Asiya İnkişaf
Bankı Azərbaycan
iqtisadiyyatına yüksək artım proqnozu verib
AİB 2014 və 2015-ci illərdə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu dəyişməz saxlayıb. Bu barədə xəbər yayan “Asian Development Outlook 2014” beynəlxalq informasiya təşkilatının məlumatına əsasən, adıçəkilən bank ilin sonunadək ölkəmizdə ÜDM-in artım tempinin 5 faiz təşkil edəcəyini bildirib.
“Asian
Development Outlook 2014” təşkilatının
hesabatına əsasən, AİB Azərbaycan, Gürcüstan
və Tacikistanda ÜDM-in
artım proqnozlarını eyni səviyyədə
saxlayıb. Hesabatın analitikləri hesab
edirlər ki, Azərbaycanın neft
istehsalı, tikinti, xidmətlər və
kənd təsərrüfatı sahələrində bu ilin II yarısında
proqnozlaşdırılan artım əvvəlki artım proqnozunu saxlayacaq.
Bank ümumilikdə Azərbaycanın da daxil olduğu
Mərkəzi Asiya regionu
üzrə inkişaf proqnozunu
2014-cü ildə 6,5 faizdən 5,6 faizədək, 2015-ci ildə
isə 6,5 faizdən 5,9 faizədək endirib.
Bankın analitikləri bu azalmanı regionun 8 ölkəsindən 5-də - Ermənistan,
Qazaxıstan, Qırğızıstan, Türkmənistan və
Özbəkistanda ÜDM-in daha az artım gözləntisi
ilə əlaqələndirirlər. AİB, həmçinin
2014-2015-ci illərdə Azərbaycanda inflyasiya
üzrə proqnozun dəyişməz, yəni
müvafiq olaraq 4 və
3,5 faiz səviyyəsində
olacağını bildirib. Bank, eyni zamanda,
Azərbaycan ÜDM-ə nisbətdə cari
əməliyyatların hesab profisiti üzrə proqnozu
əvvəlki səviyyədə, yəni 2014-cü ildə 16
faiz, 2015-ci ildə isə 15 faiz səviyyəsində saxlayıb.
AİB tərəfindən
ölkəmiz üçün bu cür nikbin
proqnozun verilməsi təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi
ilə son illərdə həyata
keçirilən müasirləşmə strategiyası və
uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda yüksək iqtisadi
artım dinamikası formalaşıb, dayanıqlı makroiqtisadi sabitlik şəraitində
bu iqtisadi
artımın sosial rifaha
və yüksək həyat standartlarına sürətli
transformasiyası baş verib.
Nəticədə, hazırda respublikamız adambaşına
düşən ümumi daxili
məhsulun həcminə görə beynəlxalq miqyasda 100 pillə irəliləyərək
qısa zaman ərzində orta
gəlirli dövlətlər qrupuna daxil olub.
Bu gün ölkəmizdə
daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi,
ixracın şaxələndirilməsi strateji
vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü
iqtisadi artımın təmin olması və
bu artımın əsasən özəl daxili və xarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin
və tədiyə balansının
dayanıqlığının artırılmasına xidmət
edir. Xatırladaq ki,
ixracyönümlü inkişaf
modeli ticari sektorun iqtisadi artım və
məşğulluqda yüksək xüsusi
çəkisinin formalaşmasını nəzərdə tutur.
Yuxarıda qeyd etdik ki,
AİB bu il və gələn
il üçün Azərbaycanda inflyasiya
üzrə proqnozun dəyişməz, yəni
müvafiq olaraq 4 və
3,5 faiz səviyyəsində
olacağını bildirib. Bununla əlaqədar
deyə bilərik ki, hazırda dövlət
tərəfindən tənzimlənən tarif
və qiymətlər, inflyasiyanın tələb amilləri, dünya bazarında qiymət dinamikası,
habelə tərəfdaş ölkələrdə qiymətlərin
səviyyəsi və valyuta məzənnələri
bu il inflyasiyaya təsir edən əsas amillərdir.
Bu amillər, habelə pul
siyasəti qərarlarının iqtisadiyyata
ötürücülük qabiliyyəti
nəzərə alınmaqla inflyasiya proqnozuna nail olmaq üçün Mərkəzi
Bank hazırda hökumətlə birlikdə
adekvat tənzimləmə tədbirləri
həyata keçirir.
Regionlarda elektron bank xidmətlərinə
çıxış imkanlarının daha
da artırılması təşviq olunur. İnnovativ ödəniş
alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin
artması üçün
stimullaşdırma tədbirlər davam etdirilir. Elektron ödəniş xidmətləri sahəsində
qanunvericilik bazasının
formalaşdırılması işlərinə də
başlanılıb.
Hazırda
uğurla reallaşdırılan şaxələndirmə
prosesi daxili tələblə
yanaşı, qeyri-neft ixracının da iqtisadi artımda rolunun daha da
güclənməsi üçün zəmin
yaradır. Şaxələndirmə prosesinə dəstək olaraq Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin
qorunmasını təmin edir. Bunun üçün
adıçəkilən bank
inflyasiyanın birrəqəmli səviyyədə tənzimlənməsinə
dəstək məqsədilə müxtəlif tədbirlər
həyata keçirir.
