Zərdablılar yeni
zirvələrə
doğru inamla irəliləyirlər
Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən hesabat yığıncağında rayonun 9 aylıq sosial- iqtisadi inkişafının yekunları ətraflı təhlil olundu, qarşıda duran vəzifələr Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin səsləndirdiyi tələblər baxımından konkretləşdirildi.
Yığıncağın
əvvəlində nümayiş etdirilən videofilmdə 9
ayda rayonda görülən mühüm işlər əksini
tapmışdı. Daha sonra hesabat məruzəsi ilə
çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin
başçısı Lütvəli Babayev respublikamızda
gedən sürətli və davamlı inkişaf fonunda rayonda
qazanılmış uğurlar barədə geniş məlumat
verdi, diqqəti həlli vacib məsələlərə
yönəltdi.
Rayon rəhbəri
bildirdi ki, 2014-cü ilin 9 ayında iqtisadiyyatın əsas sahələrində
82 milyon 78 min manatlıq məhsul istehsal edilmişdir. Bu da
keçən ilin müvafiq dövrünə nisbətən 2
milyon manat çoxdur. Hesabat dövründə istehsal
olunmuş məhsul və xidmətlərin 48 milyon 500 min
manatlığı kənd təsərrüfatının, 9
milyon 255 min manatlığı tikintinin, 12 milyon 306 min manatlığı ticarət şəbəkəsinin,
1 milyon 99 min manatlığı sənayenin, 827 min 300
manatlığı nəqliyyatın, 280 min 700
manatlığı poçt və rabitə xidmətlərinin
payına düşür.
Həyata keçirilən
tədbirlər nəticəsində 9 ay ərzində rayonda
246 daimi iş yeri yaradılmışdır. Əmək
yarmarkasında 48 nəfər işlə təmin
olunmuşdur.
Hesabat dövründə
rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında
inkişaf və irəliləyiş davam etdirilmişdir. Bu
ilin məhsulu üçün əkilən 18031 hektar
taxıl sahəsindən 49732 ton arpa və buğda istehsal
edilmişdir ki, bu da ötən ildəkindən 2700 ton
çox olmaqla, adambaşına 1 tona yaxın məhsul deməkdir.
4 ixtisaslaşmış fermer təsərrüfatı 246
hektardan 708 ton toxumluq taxıl götürmüşdür.
Yeni alınan kombaynlar hesabına biçin zamanı əvvəlki
illərdəki problemlər olmamışdır. 2015-ci ilin məhsulu
üçün şumlanmış 10826 hektar sahənin 981
hektarında səpin aparılmışdır ki, bu da ötən
ilin müvafiq dövrünə nisbətən 950 hektar
çoxdur.
Bu vaxtadək 485 hektar
sahədən 220 ton pambıq tədarük olunmuşdur.
Rayonda iri malın
sayı 54136 başa, qoyun-keçilərin sayı isə
112420 başa çatmışdır ki, bu da keçən
ilin eyni dövrünə nisbətən 125 və 1452 baş çoxdur. Hesabat
dövründə rayonda 32868 ton ət, 165315 ton süd, 6093
min ədəd yumurta, 165 ton yun istehsal edilərək, proqnoz
tapşırığa artıqlaması ilə əməl
edilmişdir. “Turac-2008" Məhdud Məsuliyyətli Cəmiyyət
9 ayda 11650 baş cücə inkubasiya edərək əhaliyə
satmışdır.
Mal-qaranın yemə
olan tələbatını ödəmək məqsədilə
bu il 2353 hektarda təzə yoncalıq
salınmışdır. İndiyədək 114355 ton qaba yem tədarük
olunmuşdur ki, bu da keçən ilin eyni dövründəkindən
1973 ton çoxdur.
Əkinlərin
suvarılmasını daha da yaxşılaşdırmaq
üçün xeyli iş görülmüşdür. 18031
hektar taxıl, 16575,5 hektar yonca, 1168 hektar çoxillik əkmələr
və meşə, 1932 hektar həyətyanı və 620 hektar
bostan-tərəvəz sahəsi, 13 hektar pambıq və 75
hektar qarğıdalı sahəsinin suvarılması təmin
edilmişdir. Bələdiyyələrin daxili imkanları
hesabına 100,7 kilometr təsərrüfatdaxili kanal lildən
təmizlənmiş, 18,1 kilometr əsas kanal, 13,4 kilometr
şirə kanalı qazılmışdır.
