Azərbaycanda içməli
su
layihələri uğurla icra olunur
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün infrastruktur sahələrinin inkişafı ilə bağlı dövlət siyasəti həyata keçirilir. Bu baxımdan sosial infrastrukturun yenidən qurulması, ölkə əhalisinin içməli su təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər diqqəti cəlb edir.
2014-cü ilin doqquz ayında da bu sahədə mühüm işlər görülüb.
Bakı şəhəri və Abşeron
yarımadasının içməli su təchizatında
müstəsna əhəmiyyət daşıyacaq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici
qurğusunun inşası ilə
bağlı işlərin böyük əksəriyyəti
yerinə yetirilib. Xatırladaq
ki, 2011-ci il
sentyabrın 8-də Prezident İlham Əliyev tərəfindən təməli
qoyulmuş bu layihəyə
uyğun olaraq
ultrasüzgəc binası, binanın daxili
texnoloji xətləri, subölüşdürücü
kamera, xam su anbarı, nasos
stansiyasının, sərfölçən
qurğuların, Ceyranbatan gölündən xam su anbarına suyu ötürəcək mikrotunel
tipli xətti, sugötürücü
qurğu tikilərək istismara
tam hazır vəziyyətə gətirilib.
Təsdiq olunmuş layihəyə əsasən
qurğuda ən son texnologiyaya əsaslanan 5 minə yaxın membran süzgəc quraşdırılacaq ki, onların da ümumi məhsuldarlığı saniyədə
6 kubmetr və ya sutkada 520 min kubmetr təşkil edəcək. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici
qurğuda aparılan işlərlə
yanaşı, emal olunacaq
suyun istehlakçılara
çatdırlması məqsədilə magistral
kəmərlərin və anbarların inşasında da böyük uğurlar əldə olunub.
Belə ki, Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral xətti və Qala
anbarının inşası 2013-cü ildə, anbardan Zirə qəsəbəsinə qədər
olan kəmərin inşası isə bi il başa
çatdırılıb. Magistral kəmər
boyu Balaxanı və Zirə
anbarlarının tikintisi də sona çatmaq üzrədir.
Eyni zamanda, Hökməli
qəsəbəsi ərazisində 20 min kubmetr tutumu olan iki anbarın (“+118 Abşeron”), ultrasüzgəcli qurğudan
anbarlara qədər 11,2 kilometr
uzunluğunda magistral
xəttin inşası da yekunlaşıb.
Qeyd edək
ki, Ceyranbatan
ultrasüzgəcli sutəmizləyici qurğu,
magistral kəmər, anbar
və infrastrukturun digər obyektləri istismara buraxılandan sonra
Abşeron yarımadasında 1 milyon nəfərdən artıq əhali fasiləsiz
və keyfiyyətli içməli su ilə
təmin ediləcəkdir. Bakı şəhəri
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə tutulmuş
layihələrə uyğun olaraq içməli su və
kanalizasiya şəbəkələrinin
yaradılması və yenidən qurulması, mövcud
şəbəkələrdə sağlamlaşdırma tədbirləri
də davam etdirilib.
Bununla
yanaşı, hesabat dövründə Abşeron yarımadasında yaranan
çirkab suların operativ
idarə edilməsi üçün xüsusi əhəmiyyət daşıyan və
yeni texnologiyaya əsaslanan
kanalizasiya kollektorlarının
(Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan,
Dərnəgül-Qaraçuxur və Pirşagı kanalizasiya tunelləri) inşası sahəsində
xeyli iş görülmüş, Lökbatan
qəsəbəsi yaxınlığındakı çirkab sutəmizləyici qurğuda
işlər sürtətləndirilib.
