Naxçıvan kəhrizləri:
Kalba Musa çeşməsi
Naxçıvan
torpağının bənzərsiz sərtliyə malik iqlim
xüsusiyyətləri var. Dünyanın məşhur
bulaqları yayda “çiyinləri qar yüklü” az-çox
su ehtiyatlı bu dağlarda olsa da, əsrlər boyu aran
torpaqları su qıtlığına məruz
qalmışdır. Çünki yayda havanın hərarəti
40 dərəcə olanda torpağın səthində istilik
50 dərəcəyə çatır.
İstər təsərrüfat suyu, istərsə
də içməli su sarıdan mürəkkəb coğrafi
məkanda yerləşən bu diyarın əhalisinin ümidi
qar, yağış sularına qalırdı. 1873-cü ildə
Kalbalıxan Naxçıvan şəhərindən 70 kilometr
aralıda Kükü dağlarına dəvələrlə
qum-sement daşıdır. O, həmin torpaqlarda suvarma sistemlərini
qurmaq üçün Almaniyadan dəvət etdiyi mühəndis
Şangireyin layihəsi əsasında 800 min kubmetr su tutumuna
malik Qanlı gölü yaradır.
Naxçıvanda 400-ə yaxın kiçik
çay, dərə, selov suları, Ordubadın
Göygölü, Şərur tərəflərdə
Arpaçay, Küküçay yay vaxtı suyu
azaldığına görə mövcud tələbatı
ödəmir.
Vaxtilə qədim Naxçıvan
torpağında olan kəhrizlər, ovdanlar hesabına camaat
öz ehtiyacını qismən ödəmişdir.
1901-ci ildə Naxçivan şəhərində
Kalba Kərbəlayi Musa adlı bir şəxs Bakıda
Hacı Zeynalabdın Tağıyevin savab əməli qədər
bir xeyirxah istəyin arxasınca gedir. Kiçik torpaqları
icarəyə götürüb pambıqçılıqdan
xeyli qazanc əldə edərək kifayət qədər sərmayə
toplayan Kalba Musa bir gün çayxanada bir ağsaqqalın
işlətdiyi kəlamının təsirindən
çıxa bilmir: Yedin dadındı, yığdın
yadındı, verdin adındı.
Dünya malı dünyada qalacaq, — deyib işə girişir. Kalba Musa Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin
yanında, Naxçıvan çayının sağ
yatağında quyular qazdırıb şəhərin
əsaslı su təminatını yaratmaq üçün ən
təcrübəli, bacarıqlı kankanları ətrafına
toplayır. Sər-hesab edərək belə qənaətə
gəlir ki, burada
azı 130-140 quyu qazılmalıdır. Dərinliyi
30-35 metrə çatacaq bu
quyuları yeraltı lağım atıb bir-birinə bənd
eləməklə şirin suyu öz axarı ilə
şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ
o dövrdə lazımi alət və texniki vasitələr olmadan
bir-birindən 60-80 metr aralı olan quyuların yeraltı xətlərlə
birləşdirilməsi idi. Balaca əl torbalarında uzun
kəndir-sicimlərlə bu qədər
torpağı yerin dərinliyindən
qazıb-çıxaran kankanların işi,
sözün əsl mənasında, böyük fədakarlıq idi.
Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə
birləşdirilir. Əsas çətinlik 35 metr
dərinlikdəki axırıncı quyunun
qazanılmasında olur. Həmin quyu sərt sal qayalara çıxdığından Kalba Musanın paxıllığını
çəkənlər buna görə
sevinirlər. Deyirlər: çox
sinəsinə döyürdü ki, ömrüm boyu qazandığım vəsaitin 24 min qızıl sikkəsini (indiki
məzənnə ilə 12 milyon Azərbaycan
manatı) kəhriz qazmağa sərf etmişəm. İndi
Kalba Musa axır ki, gəlib sərt qayalara
dirəndi.
