 10 aprel
tarixli “Azərbaycan elmində
islahatların aparılması ilə bağlı Dövlət
Komisiyyasının yaradılması haqqında” sərəncamı
da məhz həmin zərurətdən irəli
gəlmişdir. Sərəncama əsasən
2009-2015 -ci illər üzrə elm sahəsində aparılacaq islahatların,
habelə elmi inkişaf
strategiyasının konkret proqram
modelində hazırlanması üçün
hökumət və elm adamlarından ibarət
dövlət komissiyasının yardılması da təqdirəlayiqdir.
Universitetlərdə
tədris prosesinin maddi-texniki
bazasının yaxşılaşdırılması, kompüter və informasiya
texnologiyalarının geniş tətbiqi,
yeni korpusların inşası kimi fundamental problemlərin
həlli xüsusi diqqət mərkəzindədir.
Bir
sıra problematik məsələlərin
önə çəkildiyi sərəncamda Azərbaycanda elmi qurumların strukturunun
müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində
aparılması və maliyyələşdirilməsi, ölkənin
elmi kadr
potensialının artırılması və onun
sosial müdafiəsinin gücləndirilməsi,
bütövlükdə elmin
inkişafı üzrə milli
strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına
inteqrasiyasının təmin olunması məsələləri
əksini tapmışdır.
Prezident İlham Əliyev hər bir ölkənin, dövlətin bu gününün və
gələcəyinin onun intellektual
potensialından asılı olduğunu
önə çəkərək deyib: “İnkişaf etmiş
ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada
elmi-texniki tərəqqi sürətlə
inkişaf edir, orada təhsilə, elmə, intellektual
məhsulların yaradılmasına böyük
investisiyalar qoyulur. Azərbaycan
bu yolu seçibdir.
Biz gələcəyə çox
böyük ümidlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bu günkündən də gözəl
olacaqdır. Bu gün
Azərbaycan özünü dünya miqyasında sürətlə və uğurla inkişaf edən
ölkə kimi tanıtdıra bilmişdir. Ancaq gələcəkdə elmə, təhsilə yeni texnologiyaların tətbiqinə göstəriləcək
diqqət və həyata keçiriləcək proqramlar Azərbaycanı inkişaf
etmiş ölkələrin
sırasına daxil edəcəkdir. Çünki inkişaf etmiş ölkə olmaq üçün təkcə gözəl infrastruktura və binalara malik olmaq kifayət deyildir.
İnkişaf etmiş ölkə
olmaq üçün
gərək cəmiyyətin intellektual
potensialı yüksək səviyyədə olsun.
Bu məsələlərlə
bağlı konkret proqramlar
hazırlanıb icra edilir.
Əminəm ki, bu gün Azərbaycan gəncləri, uşaqlar, birinci sinfə
gedən balalar gələcəkdə doğma Vətənimiz üçün
dəyərli vətəndaşlar olacaqlar,
peşəkarlıqlarını göstərəcəklər
və ölkəmizin inkişafında öz
sözlərini deyəcəklər. Gələcəkdə
ölkəmizi gənclərimiz idarə edəcəklər.
Ölkəmizin necə inkişaf edəcəyi
onlardan asılıdır. Qoyduğumuz
yol və seçdiyimiz
strateji xətt öz uğurunu təsdiqləyib. Gələcəkdə
gənclərdən asılı olacaqdır ki,
ölkəmiz necə inkişaf edəcək
və hansı yollarla gedəcəkdir".
Möhtərəm
İlham Əliyevin on
bir illik prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin
canlı şahidləri kimi qəti əminliklə
deyə bilərik ki, müstəqil Azərbaycan
dövləti bu illər ərzində on illərə bərabər
sıçrayışlı inkişaf yolu keçib. Dövlətimizin
başçısının yürütdüyü
uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli
maraqlarının maksimum dərəcədə
təmin olunmasına yönəlib. Həm
ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın
dünya ölkələri ilə ikitərəfli
və çoxformatlı əlaqələrinin daim
genişlənməsi deməyə əsas verir
ki, indiyədək aparılmış və
bu gün də
dönmədən davam etdirilən siyasi kurs düzgün
istiqamətdədir. İqtisadi və siyasi islahatların paralel
şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib.
Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illər iqtisadi
artım tempinə görə dünyada ön sıralardadır.
“Mən Azərbaycanın
xoşbəxt gələcəyinə inanıram. Əminəm
ki, ölkəmiz bundan
sonra da inkişaf edəcək, siyasi
plüralizm, söz
azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir.
Bütün bunları etmək üçün Azərbaycanda çox
işlər görmək lazımdır. Ancaq
bütün bunları həyata keçirmək
və Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün ən
başlıcası, ölkədə Heydər Əliyevin siyasəti
davam etdirilməlidir... Mən Azərbaycan
xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
– Cənab İlham
Əliyevin hələ 2003-cü ilin prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq dövlətimizin
başçısı seçildikdən sonra
andiçmə mərasimindəki proqram xarakterli nitqində söylədiyi bu sözlər müstəqil Azərbaycanın
dünəni, bugünü və gələcək
strategiyasını müəyyənləşdirən strateji amillərdir.
Təbii ki, qısa zaman kəsiyində
əldə edilən bu möhtəşəm
uğular öz-özünə, boş yerdən yaranmayıb. Bunun bir
səbəbi ulu öndərimizin zərgər
dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, birincidən az önəm kəsb etməyən digər səbəbi
isə cənab İlham Əliyevin şəxsiyyətində,
onun müstəsna bacarıq və qabiliyyətində,
Azərbaycanda və dünyada
baş verən proseslərə təsir
etmək səriştəsində, nüfuzlu
siyasətçi və dövlət xadimi
kimi yetişməsində, bir
sözlə, dünyada tanınan, sevilən
Avropa tipli lider səviyyəsinə yüksəlməsindədir.
Burada həmçinin
Prezident İlham
Əliyevin şəxsi keyfiyyətlərini, yüksək intellektini və mədəniyyətini, təvazökarlığını,
həyatı boyunca topladığı bütün qiymətli və müsbət nə
varsa, hamısını faydalı şəkildə
sintezləşdirmək bacarığını da xüsusi qeyd etmək vacibdir.
Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir. Azərbaycan öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olub. Bu bir daha təsdiqləyir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur. Bu işıqlı yol ölkəmizi daha firavan gələcəyə aparır.
Müşfiq ATAKİŞİYEV,
Elm və Təhsil Mərkəzi, “Təfəkkür”
Universitetinin rektoru,
iqtisad elmləri doktoru, professor
Xalq qəzeti.- 2014.- 15 oktyabr.- S.3.