Hazırda “Azərsu” ASC-nin sifarişi ilə
24, Meliorasiya və Su
Təsərrüfatı ASC-nin sifarişi ilə 8, Ərazilərin Bərpası
və Yenidənqurulması Agentliyinin sifarişi ilə 6 şəhər və rayon mərkəzində su təchizatı
və kanalizasiya sistemləri yenidən qurulur. Bu layihələrin
21-i beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər, 17-si isə dövlət
büdcəsi vəsaiti hesabına
reallaşdırılır. Həmin layihələrin
icrası magistral kəmərlərin keçdiyi ərazilərdə və rayon mərkəzlərinin
yaxınlığında yerləşən kəndlərin də
su probleminin həllinə
imkan yaradacaqdır. Layihələrin
icrasını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bəzi şəhərlərdə
keçirilmiş təməlqoyma və
açılış mərasimlərində şəxsən
iştirak etməsi işlərin gedişini xeyli sürətləndirib.
İçməli su
çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda
su probleminin həll
edilməsi məqsədilə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi uğurla başa
çatdırılmışdır. Azərbaycan
hökuməti ilə Dünya
Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və
Kanalizasiya Xidmətləri Layihəsi”
çərçivəsində həyata keçirilən bu layihə Aran bölgəsində
2 şəhərin və 44 kəndin 143 min
nəfər sakinini keyfiyyətli içməli su ilə təmin etməyə imkan verəcəkdir. Mənbəyini
Hacıqabul rayonunun Talış kəndi
yaxınlığında yerləşən Kür
sutəmizləyici qurğular kompleksindən
götürən Talış-Sabirabad-Saatlı su kəməri 61,5 kilometr
layihələndirilmişdir. Bundan əlavə,
layihə çərçivəsində Sabirabad
və Saatlı şəhərlərinin su
təchizatı və kanalizasiya
infrastrukturları da yenidən qurulur. Gəncə şəhərinin su təchizatı və kanalizasiya
şəbəkələrinin yenidən qurulması layihəsi
üzrə də mühüm işlər
görülmüşdür. Artıq Azərbaycan hökuməti və Almaniya İnkişaf
Bankının (KFW bankı) birgə
maliyyələşdirdiyi “II Açıq Kommunal
İnfrastruktur Proqramı” çərçivəsində
Gəncə şəhərində həyata keçirilən
içməli su
və kanalizasiya sistemlərinin yenidən
qurulması üzrə işlərin birinci
mərhələsi yekunlaşmış, ötən
ayın 23-də Almaniya Bundestaqı
üzvlərinin iştirakı ilə Göygöl
mənbəyindən şəhərə suyun
verilməsinin rəsmi açılışı keşirilmişdir.
Cari ilin ötən dövründə
Xanbulançay su
anbarının sahilində Lənkəran və Astara şəhərlərinin, həmçinin
ətraf kəndlərin keyfiyyətli içməli su təchizatı üçün
nəzərdə tutulmuş və
sutkalıq məhsuldarlığı 30 min
kubmter təşkil edən sutəmizləyici
qurğunun
inşası başa
çatdırılmışdır. Bu ilin iyun ayında Ermənistan
qoşunlarının təmas xəttində yerləşən
Tovuz rayonunun Əlibəyli
kəndinə suyun verilməsi xüsusi qeyd edilməlidir.
Düşmənlə bir neçə yüz metr məsafədə
yerləşən və daim atəş altında
olan kənddə subartezian
quyusunun qazılması, anbarların, xətlətin
tikintisi qısa müddətdə başa çatdırılmışdır. Eyni zamanda, Yardımlı,
Masallı, Tərtər, Ağcabədi, Ağdam,
Salyan və digər rayonların sudan əziyyət çəkən kəndlərinin
də içməli su problemi
həll olunmuşdur. Bütövlükdə
isə 2014-ci ilin ötən
dövründə “Azərsu” ASC tərəfindən su təchizatı və kanalizasiya
xidmətlərinin yaxşılaşdırılması istiqamətində
mühüm işlər görülmüşdür.
Belə ki, ilin doqquz ayı ərzində ölkə üzrə
126,5 kilometr magistral su xətti
çəkilmişdir ki, bunun da 84 kilometri
regionların payına düşür. Bundan əlavə, yeni mənbələrdən
verilən içməli suyun
istehlakçılara çatdırılmasını təmin
etmək məqsədilə şəbəkə su xətlərinin tikintisi
sahəsində də işlər getdikcə intensivləşdirilir.
