Azərbaycan tarixi və siyasətşünaslıq
elminin böyük nailiyyəti
AMEA Fəlsəfə
və Hüquq İnstitutunda keçirilən “dəyirmi masa”nın iştirakçıları akademik Ramiz
Mehdiyevin erməni saxtakarlığını təkzibolunmaz
elmi dəlillərlə ifşa edən “Dağlıq
Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərini
belə dəyərləndirdilər
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
Moskvada rus dilində çapdan çıxmış
“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş
tarix” əsərinin AMEA-nın Fəlsəfə və
Hüquq İnstitutunda geniş müzakirəsi
keçirilmişdir. Bu dəyərli monoqrafiyanın məziyyətlərindən
danışan alimlər—filosoflar, hüquqşünaslar və
digər mütəxəssislər qeyd etmişlər ki,
“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş
tarix” kitabı tariximizə və siyasətşünaslığımıza
sanballı töhfə olmaqla yanaşı, Azərbaycanın
qarşılaşdığı problemlə bağlı əsl
həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması baxımından da mühüm əhəmiyyət
kəsb edir. Müzakirə zamanı məruzə
və çıxışlarda səslənən bəzi
fikirləri oxucuların diqqətinə təqdim edirik.
İlham
MƏMMƏDZADƏ,
Fəlsəfə
və Hüquq İnstitutunun
direktoru,
fəlsəfə elmləri doktoru:
— Dağlıq Qarabağın tarixinin ciddi surətdə
araşdırılması problemi bizim üçün
çox aktual və vacibdir. Onun elmi, siyasi, beynəlxalq-hüquqi
və kulturoloji
aspektləri vardır. Amma müasir
tarixi şəraitdə, xüsusilə, söhbət bu
mövzunun ciddi tarixi mənbələr əsasında tədqiqindən
gedərkən, onun aktuallığı və əhəmiyyəti
dəfələrlə artır. İlk növbədə,
ona görə ki, 2015-ci il aprel
ayının 24-də qondarma “erməni
soyqırımı”nın 100 illiyi gözlənilir. Digər tərəfdən,
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə
münasibəti dəyişə də bilər. Bu məqamlar həmin məsələdə bizim fəallaşmağımızı
tələb edir. Dağlıq Qarabağ münaqişəsi
haqqında erməni uydurmalarına qarşı əsaslandırılmış,
inandırıcı sənədlərdən istifadə etməklə
hücum mövqeyindən aktiv təkzibetmə strategiyası həyata
keçirilməlidir. Bu kontekstdə Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
Moskvada rus dilində yenicə çapdan
çıxmış “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” əsəri tam vaxtında ərsəyə gəlmiş
oldu.
Əslində, hörmətli Ramiz Mehdiyev tarixin uzaq
keçmişdən bu günə qədər böyük bir
dövrünü əhatə edən tarixi və siyasi-
hüquqi sənədlərə əsaslanaraq, ermənilərin
gətirdiyi dəlillərin əksəriyyətinin uydurma
olduğunu sübut edir. O, haqlı olaraq yazır ki, “bu kitabda
çoxsaylı mənbələrdən istifadə
edilmişdir. Bununla
oxucuya müstəqil
olaraq nəticələr çıxarmaq və öz şəxsi
rəyini formalaşdırmaq üçün imkan
yaradılır. Bundan başqa, bu gün geniş elmi təbəqələrdə
mövcud olan bir rəyin — guya, çoxsaylı qədim qaynaqların, bu regionun avropalı,
rus tədqiqatçılarının ermənilərin tarixi
konsepsiyasının və deməli,
Azərbaycana qarşı ərazi iddialarının əsaslı
olduğunu təsdiq etdiyi barədə fikrin səhv olduğunu göstərmək məqsədilə
əsas diqqət erməni və
xarici məxəzlərə cəlb edilir.”
Kitabın rus dilində
yazılmasının çox böyük əhəmiyyəti
var. Bizdə olan məlumata görə, əsərin ingilis
versiyası da nəşrə hazırlanır. Belə bir dəyərli
əsərin müxtəlif dillərdə nəşri, təbii ki, onun
oxucularının əhatə dairəsini də genişləndirər. Amma ən başlıcası budur ki, kitabda
düşmənin böhtan və iftiralarına sanballı
cavablar verilir.
Akademik Ramiz Mehdiyev vurğulayır ki, “Azərbaycanın
Dağlıq Qarabağ ərazilərinin işğalı
müxtəlif mədəniyyətlərə aid olan və fərqli
sosial-iqtisadi şəraitdə yaşayan iki dövlətin — Azərbaycan və
Ermənistanın dinc yanaşı yaşama problemini meydana
çıxarır”. Bu zaman o, həm də qeyd edir ki, Prezident
İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın
inkişafı Ermənistanın regional layihələrdən
təcrid edilməsi nəticəsində iki ölkə
arasında yaranmış
“böyük sosial-iqtisadi fərqi” artırır. Azərbaycan gələcək onilliklər
üçün strateji inkişafını
planlaşdırdığı halda, Ermənistan yalnız
“sağ qalmağa” çalışır. İlk baxışdan, Ermənistana öz
işğalçı planlarından imtina etmək
lazımdır, amma bu, onun elitasının
inadkarlığı üzündən baş vermir.
Onu da qeyd
etmək lazımdır ki, əsərdə möhtərəm akademik Dağlıq Qarabağ
problemini multifənli (çoxistiqamətli) yanaşma
kontekstində nəzərdən keçirir: bu, ona görə
vacibdir ki, onu yalnız tarixçilər deyil, həm də
siyasətçi, ictimaiyyətçi və
iqtisadçılar da oxuyurlar. Məsələ
bundadır ki, iki ölkə arasındakı münaqişə
yalnız çoxistiqamətli tədqiqatlar prizmasından
başa düşülə bilər. Müəllif əsərdə
çox dəqiq olaraq qeyd edir ki, “keçmişin bəzi
hadisələrinə fərqli
yanaşma, tarixin aşkar və gizli şəkildə
saxtalaşdırılması, prosesin dərk olunmasına
seçici münasibət ümumi mənzərəyə
qarışıqlıq salır, informasiya istifadəçilərini səhv
yola sürükləyir. Məntiqin hər nöqtəsinə,
mövzunun ardıcıl araşdırma qanunlarına əməl etmə,
istisnasız olaraq, bütün suallara cavabların
axtarılması materialın təhlili üçün ən
səmərəli, məntiqli və məqbul
metodologiyadır”.
