Babək rayonunun Qahab kəndi
müasirləşən
yaşayış məntəqələri
sırasına qoşulmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim məqsədimiz birdir – ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır”.
Bu gün
Naxçıvan Muxtar Respublikasında həyata
keçirilən kompleks quruculuq
tədbirləri şəhər və rayon
mərkəzləri ilə yanaşı, kəndləri də
əhatə etmişdir. Yeni
kənd və xidmət mərkəzlərinin, abad
yolların, məktəb binalarının və səhiyyə
müəssisələrinin tikintisi müasir Naxçıvanın inkişaf
göstəricisinə çevrilmişdir.
Bu, həm də əhalinin rifah halının yaxşılaşmasına
göstərilən qayğının təzahürüdür.
Sentyabrın 22-də
Babək rayonunun Qahab
kəndində yeni sosial
obyektlər istifadəyə verilmişdir.
Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz
avtomobil yolu yenidən qurulmuşdur
Sentyabrın 22-də
yol-nəqliyyat infrastrukturunun yeniləşməsi
istiqamətində görülən tədbirlərin
davamı olaraq Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz
avtomobil yolunun istifadəyə
verilməsi münasibətilə tədbir keçirilmişdir.
Qahab kənd sakini Hidayət
Hacıyev minnətdarlıq edərək demişdir
ki, bu gün
muxtar respublikanın hər bir yaşayış məntəqəsi özünün abad yolu ilə seçilir. Yol rahatlıq, mədəniyyət, yüksək
rifah deməkdir. Artıq Qahab
və ətraf kəndləri birləşdirən bu yol yaşayış məntəqələrinin
inkişafına öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov yeni
yolun istifadəyə verilməsi münasibətilə
sakinləri təbrik edərək demişdir:
Bu gün Qahab kəndində yeni sosial obyektlər istifadəyə verilir. Kənddə yaradılan müasir infrastrukturlar
içərisində yol tikintisi
xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, əsaslı şəkildə yenidən qurulan və 4 yaşayış məntəqəsini
əhatə edən yoldan 6 minə
yaxın sakin və gələn qonaqlar istifadə edəcəklər. Abad yol hər bir yaşayış məntəqəsinin
inkişafı, əhalinin isə rahatlığı deməkdir.
14,5 kilometr uzunluğundakı
Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolu da əhatə etdiyi kəndlərdə
əhalinin rahatlığının təmin olunmasına
şərait yaradacaqdır.
Sonra Ali Məclisin sədri
yolun açılışını
bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, əsaslı
şəkildə yenidən qurulan yolun hərəkət hissəsinin eni 8 metrdir. Yola yeni asfalt
örtük salınmış, 4 selötürücü, 75 suötürücü
tikilmiş, yolun kənarı
boyunca 1211 metr məsafədə
kanal çəkilmişdir. Yol yatağının genişləndirilməsi
və müvafiq yol-hərəkət
nişanlarının quraşdırılması avtomobillərin
rahat və təhlükəsiz hərəkətinə
imkan verəcəkdir.
Müasir məktəb
binası tədrisin
keyfiyyətini yüksəldəcəkdir
Təhsil sahəsində
həyata keçirilən islahatlar ölkənin
gələcək inkişafına xidmət edir.
Savadlı, intellektli, zəngin dünyagörüşlü və vətənpərvər
gənclik isə bu inkişafın əsas
təminatçılarıdır. Hər il
muxtar respublikada onlarla yeni məktəb
binasının istifadəyə verilməsi, müasir
tədris şəraitinin yaradılması da
məhz bu məqsədə xidmət edir.
Sentyabrın 22-də Qahab kənd tam orta məkətbinin yeni
binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov
açılış mərasimində iştirak
etmişdir.
