Azərbaycan – Malayziya əlaqələri
yeni mərhələyə qədəm qoydu
Sentyabrın 12-də Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfəri gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Malayziyanın hökumət başçısı ilə təkbətək görüşü oldu. Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi. Malayziya Baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi. Səfər çərçivəsində həmçinin Azərbaycan və Malayziya iş adamlarının iştirakı ilə biznes forum keçirildi. Forumda Azərbaycan ilə Malayziya arasında işgüzar əlaqələrin inkişafında bu tədbirin əhəmiyyəti vurğulanaraq qarşılıqlı səfərlərin rolu qeyd edildi. Diqqətə çatdırıldı ki, hazırda Azərbaycan ilə Malayziya arasında imzalanması nəzərdə tutulan 17 sənəd üzərində iş aparılır.
Müsəlman
Şərqinin bu iki parlayan ulduzu–Azərbaycan və Malayziya
arasında yaranan bu
münasibətlər və qeyd olunan rəsmi görüş
əslində bəlkə də çoxdan
gözlənilən hadisələrdən biri
kimi qiymətləndirilir. Çünki
İslam Konfransı Təşkilatının
iki həlledici səsə malik,
hazırda inkişaf tempinə görə
dünyanı heyrətləndirən bu iki müsəlman ölkəsi arasında baş tutan bu əlaqələri gələcək
perspektivlər vəd edən və inkişafa
doğru hədəfləri ilə
seçilən görüş hesab etsək yanılmarıq.
Əslində,
Azərbaycan ilə Malayziya arasında
yüksək səviyyəli əlaqələrin əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuşdur.
İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) 1994-cü ildə Mərakeşdə keçirilmiş VII Zirvə
toplantısında ilk dəfə olaraq ulu öndər Heydər
Əliyev Malayziyanın sabiq Baş naziri Mahathir bin Mohamadla görüşmüş,
bununla da iki ölkə arasında münasibətlərin
əsası qoyulmuşdur. 2006-cı ildən
isə iki ölkə arasında rəsmi əlaqələr
intensiv xarakter
almışdır. Həmin il
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Malayziyaya rəsmi səfərə gəlmişdir.
2006-cı ilin avqustunda
Baş nazir Artur Rasizadə Kuala Lumpurda İƏT-in fövqəladə Zirvə
toplantısında iştirak etmiş, 2012-ci ilin
noyabrında isə Azərbaycan Milli Məclisinin
sədri Oqtay Əsədovun Malayziyaya rəsmi səfəri olmuşdur. Malayziyanın Azərbaycanda səfirliyinin
fəaliyyətə başlaması isə ölkələrimiz
arasında əməkdaşlığın inkişafında mühüm rol
oynayacaqdır.
Malayziya - Cənub Şərqi Asiyada
İndoneziyadan sonra ən
böyük müsəlman ölkəsidir.
1957-ci ildə Böyük Britaniyanın
müstəmləkəçiliyinə son
qoyan Malayziya
1963-cü ildə müstəqillik qazanmışdır. Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla birləşmişdir. Lakin
1965-ci ildə Sinqapur bu
federasiyadan ayrılmışdır. Malayziya qədim və zəngin tarixə malik öllkələrdən hesab
edilir. XV əsrdə burada
İslam dini
yayıldı və bütün
yarımadanı əhatə etməyə başladı.
Portuqaliyalılar 1511-ci ildə Malay
yarımadasını ələ keçirdilər. Ancaq Hollandiy ilə Portuqaliya arasında Malayziya
uğrunda uzun sürən
bir mübarizə başlandı. 1641-ci
ildə Portuqaliya Malayziyadan
geri çəkildi. Hollandlar
burada 1795-ci ilə qədər hakim qüvvə oldular. Lakin onlar Malayziyanı
1826-cı ildə təkrar işğal
etdilər.
Ölkə əhalisinin
təqribən 50 faizini müsəlmanlar təşkil
edir. Digər əhali isə Malayziyada yaşayan
çinlilər buddizmin maxayana
formasını, konfusiçilik və daosizmi qəbul etmişdilər. Burada az sayda
insudistlər də bu ölkədə
yaşayır. Əhalinin 5 faizi
xristiandır. Onlar Cənubi Asiyadan çıxanlar, çinlilər və
avropalılardır. Hazırda sürətli istehsal
imkanları və inkişaf dinamikasına
görə dünyada qabaqcıl yerlərdən
birini tutan Malayziya sözün həqiqi
mənasında Şərqin əksəri müsəlman
ölkələrinə nümunəvi modeli
ilə seçilir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Malayziya
Baş nazirinin Azərbaycana
baş tutan bu ilk səfəri tarixi bir səfərdir və
əməkdaşlığımızın tarixinə həkk
olunacaq. Hər iki dövlət arasında Birgə Bəyannamə
imzalandı. Bu bəyannamə əslində
gələcək əməkdaşlığımızın
inkişafı baxımından çox mühüm sənəddir. Çünki
həmin sənəd əməkdaşlığımızın
bütün aspektlərini - siyasi, iqtisadi, enerji sahələrini əhatə edir. Bundan əlavə
Malayziyanın İKT-nin üzvü
kimi Azərbaycana verdiyi
tam dəstək təmənnasız amillərə
söykənir.
