Dövlət müstəqilliyimizin
bərpasından sonra
həyata keçirilən iqtisadi-siyasi islahatlar
nəticəsində ölkəmiz tarixi nailiyyətlər
qazanmışdır
Hər
dəfə 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi
Gününün növbəti ildönümü
yaxınlaşanda yadımıza düşən ilk məqamlar
xalqımızın yüz illərdən bəri həsrətində
olduğu dövlət müstəqilliyinə
qovuşmaq üçün qalxdığı milli azadlıq
hərəkatı, bu hərəkatı hələ “beşikdə
ikən boğmaq” istəyən imperiya siyasətçilərinin
Bakını al qana qərq etməsi və həmin faciədən
sonra gözü qorxmuş xalqa dayaq duran bir liderin
nümayiş etdirdiyi qətiyyət və mərdanəlik
olur.
Tarix boyu yaddan
çıxmayacaq məqamlardır. Xalqların azadlıq istəyinin
boğulmasından başqa, Kremlin milli ayrı – seçkilik siyasəti də əhalini təngə
gətirmişdi. Digər respublikalarda narazılıq yaradan
məsələlər bu iki
səbəbdən idisə, Azərbaycan xalqını bundan başqa ermənilərin
ərazi iddiaları da hədsiz dərəcədə
narahat edirdi. Ona görə
də millət meydanlara tökülmüş,
öz haqqını tələb etməyə
başlamışdı. Moskva buna dözə bilmədi və Azərbaycan xalq hərəkatını birdəfəlik susdurmaq üçün
1990-cı il yanvarın 20-də
Bakını gülləbaran etdi. Xalq bir günlük də olsa sındırıldı. Ancaq
tarixin bütün
dönəmlərində olduğu kimi, həmin gün də
Azərbaycan xalqının xilaskarı tapıldı. Mixail Qorbaçovun
paxıllığı üzündən Moskvada
ev dustağı kimi yaşayan ulu öndər
Heydər Əliyev faciənin ertəsi günü
SSRİ paytaxtındakı Azərbaycan nümayəndəliyinə
gələrək Kremlin milli
ayrı—seçkilik prinsiplərini və qaniçən siyasətini
lənətləyən bəyanatla çıxış etdi. Məhz həmin bəyanat Azərbaycan
xalqının azadlıq hərəkatına dönməzlik və
qətiyyət gətirdi.
Beləliklə, Azərbaycan
1991-ci il oktyabrın 18-də ikinci dəfə öz
müstəqilliyinə nail oldu. Ancaq bədxahlarımız
güclü idilər. Bundan
başqa müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik
edən siyasətçilərin hamısı diletantlardan
ibarət idi. Odur ki, biz ikinci
dəfə öz dövlət müstəqilliyimizi
itirmək qorxusu ilə üz-üzə
qalmışdıq. Xalq bu
məqamda da ulu
öndərin siyasi müdrikliyinə, idarəçilik
təcrübəsinə və beynəlxalq aləmdəki nüfuzuna müraciət etmək qərarına
gəldi. Heydər Əliyevin Naxçıvandan
Bakıya dəvət olunması və xalqın heç bir səsini
cavabsız qoymayan böyük
dövlət xadiminin paytaxta
qayıtması təkcə xalqa nicat gətirmədi, həm də uçurumun bir
addımlığında olan müstəqilliyimizi
növbəti dəfə itirilmək təhlükəsindən
xilas etdi.
1994-cü il mayın 27-də, Azərbaycanın İstiqlal bayramına — Respublika
Gününə həsr olunmuş təntənəli
yığıncaqda nitq söyləyən
böyük xilaskar xalqa müraciət edərək demişdi: “Bu
ağır vəziyyətdən çıxmaq üçün 1918-1920-ci illərdə Azərbaycan
Demokratik Respublikasının fəaliyyətində
olmuş proseslərdən ibrət dərsi
götürməliyik. Çünki o, bizim üçün
çox əyani bir
ibrət dərsidir və biz bunu mütləq etməliyik. Azərbaycan
müstəqilliyini təmin etmək üçün
gərək öz daxili
imkanlarını möhkəmləndirsin. Gərək Azərbaycan
xalqı daha da sıx
birləşsin...”
Eyni zamanda, ulu öndər ölkədə yaşanan məşəqqətlərə və
məhrumiyyətlərə işarə edərək xatırladırdı ki, həyatımızın çətinliyinin
əsas səbəbi respublikamızın müharibə şəraitində
olmasıdır. Heydər Əliyev çox qısa müddətdə həm
xalqın dövlət ətrafında sıx birləşməsinə
nail oldu, həm də
müharibənin uzunmüddətli atəşkəslə əvəzlənməsinə.
