Cəlilabad: Bütün
sahələrdə
inamlı iş gedir
Cənub bölgəsinin sürətlə inkişaf edən rayonlarından biri də Cəlilabaddır. Son illərdə burada həyatın bütün sahələrində əsl canlanma yaranıb, əhalinin güzəranı xeyli yaxşılaşıb.
Rayon icra hakimiyyəti
başçısı yanında şuranın geniş tərkibdə iclasında belə bir fikir xüsusi
vurğulandı ki, ölkəmizdə həyata
keçirilən sosialyönümlü iqtisadi siyasətin uğurları regionların
tərəqqi meyillərində özünü
daha qabarıq əks etdirir.
İclasa sədrlik edən icra hakimiyyətinin
başçısı Əziz Əzizov bildirdi
ki, “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na uyğun
olaraq doqquz ayda Cəlilabadda iqtisadiyyatın bütün sahələrində irəliləyişlərə
nail olunub, sosial infrastrukturun yaxşılaşdırılması,
texniki bazanın möhkəmləndirilməsi,
tikinti-abadlıq sahəsində məqsədyönlü tədbirlər
həyata keçirilib.
Aqrar bölmədə fəallığın
artması nəticəsində taxılçılıq, kartofçuluq, üzümçülük,
heyvandarlıq və digər sahələrdə uğurlar qazanılıb. Payızlıq əkin
üçün 42750 hektar
sahədə şum vurulub,
14760 ton toxum fondu yaradılıb. Gəlirli sahələr olan kartof və ciyələk
istehsalının artırılmasına şərait
yaradılıb, 67700 ton kartof,
2150 ton çiyələk istehsal
olunub. Rayonda üzüm sahələri 1500 hektara
çatdırılıb, 7250 ton məhsul
yığılıb. Şərabçılığın
inkişafı üçün tədbirlər
görülüb. Rayon
üzümçülük dayaq məntəqəsi üçün
tikilən inzibati və
yardımçı binalarda tamamlama işləri gedir.
Kənd əməkçiləri həmçinin 1228 ton tərəvəz, 368 ton
bostan bitkisi, 659 ton günəbaxan, 1381 ton
meyvə istehsal ediblər.
Heyvandarlığın
inkişafı məqsədilə mal-qaranın cins tərkibi
yaxşılaşdırılıb, rayona
lizinq yolu ilə cins inəklər gətirilib, süni
mayalandırma yolu ilə 1252 baş bala alınıb.
Heyvandarlığa göstərilən qayğı nəticəsində
şəxsi və fermer təsərrüfatlarında
mal-qaranın sayı 99332 başa,
davarın sayı 122607 başa,
quşların sayı isə 766107 başa
çatdırılıb. Bu müddət
ərzində 15472 ton ət, 72800 ton süd və 26 milyon 913 min ədəd yumurta istehsal edilib. Günəşli kəndindəki
dövlət toxumçuluq müəssisəsinin
1300 hektarlıq ərazisində taxılçılıq təsərrüfatı
yaradılıb. Bundan əlavə, fiziki və hüquqi şəxslərin
yaratdığı 5 toxumçuluq təsərrüfatı
da tam gücü
ilə fəaliyyətə başlayıb. Suvarma
sisteminin
yaxşılaşdırılması üçün
248,6 min kubmetr kanal lildən təmizlənib, 17716 hektar əkin sahəsi suvarma
suyu ilə təmin edilib.
Məruzəçi bildirdi ki, tikinti-quruculuq
işləri xüsusilə geniş
vüsət alıb. Bu il
dövlət vəsaiti hesabına 220 şagird
yerlik Məmmədrzalı və 180 şagird yerlik Cəfərli
kənd məktəblərinin tikintisi başa çatıb. Hazırda
Cəlilabad şəhərində yeni
Heydər Əliyev Mərkəzi, Göytəpə şəhərində
ulu öndərin heykəlinin
ucaldılacağı park, mədəniyyət
mərkəzi, Muğan kəndində 2 min tonluq soyuducu
kamera, İncilli kəndində
180 şagird yerlik məktəb
və Cəlilabad şəhər məscidi ərazisində mərasim evi tikilir.