Ramiz müəllimin ermənilərin
mifyaradıcılığı haqqında dərin məzmunlu
məqaləsinin dərc olunduğunu, onun nəzəri əsaslarının
ifşa edildiyini yada salsaq, aydın olur ki, bütün
problematikanın bu cür dərki erməni tarixi ideologeminə, onların
münaqişənin həllində mənafe və mövqelərinin
üstünlük təşkil etməsi iddialarına ciddi zərər
vurur.
“Dağlıq Qarabağ:
məxəzlərdən oxunmuş tarix” kitabı müəllifinin
mövqeyində daha bir məqamı da vurğulamaq
istərdim: zənnimizcə, bu əsər metodoloji baxımdan
da çox əhəmiyyətlidir. Bir
çoxları əmindir ki, münaqişə hər cür
yanaşmaya haqq qazandırır. Amma bu, heç də
belə deyil, çünki, möhtərəm akademikin fikrincə, əsl
elmi yanaşma “... qərəzsizlik, obyektivlik prinsipinə” əsaslanmalı,
“...dövlətlərarası münaqişənin ilkin şərtləri
haqqında tam təsəvvür yaratmalı və dövlətlərarası
münaqişəni izah etməli, problemin
peripetiyalarını (gözlənilməz dəyişikliklərini)
anlamaq istəyən hər kəsə kömək etməlidir.
Hər hansı bir seçicilikdən imtina edərək,
külli miqdarda tədqiq edilməmiş hadisə və şərtləndirilmiş
qeyri-müəyyənliklər, anlaşılmazlıqlar sahəsində
son nöqtəni qoymaq vacibdir.
Qeyd etmək lazımdır ki, kitab oxucunu
tədqiq olunan problemlər üzərində
düşünməyə vadar edir. Əsər konkret
münaqişənin, bütövlükdə siyasi
münaqişələrin tarixi araşdırma
metodologiyası üzrə tükənməz bir mənbədir. Eyni zamanda, bu
sanballı tədqiqat alimin vətəndaş olaraq, hansı mövqe
tutmalı olduğunu aydın göstərir.
Bütün bu deyilənlərdən
çıxış edərək diqqəti ona yönəltmək
istərdim ki, biz 2015-ci il 24 aprel ərəfəsində erməni alimlərin Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı bütün
iftiralarının elmi və obyektiv ifşası
üçün səylərimizi artırmalı, öz
mövqeyimizin dünya ictimaiyyətinə
çatdırılması üzrə fənlərarası
qruplar yaratmalıyıq.
Rəfiqə
ƏZİMOVA,
sosiologiya
və sosial psixologiya şöbəsinin müdiri,
fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi:
— “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” fundamental əsəri, demək olar ki, bugünə
qədər bu münaqişə ilə bağlı
yazılan məqalə və kitabların fəlsəfi
ümumiləşdirməsidir.
Əsərdə ideoloji, etnipsixoloji, kulturoloji və tarixi aspektlərin
irimiqyaslı təhlili verilmişdir. Səbəb-nəticə
motivasiyalarının bitkin konfiqurasiyası, faciəvi
toqquşmaların yaranmasında mühüm rol oynamış
ilkin zəminlər geniş şəkildə
açıqlanmışdır.
Müəllif ilkin mənbələr əsasında
“Böyük Ermənistan” haqqında mifin reinkarnasiyasına
yönəlmiş məqsədyönlü siyasi-dini aləti məharətlə
açıqlaya bilmişdir. Bu fundamental əsərdə
istifadə olunan sənədlər, yazışmalar oxucu üçün
açıq-aydın sübut edir ki, Ermənistanın məqsədi
Qarabağı min cür hiylə ilə, nəyin bahasına
olursa—olsun mənimsəməkdir.
Akademik Ramiz Mehdiyevin əsərində sübuta ehtiyacı olmayan sənədlər
əsasında iki əsrdən çox dövrü əhatə
edən, bəzən faciəli, bəzən də, müəllifin
dediyi kimi, “səssiz ekspansiya” siyasətçilərinin fanatik
ambisiyaları əsaslı şəkildə
açıqlanır.
Bu elmi əsərdə toplanan mənbələr istər-istəməz
oxucunu şəffaf şəkildə belə bir nəticəyə
gətirib çıxarır: Xalqın marağından, onların
taleyindən uzaq olan şöhrətpərəst və ambisiyalı erməni siyasətçiləri
iki xalqı üz-üzə qoyaraq,
düşmənə
çevirməyə daim cəhd göstərmişlər.
Akademik Ramiz Mehdiyevin müzakirə olunan əsəri erməni
ideoloqların şovinist siyasətinin bu gün də davam etməsinin nə
dərəcədə təhlükəli
və gözlənilməz fəlakətlərə gətirə
biləcəyini açıq şəkildə göstərir.
Bu fundamental əsər oxucunu təkcə mənbələrlə
tanış etmir, müəllif həmçinin tarixi təhrif edən, fanatizmə uğramış siyasətçilərin
müasir dövrdə dünya üçün həddən
artıq təhlükəli olmasını məharətlə
göstərmişdir. Çoxsaylı ilkin mənbələrin
təhlili, həm də oxucuya belə düşünməyə
əsas verir ki, tarixin kəşməkəşli, faciəli
yollarını çox vaxt üzdəniraq siyasətçilərin fanatik ideyaları müəyyənləşdirir.
Akademik Ramiz Mehdiyevin müzakirə etdiyimiz
“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş
tarix” kitabındakı dərin araşdırmaları gələcəyə
bir xəbərdarlıqdır: Xalqları bir-birilə
toqquşduran rasist düşüncəli siyasətçilərin
fəaliyyəti
bu gün beynəlxalq təşkilatlar tərəfindən
dayandırılmalıdır. Zəmanəmizin
çağırışlarından biri və əsas məğzi
bundan ibarətdir. Bu mənada akademik Ramiz
Mehdiyevin kitabı Azərbaycan Respublikasının xarici siyasətilə
bağlı dərin strateji əhəmiyyətə malik
çox dəyərli əsərdir.
Bəhram
ZAHİDOV,
institut
direktorunun elmi işlər üzrə müavini,
hüquq
elmləri doktoru, professor:
— Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” monoqrafiyası nəinki Azərbaycanın,
ümumiyyətlə, Qafqazın tarixində yeni və
böyük bir hadisədir.