Beləliklə, gənc müstəqil Azərbaycan
Respublikasının qüdrətli bir
dövlətə çevrilməsi istiqamətində
mühüm addımlar atıldı.
Xalqın böyük dəstəyi ilə
bütün layihələrini
reallaşdıran ümummilli lider, sözün həqiqi
mənasında, qüdrətli bir Azərbaycan
dövlətinin yaradılmasına nail oldu. Bu, bir xoşbəxtlikdir ki,
Azərbaycan xalqı ulu öndərin qurub əbədiləşdirdiyi dövlətin
sükanını məhz o böyük siyasət dahisinin
ən layiqli davamçısı olan cənab İlham
Əliyevə etibar etdi.
Bu
gün hamı görür
ki, müstəqil Azərbaycan dövləti
son on bir
ildə Prezident İlham
Əliyevin rəhbərliyi ilə öz
inkişafının keyfiyyətcə yeni,
daha möhtəşəm mərhələsini
yaşayır. Əsası ulu öndərimiz
Heydər Əliyev tərəfindən qoyulmuş
müdrik siyasi kursun uğurlu davamı olan bu mühüm mərhələ
müasir tariximizə haqlı olaraq yeni parlaq
epoxa, İlham
Əliyev epoxası kimi daxil
olub. Yeni minilliyin, XXI əsrin əvvəllərindən
başlayaraq Prezident İlham Əliyevin qüdrətli əlləri
ilə Azərbaycan tarixinin yeni şanlı səhifələri
yazılır. Bu baxımdan başa çatmaqda olan 2014-cü il siyasi və tarixi hadisələrlə
xüsusilə əlamətdardır. Bu il
sentyabrın 20-də Bakıda “Cənub” qaz
dəhlizinin — qlobal strateji
enerji layihəsinin təməli qoyulub, Ələtdə Yeni
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin Bərə terminalı
istifadəyə verilib, ölkəmiz
növbəti dəfə artıq ənənə
halını almış Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edib.
Azərbaycan sivilizasiyaların mərkəzi, dünya
səviyyəli siyasi, iqtisadi,
mədəni və idman tədbirlərinin
mərkəzi rolunda çıxış
edir.
Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram
xarakretli nitqində bu
məsələlərə də böyük
önəm verib: “Baxın, Bakıda nə
qədər böyük, mötəbər
idman yarışları, forumlar,
Humanitar Forum,
Sivilizasiyalararası Dialoq Forumu
keçirilir. İndi
Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos
Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir,
yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar
keçirilir. Bu, təsadüfi
deyil. Bu, ölkəmizin
inamlı inkişafının təzahürüdür... Gələn
il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat
Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə
“Formula-1” yarışı keçiriləcəkdir. Bu da dünya
miqyasında, hətta futbol üzrə dünya çempionatından daha
böyük maraq doğuran bir
yarışdır. Bu da
Bakıda keçiriləcək. 2017-ci ildə İslam
Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə
futbol üzrə Avropa
çempionatı keçiriləcəkdir... Budur,
Bakının səviyyəsi və budur, bizim gördüyümüz
işlərin nəticəsi”.
Bu gün müstəqil
Azərbaycan dövləti dünyada nüfuz sahibidir, həyata
keçirilən bəşəri miqyaslı qlobal
layihələrin təşəbbüskarı və
icraçısı rolunda
çıxış edir. Bu
gün dünyada,
xüsusən də bölgədə gedən proseslərdə
ölkəmizin təsir imkanları kifayət qədər genişdir. Azərbaycanın
razılığı olmadan bölgədə
istər siyasi, istər də iqtisadi layihələri reallaşdırmaq qeyri-mümkündür. Bu,
ulu öndərimiz Heydər Əliyev müdrik siyasi kursunun son on
bir ildə Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət və məzmunda uğurla davam və inkişaf etdirilməsinin təzahürüdür.
Müstəqillik
ideallarımıza böyük sədaqət hissi
ilə yanaşan dövlət
başçımızın yürütdüyü
uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli
maraqlarının maksimum dərəcədə
təmin olunmasına yönəlib. Həm ölkə daxilində
gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri
ilə ikitərəfli və çoxformatlı əlaqələrinin
daim genişlənməsi deməyə əsas
verir ki, indiyədək
aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. 2013-cü ildə keçirilən
prezident seçkilərində cənab İlham Əliyevin növbəti dəfə
seçicilərin böyük əksəriyyətinin
səsini qazanaraq dövlətimizin
başçısı seçilməsi
xalqımızın alternativi olmayan bu müdrik siyasi kursa sadiqliyinin
parlaq təcəssümüdür.