Prezident İlham Əliyev
çıxışında qeyd etdi ki, bizim
beynəlxalq təsisatlar çərçivəsində də
çox müsbət əməkdaşlığımız
var, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı
və digər təşkilatlarda. Mən Malayziyaya
minnətdarlığımı bildirirəm ki,
bu ölkə Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe
tutur və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim müdafiə
edir. Bu, beynəlxalq hüquqa uyğun olan bir mövqedir
və bizim əməkdaşlığımızı,
qardaşlığımızı əks etdirir.
Təəssüflər
olsun ki, uzun illərdir Dağlıq Qarabağ
və ətraf yeddi rayon
erməni işğalı altındadır. Ermənistan beynəlxalq
hüququn normalarını
açıq-aşkar pozur. Dünyanın
ən mühüm beynəlxalq təşkilatı
olan BMT-nin Təhlükəsizlik
Şurası dörd qətnamə qəbul
edib ki, o qətnamələrdə Ermənistan dərhal
və qeyd-şərtsiz torpaqlarımızı azad etməyə çağrılır. Amma Ermənistan buna məhəl
qoymur. Bizim ölkənin
ərazisinin 20 faizi işğal
altındadır. Ermənilər azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti
aparıblar. Burada Xocalı
soyqırımını qeyd etmək istərdim.
Yüzlərlə günahsız insanın qətlə
yetirilməsi faktı mövcuddur. Bizim məscidlər, məzarlıqlar
dağıdılıb. Buna heç bir bəraət
qazandırmaq olmaz, bu,
vandalizmdir.
Prezident İlham Əliyev Malayziya Baş nazirinə
münaqişə barədə ətraflı şərh
verdikdən sonra bu görüşün hər iki
ölkənin iqtisadi imkanlarının
inkişafına hesablandığını və iqtisadi müzakirələrin faydaları barədə
fikirlər bildirdi. Razılıq əldə
edildi ki, hər iki ölkənin şirkətləri
qarşılıqlı şəkildə sərmayə
yatırsınlar. Təbii ki, keçirilən
biznes forumda da hər iki ölkə öz biznes
imkanlarını təqdim edərək praktiki
addımlar etdi. SOCAR və “Petroliam Nasional Berhad” şirkətləri arasında
imzalanmış Anlaşma Memorandumu
əməkdaşlığın yeni səhifəsini
açdı.
Dövlət
başçısı xüsusi olaraq vurğuladı ki, Malayziya dünyada bizim üçün mühüm tərəfdaş və dost ölkələrdəndir. Biz
İslam həmrəyliyinin gücləndirilməsi
üçün birgə tədbirlər
həyata keçiririk, səylər
göstəririk. Biz İslam
Əməkdaşlıq Təşkilatı çərçivəsində
çox fəal əməkdaşlıq edirik. Malayziya istər iqtisadi və siyasi, istər
də sosial inkişaf
baxımından böyük nailiyyətlər
əldə edib. Bu, bir çox ölkələr
üçün örnək ola bilər. Malayziyanın möhkəm, sabit siyasi sistemin
və güclü iqtisadi
zəminin yaradılması baxımından böyük
nailiyyətləri var. Zənnimcə, İslam dövlətlərinin inkişafı,
həmrəyliyi əməkdaşlığın gücləndirilməsinə
də töhfəsini verir. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək
daha çox işlərə
nail ola bilərik.
Eyni zamanda, Malayziya Baş nazirinin fikirləri də maraqlı idi. Ölkəmizin bugünkü
iqtisadi inkişafı onu
heyrətləndirmişdi və dünyanın qabaqcıl iqtisadi potensiala malik bir ölkənin
hökumət başçısı kimi o, bunu gizlətmədi. Baş nazir Mohammad Najib Tun Abdul Razakın öz bəyanatında dedi:
“Mən təyyarədən endiyim ilk andan çox
təsirləndim. Təkcə inkişafın özü
deyil, keyfiyyəti də məni valeh etdi. Sizin
gələcəyə olan
baxışlarınız məndə böyük
təəssürat yaratdı. Təbii ki,
ölkəmə qayıdandan sonra həmvətənlərimə
Azərbaycana səfər etməyi tövsiyə edəcəyəm”.