Ermənilərin ərazi iddiaları və
Azərbaycan türklərinə qarşı genosid siyasətinin
tarixi uzun illərdir ki, xalqımızı və sülhsevər
insanları ciddi narahat etməkdədir. Heç kimdə şübhə yoxdur ki,
Dağlıq Qarabağ münaqişəsi erməni
ideoloqları və onların havadarları tərəfindən
uydurulmuş və mif səciyyəsi daşıyan tarixi
yalanlar üzərində qurulmuşdur. Bununla
belə, qeyd edilməsi zəruridir ki, artıq dərin kök
atmış və geniş yayılmış bu tarixi
yalanları elmi cəhətdən ifşa etmək o qədər
də asan məsələ deyil. Bütün bu çətinliklərə
baxmayaraq, bu məsuliyyətli missiyanı, nəhayət ki,
böyük uğurla yerinə yetirmiş akademik Ramiz Mehdiyevin
bu sahədəki yorulmaz elmi fəaliyyəti, heç
şübhəsiz, ən yüksək qiymətə layiqdir.
Görkəmli filosof, akademik Ramiz Mehdiyevin
bu mövzuya yenidən qayıdışı təsadüfi
hesab edilə bilməz. Əslində, bu,
qanunauyğun və məntiqi bir nəticə kimi qiymətləndirilməlidir.
İxtisasca tarixçi olan, filosof, akademik Ramiz Mehdiyevin
yaradıcılığında bu mövzu aparıcı mahiyyət
daşıyır. Onun dərin elmi məzmunu, müdrik
mühakimələri ilə səciyyəvi olan “Azərbaycanlılara
qarşı soyqırımı gerçəklikləri”, “XX əsrin
sonunda millətlərarası münasibətlər”,
“İctimai və humanitar elmlər: zaman kontekstində
baxış”, “Gorus—2010: absurd teatr mövsümü” və digər
əsərlərində, məqalə və
çıxışlarında Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ciddi araşdırmalar
aparılmış və dəyərli təkliflər irəli
sürülmüşdür. Lakin etiraf edilməlidir ki,
akademikin sonuncu kitabı —"Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" əsəri bir institut kollektivinin görə
bilmədiyi, son dərəcə şərəfli və məsuliyyətli
bir işi böyük uğurla başa
çatdırmışdır.
Erməni yalanlarını ifşa etmək
üçün müasir elmi metod və metodologiyalardan
yaradıcılıqla istifadə edə bilən, yüksək elmi səviyyəsi,
güclü məntiqi, dərin fəlsəfi təhlili, bəşəri
insani keyfiyyətləri və elmi fəaliyyəti ilə
artıq dünyada tanınan akademik Ramiz Mehdiyev bu işin
öhdəsindən layiqincə gəlmişdir.
Əsər müasir elmi metodlara və
metodologiyalara yaradıcılıqla söykənən dərin
elmi mühakimələrlə zəngindir. Burada qlobal və illərlə uzanan problemin yeni və
müasir həlli yolları göstərilmişdir. Bu yol tarixi faktlara və ədalətə, beynəlxalq
hüququn hamı tərəfindən qəbul edilmiş
prinsiplərinə söykənir. Bu yol Azərbaycan
türklərini, eləcə də obyektivlik hissini hələ
itirməmiş erməniləri yüksəlişə və
iqtisadi rifaha, millətlərin və xalqların bəşəri
arzularına – əmin-amanlığa və xoşbəxtliyə
qovuşmağa olan çağırış kimi
uğurludur. Dünya tarixində olan
bütün münaqişələrin və mübahisələrin
sonunun sülhlə, ədalətlə həll edildiyini dərindən
bilən müəllifin münaqişənin kökləri barədə
iki qonşu xalqa, onun ziyalılarına və tərəqqipərvər
insanlarına təqdim etdiyi sübutlar, dəlillər
çox məntiqli və təsirlidir. Müharibədən
cana doyan, sosial—iqtisadi çətinlikdən təngə gələn
və öz
vətənlərini tərk etmək məcburiyyətində
qalan dinc ermənilərə münasibətdə isə həm
də dərin həyati və fəlsəfi mahiyyət
daşıyır.
Əsərdə Azərbaycan türklərinin
yaşadığı Qarabağ xanlığını
Çar Rusiyasına birləşdirən Kürəkçay
müqaviləsinə, sonra isə Gülüstan və
Türkmənçay müqavilələrinə xüsusi yer
ayrılması da dərin elmi səciyyə
daşıyır. Bu da onunla əlaqədardır
ki, məhz bu müqavilələr Qafqazda köklü dəyişikliklərin
əsasını qoymuşdur. Bu müqavilələrdən
sonra böyük dövlətlər, xüsusilə Çar
Rusiyası gələcəkdə İrana və Türkiyəyə
qarşı müharibələrdə dayaq və həm də
seperatçı qüvvə kimi öz xeyrinə istifadə
etmək üçün ermənilərin Cənubi Qafqaza məqsədli
şəkildə köçürülməsinə əlverişli
imkan yaratmışdır. Bu gün mübahisə
predmetinə çevrilmiş Qarabağ əraziləri,
Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilərkən,
müqavilənin bir tərəfi Qarabağ xanı,
şuşalı İbrahim xan, digər tərəfi isə
İmperatorun səlahiyyətli nümayəndəsi Pavel
Sisyanov tərəfindən imzalanmışdır. Həmin vaxt Qarabağda, ümumiyyətlə, ermənilər
olmamışdır. Hətta, olsa belə, onların
sayı son dərəcə az olmuşdur.
Bu və digər çoxsaylı faktlarla, xüsusilə ermənilərin
özü tərəfindən tərtib edilmiş mənbələr
əsasında onların yerli
deyil, məhz yuxarıda göstərilən müqavilələr
bağlandıqdan sonra Qarabağa köçürülməsi
“Ermənilərin Cənubi Qafqaza miqrasiyası” fəslində
mükəmməl və mübahisəsiz qaydada sübuta
yetirilmişdir. Bu da onu göstərir ki,
Qarabağda “ermənilərin ən qədim yerli əhali” kimi
təqdim edilməsinə dair erməni ideoloqlarının illər
uzunu irəli sürdükləri müddəalar tamamilə
uydurma və yalandır. Hətta “erməni”
adı belə oğurlanmış, tarixi abidələrimizin
erməniləşdirilməsi və
xristianlaşdırılması məqsədli mahiyyət
daşımışdır. Əsərdə “tarixin
atası” hesab edilən Heredota, onlarca qədim roma, yunan, erməni,
rus, ingilis mənbələrinə istinad edilərək, ermənilərin,
ümumiyyətlə, Asiya qitəsinin yerli əhalisi
olmadığı və hətta onların kimmerlərin təzyiqi
altında Balkan yarımadasından Kiçik Asiyaya
köçdükləri sübuta yetirilmişdir.