Ələt-Astara magistral yolunun
Göytəpə şəhər, Alar və
Qarazəncir kəndləri ərazisindən keçən 15 kilometrlik hissəsində 34 min
kvadratmetrlik dekorativ hasarlar yenidən qurulur, vətəndaşlara
məxsus 500-dən çox darvaza daha müasirləri
ilə əvəz edilir. Yaxın
günlərdə Kövüzbulaq kəndində
360 yerlik yeni məktəbin
tikintisinə başlanacaq.
Cəlilabadda kənd
yollarının abadlaşdırılmasına da
ciddi diqqət yetirilir.
Uzunluğu 74 kilometr olan Cəlilabad-Yardımlı avtomobil
yolunun 37 kilometrinə asfalt,
40 kilometrinə isə çınqıl döşənib. Bundan başqa, Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əliqasımlı
avtomobil yolunun 11 kilometri, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd
yolunun 8,2 kilometri
asfaltlaşdırılıb. Alar-Günəşli dairəvi avtomobil yolunun çəkilməsi
nəzərdə tutulub. Əhalinin su təchizatının
yaxşılaşdırılması üçün
Cəlilabad şəhərinin 18 küçəsində su xətləri təmir olunub.
Azərbaycan hökuməti və Dünya
Bankının maliyyə vəsaiti hesabına Cəlilabad
şəhərində 68167 metr kanalizasiya, 66064 metr su xətti çəkilib, hazırda iş davam edir.
Doqquz ayda 585 yeni iş yeri
açılıb, rayon məşğulluq
mərkəzində qeydiyyata
alınmış 407 nəfər işsizin
251-i daimi işlə təmin olunub. Bank filialları və kredit təşkilatları
tərəfindən 13341 nəfər fiziki
və hüquqi şəxsə 40 milyon 751 min manat, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
45 nəfərə 4 milyon 670 min manat məbləğində
kredit verilib.
Payız-qış mövsümü ərəfəsində elektrik hava və qaz xətləri əsaslı təmir edilib.
Bu il tam
orta məktəbləri bitirmiş
məzunların 317-si universitetlərə qəbul olunub ki, onların da 15-i 600-dən çox bal toplayıb. Sabirabad kənd
1 saylı tam orta məktəbin
məzunu Əli Qasımov 680 bal
topladığı üçün Prezident təqaüdünə layiq
görülüb. Cəlilabad peşə
liseyinin direktoru Etibar Sadıqova əməkdar müəllim, Şamil və Habil
İsmayılov qardaşlarına əməkdar bədən tərbiyəsi
və idman xadimi
adları verilib. Rayonun
səhiyyə işçiləri əhalinin
sağlamlığına həmişə mühüm
məsələ kimi baxırlar.
İdman
uğurları da sanballı olub. Yunan-Roma güləşi üzrə
Avropa yarışlarında
İbrahim Nurullayev
1-ci, ağırlıqqaldırma üzrə Avropa çempionatında isə
Coşğun Ağazadə
2-ci yerə layiq görülüb.
Əziz Əzizov sonra vətəndaş müraciətləri
ilə bağlı vəziyyəti açıqlayaraq dedi ki,
hesabat dövrü ərzində rayon icra hakimiyyəti
başçısının aparatına 976 müraciət
daxil olub. İcra başçısı tərəfindən
aparatda keçirilən qəbullarda 183, yerlərdə
keçirilən səyyar qəbullarda isə 214 nəfər
qəbul edilib. Müraciətlərin
əksəriyyəti müsbət həll olunub.
Sonda məruzəçi
qəti əminlik ifadə etdi ki, cəlilabadlılar görülmüş
işlərlə kifayətlənməyəcək,
uğurların sayını artıracaqlar.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 29 oktyabr.- S.6.