Astarada 9 ayın yekunları uğurlu
olub
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev doqquz aylığın yekunlarına həsr olunmuş şura iclasında məruzə ilə çıxış edərək dedi ki, oktyabrın 8-də möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ölkənin tərəqqisinin dinamik xarakter daşıdığını bir daha təsdiqləyib. Dövlətimizin başçısı ilin əvvəlindən ölkənin iqtisadi göstəricilərinin artmasını həyata keçirilən uğurlu islahatların, reallaşdırılan mühüm layihələrin nəticəsi kimi dəyərləndirib.
Astarada da xeyli iş
görülüb, uğurlu
nəticələr qazanılıb. Son illərdə
rayonda 6476 iş yeri açılıb, bunun
da çox böyük əksəriyyəti daimidir. Bu ilin
doqquz ayında isə 603 yeni
iş yeri
yaradılıb. Ümumi məhsul
buraxılışı 111,3 milyon
manatlıq olub. Bunun
dörddə-üçü kənd təsərrüfatı,
ticarət və pullu xidmət sahələrində,
18,3 faizi tikintidə olub.
Abadlıq və quruculuq sahəsində də
xeyli iş görülüb. Prezident
sərəncamı ilə lazımi vəsait
ayrılmış Deqədi-Pəlikəş avtomobil
yolunun tikintisi başa çatdırılıb. Həmin yol 12 min əhalinin
yaşadığı 21 kəndi əhatə edir.
Rayon ərazisindəki digər magistral
və yerli əhəmiyyətli
yolların təmiri, abadlaşdırılması sahəsində
də müəyyən işlər görülüb.
Ələt-Astara magistral yolunun
rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər-Qamışlı,
Pensər-Şahağacı yolları asfalt-betonla
təmir edilib. Siyaku -
Şağlazüzə, Siyaku - Marzəsəy
avtomobil yollarında 4 körpü
tikilib.
Şəhərin
küçələrində tikinti-abadlıq işləri davam etdirilir. Maliyyə
idarəsi üçün yeni ikimərtəbəli inzibati
bina tikilərək istifadəyə verilib. Xəzərin sahili
boyunca 8 hektar sahədə
park-bulvar inşa olunur. 600 metr məsafədə
sahil mühafizə bəndi, gəzinti yeri, İstirahət meydanı olacaq.
Həmin yer dəmir-beton konstruksiyalarla
bərkidilib. Fontanlar qurulur. Bulvar ərazisində əyləncə mərkəzi,
çay evi və kafe, atraksionlar sakinlərə
xidmət göstərəcək. Mini-futbol
və voleybol meydançaları
yaradılacaq.
Telman kəndində yeni çay
emalı fabrikinin, Züngüləş kəndi
ərazisində “Astara-1” kiçik su elektrik stansiyasının tikintisi
davam etdirilir.
Əhalinin qaz təchizatının
yaxşılaşdırılması məqsədilə tədbirlər
görülür. Ötən müddətdə
rayon üzrə
quraşdırılmış sayğacların ümumi
sayı 14 min 636-ya çatdırılıb.
Satılan qaza görə ödəniş
faizi 100-ü ötüb.
Elektrik
Şəbəkəsi tərəfindən Səncərədi,
Alaşa, Şiyəkəran, Siyaku, Ojakəran kəndlərində 11,5 kilometr məsafədə 10 kv-luq
hava xətti təmir olunub.
Şəhərdə və kənd yaşayış məntəqələrində
müxtəlif gücdə 9 yeni transformator quraşdırılıb,
4-ü isə əsaslı təmir
olunub. Yeni abonentlər
üçün 150 sayğac
quraşdırılıb, sıradan çıxmış 400
ədəd sayğac yenisi
ilə əvəz edilib. Deqədi-Pəlikəş
yolunda hava xətlərində
təmir işlərinə başlanıb.