Əminliklə demək olar ki, əslində,
sülhə çağırış mahiyyəti
daşıyan bu əsər, erməni
separatçılarının və ideoloqlarının tarix
qarşısında mütləq cəza alacaqlarına
böyük ümid yaradır. Belə qiymətli əsəri
ərsəyə gətirən müəllif Dağlıq
Qarabağ münaqişəsinin elmi mahiyyətini dərindən,
obyektiv və ədalətli açdığına görə
ən yüksək
tərifə layiqdir.
Bütün
bunlarla yanaşı, bir sıra təklifləri də irəli
sürmək istərdim. Hesab edirəm ki, əsər
erməni dilinə tərcümə edilməli, həmin kitab
erməni saytlarında və mətbuatında geniş
işıqlandırılmalıdır. Əsər,
həmçinin, dünyanın aparıcı dillərinə
tərcümə edilməli, beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmalıdır. Azərbaycan türklərinə
qarşı həyata keçirilən genosidin tarixi və nəticələri,
erməni terrorunun tarixi, xronologiyası və nəticələri,
erməni kilsəsinin tarixi, onun separatçılıqda və
terrorçuluqda rolu, tarixi abidələrimizə, mədəniyyətimizə,
musiqimizə, dinimizə və digər milli sərvətlərimizə
qarşı erməni vandalizminin tədqiqatlara cəlb edilməsinə
də zərurət vardır. Bununla əlaqədar
olaraq tədqiqat mərkəzlərinin yaradılması
vacibdir.
Rəna
MİRZƏZADƏ,
politologiya və siyasi sosiologiya şöbəsinin
müdiri,
fəlsəfə elmləri doktoru:
— Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tarixindən, onun ən dərin köklərindən
bəhs edən “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” əsəri elmdə günümüzün əhəmiyyətli
hadisəsidir.
Müstəqil Azərbaycan tarixinin yenidən
yazılması təşəbbüsü ümummilli lider
Heydər Əliyev tərəfindən irəli
sürülmüşdür. Hazırda
Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Azərbaycan tarixinin qaranlıq səhifələrinin
aşkarlanması sahəsində son illərdə
mühüm işlər görülür. Məhz bu baxımdan akademik Ramiz Mehdiyevin bu əsəri
milli ictimaiyyətşünaslıq elmində irəliyə
atılan yeni bir addım kimi çox dəyərlidir və
mütəxəssislər üçün əhəmiyyətli
mənbədir.
Əsərdə münaqişənin
antik dövrdən bu günümüzədək meydana
çıxma səbəblərini açıqlayan, həmçinin
Dağlıq Qarabağ torpaqlarının Azərbaycana mənsubluğunu
səhih əks etdirən çoxsaylı müxtəlif tarixi
mənbələrə istinad olunur. Müəllifin
dili ilə desək, müasir insan üçün
keçmiş nəsillərin tərbiyə olunduğu miflər
dövrü yoxdur.
İyirmi beş fəsildən ibarət
olan bu fundamental əsərdə tarixi sənədlər əsasında
təkzibedilməz faktlar ortaya çıxarılır,
Dağlıq Qarabağ probleminin meydana gəldiyi ictimai-siyasi
şəraitin elmi izahı verilir. Bütövlükdə,
əsər bu problemin qədim dövrlərdən bu günədək
olan tarixini əks etdirir və ilkin mənbələrə əsaslanaraq,
əsl həqiqətləri oxucuya çatdırır. Kitabda tarixi, hüquqi, siyasi motivli sənədlər
xronoloji ardıcıllıqla verilir. Əsər
Dağlıq Qarabağ münaqişəsinin artıq
müharibəyə çevrildiyi bir məqamda beynəlxalq
erməni terror təşkilatlarının bu işdə
iştirakına da diqqəti cəlb edir.
Monoqafiyada antik və orta əsrlər
dövrünə aid çoxsaylı məxəzlər, həmçinin
yeni və müasir dövrün sənədləri əsasında
Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə
bu əraziyə yalnız XIX əsrin əvvəllərində
gəlməsi göstərilir. Lakin bu ərazilərə
iddialı olan ermənilər işğal etdikləri
Dağlıq Qarabağ regionundakı abidələri kütləvi
şəkildə məhv edir, bununla da tarixi
saxtalaşdırmağa cəhd göstərirlər.
“Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” əsərinin diqqət çəkən məziyyətlərindən
biri də odur ki, burada siyasi-fəlsəfi cəhətdən
tarixə istinadən elmi ümumiləşdirmələr
aparılır. Bu mənada kitab Azərbaycan
ictimai elmində mühüm nailiyyət hesab edilməlidir.
Azərbaycan siyasi-tarixi gerçəkliklərinin
Moskvada - rus dilində çap olunması, oxucu
auditoriyasının genişlənməsi isə əsərin
elmi əhəmiyyətini daha da artırır. Çünki milyonlarla rusdilli oxucuya təqdim edilən
bu kitab Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri
barədə əsl həqiqətləri daha geniş
auditoriyaya çatdırır.
Akademik Ramiz Mehdiyev siyasi prosesləri dərindən
bilən tədqiqatçı - alim olmaqla yanaşı, həm
də nəzəriyyəçi - filosofdur. O, vətəndaşlıq
mövqeyindən yazılmış bu əsərində siyasətşünas
- filosof kimi çıxış edərək, öz
tutarlı fikirlərini faktlarla təsdiq edib. Kitab,
eyni zamanda, alimin elmi-nəzəri və fəlsəfi
ümumiləşdirmələri baxımından Azərbaycan
siyasətşünaslıq elminin böyük nailiyyətidir.
Əsər həm də milli siyasətşünaslıq
elminin ayrı-ayrı dövrlərinin öyrənilməsi
üçün zəruri mənbədir. Kitabın ayır-ayrı
fəsillərində münaqişənin siyasi - hüquqi mənzərəsi
verilir və ermənilərin Dağlıq Qarabağı Azərbaycandan
ayırmaq cəhdlərinin əsassız və qeyri-qanuni
olması sübuta yetirilir.