Lakin Kalbanın iradə və inadı sərt
qayalara da qalib gəlir. Bu dəfə
yorulub əldən düşən kankanlara hər qarış qayanın
çapılması üçün bir qızıl onluq sikkəsi
təklif edir. Doqquzuncu
ildə bu minvalla sonuncu quyu 35 metr dərinliyə çatanda
ən təcrübəli kankan quyudan çıxıb camaatın gözü qabağında ağlayır. Deyir: – Kalba Musa, özün düş quyuya qulaq ver, gör
sal qayaların altında dəhşətli,
vahiməli, dəniz uğultusu necə gəlir.
Hər an fəlakət baş
verə bilər. İstəyirsən bu doqquz ildə bizə çəkdiyin xərclərin
əvəzi ev-eşiyimizi girov
götür, ancaq quyuda bir qarış da daş çapmaq
həyat üçün təhlükəlidir,
ta o yana
yol yoxdur. Kalba Musa özü
quyuya düşür.
Qulaq verib görür ki, elə bil, bir dərya daş altında təlatümə gəlib
uğuldayır. O, quyudan
çıxır, kankanlara təsəlli verir. “Allaha təvəkkül”
deyib, işə fasilə vermək qərarına
gəlirlər. Heç üç
gün keçməmiş bir gecə Naxçıvan şəhərini
vahimə basır. Sən demə, sonuncu quyunun
qazıla-qazıla nazikləşmiş sal
qaya qatı yer
altında zəngin yatağı olan suyun zərbəsinə tab
gətirə bilmir, partlayaraq
35 metrlik quyudan fəvvarə
verib gecəynən məhəllə –
küçələri, ətrafdakı əkin sahələrini
cənginə alır. Camaat güclə
qaçıb canını xata-bəladan qurtarır. Bir həftədən sonra
quyunun gur suyu səngiyib sakitləşir. Bir göz
qırpımında göz yaşı kimi dupduru — yayda buz kimi,
qışda hamam suyu
tək ilıq olan bu
kəhriz o gün-bu gün Kalba Musa çeşməsi adlanır.
Kalba Musa bazardan
seçmə 15 qoç alır, gətirib
kəhrizin başında qurban kəsdirir.
İmkansız ailələrin hamısına pay
tutub, ehsan paylayır.
Dincini almaq üçün çayxanaya
gedir. Hamı Kalba
Musanın ayağına qalxır. Bədxahlardan biri deyir: Qardaş,
zornan deyil ki, Kalba Musa
30 ildə yığdığını kəhrizə qoydu, Allah onun
başından var-dövlət yağdırır, indi də ömürlük
ehsan suyu çiləyir.
Kalba Musa deyir:
– Allah hər kəsin ürəyinə
görə versin, siz
də Haqla olsanız, Haqq
da sizinlə olar. Ancaq Kalba Musanın bu xeyirxah işə
başı qarışıq olanda, ermənilər
1905-ci ildə onun evini
gecəykən yandırırlar. Lakin o, evi də bərpa etdirir. Uzaqgörən
ağsaqqalın çar ordusunda
bacarıqlı xidmət edən zabit oğlu Hüseynin, M.Lomonosov adına Moskva
Universitetində əla qiymətlə təhsil alan ikinci övladı Novruzun uğurları ona qol-qanad verir, bu möhtəşəm kəhrizin bütün problemlərini həll edir. Kankanların haqqını ikiqat ödəyən Kalba
Musa hər
öynədə ev xörəyi gətirdərək
onlarla birlikdə nahar
edir.
Lakin 1920-ci ildə Azərbaycanda şura hökuməti qurulduqdan
sonra bolşeviklərin hər bir yaşayış məntəqəsində
ən nüfuzlu, işgüzar,
xalqın qaymağı sayılan övladlarını aradan götürmək siyasəti Kalba Musadan da
yan keçmir. Onu qolçomaq, varlı,
kəlbalayı, dindar deyə, sinfi düşmən kimi
qələmə verirlər. Kalba
Musanın ailə üzvlərini — oğul
və qızlarını Göyçaya
elə vəhşiliklə sürgün
edirlər ki, artıq bu
haqsızlıqdan Kalba Musa
ağır iflic keçirərək,
şikəst olur.
Lakin atalar sözüdü, deyərlər ki, su gələn arxa bir də gələr.
