Dünya birliyi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
yalnız
Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində
nizamlanmasının tərəfdarıdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq
hüququn norma və
prinsipləri çərçivəsində nizamlanması Azərbaycanın
xarici siyasətinin prioritet
vəzifələrindən biridir.
Həyata keçirilən siyasi
strategiyanı milli maraqlar
üzərində quran dövlətimizin
başçısı bütün ikitərəfli
və çoxtərəfli əlaqələrin yalnız
qarşılıqlı, faydalı şəkildə
inkişafının tərəfdarıdır. Azərbaycan Prezidenti İlham Əliyev
öz çıxışlarında, həmçinin
keçirdiyi bütün
görüşlərdə bu məqamı daim xüsusi olaraq vurğulayır,
münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarı
olduğunu bəyan edir. Artıq dünya
birliyi də respublikamızın rəhbərinin
bu mövqeyini dəstəkləyir,
Ermənistanın işğalçı dövlət olduğu rəsmən bəyan edilir.
Azərbaycan ilə əməkdaşlıq
edən, normal səviyyədə
münasibət quran ölkələrlə
dövlətimizin münasibəti adekvatdır. Məhz bunun nəticəsidir ki,
ölkəmiz beynəlxalq mövqeyini
yüksək dərəcədə möhkəmləndirə
bilmişdir. Hazırda Azərbaycan dünya birliyinə
sürətlə inteqrasiya edir, öz siyasətimizi
dərin tarixi və mədəni əsaslar
üzərində qururuq. Bu
gün Azərbaycan
dünya birliyində etibarlı ölkə
və tərəfdaş kimi
tanınır. Hazırda beynəlxalq aləmin Dağlıq Qarabağ həqiqətlərindən xəbərdar
olması, məsələnin ədalətli həllini, beynəlxalq
hüququn norma və
prinsipləri əsasında tələb
etməsi Azərbaycan diplomatiyasının qələbəsidir.
Bu baxımdan, ölkəmizin son dövrlərdə münaqişənin həlli
ilə bağlı aparılan danışıqlar prosesində
üstünlük əldə etməsi
artıq göz qabağındadır.
Möhtərəm Prezidentimiz İlham
Əliyev hər zaman bildirib
ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin bu vaxta qədər öz həllini
tapmamasının yeganə səbəbi
qarşı tərəfin – Ermənistanın qeyri-konstruktiv mövqe tutmasıdır. Dövlətimizin
başçısı bu fikri Nazirlər Kabinetinin
2014-cü ilin doqquz
ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da xüsusi vurğulayıb. Respublikamızın
rəhbəri bildirib ki,
bu il də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həllində heç bir
irəliləyiş olmayıb. Bunun
başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi
davranışıdır. Ermənistan çalışır
ki, maksimum dərəcədə
bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq
qalsın.
Artıq beynəlxalq
ictimaiyyətə də bəllidir ki, Ermənistan
əhalisi öz ölkələrini
kütləvi surətdə tərk edərək xaricə üz tutur. Ermənistanın
rəsmi statistikasına görə, təkcə bu ilin doqquz
ayında ölkə əhalisi 80 min nəfər
azalıb. Yerli politoloqların qənaətinə
görə, bunun əsas səbəbi
ölkədə korrupsiya, diktatura rejiminin hökm sürməsi,
biznes imkanlarının məhdud
olması, işsizlik və yoxsulluğun tüğyan
etməsidir. Digər vacib səbəblərdən
biri də Ermənistanın hələ də
işğalçılıq siyasətindən əl çəkə
bilməməsi, gənclərə
hərbi hissələrdə işgəncə verilməsi
və əsgər ölümlərinin sayının sürətlə
artmasıdır.
Nazirlər Kabinetinin iclasındakı
çıxışı zamanı bu məsələləri
diqqətə çatdıran ölkəmizin
başçısı deyib ki, bu gün Azərbaycanın ərazi bütövlüyü dünya
birliyi tərəfindən tanınır. Ona görə də
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır. Bunun başqa yolu da yoxdur. Respublikamızın rəhbəri nüfuzlu beynəlxalq
qurumların münaqişənin nizamlanması ilə əlaqədar
qəbul etdikləri qətnamələri bir
daha xatırladaraq deyib:
“Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik
Şurası 4 qətnamə qəbul edib.
Bunlar məsələnin həlli üçün əsas sənədlərdir.
Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul
ediblər. Yəni hüquqi cəhətdən
bizim mövqeyimiz kifayət
qədər möhkəmdir”.
Azərbaycan Prezidenti xatırladıb ki,
Minsk qrupunun həmsədr
ölkələrinin dövlət başçıları da dəfələrlə status-kvonun
qəbuledilməzliyini, dəyişdirilməli olduğunu
bəyan ediblər: “Status-kvonun dəyişdirilməsi
işğal edilmiş
torpaqların azad edilməsi deməkdir. Ancaq, əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna
məhəl qoymur. Bu
bəyanatları səsləndirən tərəflər isə
ciddi ölçü
götürmürlər və belə olan
halda məsələ öz
həllini tapmır. Biz
çalışırıq və
çalışacağıq ki, bu məsələ tezliklə öz
həllini tapsın. Bizim prinsipial
mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik
tərəfindən tanınır”.
Ölkə
başçısı qətiyyətlə bildirib
ki, Azərbaycanın prinsipial
mövqeyinə heç bir
qüvvə təsir edə bilməz və biz
öz ərazi bütövlüyümüzü
bərpa edəcəyik. Bunu həyata
keçirməyə qadir olan
nizami və qüdrətli Milli
Ordumuz var. Azərbaycan Prezidenti Nazirlər
Kabinetinin iclasında ordu
quruculuğu prosesinin uğurla davam etdirildiyini xüsusi vurğulayaraq deyib: “Üçüncü
rübdə təmas xəttində Ermənistan silahlı
qüvvələrinin təxribatına da bizim hərbçilərimiz layiqli
cavab veriblər. Onlarca
işğalçı məhv edilib. Onlara böyük
sarsıdıcı zərbə vurulub. Sadəcə
olaraq, onlar
çalışırdılar ki, Soçi görüşü
ərəfəsində özləri üçün
daha da əlverişli
mövqe əldə etsinlər. Ancaq onların səyləri iflasa
uğradı və nəticə etibarilə erməni əsgərləri
məhv edildi. Bunun da əsas günahkarı Ermənistanın kriminal rejimidir”.
Göründüyü kimi, Azərbaycan həm
siyasi, həm iqtisadi,
həm də ordu quruculuğu
baxımından Ermənistandan qat-qat üstündür. Əlavə olaraq qeyd edim
ki, artıq dünya birliyi də Ermənistanı
işğalçı, Azərbaycanı isə sülhsevər
dövlət kimi tanıyır. Bu, Azərbaycanın
diplomatik uğurlarının nəticəsidir.
Havva
MƏMMƏDOVA,
“Azərbaycan
Respublikasının Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı
İcması” İctimai Birliyi İdarə Heyətinin
üzvü,
tarix
elmləri doktoru, professor
Xalq
qəzeti.- 2014.- 24 oktyabr.- S.4.