Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri
bütün sahələrdə daha sürətli
inkişafa yol açmışdır
Biz burada, düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir azad şəhər görürük. Getsinlər, öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığına görə onların paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs görür və görməlidir. Azərbaycan ictimaiyyəti də bunu bilməlidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyevin avqust ayının 28-də Füzuli rayonuna növbəti səfəri bölgənin həyatında daha bir unudulmaz hadisəyə çevrilmişdir. Keçirilən görüşlərdə və yeni obyektlərin açılış mərasimlərində rayonda aparılan hərtərəfli quruculuq işləri təqdir olunmuş, yeni hədəflər müəyyənləşdirilmişdir. Dövlət başçısının görülən işlərə verdiyi yüksək qiymət, irimiqyaslı işlərə göstərdiyi dəstək insanlarda coşqun ruh yüksəkliyi yaratmışdır.
Xatırladaq
ki, ölkə rəhbəri səfər
zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz
şəhərindəki abidəsini ziyarət etdikdən sonra yeni tikiş
fabrikinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində inşa
olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının, Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı
kəndlərarası avtomobil yolunun, tarix-diyarşunaslıq muzeyinin
açılışında iştirak etmişdir. Horadiz şəhərində Bayraq
Meydanı, Füzuli Rayon
İcra Hakimiyyətinin yeni
binasında yaradılan şəraitlə, Mil-Muğam
hidroqovşağının fəaliyyəti ilə
tanış olan dövlət
başçısı sonra rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşmüş və
çıxış etmişdir. Görüş və söhbətlərdə dəfələrlə
səsləndiyi kimi, həqiqətən, son illər cəbhə bölgəsində
yerləşən Füzuli rayonunun iqtisadi, sosial və mədəni həyatının bütün sahələrində əsaslı
yüksəlik baş vermişdir.
Horadiz respublikanın ən abad və müasir şəhərlərindən
birinə çevrilmiş, onlarla yeni emal
müəssisəsi, yüzlərlə yeni
iş yeri
açılmışdır.
Ölkə rəhbəri
rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdə demişdir: “Sizi ürəkdən salamlayıram, yenidən
Füzuli rayonunda
olmağımdan çox şadam.
Bu mənim Füzuli rayonuna beşinci səfərimdir.
Hər dəfə burada
olarkən yeniliklər görürəm, ürəyim sevinir və əldə edilmiş
bütün uğurlar
münasibətilə sizi ürəkdən
təbrik edirəm”. Əlbəttə, ölkə Prezidentinin hər
səfəri, keçirdiyi hər görüş
və söhbət insanların qəlbində silinməz-pozulmaz
xatirələrə çevrilir. Digər mühüm cəhət
isə ondan ibarətdir ki,
respublika rəhbərinin bölgəyə
səfəri inkişafa və yüksəlişə
yeni təkan verir, bütün qüvvə və səyləri hərəkətə
gətirir, sadə adamlarda sabaha
olan ümidi daha da artırır.
Sözün düzü, rayona növbəti səfərimizin əsas məqsədi
də insanların xoş təəssüratını
bölüşmək, səmimi duyğularına şərik
çıxmaq idi. Ona
görə də ayrı-ayrı kollektivlərdə olduq, müxtəlif peşəli insanlarla görüşdük,
ziyalılarla, ağsaqqallarla, gənclərlə
söhbət etdik. Onların həyat tərzi,
güzəranı, arzu və
düşüncələri ilə tanış olduq. Gördüklərimizə,
müşahidə etdiklərimizə, şahidi
olduqlarımıza əsaslanıb deyə bilərik: bu gün də Füzuli rayonu ölkə
Prezidenti İlham
Əliyevin bu bölgəyə tarixi səfərinin unudulmaz
təsiri altındadır. Adamların əhval-ruhiyyəsi,
işə münasibəti, təşəbbüskarlıq hissi ötən günlərdə ikiqat artıb. Rayonda sağlam mənəvi- psixoloji
mühit mövcuddur, sabaha möhkəm inam adamlara əlavə
güc verir. Rayon sakinləri gündəlik diqqətə
görə ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını
bildirir, bu
qayğıya əməli işlə cavab
vermək üçün bütün
imkan və səylərini əsirgəməyəcəklərini
söyləyirlər.