Kalba Musa 73
yaşında vəfat edir və onu gətirib Naxçıvan şəhərində
el-oba adəti və camaatın təntənəsi
ilə dəfn edirlər. Sonradan
övladları Göyçaydan Gəncəyə
köçür. Maraqlıdır ki, Kalba Musanın nəvəsi,
hazırda Gəncədə xeyirxahlıqda babası kimi ad çıxaran,
görkəmli mühəndis Musa Musayevin xalqa layiqli xidmətlərinə görə sinəsini
orden və medallar bəzəyir.
Babası Kalba Musanın kəhrizinin
115 illiyinin təntənəli şəkildə
qeyd edilməsi ilə bağlı
Naxçıvan MR Ali Məclisinin sədri
Vasif Talıbova xüsusi
minnətdarlıq məktubu göndərib. Çünki
hörmətli Vasif müəllim kəhrizlərin
hamısını bərpa etdirən, analoqu
olmayan Kəhrizlər İdarəsi
yaratmışdır. O, digər kəhrizlərlə
yanaşı, Kalba Musa
çeşməsinin də əvvəlki möhtəşəmliyini
saxlamaqla təmir etdirmişdir.
Naxçıvan torpağındakı 407 qədim kəhrizin son 10 ildə böyük
zəhmətlə bərpası öz bəhrəsini
vermişdir.
Dağların qar ehtiyatı son 70-80 ildə
belə qıt olmamışdır. Qışın
sərt şaxtalı keçməsi, yazda
çiçək üstə boranlı qışın yenidən
geri dönməsi Naxçıvanın təbiətinə
böyük ziyan vurmuşdur. Ərik, şaftalı, badam, qoz, göycə, gilas, alça, hətta
gilənar ağacları bar-bəhərsiz
qalmışdır. Amma atalar sözüdü: “Bir
illiyə bağlar da
qısır qalar”. Əgər Sovet dönəmində Naxçıvanın su anbarlarının gücü
cəmi 3 milyon kubmetrə
çatırdısa, ulu öndərin böyük uzaqgörənliklə Xanbulançay, Viləş, Ağstafaçay,
Sərsəng su anbarı ilə
yanaşı, Arpaçay, Uzunoba,
Bənəniyar, Heydər Əliyev su
anbarı tikintiləri, Batabat silsilə
gölləri hazırda 310 milyon kubmetr suya malikdir.
Araz çayı üzərindəki həcmi
1,5 milyard kubmetr olan hövzədən üzən nasoslarla 54 min hektaradək
su çıxarılması bu quraqlıq ilində Naxçıvan
torpağının qolundan tutdu.
Kalba Musa çeşməsindən hər
gün onlarca iritutumlu su
maşınlarına dolduraraq aparılan kəhriz
suyu böyük zəhmətlə
əkilib cücərdilmiş hər bir tingin, fidanın yaşamasına həyat verir. Əlavə tədbirlər kimi gündəlik su təminatına
çevrilir. Naxçıvanda meyvə-tərəvəzçiliyin
əsaslı inkişafı ilə bağlı hazırlanan
layihədə əlavə 18 min hektara su
çıxarılacaq. Sudan səmərəli,
məqsədyönlü, qənaətli istifadə edilməsini
artıq dünyada baş
verən iqlim dəyişmələrinin özü diktə edir.
Kalba Musanın nəvəsi Musa Musayev Gəncədən Naxçıvana qonaq gələndə ilk arzusu babasının 115 il
əvvəl həyat verdiyi və indi də şövq ilə
çağlayan kəhrizdən bir qoşa ovuc
su içmək olub
(şəkildə: “Babam haqqında bildiklərim”
kitabının müəllifi, Kalba
Musanın nəvəsi Musa Musayev).