Akademik Ramiz Mehdiyevin yeni fundamental əsəri
tarixçilər, politoloqlar, ekspertlər və tədqiqatçılar
üçün dəyərli mənbə, həmçinin
Azərbaycan siyasət elminə qiymətli töhfədir. Azərbaycan
siyasətşünaslıq, regionşünaslıq, hətta
beynəlxalq münasibətlər elmi üçün dəyərli
mənbə olan bu kitab postsovet məkanının ən
uzunömürlü və qanlı münaqişəsi barədə
erməni müəlliflərinin tezislərinin
saxtalığını ifşa etməyə yönəlib və
müəllif bu məqsədinə nail ola
bilmişdir. “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” əsəri dünyanın müxtəlif dillərinə
tərcümə olunaraq yayılmalıdır. Bu yolla Azərbaycan həqiqətlərini dünya
ictimaiyyətinə olduğu kimi və hər kəsin başa
düşəcəyi dildə çatdırmaq
mümkündür.
İsaxan
VƏLİYEV,
cinayət hüququ və cinayət prosesi şöbəsinin
müdiri,
hüquq
elmləri doktoru, professor:
– Bugünkü tədbirin taleyüklü
bir məsələyə – Dağlıq Qarabağ həqiqətlərini
dərk etməkdə əvəzsiz rolu olan bir əsərin,
akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” əsərinin müzakirəsinə həsr
edilməsinin xüsusi əhəmiyyəti var.
Hamımıza yaxşı məlumdur ki,
bu, hörmətli akademikin Azərbaycan xalqını narahat edən
problemlərə həsr edilmiş silsilə əsərlərindən
biridir. Lakin qeyri-adi üslubda
yazılmış, həm də, olduqca böyük zəhmət
tələb edən bu tədqiqat hüquqşünaslar
üçün də böyük maraq kəsb edən və
onların qarşısında konkret vəzifələr qoyan
bir əsərdir. Vaxtilə F.Engels Karl Marks barəsində
demişdir ki, Karl Marksın bütün əsərlərini
bir kənara qoysaq belə, onun tarixə düşməsi
üçün bircə kəşfi – tarixə materialist
yanaşmanı elmə gətirməsi kifayət edərdi. Mən
bu sözü “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” əsərinin müəllifi akademik Ramiz
Mehdiyev haqqında da söyləyə bilərəm. Hesab edirəm ki, hətta Ramiz müəllimin
bütün digər elmi yaradıcılığını nəzərə
almasaq belə, yalnız bu əsərinə görə o,
ictimai xadim, filosof alim, vətənpərvər bir insan kimi
tarixə düşə bilər. Əsərdə ilk
növbədə diqqəti cəlb edən budur ki, müəllif
ümumelmi metodlarla yanaşı, qeyri-ənənəvi
üsullardan da geniş istifadə etmişdir.
Nədir burada qeyri-ənənəvilik? Dağlıq Qarabağla əlaqədar oxuduğum əsərlər
içərisində yeganə kitabdır ki, burada konkret
mübahisəli predmetə dair fikirlər daha etibarlı mənbələrə
əsaslanaraq, ya dəstəklənir, ya da tamamilə inkar
edilir. Konkret halda, mübahisənin predmeti olan Azərbaycan,
Dağlıq Qarabağ və Ermənistanın yerləşdiyi
ərazilərdə kimin öncədən məskunlaşması
məsələsinə aydınlıq gətirilir, Azərbaycanın
daha qədimliyini sübut edən mənbələr ortaya
qoyulur. Bu, həm də erməni tarixçilərinin
və digər əcnəbi alimlərin fikirlərinə
istinad edilməklə sübuta yetirilir. Müəllif
Dağlıq Qarabağın Ermənistana, yoxsa Azərbaycana məxsus
olması barədə tarixən mövcud olan fikirləri,
konkret sənədləri təhlil edərək hamının
razılaşa biləcəyi belə bir qənaətə gəlir
ki, nəinki Dağlıq Qarabağ, hətta bugünkü Ermənistanın
yerləşdiyi Zəngəzur və İrəvan
xanlıqlarının torpaqları da qədim Azərbaycan ərazisidir.
Dağlıq Qarabağ ərazisinin Sovetlər Birliyinin ermənipərəst
rəhbərlərinin təsiri altında dəfələrlə
Ermənistana birləşdirilməsi cəhdlərinə
baxmayaraq, Azərbaycan xalqının, beynəlxalq ictimaiyyətin
təsiri altında və ümummilli lider Heydər Əliyevin
səyi nəticəsində bu mənfur niyyət öz konkret
həllini tapmamışdır. Lakin gündəlikdən
də çıxarılmamışdır. Məqsədlərinə çatmaq
üçün isə Zəngəzurda və İrəvan xanlığı
ərazisində yaşayan azərbaycanlıların
deportasiyası prosesinə başlanılmışdır.
Burada müəllif
hüquqşünas alimlər qarşısında
araşdırılması zəruri olan bir problem də qoyur.
Əsərdə qeyd edilir: 1948-1953-cü illərdə azərbaycanlılar
Ermənistan SSR yurisdiksiyasına verilmiş torpaqları tərk
etmək məcburiyyətində qaldılar. Azərbaycanlıların
sıxışdırılması həm gizli şəkildə,
həm də hakimiyyət tərəfindən rəsmi
sanksiyalaşdırılmış formada həyata
keçirilirdi. Belə ki, 23 dekabr 1947-ci ildə SSRİ
Nazirlər Sovetinin sədri Stalin “Kolxozçuların və digər
Azərbaycan əhalisinin Ermənistan ərazisindən Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülməsi
haqqında” qərar qəbul etmişdir. Həmin qərarda
göstərmişdir ki, Ermənistan SSR ərazisindən
1948-1950-ci illər ərzində Kür-Araz
ovalığına 100000 kolxozçu və digər Azərbaycan
əhalisi köçürülsün və həmin ərazilərə
xaricdə yaşayan ermənilərin köçürülməsinə
icazə verilsin.
Tarixi mənbələrə əsaslanan
müəllif qeyd edir ki, həmin illərdə Azərbaycan
SSR-ə faktiki olaraq Ermənistandan 150000-dən artıq azərbaycanlı
deportasiya edildi. Təbii şərait nəzərə
alınmadığından, onların böyük əksəriyyəti
həyatını itirdi. Düşünürəm
ki, Ermənistanın hər bir deportasiyada soyqırımı
cinayəti əlamətləri axtardığı bir dövrdə
bu məsələyə hüquqi qiymət verilməlidir.
