Qırğız
Respublikasında
Azərbaycan Musiqisi Günü keçirilmişdir
Azərbaycan
Respublikasının Qırğız Respublikasında Səfirliyinin
dəstəyi ilə bu il oktyabr ayının 15-də
Qırğız Respublikasının Abdılas Maldıbayev
adına Milli Akademik Opera və Balet Teatrında Azərbaycan
Musiqisi Günü keçirilmişdir.
Qırğız Respublikasının rəsmi
şəxsləri, xarici dövlətlərin
bu ölkədəki səfirləri, beynəlxalq
təşkilatların rəhbərləri, görkəmli elm və mədəniyyət, xadimləri,
ictimaiyyətin tanınmış təmsilçiləri,
soydaşlarımız tədbirdə iştirak
etmişlər.
Qırğız
Respublikasının A.Maldıbayev adına Milli
Akademik Opera və Balet Teatrının direktoru
Timur Salamatov tədbiri
açaraq, Azərbaycan
Respublikasının Qırğız Respublikasında Səfirliyinin
son vaxtlar iki qardaş ölkənin
mədəniyyət sahəsində əlaqələrinin
inkişafı üçün göstərdiyi
səylərə görə
təşəkkürünü bildirmişdir.
Sonra Qırğız Respublikası Mədəniyyət,
İnformasiya və Turizm
nazirinin birinci müavini, stats-sekretar Akimbek Tekeşov
çıxış etmişdir.
A.Tekeşov növbəti dəfə belə böyük tədbirin Bişkekdə
keçirilməsinin təşkili üçün
Azərbaycan Respublikasının Qırğız
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Hidayət Orucova təşəkkür edərək,
Azərbaycan ilə Qırğızstan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə
görə ona
Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin fəxri medalını təqdim etmişdir.
Azərbaycan
Respublikasının Qırğız Respublikasında fövqəladə
və səlahiyyətli səfiri Hidayət Orucov
çıxış edərək, bildirmişdir
ki, Azərbaycan
ilə Qırğızstan arasında əməkdaşlıq
münasibətləri təkcə siyasi və
iqtisadi sahədə deyil,
həm də humanitar sahədə inkişaf etməkdədir
və bu xətt Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevin və
Qırğız Respublikasının Prezidenti
zati-aliləri cənab Almazbek Atambayevin siyasətinin prioritet
istiqamətlərindəndir.
Səfir qeyd etmişdir ki, hələ Peterburq Konservatoriyasının tələbəsi
olarkən Üzeyir
Hacıbəyov “Arşın mal alan ” operettasını yazmış və
Bakıda Zeynalabdin Tağıyevin
teatrında səhnələşdirilmişdir. Bu operetta indiyədək
76 ölkənin 187 teatrında səhnəyə qoyulmuşdur. Onun əsasında
hələ 1945-ci ildə çəkilmiş film
isə 136 ölkədə göstərilmişdir.
Səfir
görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini
öz repertuarına həmişə daxil etdiyi və bu gün “Arşın mal alan” operettasını tamaşaya hazırladığı üçün Qırğız
Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet
Teatrının kollektivinə dərin təşəkkürünü bildirmişdir.
Sonra Üzeyir Hacıbəyovun
“Arşın mal alan”
operettasının premyerası keçirilmişdir.
Tamaşanın dirijoru Qırğız Respublikasının Xalq artisti Jumakadır Kanimetov, quruluşçu rejissoru əməkdar artist
Sapar İsmailov, baletmeysteri Berdalı Pomankulov,
xormeysteri Karaqul Tilençiyevdir.
Əsərin liberettosunun tərcüməçisi – Uzakbay Abdukaimovdur.
Tamaşanı
teatrın xoru və simfonik
orkestri müşayiət etmişdir.
Xalq qəzeti.- 2014.- 17 oktyabr.- S.7.