Bu fikirlər məncə, hər bir azərbaycanlını sevindirməlidir. Baş nazir
çıxışına davam edərək
bildirdi ki, həqiqətən
də Azərbaycan mənim bu günə
qədər səfər etdiyim ən
gözəl ölkələrdən biri hesab oluna bilər. Bu gün Azərbaycana səfər edən hər
bir rəsmi şəxsin dilindən bu cür yüksək
sözlərin eşidilməsi artıq ənənə
halını almışdır. Çünki,
gələn bütün qonaqlar
Azərbaycanın qazandığı nailiyyətlərin
dünyanın tanınmış reytinq
jurnallarında qeyd edildiyi
kimi praktikada da şahidi olur və bu mənzərə
onların yaddaşında ciddi iz buraxır. Bu gün İslam ölkələrinin
bəzilərində baş verən kəskin
siyasi proseslər, konfliktlər, daxili xaos, vətəndaş
müharibələrinin fonunda bu iki ölkə
özünəməxsus inkişaf tərzi
və sabitliyi ilə seçilir.
Hər iki ölkə daxili
və xarici siyasi sabitlik və inkişaf yolu baxımından müsəlman Şərqinə
nümunəyə çevrilmişdir.
İqtisadi əlaqələrimizdən
danışdıqda Azərbaycan ilə Malayziya
arasında 2012-ci ilin dekabrından “Malayziya Hava Yolları”
şirkəti ilə birgə yükdaşıma əməliyyatlarının
həyata keçirilməsi üzrə razılaşma əsasında
Heydər Əliyev Beynəlxalq Hava
Limanını əsas tranzit uçuş məntəqəsi seçməsini, daha sonra Azərbaycan və
Malayziyanın hava nəqliyyatı
qurumları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu və 2013-cü ilin
fevralında bunun davamı olaraq
iki ölkənin “Silk
Way Airlines” və “MASkargo” aviaşirkətləri arasında əməkdaşlığa
dair sənədin imzalanmasını qeyd etmək lazımdır.
2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” Malayziyanın “Measat Satellite Systems” (MEASAT) aerokosmik
şirkəti ilə birlikdə həyata keçirilən uğurlu əməkdaşlıq nəticəsində
orbitə buraxılmışdır. “Azərspace-1” peykinin yerləşdiyi 46 dərəcə
Şərq uzunluq dairəsinə dair orbital mövqe
həmin şirkətdən 15 il müddətinə
icarəyə götürülmüşdür.
Ötən dövrdə
iki ölkə arasında müdafiə sənayesi
sahəsində də əlaqələr inkişaf
etmişdir. Malayziyada keçirilən DSA-2014 beynəlxalq müdafiə sərgisi
zamanı Azərbaycanın istehsal etdiyi müdafiə sənayesi məhsulları
iştirakçılar tərəfindən böyük
maraqla qarşılanmış, bir sıra şirkətlərlə əməkdaşlıq
barədə razılıq əldə olunmuşdur.
Bundan əlavə Malayziya
iqtisadiyyatının lokomotivi olan “PETRONAS” şirkətlər qrupunun prezidentinin Azərbaycana
ilk səfəri ərəfəsində iki ölkə arasında əməkdaşlığın
inkişafına böyük təsir
göstərəcək qərarlar qəbul olunmuşdur.
Eyni zamanda, Malayziya Avropanın enerji təminatında
mühüm rol oynayacaq TANAP layihəsinə investisiya
qoyuluşunda maraqlıdır və bu beynəlxalq əhəmiyyətli layihədə
iştirak etmək niyyətindədir. Yəni
birgə layihələrə qoşulmaq və
sıx əməkdaşlıq baxımından böyük perspektivlərimiz vardır. Burada isə ölkələrimiz arasında məsafənin
uzaqlığı önəm kəsb etmir.
Mədəniyyət yaxınlığı və
iqtisadi maraqlar buna tam şəkildə imkan verir ki,
Cənub Şərqi Asiyanın bu gün yüksək səviyyədə inkişaf etmiş ölkəsi
Cənubi Qafqazın lider dövləti ilə
qlobal layihələrdə birgə
addımlasın.
Anar
TURAN
Xalq qəzeti.- 2014.- 18 sentyabr.- S.4.