Azərbaycan
idmançıları Qırğız Respublikasında
“Köçərilərin I Ümumdünya
Oyunları”nda iştirak edirlər
Sentyabrın 9-da
Qırğız Respublikasının Çolpon-ata
şəhərində “Köçərilərin I Ümumdünya Oyunları”nın
açılış mərasimi keçirilmişdir.
Açılış mərasimindən əvvəl
Qırğız Respublikasının Prezidenti
Almazbek Atambayevin
adından Ümumdünya Oyunlarında iştirak edən ölkələrin nümayəndə
heyətlərininin şərəfinə rəsmi ziyafət təşkil
olunmuşdur.
Azərbaycan
Respublikasının gənclər və idman
nazirinin müavini
İsmayıl İsmayılov və Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru
Vüqar Səfərli ziyafətdə iştirak etmişlər. Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Rusiya, ABŞ,
Əfqanıstan, Avstriya, Monqolustan,
Almaniya, İsveç
və digər ölkələrin qatıldığı bu möhtəşəm etno-idman
və turizm tədbirində ölkəmizi
30-dan çox idmançı təmsil edir.
Qırğız
Respublikasının təbiət incisi olan İsikul gölünün sahilində on
minlərlə tamaşaçının iştirakı ilə
keçirilən açılış mərasimində
Qırğız Respublikasının Prezidenti
Almazbek Atambayev
çıxış edərək tədbir
iştirakçılarını salamlamış,
yarışların tarixi əhəmiyyətindən
danışmışdır. O, qloballaşan
dünyada xalqların bir-birinə daha da
yaxınlaşması üçün idman yarışlarının bu
formatının əhəmiyyətini xüsusi
diqqətə çəkmiş, belə tədbirlərin hər
il keçirilməsi zəruriliyini
vurğulamışdır.
Prezident A.Atambayev “Köçərilərin
I Ümumdünya Oyunları”nın
keçirilməsi təşəbbüsünə böyük dəstək verdiklərinə
görə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə, Türkiyə
və Qazaxıstan prezidentlərinə xüsusi
təşəkkürünü bildirmişdir. Açılış mərasimində
iştirakçı ölkələrin
idmançıları təntənəli marş
sədaları altında tribunanın önündən
keçmişlər. Milli komandaların
yarışları sentyabın 15-dək davam
edəcəkdir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
Xalq qəzeti.- 2014.- 11 sentyabr.- S.8.