Məktəbin direktoru Müzəffər Zamanov
çıxış edərək demişdir
ki, aparılan quruculuq
işlərindən sonra Qahab kənd tam orta məktəbi müasir görkəm almışdır. Məktəbdə
tədrisin günün tələbləri
səviyyəsində qurulması üçün
bütün imkanlar
vardır. Bu da kollektivi daha səylə
çalışmağa sövq edir. Yaradılan şərait gələcəkdə
məktəbin nailiyyətlərini daha da artırmağa imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov Qahab
kənd tam orta məktəbinin
yeni binasının istifadəyə verilməsi
münasibətilə sakinləri və kollektivi
təbrik edərək demişdir: – Bu gün Qahab
kəndinin həyatında əlamətdar gündür.
Ona görə ki,
aparılan kompleks quruculuq
işlərinin nəticəsi olaraq kənddə
yeni sosial obyektlər
istifadəyə verilir. Tikilən
müasir məktəb binası və digər
sosial obyektlər ümumilikdə kəndin
inkişafına, əhalinin sağlamlığının
qorunmasına, onların rahat
yaşayışının təmin olunmasına və gənclərin
hərtərəfli təhsil almasına xidmət edəcəkdir.
Ali Məclisin sədri demişdir:
Təhsil hər bir ölkənin həyatında
vacib sahədir. Ona
görə ki, ökənin gələcəyini
təmin etmək üçün vətənpərvər
və təhsilli gənclik yetişdirmək lazımdır. Bu gün ölkəmizdə
gənclərin təhsil alması üçün
lazımi şərait yaradılır, yeni
məktəb binaları tikilir, bu sahəyə hərtərəfli dövlət
qayğısı göstərilir. Yaradılan şərait isə
qarşıya mühüm vəzifələr
qoyur. Bu gün məktəblərin
üzərinə düşən əsas vəzifə təhsil
verməklə yanaşı, həm də gənclərimizə
müstəqil qərarlar qəbul etməyi öyrətməkdir.
Çünki hər bir
gənc qabiliyyətinə və həvəsinə görə
ixtisas seçir, gələcək
həyatını bu ixtisaslara
dərindən yiyələnməklə qurur.
Bunun üçün
ölkəmizdə lazımi şərait
yaradılmış, ümumtəhsil, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə gənclərin
təhsil alması təmin olunmuşdur.
Ali Məclisin sədri demişdir:
Təhsil müəssisələrində yaradılan şərait
şagirdlərin qarşısında mühüm
vəzifələr qoyur. Hər
bir şagird hansı
təhsil pilləsi üzrə təhsil almasından
asılı olmayaraq, ilk
növbədə, peşə öyrənməli, vətənpərvər
böyüməli, gələcəkdə ölkəmizə
xidmət etməlidir. Ümumtəhsil məktəblərində
gənclərin maraqlarına və bacarıqlarına uyğun olaraq peşələrə yönəldilməsi
diqqət mərkəzində saxlanılmalıdır. Qahab kənd tam orta məktəbində hər cür
şərait yaradılmışdır. Məktəb yeni informasiya-kommunikasiya
texnologiyaları ilə təmin olunmuş,
lazımı tədris avadanlıqları
quraşdırılmışdır. Bu da müəllimlərin yaradılan şəraitdən
düzgün istifadə etməsinə,
şagirdlərə müasir biliklərin
öyrədilməsinə və onların gələcək
peşə seçiminə şərait yaradacaqdır.
Ali Məclisin sədri göstərilən
qayğıdan səmərəli istifadə olunacağına,
təhsilli və vətənpərvər gənclərin
yetişdiriləcəyinə əminliyini bildirmiş,
kollektivə tədrisdə uğurlar
arzlamışdır.
Sonra Ali Məclisin sədri
Babək rayon ümumtəhsil məktəblərində
əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə etmiş,
açılışı bildirən lenti
kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi
ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 612 şagird
yerlikdir. Məktəbdə 34 sinif otağı, fizika və
kimya laboratoriyaları, hərbi kabinə,
3 kompyuter otağı, 4 elektron
lövhəli sinif, 2 müəllimlər
otağı, kitabxana, bufet,
idman zalı və açıq idman qurğuları vardır.
