Göygöl rayonu
uğurlarını durmadan artırır
Göygöl Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlər diqqət mərkəzində olmuşdur.
Hesabat məruzəsi ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı
Arif Seyidov bildirmişdir ki, bütün ölkədə
olduğu kimi, ilin əvvəlindən Göygöl
rayonunda da yeni obyektlərin tikintisi,
abadlıq- quruculuq işləri uğurla davam etdirilmiş, sosial-iqtisadi
həyatın dinamik inkişafı təmin olunmuşdur.
Natiq bildirmişdir ki, bu ilin 9 ayı ərzində
rayonda 593 yeni iş yeri
açılmışdır ki, bunun da 460-ı daimidir. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə iqtisadiyyatın əsas sahələrində
məhsul və xidmətlərin ümumi
həcmi 3 234 min manat artaraq 145 739,1 min manata çatmışdır. Bunun 109 445,6 min manatı
(75,1 faiz) istehsal, 36
294,1 min manatı ( 24,9
faiz) xidmət sahələrinin payına düşür. Adambaşına 2 389,2
manatlıq, yaxud 17,2 faiz
çox məhsul istehsal
edilmişdir.
Başçı
qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin əsaslı islahatlar xəttinə uyğun
olaraq, aqrar sahənin
inkişafına yönəldilmiş dövlət
proqramlarının müvəffəqiyyətlə həyata
keçirilməsi üçün Prezident İlham
Əliyevin yaratdığı əlverişli şəraitin nəticəsində
Göygöl rayonunda da son illərdə kənd təsərrüfatı
məhsulları istehsalçılarının traktor, kombayn, digər
maşın və avadanlıqlarla, toxum,
gübrə və pestisidlərlə təminatı
yaxşılaşdırılmışdır. Fəal
dövlət himayəsinin nəticəsidir ki,
keçən ilin müvafiq
dövrü ilə müqayisədə 3
507,4 min manat çox olmaqla, 41 221,4 min manatlıq kənd təsərrüfatı
məhsulları istehsal edilmişdir,
bunun da 99,6 faizi özəl bölmənin payına düşür. 2015-ci ilin
məhsulu üçün 194,5 hektar sahədə payızlıq səpin
aparılmış və yerdə qalan
işlər uğurla davam
etdirilir.
Heyvandarlıq
da inkişaf etmiş, iri mal 20 621 başa, davar isə 167 589 başa
çatmışdır. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə süd istehsalı
207,6 ton, ət
90,3 ton, yun 3,1 ton, yumurta 18 min 100 ədəd artmışdır. Heyvanlarda aparılan
baytarlıq- profilaktiki tədbirlər nəticəsində
yoluxucu xəstəliklər baş verməmişdir.
23 sənaye müəssisəsində
ilin əvvəlindən 8077,2 min manatlıq məhsul istehsal
edilmişdir. Ümumi
məhsulun həcmində qeyri- dövlət
bölməsinin xüsusi çəkisi
28,3 faiz olmuşdur.
Ticarətin bütün növləri
üzrə pərakəndə əmtəə dövriyyəsinin
həcmi 21 254,5 min manat
artaraq 93 317,6 min manata çatmışdır. Poçt
və rabitə müəssisələri 464,2 min
manatlıq xidmət göstərilmişdir ki,
bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 66,9 min manat ( 16,8
faiz) çoxdur.
Rayon ərazisində 2014-cü ilin 9 ayında müxtəlif nazirliklər,
komitələr, agentliklər və əhali 62 653,2 min manat əsas kapitala investisiya qoymuş, bunun da 60 147 min manatı tikinti- quraşdırma işlərinə
yönəldilmişdir. Bu müddətdə
rayon büdcəsinin gəlirləri
(dotasiyasız) 2 milyon 931 min
manat proqnoza
qarşı 3 milyon 256 min
manat və ya 111 faiz yerinə yetirilmişdir.
Rayonda sahibkarlığın inkişafından
söz açan məruzəçi
bildirmişdir ki, bu sahədə yaradılmış münbit şəraitin nəticəsi olaraq, hüquqi şəxslərin
sayı 474-ə çatmışdır. Sahibkarlığa
Kömək Milli Fondu
156 iş adamına 5 milyon
170,9 min manat dəyərində
güzəştli kredit vermişdir.
Dövlət
proqramının icrası ilə bağlı bu
il 180 şagird yerlik Şəhriyar kənd tam
orta, 80 şagird yerlik Bəhrəmbağ kənd ümumi orta məktəb
binaları istitadəyə verilmişdir. Köşkü kənd tibb məntəqəsi üçün bina, Xaqani kənd uşaq
bağçası, Qızılca və Çaykənd folklor evi, Qızılca kənd kitabxanası isə əsaslı
təmir olunmuşdur. 80 şagird
yerlik Üçbulaq
kənd ümumi orta məktəbi
və Zurnabad kənd tibb
məntəqəsi, Göygöl şəhərində 100 yerlik, Yeni Qızılca kəndində
50 yerlik uşaq
bağçaları üçün
binaların tikintisi, 4 saylı “Sevinc” uşaq
bağçasının əsaslı təmiri davam etdirilir.
Son illər aparılan əsaslı təmir-bərpa,
quruculuq-abadlıq və tikinti işlərinin
nəticəsi olaraq, rayona
turizm axını güclənmiş, 9 ay ərzində 20 minə yaxın adam gəlmişdir, onlardan
500 nəfəri xaricilər olmuşlar.
Əhalinin
sağlamlığının qorunub
saxlanılması, onlara göstərilən
tibbi xidmətin
yaxşılaşdırması istiqamətində də
ötən müddətdə müəyyən işlər görülmüşdür. 259,5 min manat dəyərində
dərmanlar alınaraq əksər hissəsi imtiyazlı xəstələrə
pulsuz paylanmış, yoluxucu xəstəliklərə
qarşı 5424 nəfər peyvənd edilmişdir.
Məruzə ətrafında
çıxış edən Maliyyə İdarəsinin rəisi
Oqtay Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov və digər
natiqlər məsul olduqları sahələrdəki durumdan, qarşıda duran
vəzifələrdən danışmışlar. Toplantıda
göygöllülərin ümumi məramı
belə ifadə olunmuşdur: Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, quruculuq-
abadlıq işlərinin aparılmasına göstərdiyi
diqqət və qayğıya uyğun, rayonda problemlərin aradan
qaldırılması, hərtərəfli inkişafın təmin
edilməsi istiqamətində tədbirlər bundan
sonra da ardıcıl
və artan sürətlə davam etdiriləcəkdir.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 18 oktyabr.- S.10.