Moskvada XXVII beynəlxalq kitab
sərgi-yarmarkası keçirilir
Azərbaycan da bu tədbirə qoşulan
ölkələr sırasındadır
1987-ci ildən
etibarən hər il keçirilən Moskva beynəlxalq kitab sərgi-yarmarkası
dünyanın nüfuzlu sərgilərindən
biri hesab olunur.
Hər il sərgidə çox sayda yerli və xarici nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatlar təmsil olunur. Moskva sərgisində iştirak milli mədəniyyətimizin, sürətlə inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərinin və əldə olunan uğurların dünyaya çatdırılması üçün mühüm vasitədir.
Sentyabrın 3-dən açılan sərgi-yarmarkadakı milli stendə “Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı reklam vasitələri yerləşdirilib, maraqlananlara ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılır.
Sərgi çərçivəsində X beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib gəlmiş kitabları mükafatlandırma mərasimi keçiriləcək. Sərgi-yarmarka sentyabrın 7-dək davam edəcək.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq
qəzeti”.- 2014.- 3 sentyabr.- S. 7.