Gənclər Siyasəti
üzrə Birinci Qlobal
Forumun Bakıda keçirilməsi Azərbaycanın
beynəlxalq nüfuzunun etirafıdır
Əlbəttə, gələcəkdə daha çox forumlar keçiriləcək, lakin bu forum tarixdə qalacaq. Biz forumun keçirilməsi üçün Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Biz buna hökumətimizin gənclər və idman siyasəti, ölkənin fəal inkişafı ilə bağlı fəaliyyətdə göstərdiyi səylərin tanınması kimi baxırıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda gənclər siyasəti bu gün dövlət siyasətimizin mühüm tərkib hissəsidir. Mübaliğəsiz demək mümkündür ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addmlar atmaqdadır.
Azərbaycan
okyabrın 28 – dən 30 – dək gənclərlə
bağlı möhtəşəm tədbirə ev sahibliyi etdi.
Birinci Qlobal Forumun ölkəmizdə təşkili bir daha sübut
etdi ki, dövlətimizin
artıq neçə ildir həyata keçirdiyi gənclər siyasəti öz bəhrəsini verir
və layiqli qiymətini alır. Bakı
şəhərində Gənclər Siyasəti
üzrə Birinci Qlobal
Forumun
keçirilməsi ilə bağlı tədbirlər
haqqında Azərbaycan Respublikası Prezidentinin
sərəncamı və bu göstərişdən irəli gələn
hazırlıq işləri onu göstərdi
ki, Azərbaycan rəsmi səviyyədə
gənclərə qayğı göstərir və gənclərlə
bağlı məsələlər onun üçün prioritet təşkil
edir. Bundan əlavə, I Qlobal Gənclər
Forumunda Prezident İlham Əliyevin iştirakı və
çıxışı qeyd edilən
sahəyə ölkəmizdə birinci
şəxs səviyyəsində diqqət yetirildiyini
bir daha təsdiq etdi. Açılışda BMT-nin baş katibinin gənclər
siyasəti üzrə elçisi Əhməd
Əlhəndavi, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov, Gənclər
və İdman naziri Azad Rəhimov, BMT baş katibinin köməkçisi Maqdi
Martinez-Soliman,
UNESCO-nun sosial və
humanitar elmlər
üzrə baş direktorunun
köməkçisi Lalla Aişa
Ben Barka, Avropa Şurasının demokratiya
üzrə baş direktoru
Snejana Markoviç , Qlobal gənclər səfiri Bəşər Hobbi və gənclər hərəkatının
nümayəndəsi Greyt Rios,
habelə digər tanınmış ekspertlər
çıxış edərək tədbirin dünya miqyaslı əhəmiyyətindən
və gələcək faydalarından söhbət
açdılar. Natiqlər qeyd etdilər ki, gənclər
siyasəti bir sıra ölkələrin
dövlət siyasətinin aparıcı istiqamətlərindən
biridir. Azərbaycanda gənclərlə
bağlı proqramlar qəbul edilir və şəxsən Prezident
İlham Əliyevin
tapşırığı ilə ölkədə insan kapitalının inkişafına önəm
verilir.
Gənclər və İdman naziri Azad Rəhimov qeyd etdi ki,
ölkə əhalisinin 50 faizinin
yaşının 29-dan aşağı olduğu
Azərbaycan qlobal gənclər siyasətini
daim dəstəkləyir. O bildirdi ki, Azərbaycanda gənclər
çoxluq təşkil edir
və onların liderlik
bacarıqlarının inkişafı üçün
şərait yaradılır. BMT-nin baş katibi Pan Gi Mun forum
iştirakçılarına videomüraciətində Gənclər
Siyasəti üzrə Birinci Qlobal Foruma ev
sahibliyi etməsinə görə Azərbaycan
hökumətinə təşəkkürünü bildirdi: “Gənclərin maraqları naminə fəaliyyət
üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu
forumun keçirilməsi xüsusi
əhəmiyyət kəsb edir. Bu, çox vacib məsələdir. Gənclər gələcəyin
liderləridir və onların inkişafına xüsusi
diqqət yetirmək lazımdır. BMT sizinlə işləməyə
hazırdır”, - deyə baş katib qeyd etdi.