Füzuli Rayon
İcra Hakimiyyətinin
başçısı Alı Alıyev təbiətən narahat,
yaradıcı və təşəbbüskar adamdır.
Üstəlik, yüksək zövqü var. Yeri gəlmişkən,
deyək ki, indi bu cəhət rəhbər işçi
üçün, bəlkə də, həmişəkindən
daha çox vacibdir. Ona görə ki, abadlıq, quruculuq, səliqə-sahman
işləri, əslində, yüksək zövq
və estetik mədəniyyətlə
bağlıdır. Məsələyə bu
baxımdan yanaşsaq, indi
Füzulinin tikilən, bərpa olunan binalarında, yeni
salınan park və xiyabanlarında,
küçə və meydanlarında rayon
rəhbərinin dəsti-xətti aydın görünür.
Alı
Aliyevlə bu dəfəki
görüşümüzdə isə daha
çox yaxın vaxtlarda
tikiləcək, qurulacaq yeni
obyektlərin, park və xiyabanların, ev və binaların görkəmi,
arxitekturası, bir sözlə, gələcək
planlar, arzu və
düşüncələr barədə söhbət
açdıq. Müsahibimin
çöhrəsinə xoş bir təbəssüm yayılmışdı.
Bu, ölkə rəhbərinin rayona uğurlu səfərindən,
son üç ildə
görülmüş və hazırda
sürətlə davam etdirilən işlərdən
doğan fərəh və qürur hissi idi. Başçı bu
duyğuları əməli işlərin timsalında belə
ifadə etdi:
Ölkə Prezidenti İlham
Əliyinin Füzuliyə səfəri, keçirilmiş
görüş və söhbətlər
rayonumuzun tarixində, ictimai-siyasi
və mənəvi həyatında misilsiz
bir hadisədir. Biz bu gün də həmin səfərin
xoş təsiri altındayıq,
keçirilən görüşlər ürəyimizə,
yaddaşımıza əbədi həkk olunmuşdur.
Füzuli Rayon İcra
Hakimiyyəti, onun yerli
strukturları, bütün idarə,
müəssisə və təşkilatlar, ağsaqqallar,
ziyalılar, gənclər üçün
olduqca xoşdur ki, ölkə Prezidenti son vaxtlar ümumi
səylərlə görülmüş
işlərə yüksək qiymət verdi.
Bu səfər həm də onunla əlamətdar oldu ki, görüləcək işlər,
qarşıda duran konkret
vəzifələr də müəyyənləşdirildi, yeni vəzifələr dəqiqləşdirildi.
Cənab Prezident cəmi bir gün rayonumuzda
olsa da, nə qədər
görüşlər keçirdi,
neçə müəssisədə oldu,
xeyli söhbətlər apardı. Ən əsası
isə bu görüş
və söhbətlərdə nə qədər yeni məsələlər üzə
çıxdı, problemlər qaldırıldı.
Yeri gəlmişkən, həmin məsələlərdən,
səslənən təklif və mülahizələrdən,
Prezidentin tövsiyələrindən bəzilərini
yada salmaq istəyirəm:
müasir üslubda elektron kitabxana və yeni avtovağzal
binasınin tikilməsi, tikinti-abadlıq və quruculuq
tədbirlərinin bundan sonra da
davam etdirilməsi, iş
yerlərinin açılması, insanların həyat şəraitinin
yaxşılaşdırılması və s. Bax, indi
biz ölkə Prezidentinin
qarşıya qoyduğu həmin vəzifələrin
icrası ilə məşğuluq.
İcra başçısı daha
sonra vurğuladı ki,
ölkəmizin əldə etdiyi hər bir uğur, ümumi irəliləyiş, şübhəsiz,
Prezident İlham
Əliyevin adı, onun yorulmaz
və qətiyyətli fəaliyyəti ilə bilavasitə
bağlıdır. Respublikamız günbəgün
çiçəklənir, həyatın istənilən sahəsi
artan sürətlə inkişaf
edir. Bu, şəksiz bir reallıqdır və bu
tərəqqinin başlıca amili
xalqımızın böyük oğlu Heydər Əliyevin vəsiyyətlərinə,
onun siyasi xəttinə
sadiqlik, xalqın taleyinə cavabdehlikdir. Bu inkişaf və yüksəliş ölkənin
hər bir yerində olduğu
kimi, Füzuli rayonunda da aydın görünür.
