Azərbaycan
xalqının altı il bundan əvvəl
Prezident İlham Əliyevə etimad göstərməsi
Heydər Əliyev siyasi kursunun növbəti qələbəsi
idi
Ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də kütləvi informasiya vasitələri ilə Azərbaycan xalqına ünvanladığı tarixi müraciətin bütün sətirləri özündə həyat həqiqətlərini əks etdirsə də, orada xüsusilə qeyd olunmalı bir məqam var idi. Müraciətdə ötən illərdə görülmüş işlərin xalqımıza yaxşı məlum olduğunu bildirən böyük öndərimiz hələ tamamlanmamış perspektivli planlarının reallaşdırılmasının vacibliyini xüsusi vurğulamışdır.
Ulu öndər həmin
tarixi müraciətində bildirmişdir: “Üzümü sizə
- həmvətənlərimə tutaraq, qarşıdan gələn
prezident seçkilərində prezidentliyə namizəd, mənim
siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I
müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və xalqımızın
firavanlığı yolunda çox işlər görəcəklər.
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Həmin tarixi
müraciəti bir daha xatırladaraq yada salaq ki, bu sənəd təkcə ulu öndərimizin
deyil, bütövlükdə, Azərbaycan xalqının
İlham Əliyevə olan böyük inamının təcəssümü
kimi qarşılandı. Həmin tarixi müraciətin əvvəlində
Azərbaycana rəhbərliyinin 34, müstəqil Azərbaycan
Respublikasına rəhbərliyinin 10 ilinin tamam olduğunu vətəndaşların
diqqətinə çatdıran ulu öndər həyatının
mənasının bütün varlığı qədər
sevdiyi xalqına, dövlətinə, ölkəmizin iqtisadi,
siyasi və mənəvi inkişafına xidmətdən ibarət
olduğunu bildirdi: “Bu yolda bütün gücümü və
iradəmi yalnız müdrik və qədirbilən
xalqımdan almışam. Ən çətin anlarda, ən
mürəkkəb vəziyyətlərdə yalnız və
yalnız xalqıma arxalanmışam. Bu da mənə
dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib”.
Ümummilli liderimiz həmin
müraciətilə xalqa onun alternativsiz siyasi kursunu davam etdirə
biləcək dəqiq ünvanı göstərdi.
Respublikamızın gələcək inkişafının, vətəndaşlarımızın
firavan həyatının məhz Heydər Əliyevin həyata
keçirdiyi siyasətin varisliyindən, dövlət hakimiyyətinin
həmin siyasətin həyata keçirilməsini təmin edə
biləcək etibarlı əllərə
tapşırılmasından asılı olduğunu dərindən
anlayan Azərbaycan xalqı yeni minilliyin ilk prezident seçkilərində
müdrik qərar qəbul etdi: Heydər Əliyev siyasi xəttinin
layiqli davamçısı olan cənab İlham Əliyev
2003-cü ilin 15 oktyabr seçkilərində xalqın
mütləq əksəriyyətinin etimadını qazanaraq,
Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan
vətəndaşları Heydər Əliyev siyasi kursuna
alternativ görmədikləri kimi, bu strategiyanı uğurla
davam etdirəcək siyasi xadimi də düzgün olaraq ulu
öndərin komandasında müəyyənləşdirdi.
Xalqına, dövlətinə qəlbən bağlı olan cənab
İlham Əliyevin ölkə rəhbəri seçilməsi
dünyanın bütün mütərəqqi qüvvələri
tərəfindən həm Azərbaycanda, həm də
regiondakı ictimai-siyasi proseslərin məntiqindən
doğan labüd nəticə kimi qarşılandı.
Dövlət
başçımızın özü də ikinci dəfə
– 2008-ci il oktyabrın 24-də Prezident kimi and içərkən
bu məqamlara bir neçə dəfə toxunmuşdur.
Prezident İlham Əliyev öz
çıxışının əvvəlində ona etimad
göstərib səs verdiyi üçün Azərbaycan
xalqına minnətdarlığını bildirib və əmin
edib ki, bundan sonra da ölkənin inkişafı
üçün səyləri əsirgəməyəcək.