Azərbaycan son illərdə
investisiya cəlb edən ölkədən
investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə
nümunə göstərən regional güc mərkəzi kimi
tanınıb. Respublikamız öz təbii
ehtiyatlarından, coğrafi mövqeyindən
uğurla faydalanıb və dünya iqtisadiyyatının fəal
iştirakçısına çevrilib.
Qarşıdakı aylarda və illərdə
uğurlarımız daha böyük
olacaq. Azərbaycan Prezidenti
İlham Əliyevin qeyd
etdiyi kimi, Azərbaycan
yenə də özünü dünyaya yenidən müasir,
dinamik inkişaf edən,
güclü dövlət kimi
təqdim edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev
son illər
ölkəmizin əldə etdiyi sosial-iqtisadi uğurları barədə deyib ki, Ermənistan-Azərbaycan
münaqişəsinə baxmayaraq, Azərbaycan
sürətli iqtisadi inkişaf
nümayiş etdirir. Son 10 il ərzində
ölkəmiz dünyada ən sürətlə
inkişaf edən iqtisadiyyata
malik olub. Bu dövrdə iqtisadiyyat
3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli
inkişaf göstəricisidir. Eyni zamanda, yoxsulluq
demək olar ki, 10 dəfə
azalıb. Hazırda yoxsulluq 5 faiz səviyyəsindədir. Çox
sabit maliyyə sistemi mövcuddur. Azərbaycanın xarici
borcu ümumi daxili məhsulun yalnız 8 faizini
təşkil edir. Bu, dünyada ən yaxşı göstəricilərdən
biridir. Valyuta
ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizdən çoxunu
təşkil edir. Bunun
sayəsində Azərbaycanın sərmayə qoymaq və beynəlxalq bazarlarda
kredit götürmək imkanı
vardır.
Ölkəmizin kredit reytinqi “S&P”, “Moody’s” və “Fitch” kimi əsas reytinq agentlikləri
tərəfindən yaxşılaşdırılıb. Azərbaycan
xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir. Ötən 10 ildə Azərbaycana 170 milyard dollar məbləğində
sərmayə yatırılıb. Keçən il bu göstərici 28 milyard dollar olub. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici sərmayədir.
Gələcək üçün iqtisadi perspektivlər çox
müsbətdir.
Hazırda tikinti işləri
respublikamızın bütün bölgələrini
əhatə etməklə yanaşı, regional
xarakter alıb. Belə ki,
mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər,
digər qonşu dövlətlərin də
ərazisini əhatə edir ki, bu da
bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin
yaradılması deməkdir. Qədim İpək
Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində
tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması,
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin
sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Dünya İqtisadi Forumu 2013-2014-cü illər üçün
Qlobal Rəqabətlilik Hesabatına (The Global competitiveness
Report) əsasən isə 148 ölkə
arasında Azərbaycan 39-cu pillədə qərarlaşmış
və mövqeyini
7 bənd yaxşılaşdırmışdır. Bununla əlaqədar diqqəti bir
məqama da yönəltmək istərdik.
Bu da ölkəmizin ixrac potensialının getdikcə artması ilə
bağlıdır. Xatırladaq ki, son 10 il ərzində Azərbaycanın
xarici ticarət tərəfdaşlarının
sayı xeyli artmışdır.
Hazırda bu
siyahı daha da
genişlənməkdədir. Belə ki,
ölkədə yeni texnoloji
infrastrukturun qurulması, standartlara
uyğun məhsulların istehsalı nəticəsində xarici bazarlara göndərilən ölkə məhsullarının
ixracının həcmi
artırılmışdır. Son 10 ildə Azərbaycanın xarici
ticarət dövriyyəsi 8,8 dəfə, o
cümlədən ixrac 11 dəfə, qeyri-neft məhsulları ixracı isə 6,5 dəfə
artmışdır. İxracın coğrafiyasına
baxdıqda görürük ki, 10 il bundan
əvvəl Azərbaycan 80 ölkə ilə ticarət əməliyyatları
aparırdısa, hazırda bu rəqəm
155-ə çatmışdır. Artıq bu
gün Azərbaycan məhsulları ənənəvi
olan bazarlarla
yanaşı ABŞ, Avstraliya, Yeni Zelandiya və bir çox Şərqi Asiya ölkələrinə göndərilir.
Azərbaycanda neft
strategiyasının uğurla davam etdirilməsi, ölkənin xarici sərmayələr
üçün cəlbediciliyinin
qorunması, milli iqtisadiyyatın müxtəlif
sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna,
regionların inkişafına doğru
istiqamətləndirilməsi, “qara
qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan
kapitalının formalaşdırılmasına yönəldilməsi
iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti cəlb edir.
Bunun nəticəsidir
ki, ötən 10 ildə müstəqil Azərbaycan
dövləti iqtisadi cəhətdən
möhkəmlənərək qüdrətlənmiş və sosial-iqtisadi sahədə
əldə edilmiş uğurlar,
ilk növbədə, insanların gündəlik
həyatında özünü daha qabarıq şəkildə büruzə
vermişdir.