Cari ilin doqquz ayında bu məqsədlə
547 kilometri regionlarda olmaqla 716 kilometr uzunluğunda şəbəkə su xətləri çəkilmişdir. Yeri gəlmişkən, regionların içməli
su təchizatının
yaxşılaşdırılmasına diqqətin daha bir bariz
nümunəsi ölkənin digər şəhər və rayonlarda
çoxsaylı su anbarlarının tikintisi ilə bağlıdır. Təkcə
onu qeyd etmək kifayətdir
ki, cari ilin doqquz ayında inşa olunmuş 14 su anbarının hamısı məhz
regionların payına düşür. Eyni zamanda, yeni su
mənbələrindən və magistral xətlərdən
uzaqda yerləşən yaşayış
məskənlərinin içməli su təchizatının
yaxılaşdırılması məqsədilə ilin ötən dövründə regionlarda 12 ədəd
artezian və subartezian
quyusu qazılaraq istifadəyə verilmişdir. “Azərsu” ASC-nin
reallaşdırdığı layihələr sırasında
kanalizasiya kollektorları və çirkab su xətlərinin
tikintisi də mühüm
yer tutur. Onu da qeyd
edək ki, işlərin əksəriyyəti
uzun illər bu sahədə
böyük problemlərin müşahidə
olunduğu regionlarda həyata
keçirilir.
Belə ki, ilin
ötən doqquz ayında ölkə
üzrə tikilmiş 256 kilometrlik kanalizasiya
kollektorları və xətlərinin 225 kilometri
məhz regionların payına düşmüşdür. Bununla
yanaşı, yağış sularının
axıdılması məqsədilə tikilmiş
11 kilometrlik ümumi xəttin
də 10 kilometri regionlarda
reallaşdırılmışdır. Son
zamanlar “Azərsu” ASC tərəfindən
sayğaclaşdırma işləri xeyli
intensivləşdirilib. Təkcə bu ilin doqquz
ayında ölkə üzrə 119 min ədəd
“smart-kart” tipli sayğac
quraşdırılıb ki, bunun da 45 mini
regionların payına düşür. İlkin olaraq bu tip sayğacların
quraşdırılması qeyri-əhali qrupu
üzrə həyata keçirilirdisə, artıq bir neçə ildir ki, əhali qrupunun da bu prosesə cəlb
olunması həyata keçirilir. Bütövlükdə isə “Azərsu” ASC tərəfindən
istər paytaxtda, istərsə də regionlarda “smart-kart” tipli sayğacların
quraşdırılmasından əsas məqsəd istehlakçılara verilən
içməli suyun dəqiq uçotunun aparılması, itkilərin və
sudan qanunsuz istifadə
hallarının qarşısını almaqdan
ibarətdir. Yeri gəlmişkən, son zamanlar su
təchizatı və tullantı sularının
axıdılması haqqında qanunvericiliyin
pozulması halları ilə mübarizə tədbirləri xeyli sərtləşdirilib. Belə
ki, Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları
haqqında” Qanununun 72-ci maddəsinə əsasən,
bu qanun tələblərinin
pozulmasında təqsirkar olan şəxslər
yol verdikləri pozuntu
nəticəsində su təchizatı və
kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı
ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və
qaydada digər məsuliyyət
daşıyırlar. Eyni zamanda,
su təchizatı və kanalizasiya
müəssisələri də sözügedən qanunun tələblərini pozduqlarına
görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Su təchizatı və tullantı
sularının axıdılması haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət isə Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə əsasən
müəyyənləşdirilmişdir. Belə
ki, sözügedən məcəllənin
189-cu maddəsinin birinci bəndinə əsasən,
təbii qazdan, sudan, elektrik və ya istilik enerjisindən qeyri-qanuni
istifadə talançılıq kimi qiymətləndirilir
və min manatdan üç min manatadək
cərimə və ya iki
ilədək müddətə islah
işləri ilə cəzalandırılır. Eyni əməllər külli
miqdarda ziyan vurulmaqla törədildikdə isə üç min manatdan beş
min manatadək cərimə və ya üç ilədək
müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq
olunur. Onu da deyək ki, 2014-cü il iyun ayının 17-də
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müvafiq qərarı ilə “Sudan istifadə Qaydaları” təsdiq edilmişdir. Məlum olduğu kimi,
regionların inkişafını, əhalinin həyat səviyəsinin
yüksəldilməsini və insanların
sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyev
ölkənin şəhər və rayonlarının, eləcə
də Bakı şəhəri və ətraf qəsəbələrin
sosial-iqtisadi inkişafı ilə
bağlı mühüm
tapşırıqlar vermişdir. Həyata keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində bu ilin doqquz ayında 100 min nəfəri regionlarda olmaqla ölkə üzrə 175 min nəfərin içməli su təchizatı
yaxşılaşdırılmış, 117 min
nəfər isə fasiləsiz içməli su
ilə təmin edilmişdir
ki, bunun da 78,5 min nəfəri regionlarda yaşayır. Eyni
zamanda, yanvar-sentyabr
aylarında ölkə üzrə 69 min nəfəri
regionlarda olmaqla 106 min nəfər ilk dəfə
içməli su ilə təmin edilmişdir. Bununla da, “Azərsu” ASC üzrə abunəçilərin
sayı 1 milyon 308 min
nəfərə çatdırılmışdır.
Müqayisə üçün deyək ki, 2014-cü il yanvarın
1-nə abunəçilərin sayı 1 milyon
218 min nəfər təşkil etmişdir.
Bu ilin ötən
dövründə ölkəmizdə su təchizatı
və kanalizasiya sistemlərinin yenidən
qurulması ilə bağlı daha iki beynəlxalq layihə həyata vəsiqə
almışdır. Belə ki,
Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə
İnkişaf Fondu
arasında “Xırdalan şəhərinin su
təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi”
layihəsi üzrə 35 milyon
dollarlıq, Koreya Respublikasının İxrac-idxal Bankı ilə isə
“Pirşağı çirkab sutəmizləyici
qurğusunun tikintisi”
layihəsi üzrə 44 milyon
dollarlıq kredit sazişləri
imzalanmışdır.
Su təchizatı sahəsində
aparılan işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqinin
də daim nəzarətdə
saxlanılması zərurətini
yaradır. Təsadüfi deyil ki, bu vacib
məsələyə toxunan Prezident İlham Əliyev demişdir:
“Su sağlamlıq deməkdir. Təmiz
içməli su insanın
sağlamlığına verilən ən böyük
töhfədir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə
etməliyik ki, dünyada
mövcud olan ən
qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın
sağlamlığı üçün əsas
olan içməli su
məsələlərində tətbiq edilsin”.
Heç şübhəsiz, Prezident İlham
Əliyevin söylədiyi bu fikirlər Azərbaycanda
insan amilinə verilən önəmin təcəssümüdür.
Bu baxımdan “Azərsu” ASC-nin
mərkəzi laboratoriyasının yaradılması xüsusi əhəmiyyət daşıyır.
Açılışında Prezident
İlham Əliyev və Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevanın iştirak etdiyi
laboratoriyada
quraşdırılmış müasir
avadanlıqların köməyilə içməli suyun 84, tullantı sularının isə 54 olmaqla 138 parametrini təyin
etmək mümkündür.
Artıq laboratoriyanın beynəlxalq akkreditasiyadan
keçirilməsi istiqamətində işlərə
başlanılmışdır.
İlin ötən dövründə əldə
olunmuş uğurlara baxmayaraq, Azərbaycanın su
təchizatı sektorunda
görüləsi işlər hələ çoxdur.
“Mən istəyirəm ki, hər
bir şəhərə, hər bir kəndə 24 saat
keyfiyyətli su verilsin”—
deyən Prezident İlham
Əliyevin tapşırıqlarına uyğun
olaraq qarşıdakı aylarda
Gədəbəy, Astara, Daşkəsən,
Tərtər, Qobustan şəhərlərində
də işlərə başlanılması nəzərdə
tutulmuşdur.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 18 oktyabr.- S.8.