Rayonun Şuvi və Ojakəran
kəndləri ərazisində çayçılıq təsərrüfatları
yaradılıb və 1 milyondan çox çay dibçəyi
yetişdirilib. Bu
dibçəklər 30 hektarlıq yeni çay plantasiyaların yaradılmasına və
quraqlıq səbəbindən yanmış kolların bərpasına
sərf olunacaq. Çəltikçiliyin
inkişafı üçün Türkiyədən
yeni texnika və
avadanlıq gətirilib. Xeyli buğda, arpa, çəltik,
paxlalı bitkilər, qarğıdalı əkilib. Sahələrdən
bol məhsul yığılıb. Kartof, tərəvəz, bostan
bitkilərinin əkini artırılıb. Heyvandarlar diri çəkidə 2584
ton ət, 15 min ton süd,
2 milyon 956 min ədəd
yumurta istehsal ediblər.
Ötən
müddət rayonun təhsil işçiləri
üçün də
uğurlu olub. 164 məzun müxtəlif ali məktəblərə
qəbul edilib. Onlardan 14 nəfəri isə 500-dən yuxarı,
5 nəfəri 600-dən yuxarı
bal toplayıb. Kijəbə
qəsəbə tam orta
məktəbin məzunu
Fuad Quliyev 681 balla Azərbaycan Tibb Universitetinə daxil olub, Prezident
təqaüdünə layiq
görülüb. Kijəbədən müəllim Teymur
Fətullayev isə “Tərəqqi” medalı ilə təltif olunub.
Ümumtəhsil
məktəblərinin maddi-texniki
bazası ilbəil möhkəmləndirilir. Yerli büdcə hesabına Sipiyəpard kənd tam orta məktəbi təmir edilib, Suparibağ kənd tam orta məktəbi üçün
220 şagird yerlik, Əzərud və Anboba kənd ibtidai məktəbləri
üçün 80 şagird
yerlik yeni məktəb binaları tikilərək istifadəyə
verilib. Sım və Artupa
tam orta məktəbləri
üçün yeni binaların tikintisindən
ötrü hazırlıq
işlərinə başlanıb.
Rayon Mərkəzi Xəstəxanası əsaslı
təmirdən sonra mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təmin edilib. Kijəbə
qəsəbə xəstəxanası,
Artupa həkim məntəqəsində təmir
işləri aparılıb,
istilik sistemi qurulub.
Rayon mədəniyyət evinin “Sevinc” mahnı və rəqs ansamblı, uşaqlardan ibarət “Coşqun” rəqs kollektivi hərbi hissələrdə, yaşayış
məntəqələrində çıxışlar edib,
“Əvəsor” xalq kollektivi Bakıda Novruz şənliyində və Masallı şəhərində Beynəlxalq
Folklor festivalında uğurla iştirak edib. Sım kənd
mədəniyyət evinin “Şindan”
aşıqlar ansamblı respublika
müsabiqəsinin qalibi olub.
Astaralı gənclər
ənənəvi “Şahin”, “Cəsurlar”
hərbi idman oyunları və “Vətən
sərhəddən başlayır” mövzusunda
tədbirlərdə fəallıq göstəriblər.
İdmançılar respublika və beynəlxalq
miqyaslı yarışlarda 159 medal
qazanıblar.
Vətəndaşların
qəbulu, ərizə və şikayətlərə
baxılmasının daha da
yaxşılaşdırılması üçün
xeyli iş görülüb. Müraciətlərdə
qaldırılan məsələlərin vaxtında və obyektiv həlli təmin edilib.
Yerlərdə müntəzəm olaraq
keçirilən səyyar qəbullar müsbət nəticələr
verir.
Tədbirdə dönə-dönə vurğulandı ki, astaralılar bundan sonra da Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəklər. Əhalinin maddi rifah halının, məişət şəraitinin daha da yaxşılaşdırılmasına nail olunacaq, rayonun abadlaşdırılmasına bütün qüvvələr səfərbər ediləcək. Qışa hazırlıqla əlaqədar vacib işlərin hamısı görüləcək.
Ə. ƏLİYEV
Xalq qəzeti.- 2014.- 19 oktyabr.- S.10.