Dövlət başçısı, eyni zamanda, namizədliyini
irəli sürmüş Yeni Azərbaycan Partiyasına təşəkkürünü
bildirərək, partiya fəallarına seçki
kampaniyasında fəal iştiraka görə minnətdarlıq
edib: “Bu seçkidə məni dəstəkləmiş
bütün siyasi qüvvələrə, o cümlədən
müxalifət nümayəndələrinə öz təşəkkürümü
bildirirəm. Ümid edirəm ki, bu seçkilər və
seçki kampaniyası ölkədə yeni siyasi mədəniyyətin
möhkəmlənməsində öz rolunu oynayacaq, Azərbaycana
yeni ənənələr gətirəcək və bundan sonra
siyasi mübarizə sivil yolla aparılacaq. Məni qələbə
ilə təbrik etmiş prezidentliyə digər namizədlərə,
onlardan göndərilmiş təbrik teleqramlarına görə
təşəkkür edirəm”.
Xatırladaq ki, 2008-ci
il oktyabrın 15-də keçirilən prezident seçkilərində
3 milyon 232 min 259 nəfərin və ya səsvermədə
iştirak edənlərin 88,73 faiz səsini qazanaraq yenidən
Azərbaycan Respublikasının Prezidenti seçilən
İlham Əliyevin oktyabrın 24-də Heydər Əliyev
Sarayında andiçmə mərasimi keçirilmişdir.
Azərbaycan
Respublikası vətəndaşlarının böyük əksəriyyətinin
seçimi bir daha bütün dünyaya sübut etdi ki, xalq
ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasətin və İlham Əliyevin quruculuq fəaliyyətinin
uğurla davam etməsini arzulayır. Çünki məhz bu
siyasət və quruculuq işləri son 5 ildə Azərbaycan
Respublikasını dünya birliyində layiq olduğu yerə
qaldırmış, Cənubi Qafqaz regionunda isə ən
qüdrətli dövlətə çevirmişdir.
2003-2008-ci illərdə
həyata keçirilən bir-birindən uğurlu islahatlar bir
daha təsdiqlədi ki, xalq öz seçimində
yanılmayıb. Qazanılan nailiyyətlər ulu öndər
Heydər Əliyev siyasi xəttinin alternativsizliyindən xəbər
verirdi. Bu illər ərzində Azərbaycanın mövqeləri
daha da möhkəmlənmiş, dövlət quruculuğu
prosesi uğurla davam etdirilmiş, müstəqilliyimiz daha
da möhkəmləndirilmiş,
siyasi-iqtisadi, demokratikləşmə siyasəti uğurla
aparılmışdır. Azərbaycan getdikcə qüdrətlənərək
gələcəyə nikbinliklə baxan ölkəyə
çevrilmişdir.
Prezident İlham
Əliyev bildirib ki, Azərbaycanın təşəbbüsləri
böyük uğur gətirmiş, bölgədə
aparılan işlər həm ölkənin mövqeyinin
möhkəmlənməsinə, həm də regional
inkişafa güclü təkan vermişdir: “Azərbaycançılıq
fəlsəfəsi - əsas dəyərimizdir. Milli layaqət,
qürur, milli-dini tolerantlıq, xalqların mehribanlıq şəraitində
yaşaması - budur uğurların əsas şərtləri.
Şadam ki, son 5 il ərzində bizim əsas ideoloji
dayaqlarımız daha da gücləndirilib, ölkədə
sabitlik, vətəndaş həmrəyliyi bərqərar olub
və cəmiyyət açıq-aydın bunları
görür və bilir Azərbaycan hansı istiqamətdə
irəliləyir”.
Azərbaycan Prezidenti
andiçmə mərasimində bəyan edib ki, həyata
keçirdiyimiz siyasətin əsas məqsədi - milli
maraqların qorunması, möhkəmlənməsi,
güclü siyasi potensialın yaradılması, xalqın təhlükəsizlik
və rifah içində yaşamasıdır. Beynəlxalq məsələlərin
həlli istiqamətində böyük işlər
görüldüyünü qeyd edən Prezident deyib ki, rəsmi
Bakı bütün ölkələrlə ikitərəfli əməkdaşlığın
dərinləşməsində maraqlıdır. Dövlət
başçısının sözlərinə görə,
Azərbaycanın regional müstəvidə təşəbbüsləri
həm regional müstəvidə özünü göstərir,
həm ölkə maraqlarına uyğundur və bölgədəki
ölkələr də bundan razıdır. Azərbaycan
Prezidenti bildirib ki, əsas istək bölgədə sülh və
sabitlik, iqtisadi əməkdaşlığın möhkəmlənməsidir:
“Son 5 il ərzində biz daha çox müttəfiq ölkələrlə
danışmışıq. Bir çoxları ilə bizim
münasibətlər strateji partnyorluq pilləsinə
qalxıb, bütün ölkələrlə dostuq və
münasibətlərin davamında maraqlıyıq, bu
münasibətlər bərabər hüquqludur. Beynəlxalq
təşkilatlarla əməkdaşlığımız daha
da dərinləşib, üzv olduğumuz təşkilatlarda
Azərbaycan çox fəal olub və mövqelərimiz
güclənib ki, bütün beynəlxalq təşkilatlarda
maraqlarımıza cavab verən qərarlar qəbul edilib və
şübhə etmirəm ki, növbəti illərdə də
xarici siyasətimiz çox çevik olacaq, bununla da ölkəmizin
beynəlxalq mövqeləri daha da möhkəmlənəcək”.