Ən mühüm
ərzaq məhsulu olan
taxılçılığın inkişafını
götürək. Havaların əlverişsiz keçməsinə
baxmayaraq, builki nəticələr
daha yüksək olmuşdur.
35 min hektar sahənin
məhsulu nəzərdə tutulmuş
müddətdə biçilmiş, 90 min tona yaxın taxıl əldə
edilmişdir. Hər hektarın məhsuldarlığı
isə 26 sentnerə çatmışdır. Onu da əlavə
edim ki, Prezident İlham
Əliyevin taxılçılığın inkişafı
ilə bağlı həyata keçirdiyi
tədbirlərdən sonra rayonda
300 hektar sahədə məhsuldar toxumluq təsərrüfatı
yaradılmışdır və həmin sahələrdən
60 sentnerə yaxın taxıl götürülmüşdür. Biz yaxın gələcəkdə
taxılçılığı özümüz
yetişdirdiyimiz elit növ toxum hesabına inkişaf etdirəcəyik və illik istehsalı 200 min ton səviyyəsinə yüksəldəcəyik.
Başçı bildirdi ki, heyvandarlıq məhsulları
istehsalı da dinamik inkişaf etdirilir.
Hazırda rayonda 31622 baş
qaramal, 115490 baş qoyun-quzu, 407190 min baş ev quşları var. Cari ilin
ötən ayları ərzində 2194 ton
ət, 8849 ton süd,
4150 milyon ədəd yumurta,
148 ton yun istehsal edilmişir. Bunlar isə öz növbəsində
əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə çoxdur.
Sahibkarlığın
inkişafına daha ciddi
fikir verilir. Son 3 ildə iş adamlarına yaradılmış şərait
nəticəsində Əhmədbəyli kəndi ərazisində
5 min ton kənd təsərrüfatı
məhsulları saxlayan soyuducu
anbar kompleksi, ildə
2,5-3 min ton quş əti istehsal edən
“Qarabağ-broyler” MMC fəaliyyətə
başlamışdır. Müasir üslubda Qarabağ ailəvi
istirahət mərkəzi, bir neçə
şadlıq evi tikilərək istifadəyə
verilmişir. Haramı
düzündə 5000 baş ətlik və
südlük heyvandarlıq kompleksi və sutkada 10 ton süd qəbul edəcək
zavoun tikintisində işlər sürətlə
davam etdirilir. Üçüncü Zobucuq
qəsəbəsində gündə 40 ton
çörək-un məmulatı istehsal
edən zavoun istifadəyə verilməsinə
az qalmışdır.
Ölkə
başçısının tapşırıqlarına və
dövlət proqramına uyğun olaraq rayona təbii qaz çəkilişi sürətlə davam etdirilir. İndiyədək
29 yaşayış məntəqəsinə təbii qaz verilmişdir. Bu mövsümdə rayonun
39 yaşayış məntəqəsinin hamısında əhali
təbii qazdan istifadə edəcəkdir.
13 yaşayış məntəqəsinin
- Qarabağ - Əhmədbəyli - Böyük Bəhmənli - Kərimbəyli -
Arayatılı - Qazaxlar - Mirzənağılı
kənlərinin yararsız vəziyyətdə olan 36,6 kilometrlik
yolları bərpa edilmişdir. Yaxın vaxtlarda Qayıdış qəsəbələrinin
yolları da təmir olunacaqdır. Beləliklə,
rayonda yolla
bağlı problem olmayacaqdır.
Hazırda Qazaxlar kəndinə tam orta məktəb, Əhmədbəyli kəndində
musiqi təmayüllü gimnaziya
binaları tikilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz
şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində 60 yerlik uşaq
bağçaları tikilmişdir. Böyük Bəhmənli kənd xəstəxanası
üşün 15 çarpayılıq
yardımçı bina isə tikilməkdədir.
Başçı
sonda bildirdi ki, digər sahələrdəki uğurlar da sübut edir ki, ölkə Prezidentinin
gündəlik diqqət və qayğısı nəticəsində,
həqiqətən, Füzuli rayonu son illər böyük inkişaf yolu keçmiş,
ardıcıl və dinamik yüksəliş
təmin edilmişdir. İndi məqsəd
bu yüksəlişi qoruyub
saxlamaq, insanların rifahının daha da
yaxşılaşdırılmasına yönəltməkdir.