“Aqrolizinq”
Açıq Səhmdar Cəmiyyətinin Zərdab aqroservis
filialı bu il fermerlərə güzəştli şərtlərlə
766,9 ton azot gübrəsi, 200 litr amin duzu, 17 litr pestisid, 9
kombayn, 2 traktor, 2 kotan satmışdır. Fermerlərə
lizinq yolu ilə 5 traktor, 5
taxılsəpən, 5 kotan satmışdır. 212,5 hektar
yoncalıq və 3304,6 hektar taxıl zəmisi
biçilmiş, 273,3 hektarda şum aparılmışdır.
İstehsalçılara 1,6 milyon manata yaxın subsidiya
verilmişdir.
Təhsil, səhiyyə
və mədəniyyət sahələrinin inkişafı
istiqamətində də müəyyən işlər
görülmüşdür. Otmanoba və Körpükənd
kənd orta məktəblərində, Böyük Dəkkə
və Dəkkəoba kənd körpələr evi-uşaq
bağçasında əsaslı təmir işləri
aparılmışdır. Hazırda Heydər Əliyev Fondunun
təşəbbüsü ilə rayonda iki 50 yerlik körpələr
evi-uşaq bağçasının tikintisi davam etdirilir.
Dövlət Proqramına uyğun olaraq, Zərdab Mərkəzi
Rayon Xəstəxanasının əsaslı təmiri işləri
sürətlə davam etdirilir. Yerli büdcə vəsaiti
hesabına Qoruqbağı kənd həkim məntəqəsinin,
Sarıqaya və Pərvanlı kənd tibb məntəqələrinin
hər birində cari təmir işləri
aparılmışdır. Rayon mədəniyyət evində
20430 manatlıq cari təmir işləri aparılmış,
mədəniyyət ocaqlarına 167990 manatlıq inventar və
avadanlıq alınmışdır.
Məruzəçi
daha sonra dedi ki, hesabat dövründə rayonda tikinti-quruculuq,
abadlıq işləri də sürətlə davam
etdirilmişdir. Milli Təhlükəsizlik Nazirliyi Zərdab
Rayon Şöbəsinin inzibati binasının tikintisində
hazırda tamamlama işləri başa çatmaq üzrədir.
Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Regional
Xidmət Mərkəzinin və Kənd Təsərrüfatı
Nazirliyinin rayonda yaradılacaq idarəsi üçün yeni
binalar tikilir. 32 saylı Yol İstismar İdarəsi orta və
cari təmir, yolların saxlanılması, körpülərin
mühafizəsi istiqamətində 985,8 min manatlıq iş
görmüşdür. Bələdiyyələrin daxili
imkanları hesabına rayon kəndlərinin ərazisində
53,6 kilometr məsafədə yollara qreyder çəkilmiş,
kəndarası yollara 2140 tondan çox çınqıl
döşənmişdir.
Rayon ərazisindəki
0,4 və 10 kv-luq elektrik verilişi xətlərində
istismara yararsız dayaqlar bərpa edilmiş, 42,1 min
manatlıq təmir- bərpa işləri
görülmüşdür. Gəlmə, Salahlı,
İsaqbağı, Böyük Dəkkə kəndlərinə
55777,29 metr qaz xətləri çəkilmiş, sakinlər “mavi yanacaq”la təmin edilmislər.
Hüseynxanlı, Xanməmmədli, Yarməmmədbağı,
Lələağacı kəndlərində qaz çəkilişi
başa çatmışdır. Digər kəndlərə də
qaz xətləri çəkilir. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi əvvəlki illərdə istifadəyə verdiyi 17
modul tipli sutəmizləyici qurğuda və bulaqlarda xarab
olmuş hissələri dəyişdirmiş, lazım olan
minerallarla, filtrlərlə təmin etmişdir.
Bu il magistral yol kənarlarında və
digər ərazilərdə 25 minə yaxın şam,
küknar, iydə, türk qovağı və s. ağac əkilmişdir.
Regional Meşəsalma Müəssisəsi 30 hektarda yeni
meşəlik salmışdır.
Vətəndaşların
ərizə və müraciətlərinə baxılması
işi də xeyli yaxşılaşmışdır.
Məruzə ətrafında müzakirələrdə Zərdab Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadıqov, Çallı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Ramiz Məmmədov və digərləri çıxış edərək ayrı- ayrı sahələrdəki uğurlardan, problemlərdən danışdılar və bildirdilər ki, zərdablılar bundan sonra da Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin layiqincə həyata keçirilməsinə çalışacaq, ölkə rəhbərinin diqqət və qayğısına əməli işlərlə cavab verəcəklər.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 23 oktyabr.- S.6.