Keçmiş Ermənistan Respublikası və
Sovetlər Birliyinin rəhbərliyinin əməllərində
azərbaycanlılara qarşı yönəldilmiş
soyqırımı cinayəti tərkibinin
olub-olmamasını müəyyənləşdirən tədqiqat
işləri aparılmalıdır. Bu,
akademik Ramiz Mehdiyevin hüquqşünaslar
qarşısında qoyduğu həllivacib məsələlərdən
biridir.
“Problem və
hüquq” bölümündə müəllif sovet hakimiyyətinin
ilk illərindən etibarən Dağlıq Qarabağa müxtəlif
hüquqi donlar geyindirməklə xüsusi status verilməsi və
onun Azərbaycandan ayrılması cəhdlərini konkret rəsmi
sənədlərə istinad etməklə ifşa edə
bilmişdir. Məsələn, müəllif qeyd edir ki,
1923-cü ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisində
yaşayan əhalisinin yarımköçəri həyat tərzi
sürməsindən sui-istifadə edilməklə,
Dağlıq Qarabağın əhalisi elə bir dövrdə
siyahıya alınmışdır ki, bu zaman yerli Azərbaycan
əhalisinin əksəriyyəti köçdə
olmuşdur. Bunun nəticəsi olaraq, Dağlıq Qarabağda
erməni əhalisinin sayı süni şəkildə azərbaycanlıların
sayından
artıq göstərilmişdir. Nəticədə
SSRİ rəhbərliyinin təzyiqi ilə həmin ildə Azərbaycanın
ərazisi daxilində Dağlıq Qarabağa muxtar vilayət
statusunun verilməsinə nail olunmuşdur. Sonradan SSRİ-nin
1936-cı il tarixli Konstitusiyasında da
Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in ərazisinə
daxil olduğu göstərilmişdir.
Müəllifin qeyd etdiyi kimi, Dağlıq Qarabağ ərazisinin
Azərbaycana aid olmasına dair sovet dönəmində qəbul
edilmiş ali hüquqi qüvvəli sənədlərin
mövcud olmasına baxmayaraq, erməni
separatçıları bu gün də Dağlıq
Qarabağın Azərbaycandan ayrılması və Ermənistana
birləşdirilməsi istiqamətindəki niyyətlərindən
əl çəkmirlər. Maraqlısı isə
budur ki, ermənilər öz mövqelərinin
doğruluğunu sübut etmək üçün sovet
qanunvericiliyinə istinad etməyə cəhd göstərirlər.
Halbuki Dağlıq Qarabağın
özünü müstəqil elan etməsi haqqında
keçirilmiş referendumun heç bir hüquqi qüvvəsi
yoxdur. Çünki həmin referendumun
keçirilməsi nə sovet, nə də Azərbaycan
qanunlarına uyğun gəlir.
Müəllif beynəlxalq hüquq
normalarından çıxış edərək göstərir
ki, Dağlıq Qarabağ probleminin yeganə hüquqi həlli
yolu ona Azərbaycan Respublikasının ərazi
bütövlüyü prinsipini pozmadan xüsusi hüquqi
statusun verilməsindən ibarətdir. Xatırlatmaq istərdik
ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi
bütövlüyünü pozmadan yüksək statusun verilməsi
ideyası hələ ümummilli lider Heydər Əliyev tərəfindən
irəli sürülmüşdü və Lissabon sammitində
(2-3 dekabr 1996-cı il) bu ideya problemin həlli yolunun ana xətti
kimi çıxış etmişdi. Lissabon sammitində
dünya dövlətləri tərəfindən Azərbaycanın
ərazi bütövlüyünün tanınmasına və
daha sonra məsələnin həlli üçün
ATƏT-in Minsk qrupunun yaranmasına baxmayaraq, beynəlxalq təşkilatlar
indiyə qədər işğalçı erməni dövlətinin
silahlı qüvvələrinin
Dağlıq Qarabağdan çıxarılmasına və
Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına
nail ola bilməmişlər.
Dağlıq Qarabağ probleminin tezliklə
həll edilməsi həm Azərbaycanın, həm də beynəlxalq
təşkilatların marağındadır. Azərbaycan tərəfi bu problemin sülh yolu ilə
həlli istiqamətində səylərini davam etdirməkdədir.
Lakin akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, problemin həlli
üçün yeganə və əsas maneə erməni tərəfinin
proqnozlaşdırıla bilinməyən məntiqsiz siyasəti
və məsələnin həllinin mümkün qədər
yubadılması istəyidir.
Kitabı oxuduqca ona Milli Təhlükəsizlik
haqqında Azərbaycan Respublikasının Qanunu
prizmasından baxmamaq mümkün deyil. 29 iyun
2004-cü il tarixdə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanmış bu qanunun mahiyətinə görə, milli təhlükəsizlik
probleminə Azərbaycan Respublikasının milli maraqları
baxımından yanaşılmalıdır.
Sonda bəzi təkliflər irəli
sürmək istərdim. 1. “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” əsərinin müxtəlif dillərə tərcüməsi
və böyük tirajlarla çap edilməsi, eləcə də
həmin
kitabların dünyanın məşhur
kitabxanalarına göndərilməsi təmin edilsin.
2. Müasir dövrdə
qondarma “erməni soyqırımı”nın əsassızlığının
sübut edilməsi, Xocalıda və Azərbaycanın digər
ərazilərində müxtəlif dövrlərdə
törədilmiş soyqırımı faktlarına beynəlxalq
hüquqi qiymətin verilməsinə nail olunması və
Dağlıq Qarabağ probleminin həllinin hüquqi əsaslarının
işlənib hazırlanması üçün hüquqi
biliklərə böyük ehtiyacın olduğunu nəzərə
alaraq, AMEA Prezidenti yanında hüquqşünaslardan ibarət
işçi qrupu yaradılsın.
Qabil
CAMALOV,
institut
direktorunun ümumi işlər üzrə müavini:
– Müzakirəsini keçirdiyimiz
“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş
tarix” kitabı uzun illərin zəhməti sayəsində ərsəyə
gəlmişdir. Məlumdur ki, akademik Ramiz
Mehdiyev SSRİ-nin süqutu zamanı öz istəyi ilə
elmi fəaliyyətini Azərbaycan Elmlər
Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və
İnformasiya İnstitutunda elmi informasiya şöbəsinin
müdiri vəzifəsində davam etdirmişdir. Ramiz müəllim həmin dövrdən Qarabağ
münaqişəsinin kökləri haqqında
araşdırmalar aparır, məlumatlar toplayırdı.
Uzun illərdən bəri toplanmış həmin
materiallar əsasında bu gün müzakirəsini
keçirdiyimiz bu sanballı əsəri elmi ictimaiyyətə
və geniş oxucu kütləsinin ixtiyarına təqdim
etmişdir.