Pulsuz dərsliklərlə təminatla
yanaşı, zəngin fonda malik kitabxanaların istifadəyə verilməsi
də şagirdlərin dünyagörüşünün
formalaşmasına xidmət edir. Məktəbin
14 min 314 kitab fonduna malik yeni
kitabxanası bədii ədəbiyyat və tədris
planlarında nəzərdə tutulmuş
fənlərə dair dərsliklərlə
zənginləşdirilmişdir. Kitabxanada
kompyuter dəstinin
quraşdırılması və internetə qoşulması
isə internet resurslarından səmərəli
istifadə etməklə elektron nəşrlərin
əldə olunmasına imkan verəcəkdir.
Ali Məclisin sədri birinci
sinifdə oxuyan şagirdlərin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il məktəbin birinci sinfinə 46 şagird
qəbul olunmuşdur. Yaradılan müasir şərait, tətbiq olunan yeni tədris
metodları dərslərin daha səmərəli
və asan mənimsənilməsinə,
şagirdlərin məntiqi təfəkkürünün
möhkəmləndirilməsinə imkan verir.
Lazımı cihaz və avadanlıqlarla təchiz olunmuş fizika, kimya və biologiya
laboratoriyaları biliklərin təcrübi yolla
möhkəmləndirilməsinə şərait
yaradacaqdır.
Şahmat zehni idman
növü kimi,
uşaqların əqli inkişafına kömək edir, onlarda diqqətli olmaq, müqayisə aparmaq
vərdişlərinin formalaşdırılmasına şərait
yaradır. Bu səbəbdən də muxtar respublikada şahmatın
kütləviliyinə və onun təbliğinə
xüsusi diqqət yetirilir,
ümumtəhsil məktəblərində şahmat
fənni tədris olunur. Qahab
kənd tam orta məktəbində
şahmat sinfinin
istifadəyə verilməsi də bu sahədə
görülən işlərin tərkib hissəsidir.
Məlumat verilmişdir ki, kompyuter otaqlarındakı 57 kompyuter
dəstinin hər biri internetə qoşulmuşdur. Bütün
bunlar informatika fənninin
daha səmərəli keçirilməsinə
və informasiya-kommunikasiya
texnologiyalarına əsaslanan tədris metodlarından istifadəyə
kömək göstərəcəkdir.
Elektron lövhəli sinifə baxış
zamanı 55 ümumtəhsil məktəbi ilə
Naxçıvan Dövlət Tarix Muzeyi arasında videobağlantı vasitəsilə
“Naxçıvanın 5 min illik tarixi” mövzusunda
dərs tədris olunmuşdur.
Ali Məclisin sədri distant təhsilin
əhəmiyyətini vurğulamış, məktəb-muzey əlaqələrinin
tədris formasına keçirilməsi barədə müvafiq tapşırıqlar vermişdir. İdman gənclərin
fiziki cəhətdən sağlam
böyüməsində mühüm əhəmiyyətə
malikdir.
Ona görə də təhsil müəssisələrində
bədən tərbiyəsi və fiziki tərbiyə
dərslərinin müasir tələblər
səviyyəsində tədrisi vacib şərtdir.
Qahab kənd tam orta məktəbində də bədən tərbiyəsi
və fiziki tərbiyə fənninin tədrisi
üçün müasir
şərait yaradılmış, idman
zalı istifadəyə verilmişdir.
Gənclərin hərbi
vətənpərvərlik ruhunda tərbiyəsi
üçün hərbi kabinədə bütün imkanlar
vardır. Burada sıra, atəş,
mühəndis və tibb
hazırlıqlarını əks etdirən stendlər və
digər əyani vasitələr qoyulmuşdur.