Dövlət başçısının da
icra orqanlarından başlıca tələbi
bax budur.
Biz rayonda olarkən
ayrı-ayrı sahələrdə çalışan məsul
adamlarla da görüşdük, ölkə Prezidentinin səfəri ilə bağlı
onların arzu və düşüncələri
ilə tanış olduq.
Məcnun Namazəliyev:
– Ömrüm
boyu çox rəhbərlə,
saysız- hesabsız insanla
görüşmüşəm. Ancaq Prezident İlham
Əliyevlə keçirdiyim xoş və unudulmaz görüş, sözsüz
ki, bütün ömrüm boyu qəlbimdə
yaşayacaqdır. İlham Əliyev bizim üçün ikiqat əziz və müqəddəs bir şəxsiyyətdir. Əvvəla, o, ulu öndər Heydər
Əliyevin övladıdır, yetirməsidir, siyasi
varisidir. İkincisi isə
ölkəmizin Prezidentidir. Əldə
edilən bütün bu
möhtəşəm uğurlar, analoqu olmayan inkişaf və yüksəliş məhz onun ağıllı və uzaqgörən
siyasətinin nəticəsidir.
Hər gün adamlar arasında oluram, həmyerlilərimlə söhbət
edirəm. Əlbəttə, əsas diqqət Prezident
İlham Əliyevin səfərinə, yaddaşlarda iz qoymuş görüş
və söhbətlərə yönəlir. Gənclərimizə
tövsiyə edirəm ki,
xalqımızı, Vətənimizi prezidentimiz
kimi sevsinlər, onun kimi savadlı və uzaqgörən, səmimi
və mehriban olsunlar.
Almaz Haşımova:
– Dövlət
başçısı İlham Əliyevi
qarşılayanlar arasında mən də vardım. Səmimiyyətlə
etiraf edim ki, möhtərəm Prezidentimizlə keçirdiyimiz unudulmaz
görüşlər, onun maraqlı, səmimi
söhbətləri əbədi olaraq
ürəyimə həkk olunmuşdur. Bu
mehribanlıq, diqqət və qayğı hər bir Füzuli sakininin qəlbində sonsuz
minnətdarlıq duyğuları yaradır, bütün
güc, imkan və səyləri
daha yaxşı işləməyə səfərbər
edir. Ölkə
başçısının tarixi səfərindən
sonra sürətlənən işlər,
təklif və tövsiyyələrin dərhal yerinə
yetirilməsi ilə bağlı tədbirlər buna misaldır.
Bu gün Horadiz şəhəri nəinki regionun, hətta ölkəmizin ən abad, yaraşıqlı və müasir
şəhərlərindən birinə çevrilmişdir.
Şəhər başdan-başa
gül-çiçəyə, yaşıllığa bürünüb. Gördüyünüz
müxtəlif təyinatlı binalarının, park və xiyabanların, emal
müəssisələrinin, demək olar ki, hamısı son illərin
yadigarlarıdır. Bütün bu inkişaf və yüksəlişə,
yaradılan gözəl şəraitə görə ölkə
rəhbəri İlham Əliyevə hədsiz
minnətdarlığımızı bildiririk.
Füzulililər həmişə olduğu
kimi, bu gün də möhtərəm Prezidentimizin ətrafında sıx birləşmişlər,
onun apardığı müdrik,
qətiyyətli daxili və xarici siyasəti ürəkdən bəyənir
və müdafiə edirlər.
Füzulidə mövcud mənəvi-psixoloji mühit,
adamların əhval-ruhiyyəsi, arzu və
düşüncələri, bir daha əmin olduq ki, bax belədir. Cəbhə
xəttində, düşmənlə üz-üzə yaşayan insanlar həyata,
gələcəyə böyük
nikbinliklə baxır, torpaqlarımızın azad
olunacağı günə möhkəm inanırlar. Bu ümidi onlara
bəxş edən isə Prezident İlham Əliyevin apardığı müdrik daxili və xarici siyasət xətti, ölkəmizin beynəlxalq
aləmdə getdikcə artan nüfuzudur.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 18 sentyabr.- S.5.