Bəri başdan deyim ki, əsərin
çox böyük elmi, siyasi və tarixi əhəmiyyəti
vardır. Belə ki, həmin əsərdə ermənilərin
Cənubi Qafqaz regionuna gəlməsi və bu regionda məskunlaşması
eramızın IV əsrindən Bizans və Sasanilər imperiyasının
mövcud olduğu illərdən
başlandığını, monqol yürüşü
zamanı isə ön Asiyadan İranın içərilərinə
doğru tədricən yerləşmələri dolğun
şəkildə əks etdirilmiş və onların
satqın və böyük imperiyaların əlaltısı
olduqlarını açıb göstərmişdir.
Akademik Ramiz Mehdiyev əsərdə rus
çarizminin işğalçılıq siyasəti
altında Cənubi Qafqaza Osmanlı imperiyasından və
İrandan ermənilərin ardıcıllıqla
köçürülərək məskunlaşması və
nəhayət, I və II İran-Rusiya müharibəsindən
sonra İrəvan və Naxçıvan
xanlıqlarının ərazisində erməni əyalətinin
yaradılmasını göstərmişdir. Çar
Rusiyası tərəfindən İrəvan və
Naxçıvan xanlıqları ərazisində erməni əyaləti
yarandıqdan sonra müəllif Çar Rusiyasında nəşr
olunan tarixi mənbələrə istinad edərək, bu əyalətdə
əhalinin 74260 nəfərinin azərbaycanlı, 25151 nəfərinin
isə erməni olduğunu danılmaz faktlarla göstərmiş
və qısa bir müddət ərzində demoqrafiyanı dəyişdirmək
üçün 57226 nəfər erməninin Osmanlı
imperiyasından və İrandan
köçürüldüyünü qeyd etmişdir. Bununla
da erməni əyalətinin yaradılması və ermənilərin
bu əyalətə köçürülməsinin çoxəsrlik
və məqsədyönlü bir siyasət olduğunu, həmçinin
Azərbaycan xalqının sülhsevər və humanist
olduğunu rus və rusdilli başqa xalqların diqqətinə
çatdırmışdır.
Kitabın əsas məziyyətlərindən biri də
budur ki, akademik Ramiz Mehdiyev ermənilərin Azərbaycan xanlıqları
ərazisində, sonralar isə XX əsrin əvvəllərində,
xüsusilə Çar Rusiyasında Oktyabr inqilabının qələbəsindən
sonra Ermənistan SSR yarandıqdan sonra Azərbaycan toponimlərinin
(Basarkeçər-Vardenis, Qaranlıq-Martuni, Hamamlı-Spitak,
Calaloğlu – Stepanavan, Qarakilsə- Sisian, başqa bir Qarakilsə
– Vanadzor, Keşişkənd- Yexeqnadzor, Uluxanlı Zəngibasar-Masis,
İstibulaq və ya Karvansara-İcivan, Dəvəli- Ararat,
Gözlü Kəmərli-Metsamar,
Üçmüzdzin-Eçmədzin, Alagöz-Araqaits,
Göyçə gölü- Sevan, Arpaçay-Axuruyan və s.)
adlarını dəyişdirərək tarixi
saxtakarlığa yol vermiş və bu proses indi də davam etməkdədir.
Kitabın başqa bir ideoloji, elmi və siyasi əhəmiyyəti
Qarabağın, guya, qədim erməni mənbələrində
və dilində “Artsax” adlanmasının saxta olmasını
sübut etməsidir. Akademik Ramiz Mehdiyev göstərmişdir
ki, “Artsax” sözünün erməni xalqının tarixi və
dili ilə heç bir əlaqəsi olmamış və
yoxdur. Artsax Urartu dövlətinin bir əyaləti
olmuşdur. Ermənistan - Hayastan
olmadığı kimi, Artsax da hayların Vətəni
olmamışdır. Müəllif tarixi məxəzlərə
istinad edərək Ərməniyyə mahalının
türkdilli olduğunu və burada haylar məskunlaşdıqdan
sonra onlar yaşadıqları ərazinin tarixi adını mənimsəyərək
özününküləşdirmiş və özlərinə
“Hayastan” yox, “Ermənistan” adlı vətən
yaratmışlar. Budur, hay millətinin əsl
xisləti.
Nəhayət, öz çıxışımı
bununla qurtarmaq istəyirəm ki, özlərini qədim
türk tayfası olan ərmənlərin adı ilə
adlandıran “ermənilər” əsl adları olan “hay” kimi
tanınsaydılar, yəqin ki, erməni və Artsax kimi
sözlərin hansı xalqa məxsus olduğunu
saxtalaşdıra bilməzdilər. Akademik Ramiz
Mehdiyevin bu əsəri haylara tarixi mənbələr əsasında
təlqin edir ki, adınız kimi nə vaxtsa “böyük Ermənistan”
dövlətinin olması da saxtadır.
Xaliq
ƏHMƏDZADƏ,
beynəlxalq münasibətlər və beynəlxalq hüquq
şöbəsinin
aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə
doktoru:
– Azərbaycan xalqı üçün misilsiz xidmətlər
etmiş, böyük mütəfəkkir, filosof Ramiz Mehdiyevin
bu kitabı tarixi, hüquqi, siyasi və ideoloji faktlara söykənən
dərin elmi araşdırmanın, analitik təhlilin nəticəsində
ərsəyə gəlmişdir.
Kitaba diqqətlə nəzər
saldıqda açıq-aydın görünür ki, mənfur
düşmənlərimiz – ermənilər mövcud olmayan
dövlətlərini, torpaqlarını saxtakarlıqla, siyasi
hiyləgərliklə, yalan və şantajla əldə
etmişlər. Müəllif kitabında dərin
tarixi və elmi faktlara əsaslanaraq mükəmməl şəkildə
sübut etmişdir ki, ermənilərin bir xalq və dövlət
kimi mənbəyi və mənşəyi yoxdur.
Çox hörmətli akademik Ramiz Mehdiyev
kitabın sonunda düzgün olaraq qeyd etmişdir ki, bizim
onlarla mücadiləmiz və mübarizəmiz bundan sonra da
yüzillər boyunca davam edəcək. Çünki, ermənilər öz çirkli, hiyləgər
və məkrli əməllərindən heç vaxt əl
çəkməyəcəklər. Bu,
onların həyat tərzi və faciəvi xislətidir.