Pedaqoji kollektivlə görüşən Ali Məclisin sədri demişdir
ki, təhsilin inkişafında əsas
amillərdən biri də müasir
tədris şəraitinin yaradılmasıdır. Qahab kənd tam orta məktəbi informasiya
texnologiyaları ilə təmin edilmiş,
ən yeni tədris metodlarının tətbiqinə
başlanılmışdır. Bu da kollektiv
qarşısında yeni vəzifələr
qoyur. Vətənpərvər, savadlı
və intellektli gənclik yetişdirmək
pedaqoji heyəti daim
düşündürməli, yaradılanlardan səmərəli
istifadə olunmalı, məktəbdə tədrisin səviyyəsi
yüksəldilməlidir.
Müəllimlər
göstərilən qayğı müqabilində səylə
çalışacaqlarına söz
vermişlər.
Binanın həyətində
də abadlıq tədbirləri görülmüş,
gülkarlıq və meyvə bağı
salınmışdır.
Kənd mərkəzində müasir
iş şəraiti yaradılmışdır
Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq tədbirləri çərçivəsində
hər il onlarla yeni kənd mərkəzi istifadəyə verilir. Sakinlərə göstərilən xidmətlərin
mərkəzləşmiş qaydada təşkilinə
şərait yaradan kənd mərkəzlərinin
inşası cari ildə də diqqət mərkəzində
saxlanılmışdır.
Sentyabrın 22-də Qahab Kənd Mərkəzinin
açılışı olmuşdur.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Mirzəmməd Qasımov demişdir ki, göstərilən dövlət
qayğısı Qahab kəndinin
simasını tamamilə dəyişmişdir. Bu gün kənddə
insanların rahat yaşayışına
xidmət edən ən müasir infrastruktur yaradılmışdır. Kənd
qazlaşdırılmış, mənzillərə telefon çəkilmiş, elektrik
enerjisi təminatı fasiləsiz həyata
keçirilir. Bu gün istifadəyə verilən sosial obyektlər isə Qahab
kəndinə daha müasir
görkəm bəxş etmişdir.
Yaradılan şəraitin nəticəsidir ki,
sakinlər fərdi təsərrüfatlarını genişləndirir,
kənddə əkinçilik, maldarlıq inkişaf
etdirilir. Bütün bunlar isə insanların rifahının
yaxşılaşdırılmasına səbəb olur. İnzabi ərazi dairəsi
üzrə nümayəndə göstərilən
qayğıya görə sakinlər adından minnətdarlığını
bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov Qahab
kəndində aparılan quruculuq işlərinin
mühüm əhəmiyyətə malik olduğunu bildirərək
demişdir: Bu gün istifadəyə verilən
yeni məktəb binası kənddə
uşaqların yaxşı təhsil almasına, kənd mərkəzi
dövlət qrumlarının fəaliyyətinin səmərəli
təşkilinə, həkim ambulatoruiyası insanların
sağlamlığının qorunmasına, yol
isə onların rahatlığının təmin
olunmasına xidmət edəcəkdir. Ümumilikdə isə bütün bunlar kəndin
inkişafına hesablanmış tədbirlərdir.
Ali Məclisin sədri demişdir:
Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması aparılan
abadlıq-quruculuq işlərindən, yaradılan müasir infrastrukturdan
asılıdır. Belə ki, kəndlərin
tamamilə qazlaşdırılması, elektrik
enerjisinin fasiləsiz verilməsi, intenetdən
istifadə, televiziya yayımlarının
həyata keçirilməsi insanların rahat
yaşayışına və əhalinin daha
sıx məskunlaşmasına səbəb olur.
Bu gün Qahab kəndində yaradılan şərait də
əhalinin problemlərinin vaxtlı-vaxtında həll
olunmasına, onların öz təsərrüfatları
ilə rahat məşğul olmalarına imkan verəcəkdir.