Azərbaycanın
qarşısında dayanan prioritet məsələnin -
Dağlıq Qarabağ probleminin olduğunu qeyd edən Prezident
bildirib ki, bu istiqamətdə, əfsuslar olsun ki, hələlik
irəliləyiş yoxdur. Danışıqlarda Azərbaycanın
mövqeyinin, baxışlarının və irəli
sürdüyü əsas prinsiplərin çox böyük dəyər
qazandığını qeyd edən İlham Əliyev
deyib: “Bizim addımlar mövqelərimizin
güclənməsinə, bu məsələ ilə məşğul
olan tərəflərin fəallaşmasına gətirib
çıxarıb və bu gün dünyada
açıq-aşkar dərk edilir ki, dondurulmuş
münaqişələr həllini tapmalıdır. Bu, ancaq
beynəlxalq norma və hüquq çərçivəsində
ola bilər. Azərbaycanın ərazi bütövlüyü
bərpa olunmalıdır, bu, danışıqlar mövzusu
deyil, olmayıb və olmayacaq! Heç vaxt - nə bu gün, nə
sabah, nə də 50 il sonra Dağlıq Qarabağa müstəqillik
verilməyəcək və Azərbaycan onu heç vaxt
tanımayacaq”.
Azərbaycan Prezidenti
2003-cü ildə verdiyi vədlərin uğurla davam etdirilməsi
barədə məlumat verərkən deyib: “Beş il əvvəl
mən xalqa söz vermişdim ki, 5 il ərzində ölkədə
bir dənə də olsun çadır şəhərciyi
qalmayacaq. Buna biz 4 il ərzində nail olmuşuq. 2004-cü ildə
qəbul edilmiş məcburi köçkünlərə dair
Dövlət Proqramının icrası uğurla
aparılıb və bu müddət ərzində 12
çadır şəhərciyi ləğv edilib, onların əvəzinə
müasir evlər, binalar, məktəblər, tibb məntəqələri
tikilib, 36 yeni qəsəbə salınıb və minlərlə
soydaşımız yeni evlərə köçüb. 2007-ci
ildə bu proqrama əlavələr edilib və əminəm
ki,bunun nəticəsində biz soydaşlarımızın
yaşayışının yaxşılaşmasına nail
olacağıq”.
Həmin dövrdə
ordu quruculuğu sahəsində də böyük uğurlar əldə
edilib. Orduda hazırlıq və
peşəkarlıq səviyyəsi
xeyli artmışdır. Dəfələrlə hərbi
hissələrdə, səngərlərdə əsgər-zabitlərlə
görüşən Ali Baş Komandan əsgər və zabitlərin
döyüş qabiliyyəti və ruh yüksəklikliyinin
şahidi olmuşdur. Azərbaycan Prezidenti bəyan etmişdir
ki, bundan sonra da Azərbaycanda ordu quruculuğu prosesi sürətlə
gedəcək.
2003-2008-ci illər ərzində
respublikamızda bütün sahələr üzrə
qazanılan nailiyyətlər, həyata keçirilən
uğurlu islahatlar, iri infrastruktur layihələrin
reallaşdırılması və ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun getdikcə yüksəlməsi
xalqın ulu öndər Heydər Əliyev siyasi xəttinə
və bu siyasi kursun layiqli davamçısı olan Prezident
İlham Əliyevə inamı daha da artmışdır. 2008
-ci ildə keçirilən prezident seçkilərinin nəticəsi
də bunu təsdiqlədi.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 25 oktyabr.- S.3.