Müəllif Azərbaycan xalqını möhtərəm
Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş
Komandanı İlham Əliyevin ətrafında sıx birləşməyə,
həmrəy olmağa çağırır və
üçrəngli bayrağımızı əbədi və
əzəli torpaqlarımız olan Zəngəzur və İrəvanda
dalğalandıracağımıza inandırır.
Sonda çıxışımı Azərbaycan
xalqının əvəzedilməz və təkrarsız
ümummilli lideri Heydər Əliyevin tez-tez işlətdiyi
atalar sözü ilə bitirmək istəyirəm: Keçmə
namərd körpüsündən, qoy aparsın sel səni,
yatma tülkü kölgəsində, qoy yesin aslan səni.
Zaur
ƏLİYEV,
böyük elmi işçi, siyasi elmlər üzrə fəlsəfə
doktoru:
— Bu günə qədər Azərbaycanda Ermənistanın
təcavüzkar siyasəti nəticəsində itirilən
torpaqlarımız haqqında çoxsaylı kitablar
yazılıb. Onların əksəriyyətinin,
təəssüf ki, bir o qədər elmi-siyasi əhəmiyyəti
yoxdur. Erməni iddialarına tutarlı cavab verəcək
əsərlər içərində Azərbaycan Prezident Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” adlı kitabını nümunə göstərə
bilərik.
Kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsini bütün kökləri ilə meydana
qoyan, dərindən açıb ümumiləşdirən və
bu sahədə erməni saxtakarlıqlarını dünya
ictimaiyyətinə çatdıran mühüm bir elmi əsərdir.
İlk öncə diaspor mövzusunu
araşdıran bir tədqiqatçı olaraq, diqqətimi cəlb
edən kitabda tarixi sənədlər əsasında Ermənistan
dövlətinin diasporun köməyi ilə Dağlıq
Qarabağ ətrafında münaqişəni necə
yaratmasına aid elmi münasibətdir. Bu gün məlumdur ki, erməni diasporu ABŞ,
Fransa, Rusiya, ərəb ölkələrində, Türkiyədə
güclüdür və mütəşəkkil fəaliyyət
göstərmə bacarığına sahibdir. Ermənistan xüsusilə xarici siyasətini və
iqtisadiyyatını inkişaf etdirmək üçün
diasporun potensialından faydalanmaq istəyir. Bu kimi məsələlərə akademik Ramiz
Mehdiyevin tam tarixi və siyasi yanaşması əsərin əhəmiyyətini
daha da artırır.
Məlumdur ki, 1994-cü ilin may ayında atəşkəsə
dair razılığın əldə olunmasından sonra fəal
hərbi əməliyyatlara son verilməsi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi kontekstində
mübarizənin episentrinin müəyyən mənada
informasiya cəbhəsinə meyillənməsinə əsas
yaratdı. “Nə hərb–nə sülh”
status-kvosunun doğurduğu vəziyyət labüd olaraq
informasiya mübarizəsinin aktuallığını şərtləndirməyə
başladı.
Bu gün də erməni ideoloqlarının
bütün təbliğat potensialı “tarixən əzilən”,
“məhrumiyyətlərə düçar olan”, “başqa
xalqlar, xüsusən də türklər tərəfindən ən
müxtəlif formalarda hüquqları tapdanan erməni milləti” obrazının
yaradılmasına yönəlib. Erməni
ideoloqları üçün “məqsəd hər zaman vasitəyə
haqq qazandırır”. Bir sıra hallarda Dağlıq
Qarabağ münaqişəsi tərəflərini məqsədli
şəkildə “xristian” və “müsəlman” ifadələri
ilə səciyyələndirib bu əsasda vahid dini
baxışlara ümid edərək, Qərb ictimaiyyətinin
təəssübkeşliyini qazanmağa çalışan və
əksər hallarda da, təəssüf ki, buna nail olan erməni
ideoloqları üçün hər hansı müqəddəs
dəyər mövcud deyil. Təəssüf hissi ilə qeyd
etmək istərdik ki, bu kimi manevrlər və ümumiyyətlə,
aparılan “qara piar” kampaniyası bəzən öz əksini
hətta beynəlxalq nüfuza malik mühüm KİV
resursları və internet portallarında taparaq, insanların
şüurunda “həqiqətin təhrif edilmiş
obrazı”nın formalaşmasına əsas yaradır.
Erməni ideoloqlarının apardığı bu
informasiya mübarizəsində yaratdıqları “qara piar” kampaniyasına
kitabda müəllifin tutarlı
faktlarla verdiyi cavab – “Dağlıq Qarabağ münaqişəsi
svilizasiyaların toqquşması deyil” - qənaəti olduqca əhəmiyyətlidir. Bir sözlə, Ramiz Mehdiyevin müəllifi
olduğu “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” adlı kitab informasiya mübarizəsi
üçün hazırlanmış ən gözəl əyani
vasitədir.
Ermənilərin ərazi
iddialarının heç bir tarixi, inzibati, siyasi, hüquqi, mənəvi
əsasının olmadığını bir daha elmi-siyasi cəhətdən
sübut edən kitabın əhəmiyyətini artıran rus
dilində nəşr edilməsidir.
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix” kitabı Azərbaycan tarixçiləri,
politoloqları, filosoflar və geosiyasətçilər, eləcə
də bir sıra digər humanitar elm sahələrinin
qarşısında mühüm vəzifələr qoyur.
* * *
Tədbirdə həmçinin estetikanın nəzəri
və tətbiqi problemləri şöbəsinin müdiri, fəlsəfə
elmləri doktoru Adil Əsədov, elmi işçilər Xumar
Axundzadə, Ruşan Ruşanzadə və başqaları əsərin
məziyyətləri barədə fikirlərini bildirərək,
kollektiv qarşısında duran vəzifələrlə
bağlı təkliflər verdilər.
“Dəyirmi masa”ya yekun vuran İ.Məmmədzadə
müzakirədən razı qaldığını bildirdi və
əlavə etdi ki, akademik Ramiz Mehdiyev biz alimlərə
gözəl nümunə göstərib . Azərbaycan alimləri, o cümlədən
institutumuzun kollektivi erməni uydurmalarını ifşa etməli,
əsl həqiqətləri təkzibolunmaz faktlarla dünya
ictimaiyyətinə çatdırmaq üçün fəallıqlarını
artırmalıdır.
Qüdrət PİRİYEV,
Rafiq SALMANOV (foto),
Xalq qəzeti.- 2014.- 21 oktyabr.- S.6-7.