Kalba Musa çeşməsinin 135 quyusunun mürəkkəb hidrotexniki
xüsusiyyətlərini və Naxçıvandakı 400-dən
çox kəhrizin təbiətini doktorluq səviyyəsinədək tədqiq edib, alimlik dərəcəsi
almış ekoloq, NDU-nun
professoru, bu
yaxınlarda Beynəlxalq Ekologiya, İnsan və Təbiətin Mühafizəsi
Akademiyasının həqiqi
üzvü seçilmiş
Əlövsət Quliyev indiyədək
dünyanın 16 ölkəsinə dəvət edilmişdir. O, planetdə gedən iqlim dəyişmələri, su
ehtiyatının azalması, yeraltı sular
və kəhrizlər mövzusu ilə elmi praktik konfranslarda,
konqreslərdə, simpoziumlarda maraqlı məruzələrlə
çıxış etmişdir. Professor
Əlövsət Quliyev Mərakeş, İran, Türkiyə, Rusiya
(Sankt-Peterburq, Moskva, Perm), Qazaxıstan, Özbəkistan, Türkmənistan,
Qırğızıstan, Rumıniya, Bolqarıstan kimi ölkələrdə kəhrizlərin aşkar edilməsi, Kalba Musa kəhrizinin özəllikləri barədə
məruzələr edərkən, alim və
mütəxəssislər 115 il
öncə Kalbanın hünərinə heyran
qalırlar. Rəhmətlik Kalba
Musa da Vətən
oğullarının fəhminə, kankanların qol gücünə, başbilənlərin zəkasına
güvənirmiş. Elə Şahbuz
dağlarında “Gur Bulaq”
deyilən iki dəyirmanlıq suyu 12 kilometrlik dağ yamacları ilə təkbaşına
çəkib Zırnel kəndinə gətirərək
su dəyirmanı yaradan
Molla Qurbanın da
bacarığından istifadə etmişdir.
Sən demə, çar hökuməti də
belə qabiliyyətli kişilərin əl-qolunu
bağlayırmış. Molla Qurbanın da aqibəti belə olmuşdur.
Onu heç nədən
həbs etmişdilər.
Kalba Musa öz
varidatından xeyli məbləğdə girov qoyaraq Molla
Qurbanı dustaqlıqdan azadlığa
çıxarmış və 135 quyunun
yeraltı lağımlarla bir-biri ilə əlqələndirilməsində
onun biliyindən istifadə etmişdir. İndi onlar həyatda yoxdurlar. Lakin savab əməlləri
elə dupduru sular tək
daim yaşayır. Şübhəsiz, bu xeyirxah insanların əməlləri
heç vaxt yaddan çıxmır, onların da adları iftixarla çəkilir.
Naxçıvan
torpağındakı ən qədim kəhrizlərdən olan Mahmud ağa,
Hacı Tağı, Hamam, Darvaza,
Bostanlar, Badamlı, Türkeş,
Xan, Başdərə, İmaməli, Ağa, Xudabaxış və digər yüzlərlə
kəhriz, həm də nadir memarlıq
inciləridir. Bugünkü müasir soyutma sistemləri
olmadığı dövrlərdə ərzaq məhsullarını
buz kimi, təzə-tər
saxlamaqda kəhrizlərin, ovdanların, su quyularının misilsiz
rolu olmuşdur.
Respublikamızın
paytaxtı Bakıda, regionlarda, habelə
Azərbaycandan ayrı salınmış Naxçıvan
torpağında içməli su problemləri
də uğurla həll edilir.
İndi Xaçmazın Şollar
suyu kimi, Qəbələ—Oğuz
dağlarının büllur bulaqları da öz axını ilə
paytaxta gətirilib. Muxtar respublikada isə Uzunoba gölü zonasında Naxçıvan şəhərinin
bundan 100 il belə
sonrakı dövr üçün
içməli su problemi
birdəfəlik yoluna qoyulmuşdur.
Muxtar respublikanın 90 illik
tədbirləri çərçivəsində ölkə
başçısı cənab İlham
Əliyev Naxçıvanda həmin içməli su xəttinin açılışında
şəxsən iştirak etmişdir.
Dahi Azərbaycan şairi
Nizami Gəncəvi demişkən, sanki bu il
ölkəmizə səmum yeli əsmiş,
quraqlıq və isti havalar
ciddi su
qıtlığı yaratmışdır. Yeraltı kəhrizlər,
ovdanlar, su quyuları,
artezian və subartezian
quyuları belə məqamda öz qiymətini
göstərməkdədir.
Qaşdar ƏLİYEV,
respublikanın əməkdar təbiəti mühafizə işçisi,
Akademik Həsən Əliyev mükafatı laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, ekoloq
Xalq
qəzeti.- 2014.- 7 sentyabr.- S.7.