Xarici ekspertlər bildirdilər ki, gənclərin maraqları naminə fəaliyyət
üzrə Dünya Proqramının gənclər
siyasətinin hazırlanması ilə bağlı ölkələrə
müraciət olunmuşdur. Dünya ölkələrinin
dövlət büdcələrində və BMT-nin
büdcəsində gənclər siyasətinin maliyyələşdirilməsi
məsələsi əks olunmalıdır. Maqdi
Martinez-Soliman bu sahədə
Azərbaycandakı vəziyyətdən danışdı. O dedi: “Azərbaycan fəal şəkildə gənclər
siyasəti proqramlarına qoşulur.
Ölkədə yoxsulluq azalır, sosial sahəyə sərmayələr
yatırılır, iş yerləri
açılır. Bu, ölkə siyasətinin
nəticəsidir. Azərbaycan təbii resurslarından əldə
etdiyi gəlirləri insan
kapitalının inkişafına yönəldir”.
Qlobal forumda 80-dən çox ölkədən 700-dən artıq
nümayəndə iştirak edirdi. BMT-nin baş katibi
Pan Gi Munun
təşəbbüsü ilə keçirilən forumun məqsədi gənclər siyasəti
üzrə yeni istiqamətlərin, 2015-ci
ildə görüləcək işlərin müəyyənləşdirilməsi,
gənclər siyasəti üzrə müxtəlif ölkələrlə
təcrübə mübadiləsinin aparılması və
bu sahədə əhəmiyyətli
mövzuların müzakirə olunmasıdır.
Azərbaycan
dövlətinin gənclər siyasəti barədə söhbət
açılarkən mütləq Prezident
İlham Əliyev tərəfindən
2005-ci ildə imzalanmış “Azərbaycan Gəncliyi
2005-2009-cu illərdə” və 2011-ci ildə imzalanmış
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət
proqramlarını xüsusi qeyd etmək gərəkdir. Həmin proqramlar gənclər
sektorunun birbaşa
inkişafına yönəlmiş bir
neçə mərhələli strategiyadır. Ötən bir neçə il bu proqramlara Azərbaycan gəncliyinin nə qədər
ehtiyacı olduğunu göstərdi. Azərbaycan
Prezidenti forumda
çıxış edərkən bu məsələyə
toxunaraq bildir ki, Azərbaycan üçün ən vacib
prioritet istiqamətlərdən biri təhsildir: “Biz
ölkədə, demək olar ki, yüz faiz
savadlılığın təmin olunmasına görə qürur duyuruq. Gənclər
siyasətinə gəldikdə, Azərbaycanda möhkəm qanunvericilik bazası mövcuddur”.
Dövlət
başçısı xatırladıb ki,
Azərbaycanda “Gənclər siyasəti haqqında” qanun var, həmçinin
“Azərbaycan gəncliyi” adı altında iki
Dövlət Proqramı qəbul edilib və
uğurla həyata keçirilir:
“Bu yaxınlarda biz Gənclər
Fondu yaratdıq və bu
fonda dövlət büdcəsindən
ayrılan vəsait gənclərin özlərini cəmiyyətdə
göstərmələrinə kömək edir.
Gənclər mədəniyyət, təhsil, sosial
fəallıq, siyasi islahatlarla
bağlı müxtəlif layihələrə cəlb olunublar”.
Dövlət
başçımız Azərbaycanın beynəlxalq təhsil
mərkəzləri ilə sıx əməkdaşlıq sayəsində
bu sahədə daha böyük uğurlara nail ola biləcəyinə
ümidini ifadə edərək qeyd edib ki,
Azərbaycan hökuməti artıq bir
neçə ildir ki,
gənc nəsil üçün dünyanın aparıcı
universitetlərində təhsil proqramlarını maliyyələşdirir.
