Üzeyir bəy Hacıbəylinin adını
daşıyan
Beynəlxalq Musiqi Festivalı ənənəyə
çevrilmişdir
Artıq
beşinci ildir ki, Bakı şəhərində Azərbaycan
peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy
Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalı təşkil
olunur.
Azərbaycan Bəstəkarlar
İttifaqının mətbuat xidmətindən bildirilir ki, bu sıradan sentyabrın 18-28-də
keçiriləcək festivalda dahi bəstəkara həsr olunmuş
bəzi tədbirlərin keçirilməsi
planlaşdırılır. Belə ki,
sentyabrın 22-də Azərbaycan Bəstəkarlar
İttifaqının Üzeyir bəy
Hacıbəyli adına konsert salonunda “Türk xalqlarının musiqisi
ortaq dəyərlər müstəvisində”
mövzusunda elmi-praktik
konfrans təşkil ediləcəkdir. Konfransda əcnəbi mütəxəssislərin
də iştirakı nəzərdə tutulmuşdur.
Sentyabrın 24-də
isə yenə də Azərbaycan Bəstəkarlar
İttifaqının Üzeyir bəy
Hacıbəyli adına konsert salonunda “Trio-klassik” ansamblının konserti
olacaqdır. Məlum olduğu
kimi, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən möhtəşəm “Muğam aləmi” layihəsi çərçivəsində
Azərbaycan muğamına həsr olunmuş
“Muğam Ensiklopediyası”nın rus dilindəki nəşri az
müddət əvvəl işıq üzü
görüb. Belə bir
ensiklopediyanın ilk nəşri ölkəmizin
musiqi və elmi
ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanaraq, Azərbaycan muğamının qorunub saxlanması, inkişafı və daha geniş şöhrət
tapması üçün əlverişli
zəmin yaratmışdır. Nəfis şəkildə
hazırlanmış nəşrin təqdimat mərasimi
sentyabrın 25-də saat 14.00-da Muzey Mərkəzində keçiriləcəkdir.
A.ÜLVİ
Xalq qəzeti.- 2014.- 19 sentyabr.- S.11.