“Əlincəqala” tarixi
abidəsində
bərpa işləri aparılır
Dövlət
müstəqilliyinin xalqımıza bəxş etdiyi ən
mühüm nailiyyətlərdən biri də milli-mədəni
irsimizin qorunması istiqamətində həyata keçirilən
tədbirlərdir. Naxçıvan Muxtar Respublikasında
xalqımızın tarixi memarlıq ənənələrini
və zəngin mədəni irsini özündə yaşadan
tarixi abidələrin bərpası bu baxımdan mühüm əhəmiyyət
daşıyır. Bu sahədə görülən işlərin
davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən
“Əlincəqala” tarixi abidəsində bərpa işləri
aparılır.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, oktyabrın
18-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlincəqalaya gəlib, tarixi abidədə həyata keçirilən
bərpa işləri ilə maraqlanıb.
Məlumat
verilib ki, bərpa
işləri Naxçıvan Muxtar
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsinin birgə
hazırladıqları elmi-bərpa layihəsi əsasında
aparılır. Elmi araşdırmalara əsaslanan bu layihənin reallaşdırılması dünya əhəmiyyətli abidələrin
siyahısına daxil edilmiş
Əlincəqalanın milli-mədəni sərvətimiz kimi qorunub
saxlanılmasına imkan verəcəkdir.
İnşaat texnikasının yüksək səviyyəsinə,
planlaşma-məkan quruluşuna görə
Naxçıvan memarlıq məktəbinin izlərini
özündə əks etdirən qala
möhtəşəm müdafiə istehkamıdır.
Əyilməzlik və mübarizlik rəmzi
olan Əlincəqalanın hər
daşında qədim və orta əsrlər dövrü
tariximizin izləri yaşayır. Azərbaycan
Atabəylər dövlətinin dövründə burada yaşayış evləri, təsərrüfat
binaları, qalaya gedən yolların
üstündə mühafizə məqsədi ilə səngər
və bürclər tikilib. Qalanın
müxtəlif yerlərində qaya üzərində
su hovuzları qazılıb, arxlar çəkilib.
Qala divarları və yaşayış
binaları birbaşa qayanın üzərində
inşa olunduğundan
seysmik baxımdan olduqca
davamlı və təhlükəsizdir. Hazırda “Əlincəqala”nın
divarları və qalada olan
tikililər qədim milli tikinti
mədəniyyəti saxlanılmaqla bərpa olunur.
Qalanın şərq və qərb darvazaları bərpa edilərək
əvvəlki görkəminə qaytarılıb, qala istehkamlarına qədər yol çəkilib. Vaxtilə qalanın üzərində
yerləşən yaşayış binaları da təmizlənərək ilkin
forması müəyyənləşdirilib və bərpa
işlərinə başlanılıb.
Bildirilib ki, təmir-bərpa
işləri zamanı qalada yaşayan insanların həyat tərzini
özündə əks etdirən xeyli
nümunələr üzə çıxarılıb. Bunlar Ali Məclisin Sədrinin
Sərəncamına əsasən yaradılması nəzərdə
tutulan “Əlincəqala” Tarix-Mədəniyyət
Muzeyində nümayiş etdiriləcəkdir.
Muzey binası yardımçı otaqlardan və ekspozisiya
zalından ibarət olacaqdır.
Muzey binasının yerləşəcəyi əraziyə baxan Ali Məclisin Sədri
tikinti işlərinin keyfiyyətlə
aparılması, muzeyin eksponatlarla
yanaşı, burada aparılan tədqiqat
işlərinə aid müxtəlif kitablar, qəzetlər və fotoşəkillərlə
zənginləşdirilməsi, bərpa zamanı qalanın tarixi görkəminin qorunması, eləcə də tarixçi
alim və tədqiqatçıların
fikirlərinin nəzərə alınması barədə müvafiq tapşırıqlar verib.
Xalq
qəzeti.- 2014.- 19 oktyabr.- S.7.