Bu il xaricdə ölkə
gənclərinin təhsil almasına 40 milyon
avroya yaxın vəsait yönəldilib: “Biz, həmçinin universitetlərimizlə
dünyanın aparıcı təhsil ocaqları arasında daha çox əlaqələrin
olmasını istəyirik. Biz belə
siyasətin üstünlüyünü görürük, çünki
bu gün Azərbaycanın
gənc nəsli yeni, müasir,
müstəqil ölkənin yaradılmasında fəal iştirak edir”.
Daha sonra Prezident
İlham Əliyev
çıxışında ölkənin müdafiə məsələlərinə
toxunaraq qeyd etdi: “Təhlükəsizlik məsələlərinə
gəldikdə, biz, həmçinin
yalnız gənc nəslə güvənirik. Sərhədlərimizi
qoruyan, hazırda erməni təcavüzkarları
ilə üzbəüz səngərdə dayanan
gənc azərbaycanlılar Vətənini qoruyur.
Erməni təcavüzü zamanı əziyyət çəkmiş
insanlarımızın əksər hissəsi gənc nəslin
nümayəndələri olub...
Dünyanın bütün ölkələri
Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyir. Lakin münaqişə
hələ ki, praktiki
baxımdan həll olunmayıb. Onun həlli
beynəlxalq təşkilatların, xüsusən də BMT Təhlükəsizlik
Şurasının qərar və qətnamələrinə əsaslanmalıdır.
Çünki BMT Təhlükəsizlik
Şurasının qətnamələri icra
edilməlidir. Görürük ki, bəzi hallarda onlar bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə onlar iyirmi ildən çoxdur kağız üzərində
qalır.”
Prezident İlham Əliyev bildirdi
ki, biz daha
güclü, daha təsirli
olmalıyıq və münaqişənin beynəlxalq hüququn norma və
prinsiplərinə, Azərbaycanın ərazi
bütövlüyünə əsaslanaraq həllinə nail olmaq üçün
ürəkdən çalışmalıyıq. Əminəm
ki, o gün
gələcək və biz öz doğma
torpaqlarımıza - Dağlıq Qarabağa,
eləcə də işğal olunmuş digər ərazilərə
qayıdacağıq. Beynəlxalq ictimaiyyət nəinki bu məsələ ilə əlaqədar,
ümumiyyətlə, bizi qəti surətdə
dəstəkləyir.
Geniş və məzmunlu
çıxışında bütün siyasi və iqtisadi
uğurlarımıza toxunan dövlət
başçısı bu nailiyyətlərdə
gənclərin də payının olduğunu
vurğuladı: “Fikrimcə, forum nəinki
müzakirələr, o cümlədən,
Azərbaycan haqqında çox şeyi bilmək, ölkəmizi daha yaxşı tanımaq imkanı
baxımından vacib olacaq.
Ümid edirəm ki, bu günlər xatirinizdə qalacaq.
Azərbaycan öz prioritetlərini və
məqsədlərini aydın şəkildə müəyyən
etmiş gənc, müstəqil, dinamik və müasir
ölkədir. Biz Azərbaycan gəncləri
kimi böyük potensial, uğurumuzun
aparıcı qüvvəsi ilə gələcəkdə daha böyük nailiyyətlərə
imza atacağıq.”
Beləliklə,
gənclərlə bağlı dövlət
proqramlarının gerçəkləşdirilməsi müasir gəncliyimizin
dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik
və azərbaycançılıq ruhunda
tərbiyə olunması, milli-mənəvi dəyərlərə
bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin
hazırlanması baxımından mühüm
töhfədir.
Azərbaycanda dövlət
gənclər siyasətinin əsl mahiyyəti Bakı Forumunun timsalında bir daha istər yerli, istərsə
də beynəlxalq ictimaiyyətə bir daha bəlli oldu. Gənclərimizin öz bilik və bacarıqlarını, təbii
potensialını səmərəli reallaşdırması, cəmiyyətdə
layiqli yer
tutmasını təmin edən şəraitin
yaradılması məqsədilə dövlət tərəfindən
müəyyən edilmiş prioritetlər
və həyata keçirilən tədbirlər bu tipli forumlarda müzakirə olunur,
sistemləşdirilir və daha praqmatik formaya
salınır.
Anar TURAN
Xalq qəzeti.- 2014.- 31 oktyabr.- S.1.