Ali Məclisin sədri aparılan quruculuq işləri münasibətilə kənd
sakinlərini təbrik etmiş,
açılışı bildirən lenti
kəsmişdir.
Məlumat verilmişdir ki, kənd mərkəzi
4 minə yaxın sakinə xidmət edəcəkdir. Mərkəzdə
rabitə evi, polis sahə
və baytarlıq məntəqələri, kitabxana,
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati
ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə,
arxiv, mədəniyyət evi
və 83 yerlik iclas
zalı vardır. Kitabxana fonduna
8 min 466 kitab verilmişdir. Onlardan
1266-sı latın, 7 min 200-ü isə kiril əlifbası ilə çap
olunmuş ədəbiyyatdır.
Rabitə evində 512
nömrəlik yeni ATS
quraşdırılmışdır. Burada
385-i Qahab və 70-i Naxışnərgiz kəndlərində
olmaqla 455 abonentə xidmət göstərilir.
Yeni poçt məntəqəsində
gündəlik mətbuatın, eləcə də
danışıq və internet
kartlarının satışı təşkil olunmuşdur.
Lazımı
avadanlıq və dərman preparatları ilə təmin olunan baytarlıq məntəqəsi də Qahab və Naxışnərgiz kəndlərində
heyvandarlığın inkişafına xidmət göstərəcəkdir.
Bildirilmişdir ki, hər
iki kənddə heyvandarlıq təsərrüfatının
inkişafı baytarlıq xidmətinin günün
tələbləri səviyyəsində qurulmasını zəruri
edir. Məntəqənin həkimləri
mütəmadi olaraq fərdi təsərrüfatlarda
dezinfeksiya işləri aparır, yoluxucu xəstəliklərinin
qarşısının alınması məqsədilə müvafiq tədbirlər görürlər.
Binada Yeni Azərbycan
Partiyası Qahab kənd ərazi ilk təşkilatı və inzibati
ərazi dairəsi üzrə nümayəndəlik üçün də müasir
iş otaqları
yaradılmışdır. Məlumat verilmişdir
ki, Yeni Azərbycan
Partiyası Qahab kənd ərazi ilk təşkilatının 143 üzvü vardır. Onlar
arasında gənclər və qadınlar üstünlük
təşkil edir.
Binanın ikinci mərtəbəsində Qahab
kənd bələdiyyəsi və mədəniyyət evi işçiləri üçün
ayrılan iş otaqlarında da nümunəvi xidmət şəraiti
vardır.
Qahab kəndində əhaliyə
nümunəvi
səhiyyə xidməti göstəriləcəkdir
Sentyabrın 22-də Qahab kənd həkim ambulatoriyasının yeni binasının açılışı
olmuşdur.
Həkim Leylan Həsənova yaradılan şəraitə
görə minnətdarlıq etmiş,
sakinlərin sağlamlığının qorunması istiqamətində
səylə çalışacaqlarını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov həkim
ambulatoriyasının istifadəyə verilməsi münasibətilə
kollektivi təbrik edərək demişdir:
Yeni həkim ambulatoriyası kənddə əhaliyə
göstərilən səhiyyə xidmətinin günün
tələbləri səviyyəsində qurulmasına imkan verəcəkdir. Binada
lazımi şərait yaradılmışdır. Kollektiv
göstərilən qayğıdan səmərəli istifadə
etməli, insanların sağlamlığının
keşiyində dayanmalıdırlar. Əhali arasında
mütəmadi olaraq maarifləndirmə
işləri aparılmalı, gigiyena
qaydalarına əməl olunmalı, hamilə qadınlar qeydiyyata götürülərək patronaj xidməti göstərilməli, uşaqlara vaxtlı-vaxtında peyvəndlər
vurulmalıdır. Bütün bunların
həyata keçirilməsi insanların
sağlamlığının daha etibarlı
qorunmasına, yoluxucu və digər xəstəliklərin
qarşısının vaxtında alınmasına imkan verəcəkdir.