BMT-nin İnkişaf
Proqramının “İnsan inkişafı
indeksi”nə əsasən, Azərbaycan yüksək insan inkişafı ölkələri qrupuna daxil edilmişdir.
Azərbaycandakı sosial-iqtisadi
inkişafın nəticələrini təhlil edərkən
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı xüsusilə
qeyd etmək lazımdır. Azərbaycan bu istiqamətdə siyasətinə görə
bir çox dövlətlərdən
fərqlənir. Ölkənin bu sahədəki
siyasəti müxtəlif sahələrə aid
islahat paketlərinin sinxronlaşdırılması
ilə seçilir. Azərbaycan
dövləti istənilən iqtisadi qanunvericiliyin həyata
keçirilməsi zamanı yerli mentaliteti, milli dəyərləri
və xarici dövlətlərin təcrübəsini
nəzərə alır ki, bu da ölkəmizin siyasi modelinin mühüm xüsusiyyətlərindən biridir.
ABŞ-ın
“Heritage” Fondu və “Wall Street journal”
qəzetinin birgə hazırladığı “İqtisadi
Azadlıq İndeksi - 2014” adlı hesabatda Azərbaycan 100 mümkün
xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi
arasında 81-ci yeri tutaraq
iqtisadi cəhətdən orta
azad ölkələr sırasına daxil olmuşdur. Ötən
illə müqayisədə
Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi azadlıq indeksini
1,6 xal
yaxşılaşdırmışdır. Buna
səbəb kimi maliyyə idarəçiliyi
və mülkiyyət hüququ məsələlərində
ciddi irəliləyişlərin əldə
olunduğu göstərilir.
Hesabatda dövlət borcunun
aşağı səviyyədə olduğu
xüsusi vurğulanmışdır. Bu rəsmi sənəddə həmçinin
dövlət xərcləri, vergi, biznes, əmək, monetar,
ticarət, investisiya, maliyyə
azadlıqlarının vəziyyəti ilə bağlı olduqca pozitiv nəticələr
nümayiş etdirildiyi
qeyd olunur.
Azərbaycan 42 Asiya-Sakit Okean ölkəsi
arasında 13-cü yeri tutmuşdur
və onun orta xalı
orta regional və qlobal göstəricilərdən daha yüksək olmuşdur.
Azərbaycan iqtisadi azadlıq səviyyəsinə
görə Hindistan, İtaliya,
Xorvatiya, Serbiya,
Yunanıstan, Rusiya, Ukrayna
kimi dövlətləri
qabaqlamışdır.
Hesabatda qeyd edilir
ki, son illər Azərbaycanda
iqtisadi azadlıqlar kifayət qədər
genişlənmişdir. Ardıcıl şəkildə
həyata keçirilən silsilə xarakterli
böyük islahatlar
nəticəsində Azərbaycan orta azad ölkələr sırasına daxil olmuşdur. Əgər
reytinqdə 10 xallıq irəliləmə 9 ölkədən
10-u üçün yaxşı nəticə
hesab oluna bilərsə,
Azərbaycan ümumi iqtisadi
azadlıq səviyyəsinin yaxşılaşmasında
31,3 xal toplayaraq hər
bir ölkə üçün
ən yaxşı göstərici sayıla biləcək nəticə
nümayiş etdirmişdir.
Bu
və digər hesabatlar bir
daha təsdiqləyir ki,
bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş,
elmi əsaslara malik inkişaf konsepsiyasının həyata
keçirilməsi, siyasi iradə nəticəsində
mümkün olmuşdur
və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Ölkə Prezidenti
cənab İlham Əliyev demişdir:
“Azərbaycanın çox möhtəşəm
inkişafı hələ qabaqdadır. Azərbaycan bundan sonra da
inamlı inkişaf yolu
ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək
və bütün beynəlxalq təşəbbüslər
xalqının maraqlarını müdafiə edəcəkdir”.
“Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən
Azərbaycan dövlətinin düşünülmüş
və uzaqgörən siyasəti gələcəkdə də
ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz
ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti
yenə də vətəndaşlarımızın həyat səviyyəsinin
daha da yüksəldilməsi
olacaqdır. Bütün bunlar
isə ölkənin gələcək sosial-iqtisadi
inkişafına yeni yanaşma
tələb edir. Bu
baxımdan Azərbaycanın perspektiv
inkişafının hədəf və istiqamətlərini
müəyyənləşdirən
“Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət
kəsb edir.
Göründüyü kimi, təməli
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasətin
uğurla həyata keçirilməsi nəticəsində
ölkəmizdə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunub, əlverişli
biznes və investisiya mühiti yaradılıb. Məhz bunun nəticəsidir
ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf
tempinə görə dünyada öncül yerlərdədir. Ötən
dövrdə ölkə həyatının bütün
sahələrində misilsiz yüksəliş
baş verib. Bu nailiyyətlərin əsası isə ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulan sosial-iqtisadi inkişaf strategiyasının Prezident
İlham Əliyevin rəhbərliyilə uğurla
reallaşdırılmasıdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 26 oktyabr.- S.4.