Sağlam olmaq istəyiriksə...

 

“Səmanı qoru, özünü qoru,

ozon təbəqəsini qoru

 

Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini Günəşin məhvedici ultrabənövşəyi şüalarından qoruyur, planetimizdə həyatı mühafizə edir. 

Ozon qatının qorunması bəşəriyyətin ən mühüm problemlərindəndir. Ozon qatının beynəlxalq mühafizəsinin əsas devizi belədir: “Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”. 1994-cü ildə BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günüelan etmişdir. Həmin gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması təbiidir. Bu məqsədlə dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğ edilməsi tövsiyə olunmuşdur. “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan bu problem dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda əksini tapmışdır.  Ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçı dövlətlər tərəfindən öhdəliyə götürülmüş şərtlərə görə ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması nəzərdə tutulmuşdur. Bu qlobal məsələyə görə, Vyana Konvensiyasına 173 dövlət qoşulmuşdur.

 

Təbiətin yaşıl libası

 

Meşələr təbiətin yaşıl libasıdır. Onu yandırmaq, qırmaq olmaz. Azərbaycanda baş verən meşə yanğınlarının əsas səbəbləri hansılardır? Bu, çox ciddinarahatedici məsələdir. “2014-cü ilin ilk 8 ayında Azərbaycanın meşə fondu torpaqlarında 10 yanğın hadisəsi baş verib. Bu yanğınlar təxminən 55 hektar ərazini əhatə edib”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.Yanğınların ekoloji səbəblərinə aydınlıq gətirən sektor müdiri bildirib ki, havaların ötən ilə nisbətən istiquraq keçməsi meşə yanğınlarına səbəb olub. Onun sözlərinə görə, bununla əlaqədar həm regionlarda, həm də aparatda fövqəladə rejiminə keçilib, müəyyən tədbirlər görülüb: “2013-cü ildə, ümumiyyətlə, meşə fondu torpaqlarında yanğın baş verməmişdi. Bu il isə indiyə qədər 10 yanğın hadisəsi baş verib. Yanğınlar əsasən iki səbəbdən baş verir. Birinci səbəb odla ehtiyatsız davranma, ikinci səbəb isə taxıl biçinindən sonra sahənin yandırılmasıdır”.

Nazirlik nümayəndəsi bildirib ki, bu il yanğınlar meşə fondu ərazisində baş verməyib. Meşə fondu torpaqları digər torpaqlarla həmsərhəd zonalarda yerləşir və bələdiyyə, xüsusi mülkiyyətdə olan sahələrdə, fermer torpaqlarında baş verən yanğınlar meşə fondu torpaqları ərazilərinə keçir: “Builki yanğınlar Siyəzən, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Masallı, LerikQuba rayonları ərazisində baş verib. Oğuzda isə hadisə şimşək çaxması nəticəsində baş verib. Amma digər ərazilərdə baş verən yanğınların səbəbləri hələlik məlum deyil. Bu halların araşdırılması üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Ümumiyyətlə, yanğınlar 3 növdə baş verir - zəif, orta, intensiv. Bunlar da öz növbəsində aşağı və yuxarı davamlı olur. Azərbaycanda baş verən yanğınlar orta intensiv və aşağı davamlı olur". S.Salmanov əlavə edib ki, yanğınlar nəticəsində meşələrə dəyən ziyan oduncaq itkisi ilə ölçülür. Onun sözlərinə görə, bu il baş verən yanğınlarda xırda kol-koslar yanıb, böyük ağaclara ziyan dəyməyib: “Ümumiyyətlə, oduncaq itkisinə yol verilməyib. Yanğınlar nəticəsində meşə fonduna cəmi 5500 manat ziyan dəyib”.

Qeyd edək ki, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev də Azərbaycanda qeydə alınan meşə yanğınlarının səbəbləri barədə danışıb. O, son zamanlar Lənkəran, Lerik, Cəlilabad, Astara və digər rayonlarda meşə yanğınlarının baş verməsinin əsas səbəbini insan faktoru ilə əlaqələndirib: “Mən üzümü bu bölgədə yaşayan insanlara tutub deyirəm ki, odla ehtiyatsız davranmaları özlərinə, ailələrinə və ekologiyaya təhlükə yaradır”. Meşələr yaşıl sərvətimizdir, onu qorumaq hamımızın borcudur!

 

 Planeti zibildən təmizləyək”

 

Bu ümumdünya aksiyası ilk dəfə 1993-cü ilin sentyabrında Avstraliyada okean sahillərinin təmizlənməsi ilə bağlı qeyd olunub. Tədricən bir çox ölkənin əhalisi bu aksiyaya qoşulub. Hər il minlərlə insan bu aksiyada iştirak edir. Müxtəlif kontinentdən olan insanlar yaşadıqları şəhərlərin təmizliyi üçün xüsusi tədbirlər görürlər. Təbiətsevər insanlar  tullantıların istifadəsi ilə bağlı iqtisadiekoloji mühazirələr oxuyur, onların anbara yığılmasını və ya xüsusi yerlərdə yandırılmasını təşkil edirlər. Torpağın, atmosferin qorunması ümumxalq işi kimi geniş vüsət alır.

 

“Yaşıl sülhün yaranma günü

 

 Greenpeace” “ Yaşıl sülh” deməkdir. Bu təşkilatın 41 ölkədə 3 milyondan çox üzvü vardır ki, onlar da  ətraf mühitin mühafizəsi ilə məşğul olurlar. Bu təşkilat üzvlərinin əsas vəzifəsi ekoloji cinayətlərə qarşı aksiyalar keçirməkdir.

Hazırda  Greenpeace” təşkilatının yaranmasının ildönümüdür. “Greenpeace” 1971-ci ildə Kanadada yaradılmışdır. O, ekoloji cinayətlərə qarşı mübarizə aparan fəal bir təşkilatdır, əsas prinsipi ekoloji cinayətə qarşı müstəqil mübarizə aparmaqdır. Bu təşkilat dövlətlərdən, şirkətlərdən siyasi partiyalardan hər hansı bir maddi dəstək sponsorluq qəbul etmir. Qurum bütün aksiyalarını şəxslərdən qəbul etdiyi maddi mənəvi dəstəklə həyata keçirir. Hazırda təşkilatın 3 milyondan çox üzvü ətraf mühitin mühafizəsi ilə məşğul olur ekoloji cinayətlərə qarşı dinc aksiyalar keçirir. Təbiət həvəskarları, geniş xalq kütləsi bu aksiyalarda fəal iştirak edirlər.

 

İsaq ƏMƏNULLAYEV

 

Xalq  qəzeti.- 2014.- 26 oktyabr.- S.7.