Ali Məclisin sədri qarşıya qoyulan vəziflərin icrasında kollektivə
uğurlar arzulamış,
açılışı bildirən lenti
kəsmişdir.
Bildirilmişdir ki, 2 mərtəbəli
ambulatoriya binasında 8 tibb
işçisi əhalinin
sağlamlığının qayğısına qalır. Ambulatoriyada stomatoloji kabinə,
peyvənd, aptek, mama, baş həkim, tibb
bacısı, manipulyasiya otaqları və
doğuş zalı vardır. Səhiyyə
müəssisəsi lazımi dərman vasitələri ilə
təmin olunmuş, ilkin
tibbi yardım və peyvənd
çantaları qoyulmuşdur.
Bina istilik sistemləri
ilə təchiz olunmuş, həyətdə
abadlıq işləri görülmüşdür.
Yeni Xidmət mərkəzi
istifadəyə verilmişdir
Qahab kəndində
aparılan kompleks quruculuq
tədbirləri çərçivəsində yeni xidmət mərkəzi də tikilərək
istifadəyə verilmişdir.
Ali Məclisin sədri Xidmət mərkəzinin
açılışını etmişdir.
Xidmət mərkəzində
yaradılan müasir şərait sakinlərin
gündəlik tələbatını tamamilə ödəyəcəkdir.
Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və sənaye malları
mağazaları fəaliyyət göstərir. Xidmət Mərkəzində
10 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi
ilə tanışlıqdan sonra Ali Məclisin sədri kənd sakinləri ilə
görüşmüşdür.
Sakin Yəhya Əsgərov demişdir
ki, bu gün
ölkəmizdə ümummilli liderimizin siyasi xəttinin davam etdirilməsi hər bir
yaşayış məntəqəsinə inkişaf,
tərəqqi və müasirlik gətirmişdir.
Qahab kəndinə də bu
qayğıdan pay düşmüşdür.
Kənddə yaşayışın təmin olunması üçün bütün
şərait yaradılıb. Sakinlər görülən bu işləri insan amilinə
verilən qiymət kimi dəyərləndirirlər.
Ali Məclisin sədri Qahab
kəndinin müasirləşməsini ölkəmizin ümumi inkişafının və
xalq-dövlət birliyinin nəticəsi kimi dəyərləndirərək demişdir: – Bu gün ölkəmizin hər yerinə
abadlıq işləri görülür,
yeni iş yerləri
açılır, insanların rifahı yüksəldilir. Kənd
yaşayış məntəqələrində həyata
keçirilən kompleks quruculuq
işləri insanların ölkəmizin sabahına olan ümidini
artırır. Bu gün
Qahab kəndində istifadəyə verilən
yeni sosial obyektlər,
ilk növbədə, əhalinin
rahatlığına hesablanmışdır. Kənd əhalisi
də qurulanların qorunub
saxlanılmasında fəal iştirak etməli,
ölkəmizin inkişafına öz
töhfələrini verməlidirlər.
* * *
Qahab kəndində aparılan abadlıq
işləri çərçivəsində rabitə xidmətinin
təkmilləşdirilməsi məqsədilə 400 metr fiber-optik, 2500 metr uzunluğunda müxtəlif
tutumlu yeraltı kabel
çəkilmişdir. Həmçinin 600 metr
uzunluğunda elektrik xətti
çəkilmiş, 250 kilovoltamper
gücündə yeni transformator
yarımstansiyası quraşdırılmışdır. Qahab kənd tam orta məktəbinə Nəcəfəlidizə
kənd kəhrizindən 3 min 900 metr uzunluğunda içməli
su xətti çəkilmişdir. Həmçinin
kənddə yolların kənarları boyu
320 metr uzunluğunda hasar tikilmişdir.
Xalq qəzeti.- 2014.- 23 sentyabr.- S.5.