Prezident İlham Əliyevin bu
siyasi kursu inamla davam etdirməsi
ölkəmizə dünya
iqtisadiyyatına inteqrasiya yolunda
uğurla addımlamağa, müxtəlif
beynəlxalq maliyyə və iqtisadi institutlarla əməkdaşlığı daim genişləndirməyə, Azərbaycanın
digər dövlətlərlə olan
çoxsaylı dünya və regional əhəmiyyətli qlobal
məsələlərdə
maraqlarının tarazlığının
saxlanılmasına imkan vermişdir.
Azərbaycan Prezidenti İlham
Əliyev dövlət müstəqilliyinin bərpasının
əhəmiyyətindən və qısa müddətdə
görülən möhtəşəm işlərdən
danışarkən deyib: “1993-2003-cü
illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi
tarixdə qalacaqdır. Çünki məhz
o illərdə həm
dövlətçiliyin əsasları qoyuldu,
Azərbaycan dövləti quruldu, 1995-ci
ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji
əsasları qoyuldu və bu gün də ölkəmizin
əsas ideoloji şüarı Azərbaycançılıq
məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən
qoyulan bu əsaslar bu gün Azərbaycan
xalqına yol göstərir. Məhz o illərdə bazar
iqtisadiyyatı prinsiplərinə müraciətimiz öz konkret nəticəsini
verməyə başlamışdır. Bu
gün Azərbaycan iqtisadiyyatı tam bazar iqtisadiyyatı
prinsipləri əsasında idarə olunur...
Ölkəmiz üçün ən
çətin, həlledici anlarda ulu öndər Heydər Əliyev Azərbaycanın
rəhbərliyinə gəlmiş və ölkəmizi bu ağır vəziyyətdən
çıxara bilmişdir. Ulu öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı verdiyi qərarlar bu gün də aktuallığını itirmir. Senzuranın ləğvi, Azərbaycanın
beynəlxalq təşkilatlara inteqrasiya
siyasəti və bu səpkidə digər
addımlar bu gün də
bizim inkişafımızın əsas
istiqamətlərini müəyyən edir”.
Ulu öndərimiz Azərbaycanın siyasi, sosial-iqtisadi məsələləri
ilə yanaşı, elmin və təhsilin
inkişaına da xüsusi
diqqət və qayğı ilə yanaşıb. Xüsusən də müstəqillik illərində milli
təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın
gələcək uğur modelinin
əsasını formalaşdıran başlıca amil kimi gündəmə
gətirilib. Son illər 3 minə yaxın yeni
məktəb insa olunub,
köhnələri əsaslı təmir edilərək müasir tələblər səviyyəsində
yenidən qurulub.
Direktoru olduğum Səbail
rayonundakı 6 saylı tam orta
məktəb Bakının ən nümunəvi təhsil
ocaqlarındandır. Bu məktəbin çox böyük tarixi, böyük ənənələri
vardır. Ancaq məktəbin binası
köhnəlmişdi və yeni binanın
tikintisinə ehtiyac var
idi. Prezident cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın diqqət və qayğısı sayəsində
məktəbimiz yenidən inşa edildi və hazırda tikilmiş
bina dünya
standartlarına cavab verir.
Eyni zamanda, məktəbin
sahəsi də iki dəfədən çox genişləndirilmişdir.
Böyük qürur və sevinc hissi ilə qeyd etmək istəyirəm ki,
Azərbaycan Prezidenti İlham
Əliyev də məhz bu məktəbdə
təhsil almış və yeniyetmə illərini bu doğma kollektivdə keçirmişdir. Şadıq ki, məktəbimizin yenidənqurmadan sonra açılışında Prezident İlham Əliyev
də iştirak etmişdir. Dövlətimizin
başçısı xüsusi qeyd edib ki,
bu məktəb onun üçün
doğma və əzizdir və böyük
tarixə malik olan 6
saylı məktəbin yeni həyata
başlaması onu çox
sevindirir.
Qürur hissi duyuruq ki,
müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq.
Bugünkü davamlı inkişafın,
ölkəmizin siyasi və iqtisad qüdrətinin canlı şahidləriyik.
Qəti əminliklə söyləyə bilərik ki, Azərbaycanın suverenliyi
əbədidir və bunu bizlərə bəxş
edən müdrik siyasi
kursa həmişə sadiqik.
Gülşən ORUCOVA,
Bakının Səbail rayonundakı T.
İsmayılov
adına 6 saylı tam orta məktəbin direktoru,
Əməkdar müəllim
Xalq
qəzeti.- 2014.- 21 oktyabr.- S.9.